Məhkəmə qərarları › İş №1(041)-71/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-71/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-71/2023 18.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 2004-cü ildə Kürdəmir rayonu Köhünlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu Köhünlü kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Şüşün kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına müvafiq olaraq 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək hərbi xidmətə yararlı sayılıb, 07 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edildikdən sonra, xəbərdarlıq vərəqəsinə şəxsən imza etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün ona Müdafiə Nazirliyinin “201” saylı hərbi hissəsinə təyinat verilmiş, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-cü maddəsinin tələbinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra 29 yanvar 2023-cü il tarixdə hərbi qeydiyyatda olduğu yer üzrə həmin Xidmətin Kürdəmir rayon şöbəsinə gəlsə də, hərbi xidmətə yararsız olduğunu iddia etməklə üzrlü səbəb olmadan təyin olunmuş hərbi hissəyə getməmiş, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Kürdəmir rayonu Şüşün kəndində atası, anası, bacısı, qardaşı və nənəsi birlikdə yaşayır. 2011-ci ildən 2022-ci ilədək Kürdəmir rayonu Şüşün kənd tam orta məktəbində orta təhsil almışdır. Təxminən 6-7 il bundan əvvəl dişləri teztez çürüməyə başlamışdır. 8-ci sinifdə oxuyarkən, yəni 2019-cu ilin əvvəllərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Kürdəmir rayonu Şüşün kənd tam orta məktəbində oxuduğundan 2022-ci ilin aprel ayı üçün, ali məktəbə və kollecə sənəd verdiyi üçün isə 2022-ci ilin iyul ayının çağırışdan ona möhlət verilmişdir. Ali məktəbə qəbul olunmadığından 2022-ci ilin sentyabr ayında tibbi yoxlamadan keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə gəlmişdir. Dişlərində olan xəstəliklə əlaqədar yoxlanış üçün Respublika Klinik Xəstəxanasına göndəriş vermişlər. Orada ona “açıq dişlərin üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu” qoyularaq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı hesab edilmişdir. Bu səbəbdən onu 2022-ci ilin oktyabr çağırışda hərbi xidmətə aparmamışlar. 2022-ci ilin noyabr ayının sonlarında onu yenidən müayinə üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsindən Bakı şəhərinə göndərmişlər. Orada müayinədən sonra ona “üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu qoyularaq hərbi xidmətə yararlı hesab edilmişdir. Bu səbəbdən 07 yanvar 2023-cü il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə çağırılmış və ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. 28 yanvar 2023-cü il tarixdə mobil nömrəsi işləmədiyi üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsindən atasına zəng gəlmiş və 29 yanvar 2023-cü il tarixdə səhər saatlarında onun SHXÇDX-nin Kürdəmir rayon şöbəsində olmasını demişlər. 29 yanvar 2023-cü il tarixdə atası ilə birlikdə SHXÇDX-nin Kürdəmir rayon şöbəsinə getmişlər. Orada hərbi xidmətə yararlı hesab edildiyi üçün hərbi xidmətə getməli olduğunu və həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edildiyini bildirmişlər. Atası orada onun 2022-ci ilin sentyabr ayında hərbi xidmətə yararsız hesab edildiyini, 2022-ci ilin noyabr ayında isə hərbi xidmətə yararlı hesab edildiyini deyərək onun dişlərində olan problemlə əlaqədar hərbi xidmətə gedə bilməyəcəyini demişdir. Bundan sonra o da 2022-ci ilin sentyabr ayında hərbi xidmətə yararsız hesab edildiyini əsas gətirib hərbi xidmətə yararsız olduğunu iddia edərək həqiqi hərbi xidmətə getməkdən imtina etmişdir. O yenidən tibbi yoxlamadan keçiriləcəyini düşünmüşdür. Lakin sonradan onunla əlaqə saxlayan olmamışdır. Sonradan hərbi xidmətdən yayınmaqla əlaqədar şəxsi işinin Kürdəmir rayon prokurorluğuna göndərildiyini eşitmişdir. O, Azərbaycan Respublikasının vətəndaşıdır, onun vətəndaşlıq sənədi, yəni şəxsiyyət vəsiqəsi vardır. 07 yanvar 2023-cü il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə çağırılmış və ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. Həmin gün ona hərbi xidmətə aparılacağı vaxt barədə məlumatlandırılacağı bildirilmişdir. xx.xx.2023-cü tarixdə “Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair Xəbərdarlıq”dakı imza ona məxsusdur, həmin imzanı şəxsən özü icra etmişdir. xx.xx.2023-cü tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində olarkən ona müddətli hərbi xidmət keçmək barədə hansı qoşun növünə təyin ediləcəyi barədə onun mobil nömrəsinə mesaj göndəriləcəyi bildirilmişdir. Lakin sonradan onun mobil telefonunun qeydiyyatı olmadığından mobil nömrəsini işlədə bilməmişdir. Lakin 29 yanvar 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində ona müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edildiyini bildirmişlər. 2022-ci ilin sentyabr ayında ona həkim komissiyasının rəyi ilə hərbi xidmətə yararsız olduğundan belə hesab etmişdir ki, müddətli həqiqi hərbi xidmətə yararsızdır və bu səbəbdən hərbi xidmətə getməmişdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli arayışı ilə hərbi xidmətə yararlı hesab edildiyini öyrəndikdən sonra və hərbi xidmətə getməli olması barədə ona xəbərdarlıq elan edildikdən sonra etirazını bildirməmişdir. Hal-hazırda həqiqi hərbi xidmətə getməyə hazırdır. Əməlindən peşmandır. Odur ki, hərbi xidmətə getmək üçün onun barəsində həbslə bağlı olmayan hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük oğludur. Nemət 2011-ci ildən 2022-ci ilədək Kürdəmir rayonu Şüşün kənd tam orta məktəbində orta təhsil almışdır. Təxminən 6-7 il əvvəldən Nemətin alt və üst çənəsində xəstəlik yaranmış, dişləri çürüyüb tökülmüşdür. Oğlu Nemət 8-ci sinifdə oxuyarkən, yəni 2019-cu ilin əvvəllərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində ilkin qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Nemətin 18 yaşı tamam olmuşdur. Kürdəmir rayonu Şüşün kənd tam orta məktəbində oxuduğundan 2022-ci ilin aprel çağırışından, ali məktəbə və kollecə sənəd verdiyi üçün isə 2022-ci ilin iyul çağırışdan oğlu Nemətə möhlət verilmişdir. Nemət ali məktəbə qəbul olunmadığından 2022-ci ilin sentyabr ayında tibbi yoxlamadan keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə çağırılmış, dişlərində olan xəstəliklə əlaqədar yoxlanış üçün Respublika Klinik Xəstəxanasına göndərilmişdir. Orada Nemətə “açıq dişlərin üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu” qoyularaq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı hesab edilmişdir. Bu səbəbdən Neməti 2022-ci ilin oktyabr çağırışda hərbi xidmətə aparmamışlar. 2022-ci ilin noyabr ayının sonlarında oğlu Neməti yenidən müayinə üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsindən Bakı şəhərinə göndərmişlər. Orada müayinədən sonra Nemətə “üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu qoyularaq hərbi xidmətə yararlı hesab edilmişdir. Bu səbəbdən 2023-cü ilin yanvar ayının əvvəllərində oğlu Nemət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə çağırılıb oğlu Nemətə müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq edilmiş və həmin sənədə imza etdirmişlər. 28 yanvar 2023-cü il tarixdə Kürdəmir hərbi komissarlığından ona zəng gəlmiş və 29 yanvar 2023-cü il tarixdə səhər saatlarında oğlunun hərbi xidmətə getməsi üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsində olmasını demişlər. 29 yanvar 2023-cü il tarixdə oğlu Nemətlə birlikdə Kürdəmir hərbi komissarlığına getmişlər. Orada oğlu Nemətin hərbi xidmətə yararlı hesab edildiyi üçün hərbi xidmətə getməli olduğunu və həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edildiyini bildirmişlər. O, orada SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin əməkdaşlarına oğlunun dişlərindəki problemlə əlaqədar hərbi xidmətdə çətinlik çəkəcəyini bildirmişdir. Onlar ona oğlunun SHXÇDXnin Mərkəzi Hərbi-həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edildildiyini və bu səbəbdən hərbi xidmətə getməli olduğunu izah etmişlər. Lakin bundan sonra oğlu Nemət 2022-ci ilin sentyabr ayında hərbi xidmətə yararsız hesab edildiyini əsas gətirib hərbi xidmətə yararsız olduğunu iddia edərək səhvən həqiqi hərbi xidmətə getməmişdir. Bundan sonra onlara oğlunun şəxsi işinin araşdırılması üçün rayon prokurorluğuna göndəriləcəyi bildirilmişdir. Sonradan oğlu Nemətin hərbi xidmətdən yayınması ilə əlaqədar şəxsi işinin Kürdəmir rayon prokurorluğuna göndərildiyini öyrənmişdir. Hazırda oğlu Nemət həqiqi hərbi xidmətə getməyə hazırdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 fevral 2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti işləyir. Kürdəmir rayonu Şüşün kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuşdur. 2022-ci ilin aprel ayında məktəbdə təhsil alması nəzərə alınmaqla Təqsirləndirilən şəxs 2022-ci ilin aprel çağırışında 2022-ci ilin iyun ayınadək möhlət verilmişdir. 2022-ci ilin iyul çağırışda Təqsirləndirilən şəxs ali məktəbə sənəd verməsi nəzərə alınmaqla, o, 2022-ci ilin oktyabr çağırışına cəlb edilmişdir. 2022-ci il sentyabr ayında oktyabr çağırışına hazırlıqla əlaqədar olaraq Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilərkən çeynəmə çətinliyindən şikayətləndiyi üçün Xidmətin Kürdəmir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Respublika Klinik Xəstəxanasına müayinə olunması üçün göndəriş verilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ tərəfindən Təqsirləndirilən şəxs “açıq dişlərin üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. Həmin akt əsasında Xidmətin Kürdəmir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Təqsirləndirilən şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə dair şəhadətnamə təsdiq olunması üçün Xidmətin aparatına göndərilmişdir. Orada şəhadətnamə təsdiq edilmədən Təqsirləndirilən şəxs Mərkəzi Hərbi həkim komissiyasına əlavə müayinə üçün təqdim edilməsi barədə göstəriş verilmişdir. Həmin göstəriş icra edilərək Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında Xidmətin Mərkəzi Hərbi həkim komissiyasına təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi hərbi həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli 14a/12 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs “üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu qoyulmaqla o, hərbi xidmətə yararlı hesab edilmişdir. Mərkəzi Hərbi həkim komissiyasının arayışına əsasən Təqsirləndirilən şəxs dəqiqləşdirilmiş adlı siyahıya daxil edilərək 2023-cü ilin yanvar çağırışına cəlb edilmiş, müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə dəvət edilərək ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və o, həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin əməkdaşları tərəfindən telefon vasitəsilə əlaqə saxlanılmış, həqiqi hərbi xidmətə yola salınması üçün rayon şöbəsinə dəvət edilmişdir. 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası ilə birlikdə Xidmətin Kürdəmir rayon şöbəsinə yaxınlaşmış, orada yararsız olduğunu iddia etməklə hərbi xidmətə getməkdən qəti surətdə imtina etmişdir. Orada Təqsirləndirilən şəxs hərbi xidmətdən yayınmasının hüquqi nəticələri bir daha elan edilsə də, o, buna heç bir məhəl qoymamışdır. Bununla da Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışı zamanı hərbi xidmətə getməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü onun barəsində toplanmış material Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə dəvət edilmiş və ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və Nemət həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. xx.xx.2023-cü tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində olarkən Təqsirləndirilən şəxs müddətli hərbi xidmət keçmək barədə hansı qoşun növünə təyin ediləcəyi barədə onun mobil nömrəsinə mesaj kimi göndəriləcəyi bildirilmişdir. Bundan əlavə 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs SHXÇDX-nin Kürdəmir rayon şöbəsində olarkən ona müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə SHXÇDX-nin Kürdəmir rayon şöbəsinə atası Şahid1la birlikdə gəlmişdir. Həmin vaxt nə Təqsirləndirilən şəxs, nə atası Şahid1, nə də ki digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışında hərbi xidmətə getməsinə mane ola biləcək hər hansı üzrlü səbəbin olması barədə Xidmətin Kürdəmir rayon şöbəsinə heç bir məlumat verilməmiş və Təqsirləndirilən şəxs həmin çağırış dövründə hərbi xidmətə getməsinə mane ola biləcək hansısa üzrlü səbəb olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hesab etmişdir ki, o həkim komissiyasının ilkin qərarı ilə yararsızdır. Ona görə də hərbi xidmətə getməməlidir. Amma sonrakı həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararlı olduğunu bilib hərbi xidmətə getməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 05 fevral 2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti işləyir. Kürdəmir rayonu Şüşün kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuşdur. 2022-ci ilin aprel ayında məktəbdə təhsil alması nəzərə alınmaqla Təqsirləndirilən şəxs 2022-ci ilin aprel çağırışında 2022-ci ilin iyun ayınadək möhlət verilmişdir. 2022-ci ilin iyul çağırışda Təqsirləndirilən şəxs ali məktəbə sənəd verməsi nəzərə alınmaqla, o, 2022-ci ilin oktyabr çağırışına cəlb edilmişdir. 2022-ci il sentyabr ayında oktyabr çağırışına hazırlıqla əlaqədar olaraq Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilərkən çeynəmə çətinliyindən şikayətləndiyi üçün Xidmətin Kürdəmir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Respublika Klinik Xəstəxanasına müayinə olunması üçün göndəriş verilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ tərəfindən Təqsirləndirilən şəxs “açıq dişlərin üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. Həmin akt əsasında Xidmətin Kürdəmir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Təqsirləndirilən şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə dair şəhadətnamə təsdiq olunması üçün Xidmətin aparatına göndərilmişdir. Orada şəhadətnamə təsdiq edilmədən Təqsirləndirilən şəxs Mərkəzi Hərbi həkim komissiyasına əlavə müayinə üçün təqdim edilməsi barədə göstəriş verilmişdir. Həmin göstəriş icra edilərək Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında Xidmətin Mərkəzi Hərbi həkim komissiyasına təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi hərbi həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli 14a/12 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs “üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu qoyulmaqla o, hərbi xidmətə yararlı hesab edilmişdir. Mərkəzi Hərbi həkim komissiyasının arayışına əsasən Təqsirləndirilən şəxs dəqiqləşdirilmiş adlı siyahıya daxil edilərək 2023-cü ilin yanvar çağırışına cəlb edilmiş, müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə dəvət edilərək ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və o, həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin əməkdaşları tərəfindən telefon vasitəsilə əlaqə saxlanılmış, həqiqi hərbi xidmətə yola salınması üçün rayon şöbəsinə dəvət edilmişdir. 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası ilə birlikdə Xidmətin Kürdəmir rayon şöbəsinə yaxınlaşmış, orada yararsız olduğunu iddia etməklə hərbi xidmətə getməkdən qəti surətdə imtina etmişdir. Orada Təqsirləndirilən şəxs hərbi xidmətdən yayınmasının hüquqi nəticələri bir daha elan edilsə də, o, buna heç bir məhəl qoymamışdır. Bununla da Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışı zamanı hərbi xidmətə getməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü onun barəsində toplanmış material Kürdəmir rayon prokurorluğuna göndərilmişdir.07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə dəvət edilmiş və ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş və Nemət həmin xəbərdarlıq vərəqinə şəxsən imza etmişdir. xx.xx.2023-cü tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində olarkən Təqsirləndirilən şəxs müddətli hərbi xidmət keçmək barədə hansı qoşun növünə təyin ediləcəyi barədə onun mobil nömrəsinə mesaj kimi göndəriləcəyi bildirilmişdir. Bundan əlavə 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs SHXÇDX-nin Kürdəmir rayon şöbəsində olarkən ona müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə SHXÇDX-nin Kürdəmir rayon şöbəsinə atası Şahid1la birlikdə gəlmişdir. Həmin vaxt nə Təqsirləndirilən şəxs, nə atası Şahid1, nə də ki digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar çağırışında hərbi xidmətə getməsinə mane ola biləcək hər hansı üzrlü səbəbin olması barədə Xidmətin Kürdəmir rayon şöbəsinə heç bir məlumat verilməmiş və Təqsirləndirilən şəxs həmin çağırış dövründə hərbi xidmətə getməsinə mane ola biləcək hansısa üzrlü səbəb olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hesab etmişdir ki, o həkim komissiyasının ilkin qərarı ilə yararsızdır. Ona görə də hərbi xidmətə getməməlidir. Amma sonrakı həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararlı olduğunu bilib hərbi xidmətə getməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasının şahid qismində dindrilmiş Şahid3 ifadəsində göstərdi ki, 1983-cü ildən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında terapevt həkim, 2018-ci ildən isə SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Hərbi-Həkim Komissiyasının baş həkimi vəzifəsində işləyir. Hərbi-Həkim komissiyasının baş həkimi kimi vəzifəsi hərbi xidmətə getmək üçün Xidmətin Kürdəmir rayon şöbəsinə gəlmiş çağırışçıları tibbi komissiyanın digər üzvləri ilə birgə şəkildə tibbi müayinələrdən keçirmək və əldə olunmuş müayinələrin nəticələrinə əsasən onların hərbi xidmətə yararlı olub-olmadığı barədə rəy verməkdən ibarətdir. Bunun üçün o, Hərbi-həkim komissiyasının digər həkim üzvləri, o cümlədən də cərrah, terapevt, həkim-nevropatoloq, psixiatr, oftalmoloq, otolarinqoloq, stomatoloq, dermatoloq və fitiziatr ixtisası üzrə mütəxəssislər hərbi xidmətə növbəti çağırışdan bir müddət əvvəl Xidmətin Kürdəmir rayon şöbəsində həmin şöbəyə müraciət etmiş çağırışçıları tək-tək bütün tibbi müayinələrdən keçirdir, onların bütün zəruri tibbi analizləri tədqiq edilir, rentgen, kardioqrama və USM müayinələri aparılır və nəticədə çağırışçının hərbi xidmətə yararlı olub-olmadığı barədə rəy verilir. Kürdəmir rayonu Şüşün kəndində yaşayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsən tanımır, heç bir qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs yalnız çağırışçı kimi Hərbi-həkim komissiyasında tibbi müayinədən keçməsi ilə bağlı görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan sənədlərə əsasən o, 2022-ci ilin sentyabr ayında 2022-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar SHXÇDXnin Kürdəmir rayon şöbəsinin çağırış komissiyasına gəlib, orada şəxsən onunla sadaladığı digər ixtisaslı həkim-mütəxəssislər tərəfindən HHK-da tibbi müayinələrdən keçirilmiş və həmin vaxt da Təqsirləndirilən şəxs dişlərində problem olması səbəbindən yoxlanılması üçün xx.xx.2022-ci il tarixdə ona Respublika Klinik Xəstəxanası PHŞ-nə göndəriş verilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də Təqsirləndirilən şəxs “açıq dişlərin üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz əsasında Təqsirləndirilən şəxs Nazirlər Kabinetinin 28 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 54A maddəsinin 1-ci qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Bu səbəbdən o, 2022-ci ilin oktyabr çağırışı zamanı hərbi xidmətə aparılmamışdır. Bundan sonra bütün şəxsi işlərlə bərabər Təqsirləndirilən şəxs da şəxsi işi Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Orada Təqsirləndirilən şəxs yenidən yoxlanıldıqdan sonra ona “üst və alt çənələrdə çoxsaylı kariyesli dişlər” diaqnozu qoyulmaqla o, hərbi xidmətə yararlı hesab edilmişdir. Cağırışçı Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Hərbi-həkim komissiyasında tibbi müayinələrdən keçən zaman komissiyanın baş həkimi kimi şəxsən özü də onu görüb müayinə etmişdir. Tibbi müayinələrdən keçərkən Təqsirləndirilən şəxs dişlərindən başqa səhhətindən hər hansı şikayəti, eləcə də hərbi xidmətə getməsinə mane olan heç bir xəstəliyi olmamışdır. İş materiallarına əlavə olunmuş SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını PHŞ-nin xx.xx.2022-ci il tarixli 6892 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs barəsində “açıq dişlərin, üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu təyin edilmiş və şəhadətləndirilmə zamanı bu diaqnoz üzrə Təqsirləndirilən şəxs bu diaqnozlu xəstəliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar verilmişdir. (bax.iş.vər.9-10) İş materialalrına əlavə edilmiş SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli 14a/12 nömrəli arayışında Təqsirləndirilən şəxs barəsində “Üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu təyin edilmiş və şəhadətləndirilmə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. (bax iş vər.11) İş materialalrına əlavə edilmiş Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli K/92-2023 nömrəli rəyində göstərilmişdir ki, 1) Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını PHŞ-nin xx.xx.2022-ci il tarixli 6892 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda Təqsirləndirilən şəxs barəsində təyin edilmiş “açıq dişləm, üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu düzgün deyildir, yəni onda “Açıq dişləm” diaqnozlu patologiya hal-hazırda mövcud deyildir. Təqsirləndirilən şəxs halhazırda “İİ hissəvi adentiya” diaqnozlu xəstəlik vardır. 2) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 02 dekabr 2022-ci il tarixli 14a/12 nömrəli arayışında Təqsirləndirilən şəxs barəsində təyin edilmiş “Üst və alt çənələrdə çoxsaylı kariesli dişlər” diaqnozu və şəhadətləndirilmə zamanı bu diaqnoz üzrə HHK-nın verdiyi qərar düzgün olmuşdur. 3) Respublika Klinik Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli 6892 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında Təqsirləndirilən şəxs barəsində təyin edilən “Açıq dişləm, üst və alt çənələrin İİ hissəvi adentiyası, çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu düzgün olmamışdır. Əslində həmin dövrdə Təqsirləndirilən şəxs “İİ hissəvi adentiya” diaqnozlu xəstəlik olmuşdur və o, bu diaqnozlu xəstəliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlı olmuşdur. Təqsirləndirilən şəxs şikayətləri əsasında aparılan müayinələrdə ondan endokrinoloji xəstəliklər aşkar edilmədi. 4) Təqsirləndirilən şəxs xəstəliyinin hansı tarixdə yaranmasını təyin etmək mümkün deyildir, lakin bu xəstəlik xx.xx.2022-ci il tarixdən əvvəl yaranmışdır. 5) Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə hərbi xidmətə yararlı olmuşdur. 6) Təqsirləndirilən şəxs hal-hazırda “İİ hissəvi adentiya” diaqnozlu xəstəlik vardır və o, bu diaqnozlu xəstəliklə hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs hal-hazırda ortopedik müalicəyə ehtiyacı vardır.(bax iş vər.46-50) İş materiallarına əlavə edilmiş SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, “Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair” xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş, Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir.(bax iş vər.13) İş materialalrına əlavə edilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2023-cü il tarixli 4/1008 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli “Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair” Xəbərdarlığın aşağı hissəsində “xx.xx.2023” yazılarının qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (bax iş vər.116-119) İş materialalrına əlavə edilmiş SHXÇDX-nin Kürdəmir rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib və təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli 3613 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növlərinə təyin edilmiş Azərbaycan Respublikası vətəndaşlarının SHXÇDX-nin Kürdəmir rayon şöbəsi üzrə adlı siyahısından görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur.(bax iş vər.14) İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Mərkəzi X8 Şəxsindən daxil olmuş 22 iyun 2023-cü il tarixli PHŞ-6-49/2-368/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Şüşün kəndində yaşayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim-psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Digət anemiyalar” diaqnozu ilə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə hərbi xidmətə çağırışlarla əlaqədar müayinələrdən keçmək üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmişdir.(bax iş vər.125) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsindən daxil olmuş 22 iyun 2023-cü il tarixli 23-0000-xx-xx-001974 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər.127-128) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 720 nömrəli arayışdan görünür ki, X1 Nemət Əlimran oğlu valideynləri ilə birlikdə Kürdəmir rayonunun Şüşün kəndində yaşayır. (bax iş vər. 113) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxsnın adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.114) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və cəza almalıdır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmanolmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və onun həqiqi hərbi xidmətə getməyə hazır olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnın şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə həmçinin yuxarıda qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə onlara təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, “şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışına nəzarət hazırda yaşadığı Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələbinə əsasən sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, özünü cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün yetişdirmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs 110 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən Kürdəmir rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 110 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar