Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-71/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 0.161 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0.25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, ünvan 3 ünvanında yerləşən tanışı Şahid4 məxsus fərdi yaşayış evində olarkən Kürdəmir RPŞ-nın əməkdaşlarının evə daxil olduqlarını görüb məsuliyyətdən yayınmaq üçün narkotik vasitə qurudulmuş marixuananı otaqda olan stolun üzərinə, psixotrop maddə metamfetamini isə otağın pəncərəsinin qarşısına atmış, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanda yerləşən Şahid4 məxsus fərdi yaşayış evinə baxış zamanı evin ikinci mərtəbəsindəki yataq otağında stolun üzərində istifadə olunmuş 01 ədəd siqaretdə 0.25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və pəncərənin qarşısında 01 ədəd kağız büküm içərisindəki 02 ədəd polietilen bükümdə 0.129 qram və 0.032 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. Narkotik vasitə olan qurudulmuş marixuanadan bir neçə müddətdir ki, hərdən istifadə edir. Qarabağ zonasında işləyir, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Laçın şəhəri ərazisində tanımadığı “Kamaz” sürücüsü ona pay qismində 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana vermiş, həmin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək üçün üzərində saxlamış, həmçinin xx.xx.2024-cü il tarixdə günorta saatlarında Laçın şəhəri ərazisində avtomobil yolunun kənarından yerdən 02 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin tapmış, maraqlı gəldiyi üçün şəxsi istifadə etmək üçün üzərində saxlamış, həmin tarixdə Kürdəmir rayonuna gəlmiş, saat 18 radələrində tanışı Şahid4 ünvan 4 ünvanda yerləşən evinə getmiş, üzərində saxladığı qurudulmuş marixuananı çıxarıb siqaretə doldurub çəkməyə başlamış, həmin vaxt polis əməkdaşları gəlmişlər, məsuliyyətdən qorxduğu üçün əlində olan qurudulmuş marixuananı söndürüb yataq otağında olan stolun üzərinə qoymuş, eləcədə cibində olan 02 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamini pəncərənin qarşısına tullamış, polis əməkdaşları otağa girib qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aşkar etmişlər. O, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin alqı-satqısı ilə məşğul olmamış, aşkar edilmiş kütlələri şəxsi istifadə etmək üçün saxlamışdır. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alıbn ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri sakini Şahid4 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatı barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Şahid4 yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin küçə qapısına gəlib küçə qapısı müstəntiq tərəfindən döyülmüş, Şahid4 çölə çağırılmış, Şahid4 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və yaşadığı evdə saxlamaqda, daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, Şahid4 heç bir etirazının olmamasını bildirmiş, Şahid4 razılıq ərizəsi əsasında və onun göstərməsinə əsasən evin həyətyanı sahəsi ilə hərəkətə başlanılmış, həyətə daxil olduqda Emin həyətdə qarşıda yerləşən 2 mərtəbəli yaşayış evinin ikinci mərtəbəsini göstərərək orada yaşadığını bildirmiş, Şahid4la birlikdə 2-ci mərtəbəyə qalxdıqda eyvandan dəhlizə keçən zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə qarşılaşmışlar. Dəhlizdən Şahid4 yaşadığı otağa keçdikdə stolun üzərində 01 ədəd yarı istifadə olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret aşkarlanmış, Təqsirləndirilən şəxs həmin siqaretin ona məxsus olmasını, narkotik vasitə qurudulmuş marixuananı Laçın rayonunda tanımadığı “Kamaz” markalı yük avtomobilinin sürücüsünün ona pay verdiyini bildirmiş, 01 ədəd yarı istifadə olunmuş siqaret ağ rəngli içərisi boş kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi üçün ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmiş, daha sonra otağın pəncərəsinin qarşısından 01 ədəd kağız büküm içərisində olan 02 ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, Şahid4 və Təqsirləndirilən şəxs həmin bükümlərdən məlumatları olmadığını və onlara məxsus olmadığını bildirmişlər. 01 ədəd kağız büküm içərisində olan 02 ədəd polietilen büküm ağ rəngli içərisi boş kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi məqsədilə ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmiş, daha sonra Şahid4 və Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-na gətirilmişlər. Əvvəlcə Şahid4 seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinəşəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid4 üzərinə 0şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid4 üzərində şəxsi axtarışa başlanmış, şəxsi axtarış zamanı Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmet olmadığını bildirmişdir.Bundan sonra Şahid4 üzərində müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sol ön cibindən 01 ədəd alışqan, 01 ədəd muştuq, 01 ədəd salfet və bələdiyyə kağızları aşkar edilmiş, başqa heç nə aşkar edilməmişdir, aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd muşluq, 01 ədəd salfet və bələdiyyə kağızları iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Şahid4 özünə qaytarılmışdır.Şifahi soğru zamanı Şahid4 bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 01 ədəd yarı istifadə olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret və 01 ədəd kağız büküm içərisində olan 02 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Daha sonra əynində olan paltarın cibindən 15 manat pul, 01 ədəd alışqan, 02 ədəd açar, 01 ədəd plastik kart, 01 ədəd salfet, 01 ədəd cib dəsmal, 01 ədəd “Azərenerji” plastik kartı və içərisində müxtəlif plastik kartlar olan 01 ədəd cib portmanatı çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd 5 manatlıq pul əsginazı aşkar edilsmş, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 20 manat pul, 01 ədəd alışqan, 02 ədəd açar, 01 ədəd plastik kart, 01 ədəd salfet, 01 ədəd cib dəsmalı, 01 ədəd “Azərenerji” plastik kartı və içərisində müxtəlif plastik kartlar olan 01 ədəd cib portmanatı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən Şahid4 məxsus fərdi yaşayış evinin yataq otağındakı stolun üzərindən aşkar edilmiş yarım halda olan siqaretin içərisində istifadə etdiyi marixuana və həmin yataq otağındakı pəncərənin qarşısındakı 01 ədəd kağız büküm içərisindəki 02 ədəd polietilen bükümdə isə psixotrop maddə metamfetamin ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ PPXB-nin komandir müavini Şahid2n da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə iclasına dəvət edilmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Şahid4 ibtidai istinaqda verdiyi ifadəsində gösrtərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan uzun müddətdir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən həyət qapısı döyülmüş, gedib qapını açdıqda polis əməkdaşlarının olduğunu görmüş, onlar özlərini təqdim etdikdən sonra üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirərək barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər, razılığı ilə yaşadığı evə baxış keçirmişlər, evdə ikinci mərtəbədə yataq otağında pəncərənin qarşısında 02 ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və stolun üzərində siqaretin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, kütlələr içərisi boş zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi yardımından istifadə etmək hüququ izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil X5 ilə təmin edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə varsa onu təqdim etməsi təklif edilmiş, üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar olunmamışdır. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, yaşadığı evə baxış keçirilən zaman tanışı Təqsirləndirilən şəxs onun evində olmuş və evin ikinci mərtəbəsinin yataq otağında masanın üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və pəncərənin qarşısından aşkar edilmiş 02 ədəd bükümdə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs məxsus olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir RPŞ-nın əməkdaşları yaşadığı evə baxış zaman Rasim məsuliyyətdən qorxduğu üçün üzərində olan psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı otağa tullamış, sonradan Rasim həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu səmimi etiraf etmişdir. İş materiallarında olan kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 3-16-13/2-18/146-147 nömrəli rəyindən götrener ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus...”sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd yarımçıq halda yarı hissəsi yanmış siqaret dənəsində təmiz çəkisi-0.25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 yaşadığı evdən...”sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümün içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0.129 qram, 0.032 qram, ümumi çəkisi 0.161 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Marixuananın təmiz çəkisi – 0,25 qram, tədqiqata cəmi 0,02 qram sərf edildikdən sonra 0,23 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi-0,161 qram,cəmi tədqiqata sərf edildi-0,04 qram( hər 02 ob.0,02 qram nümunə götürüldü),0,121 qram qalıq qalmışdır. (bax iş vər, 85-89) İş materialalrında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-133/2024 nömrəli məktubdan görünür ki, Həsənov X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər,125) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı yoxdur. Nakoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 190) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 127-128) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X9 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-29752-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. (bax iş vər .124) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 549 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət tərkibdə ailə üzvləri vardır və onlardan 2-si azyaşlıdır. (bax iş vər. 186) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə xarakterizə olunur. (bax iş vər. 187) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 19.50-də tutulmuşdur. (bax iş vər. 54) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 17.30-da MSY-dən azad edilmişdir. (bax iş vər. 109-110) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqların olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həsənov X6 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qrudulmuş marixuananın 0.23 qram qalığı və psixotrop maddə metamfetaminin 0.121 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı və Emin Həsənovun üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disklər cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 63,90 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqıneda iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qrudulmuş marixuananın 0.23 qram qalığı və psixotrop maddə metamfetaminin 0.121 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı və Emin Həsənovun üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disklər cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 63,90 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-71/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-71/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver