Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-72/2023 01.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə 15 avqust 1989-cu ildə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan 480,79 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin narkotik maddənin 0,79 qramını 28 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində tanışı, xx.xx.1995-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Kürdəmir rayonu Topalhəsənli kəndində qediyyatda olmaqla həmin ünvanda yaşayan Şahid2 təmənnasız, gəlir və heç-bir mənfəət əldə etmədən, pay qismində vermiş, Şahid2 isə əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 0,45 qramını şəxsi istifadəsi üçün götürmüş, qalan 0,34 qramını isə həmin gün saat 21 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində dostu xx.xx.2006-ci il tarixdə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid1 təmənnasız, gəlir və heç-bir mənfəət əldə etmədən pay qismində vermiş, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir şəhəri Babək prospektində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Şahid2 Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının qabaq sol cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram Şahid1 üzərindən aşkar olmuş narkotik maddə ilə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra isə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat axtarış tədbiləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Heydər Əliyev prospektində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin içərisindən bir ədəd göy rəngli polietilen torbada Şahid1 eləcədə Şahid2 üzərlərindən aşkar olunan narkotik vasitələrlə eyni tərkibli olan 480.0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, az hallarda narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Şahid2 həmkəndlisidir, onunla münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Təxminən bir il bundan qabaq Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində su kanalından balıq tutarkən orada yabanı halda bitən bir ədəd çətənə kolu görmüş, həmin çətənə kolunu dərib qurudaraq yaşadığı evə gətirib şəxsi istifadə etmək üçün gizlətmişdir. Təxminən 2022-ci ilin aprel ayının ortalarında Taryelə zəng edərək televizorunu düzəltməsini xahiş etmiş, həmin gün Taryel yaşadığı evə gəlib televizorunun antenasını təmir etmiş, işini qurtarandan sonra Taryeldən zəhmət haqqını deməsini istəmiş, Taryel isə gördüyü iş müqabilində pul eləcədə heç nə istəməmiş, Taryel çıxıb getməmişdən qabaq Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən tapıb toplayıb qurudaraq saxladığı həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədər çıxardıb Taryel ilə birlikdə çəkmiş, sonra Taryel çıxıb getmiş, həmin vaxt Taryelə narkotik vasitə marixuana verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Taryel yaşadığı evə gəlib ondan narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmiş, həmin narkotik vasitədən bir az qaldığını deyərək ona bir bükümdə pay olaraq vermiş, həmçinin Taryelə “səndə də olanda mənə verərsən” demişdir. Taryeldən narkotik vasitə qurudulmuş marixuanaya görə pul almamış, eləcədə aralarında bununla bağlı hər hansı formada sövdələşmə, razılaşma olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələridə qurudulmuş marixuananın sonuncu qalan hissəsini götürüb başqa yerdə gizlətmək üçün Kürdəmir şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət etməyə başlamış, həmin günü saat 10:50 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirib RPŞ-yə gətirmişlər, RPŞdə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş müdafiəçilərin sayıhısı ilə tanış olduqdan sonra, seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra şəxsi axtarışa başlanılmış, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin içərisində saxladığı bir ədəd polietilen torbada olan marixuananı çıxarıb masanın üzərinə qoymuş, həmin torba müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilərkən içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin torba elektron tərəzidə çəkilmiş və torba ilə birlikdə təxmini çəkisi 500 qram olması müəyyən edilmiş, üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, başqa qanunsuz əşya və predmet aşkar edilməmiş, polietilen torbada olan qurudulmuş marixuana ekspertizaya təqdim olunması üçün qablaşdırılmaqla möhürlənmişdir. xx.xx.2023-cü il tarixdə saxlanılıb Kürdəmir RPŞ-na gətirilib üzərində axtarış aparılan zaman həyəcanlı və təlaşlı olduğu üçün ifadəsində xx.xx.2022-ci il tarixdə Taryelə televizoru təmir etməsi müqabilində narkotik vasitə verməsini bildirmişdir, lakin həqiqətdə həmin tarixdə Taryel onun televizorunu təmir etməmişdir. Taryel həmin tarixdə evinə tanımadığı avtomobillə gələrək ondan ikilikdə pay qismində bir büküm narkotik vasitə qurudulmuş marixuana istəmiş, buna görə də Taryelə pay olaraq bir büküm narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya görə Şahid2 ona pul və ya hər hansı nəsə bir şey verməmiş, bununla bağlı aralarında heç bir sövdələşmə razılaşma olmamışdır. Həmçinin saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmiş, heç kimə narkotik vasitə satmamışdır, Kürdəmir rayonu ərazisində, eləcədə Respublika ərazisində başqa cinayət əməli törətməmiş, aşkar olunan narkotik vasitə olan marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə olmamışdır. Başqa heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, valideynlərinin onun himayəsində yaşamasını, atasının xəstə olduğunu, ilk dəfə cinayət hadisəsi törətməsini nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixli qərarla Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi barəsində axtarış qərarının olmuş, bununla bağlı xx.xx.2023-cü il tarixdə saat 10:55-də Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq, üzərində şəxsi axtarış və digər istintaq hərəkətlərinin aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi, polis kapitanı Natiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X7 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkcənin içərisindən 01 ədəd polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba açılmış içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin təxmini 500 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torbada olan kütlənin qurudulmuş marixuana olduğunu, 2022-ci ilin aprel ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində kanalda balıq tutarkən kanalın kənarından tapdığı çətənə kolundan topladığını, şəxsi istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin torba qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, düşmənçilik və ədavəti olmamış, Mahmuda qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərk xidməti vəzifəsi ilə əlaqədar olaraq rayon ərazisindən kənarda olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaqda erdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixli qərarla Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi barəsində axtarış qərarının olmuş, bununla bağlı xx.xx.2023-cü il tarixdə saat 10:55-də Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq, üzərində şəxsi axtarış və digər istintaq hərəkətlərinin aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi, polis kapitanı Natiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X7 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkcənin içərisindən 01 ədəd polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba açılmış içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin təxmini 500 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torbada olan kütlənin qurudulmuş marixuana olduğunu, 2022-ci ilin aprel ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində kanalda balıq tutarkən kanalın kənarından tapdığı çətənə kolundan topladığını, şəxsi istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin torba qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, düşmənçilik və ədavəti olmamış, Mahmuda qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərk xidməti vəzifəsi ilə əlaqədar olaraq rayon ərazisindən kənarda olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaqda erdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid6 istintaqda verdiyi ifadəsində göstərmişdir ki,o, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixli qərarla Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi barəsində axtarış qərarının olmuş, bununla bağlı xx.xx.2023-cü il tarixdə saat 10:55-də Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq, üzərində şəxsi axtarış və digər istintaq hərəkətlərinin aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi, polis kapitanı Natiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X7 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkcənin içərisindən 01 ədəd polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba açılmış içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin təxmini 500 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torbada olan kütlənin qurudulmuş marixuana olduğunu, 2022-ci ilin aprel ayında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində kanalda balıq tutarkən kanalın kənarından tapdığı çətənə kolundan topladığını, şəxsi istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin torba qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№137” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, düşmənçilik və ədavəti olmamış, Mahmuda qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində didnrilmiş Şahid2 ifadəsində göstərdi ki, qurudulmuş marixuanadan son bir ildir ki, hərdən istifadə edir, özü Kürdəmir rayonu ərazisində fərdi qaydada ustalıq edir. Şahid1 həmkəndlisidir. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. Rəvanın yaşı az olsa da onunla dostluq münasibətləri olmuşdur. Rəvanla bir dəfə birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Rəvan zəng edərək onunla görüşmüş və ondan birlikdə istifadə etmək üçün narkotik maddə olam marixuana istəmiş, üstündə narkotik maddə olmadığını, lakin rayon ərazisindən tapa biləcəyini demişdir. Həmin gün saat 20 radələrində əvvələr birlikdə narkotik istifadə etdiyi Mahmudun evinə həmin taksi ilə gedərək ikilikdə, taksi sürücüsü yanlarında olmadan ondan narkotik maddə marixuana istəmiş, Mahmud özündə şəxsi istifadə üçün saxladığı narkotik vasitə marixuana olduğunu demiş və həmin narkotik vasitə qurudulmuş marixuanadan bir hissəsini təmannasız olaraq pay qismində ona vermiş, bunun müqabilində Mahmuda pul və ya hər hansı nəsə bir şey verməmiş, qayıdıb Rəvanın yanına gəlmiş, Mahmudun pay verdiyi həmin narkotik vasitə marixuananın bir hissəsini Rəvanla birlikdə çəkərək istifadə etmişlər, qalan hissəsini isə yarı bölmüşlər, yarısı Rəvanda qalmış, yarısını isə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndində piyada gəzərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib onu RPŞ-nə gətirmişlər, RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sol cibindən bir ədəd kağız bükümdə olan marixuananı çıxarıb masanın üzərinə qoymuş, daha sonra isə telefonunu çıxarıb təqdim etmiş, bundan sonra, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan qurudulmuş marixuana içərisi boş ağ zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Rəvan ona narkotik vasitə tapmasını istəmiş, o, da tanışı Mahmuddan pay olaraq narkotik vasitə alıb gətirib Rəvanla birlikdə çəkib istifadə etmişlər, qalan hissəsini də üzərində şəxsi istifadə etmək üçün saxlamışdır. Rəvana verdiyi narkotik vasitəyə görə heç-bir mənfəət əldə etməmişdir. Eləcədə Mahmuda ona verdiyi narkotik vasitə qurudulmuş marixuanaya görə pul və ya nəsə bir şey verməmiş, ilkin ifadəsində həyəcanlı olduğu üçün Mahmuda narkotik vasitə verdiyinə görə 10 manat pul verdiyini bildirmişdir. Həqiqətdə, isə Mahmuda aldığı narkotikin qarşılığında pul verməmişdir. O, saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Şahid1 ona 10 manatı taksi pulu olaraq vermişdir. Rəvan ona narkotik vasitənin alınması üçün pul verməmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır, qurudulmuş marixuanadan son 1 aydır ki, istifadə edir. Şahid2 həmkəndlisidir, onunla ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində özünə məxsus mobil nömrə ilə Taryelin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib onunla görüşmüş, ondan istifadə etməsi üçün “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş etmiş, bunun üçün Taryelə 10 manat pul vermiş, Taryel çıxıb getmiş, həmin gün saat 20 radələrində Taryel qayıdıb yanına gələrək cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana çıxarmış, həmin narkotik vasitədən birlikdə istifadə etmişlər, qalan hissəsini isə Taryel ilə yarı bölmüş, onun payına düşən hissəni cibinə qoyaraq istifadə etməsi üçün saxlamış, Taryel həmin narkotik vasitəni Mahmudun ona pay verdiyini, ona verdiyi 10 manat pulun üzərinə özünün də 2 manat pul əlavə edərək taksiyə yol pulu olaraq verdiyini bildirmişdir. Bundan sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Kürdəmir şəhəri Babək prospektində piyada hərəktədə olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib onu RPŞ-nə gətirmişlər, RPŞ-də anası X6 qanuni nümayəndəsi kimi dəvət edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi yardımından istifadə etmək hüququ izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, əynində olan gödəkçənin qabaq sol cibindən bir ədəd kağız bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş, həmin büküm müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilmiş, bundan sonra üzərində şəxsi axtarış və götürmə keçirilmiş, bundan sonra üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan qurudulmuş marixuana içərisi boş ağ zərfdə qablaşdırılmış və üzəri yazılandan sonra möhürlənmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparan zaman həyəcanlı və təlaşlı olduğu üçün izahatında Taryelin ona narkotik vasitəni Mahmuddan 10 manata alıb gətirib ona verməsini bildirmişdir. Ancaq həqiqətdə isə Taryel narkotik vasitə qurudulmuş marixuananı gətirib ona verən zaman narkotik vasitəni Mahmudun ona pay qismində verməsini, narkotik vasitə alması üçün ona verdiyi 10 manat pulu taksiyə yol haqqı olaraq verdiyini bildirmişdir. Taryelə 10 manat pulu verən zaman, eləcədə Taryel ona narkotik vasitə qurudulmuş marixuana gətirib verən zaman yanlarında heç kim olmamışdır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmiş, heç kimə narkotik vasitə satmamışdır, Kürdəmir rayonu ərazisində, eləcədə Respublika ərazisində başqa cinayət əməli törətməmiş, aşkar olunan narkotik vasitə olan marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/375 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) “Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan polietilen torba bağlamada 01 ədəd polietilen torbada təmiz çəkisi 480.0 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş Şahid2 üzərindən Şahid1 üzərindən və Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təmiz çəkisi-480,0 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram,479,9 qram qalıq qalmışdır. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 707 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 188) İş materiallarına olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-306/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax İİ cild,vər.21) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax İ cild, vər. 121-122) Cinayət işinə əlavə edilmiş tapşırığının xx.xx.2022-ci il tarixli 1xx-xx-220600090 saylı cavabından görünür ki, agentlərə faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tanışı Şahid2 narkotik vasitə qurudulmuş marixuana satmamış, həmin narkotik vasitə qurudulmuş marixuananı Taryelə pay qismində verərək, gələcəkdə onda da olacağı təqdirdə ona pay verəcəyi barədə razılaşmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün üzərində saxlamışdır, digər şəxslərə satmaqla məşğul olmamışdır. (bax İİ cild,vər.28) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1028 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayır. (bax İİ cild, vər. 27) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş Kürdəmir rayon İHB Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, kənddə yaşadığı müddətdə barəsində hər hansı bir şikayət daxil olmamışdır. (bax İİ cild, vər. 26) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə,saat 12.50-də şübhəli şəxs qismində tutulmuşdur. (bax İ cild, vər.135-136) İş materiallarına əlavə edilmiş Küdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxsn barəsində həbs qətimkan seçilməsindən imtina edilmiş, və Kürdəmir RPŞ-nin müstəntiqi tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(bax İ cild vər. 215-224) İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir.(bax İ cild vər.105-110) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəməkimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət hadisəsi törətməsini, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini və onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 479,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınan 1 ədəd disk və Azərsell MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evi gecə saat 22.00dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 479,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınan 1 ədəd disk və Azərsell MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-72/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-72/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver