Məhkəmə qərarları › İş №1(041)-71/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-71/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-71/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti göstərən Müdafiəçi2 iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Atakişili kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 9.77 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış,xx.xx.2025-ci il tarixdə, saat 21.20 radələrində Kürdəmir rayon Polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Pirili kəndi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutularında ayrıayrılıqda çəkiləri 6.99 qram və 2.78 qram olmaqla, ümumi təmiz çəkisi 9.77 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qrudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildi və göstərdi ki, evlidir, 1 azyaşlı oğlu var. Narkotik vasitə aludəçisi deyil. Əvvəllər hərdən qurudulmuş marixuanadan istifadə edib. 09 fevral 2025-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndi ərazisində nobatda xırda və iri buynuzlu heyvanları otararkən yerdə bağlama görmüş, bağlamanı götürüb içərisinə baxmış, içərisində iki ədəd kibrit qutusu dolu marixuana olduğunu görmüşdür. Həmin kibrit qutularını götürmüş, kibrit qutusunun birindən istifadə etmişdir. Sabahısı gün Kürdəmir rayonu, Pirili kəndi ərazisində Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim etmiş, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da iki ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bu video çəkilişlə edilmişdir. Sonra onu, Kürdəmir rayon polis şöbəsinə gətirmişlər, orada da üstündə şəxsi axtarış aparılmış, iki ədəd kibrit qutusunun ona məxsus olduğunu, içərisində narkotik vasitə marixuana olduğnu və istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən səmimi peşmandır. Ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq olmamışdır. Həmin kibrit qutuları ağ zərfdə qablaşdırılaraq götürülmüşdür. Şahid X9 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də X2 əməliyyat müvəkkilli vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır.xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:20-da onun, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı X5, RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş leytenantı X8, RPŞ-nin TH-nin polis nəfəri polis baş serjantı X4 və RPŞ-nin İTB-nin sah polis nəfəri polis baş serjantı X7 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Kürdəmir rayonu Atakişili kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Bayramov X10 rayonu Pirili kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı onların təklifi əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları tərəfindən açılmış içərilərində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələr bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutularında olan kütlələr marixuanadır, həmin kütlələri xx.xx.2025-ci il tarixdə nobatda heyvan otarakən tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmişdir. Orada müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Şahid1nin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-də İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:20-da onun, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı X5, onun, RPŞ-nin TH-nin polis nəfəri polis baş serjantı X4 və RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X7 iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Kürdəmir rayonu Atakişili kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Bayramov X10 rayonu Pirili kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı onların təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları tərəfindən açılmış içərilərində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələr bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşakar edilmiş kibrit qutularında olan kütlələr marixuanadır, həmin kütlələri xx.xx.2025-ci il tarixdə nobatda heyvan otarakən tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmişdir. Orada müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra Müdafiəçi1 dəvət edildi və ona təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 2 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərindəki isə öz imzasızıdır. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən iki ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutularına baxış keçirilən zaman, hər birinin içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutuları ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 5.79 qram,10.32 qram, olmaları müəyyən edilmişdir. Həmin kibrit qutuları ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutusunda olan marixuanalar ona məxsusdur, həmin marixuananı nobatda olarkən tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir, aşkar edilmiş marixuana onun özünə məxsusdur. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş : - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinin yoxlanmasına dair protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X6, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı X5, Kürdəmir İTB-nin sahə rəisi polis kapitanı Şahid1, Kürdəmir RPŞ-nin TH-nin polis nəfəri polis baş serjantı X4, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X7, iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu Atakişili kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Bayramov X10 rayonu Pirili kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara mrəngli qış gödəkçəsinin qabaq sol cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları polis əməkdaşı tərəfindən açılmış içərilərində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş kibrit qutularında olan kütlə marixuanadır, həmin kütlələri xx.xx.2025-ci il tarixdə nobatda heyvan otararkən tapmışdır, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. -Cinayət işində olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinin yoxlasnması zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis polkovnik-leytenantı X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Şahid1 , Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 2 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən iki ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutularına baxış keçirilən zaman, hər birinin içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutuları ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 5.79 qram,10.32 qram, olmaları müəyyən edilmişdir. Həmin kibrit qutuları ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutusunda olan marixuanalar ona məxsusdur, həmin marixuananı nobatda olarkən tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ” sözləri və imzalar olan ümumi sayı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 6.99 qram, 2.78 qram ümumi təmiz çəkisi 9.77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və təkriblərinə görə üyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 9.77 qram, tədqiqata 0,20 qram sərf olunmuş, 9.57 qram qalıq qalmışdır. - Ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli, 314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan xx.xx.2025-ci il tarixli, 18-1-49/2-172/2025 nömrəli məktubdan görünür ki, Bayramov X10 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X14 Filialından daxil olan xx.xx.2025-ci il tarixli, 3-17-1/2-39073/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Kürdəmir RİHB-nın Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 120 nömrəli arayışdan görünür ki, Bayramov X10 rayonu Sor-Sor kəndində yaşamaqla himayəsində xx.xx.2024-cü il təvəllüdlü bir nəfər azyaşlı uşaq var. - Kürdəmir RİHB-nın Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22.00-da-də şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azaərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 4-ci bəndində göstərilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddəsin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddənin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahısına görə qurudulmuş marixuanaya görə cinayət məsuliyyətinin yaranması üçün minimum 5(beş) qram çəki müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq xeyli miqdarda əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşaq olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərindən və cinayət qanunu normasının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarında nəzərdə tutulan müddəalarından görünür ki, cinayət törətməkdə təqsiri olan şəxsə cəza təyin edilərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır : - Qəsdin obyekti, təqsirin forması və cinayətin ağırlıq dərəcəsi (cinayətin xarakteri); -Cinayətin nəticəsinin ağırlığı, törədilməsi üsulu, vurulmuş zərərin həcmi və s. (cinayətin ictimai təhlükəlilk dərəcəsi); - Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; - Təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar; - Cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (cəzanın məqsədi). Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət əməlini törədir və onun əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin etməyini cəzanın məqsədlərinə nail olunması baxımından yetərli və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddasinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22.00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 16.00-da Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.4, 132.1.6 və 132.1.7-ci maddələrinə əsasən İş üzrə maddi sübutlar- Kürdəmir rayon Polis şöbəsində saxlanılan 09,57 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, videogörüntülərin qeydə alındığı 02 ədəd disk cinayət işi materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-ci maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəfinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarından görünür ki, məhkəməyədək keçirilmiş ekspertiza üçün xərc 31,95 manat təşkil etmişdir. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, ekspertiza xərci olaraq 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 187 manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün həbsdə saxlamanın müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 04 gün müddət təyin edilmiş 01 il 08 ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti olaraq 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut -Kürdəmir rayon Polis şöbəsində saxlanılan 9.57 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Maddi sübut - 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə eksperttiza xərci 31,95 ( otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə (AZ.MEM, VÖEN-**********, Hesab № 2088501,X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 17 saat hər iş saatına 11 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 187 manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən : Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar