Məhkəmə qərarları › İş №1(041)-73/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-73/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-73/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə təqsirləndirilən şəxs tamah niyyəti ilə Kürdəmir rayonu Quşlar kəndində yaşayan, xx.xx.1974-cü il təvəllüdlü, Zərərçəkmiş şəxs etibarından sui–istifadə edərək, N manat pul müqabilində oğlu X2 döyüş bölgələrinə göndərilməməsi şərti ilə, yəni onun hərbi xidmətinin sonuna qədər xidmət apardığı Gəncə şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində saxlamaqdan ötrü yalandan vəd verib алдаdaraq, öz adına olan “Azərbaycan Beynəlxalq Bankı”na aid 5522-0993-4969-7698 nömrəli “Tam” kart hesabına X1 məxsus Kapital banka aid kartdan mobil telefon proqram tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilən 1000 (min) manatı, xx.xx.2023-cü il tarixdə göndərilən 1500 (min beş yüz) manatı, xx.xx.2023-cü il tarixdə isə Kürdəmir rayonunda yerləşən “Rabitəbank” filialının qarşısında olan “Mpay” ödəmə terminalı vasitəsilə həmin karta göndərilən 250 (iki yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ümumilikdə зярярчякмиш шяхс Zərərçəkmiş şəxs N manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 10 ünvanında yaşayır, heç bir yerdə işləmir, Qarabağ müharibəsi veteranıdır, 2-ci qrup əlildir, 2023-cü ilin əvvəllərində dəlduzluq hadisəsi törətdiyinə görə məhkəmənin hökmünə əsasən azadlığın məhdudlaşdırılıması cəzasına məhkyu edilmişdir, hazırda cəzasını çəkib qurdarıb. Göygöl rayonu, Zurnabad kəndində yaşayan Şahid3 qohumudur. 13 avqust 2023-cü il tarixdə Şahid3 onun yaşadığı ünvana gələrək, dostunun oğlunun Göygöl rayonu Çaykənd kəndində yerləşən hərbi hissədə xidmət etdiyini və onunla görüşmək lazım olduğunu bildirmişdir. Rizvanla razılaşıb onunla birlikdə Çaykənd kəndində yerləşən hərbi hissəyə gedərək Rizvan onu Sarvan və ailəsi ilə tanış etmişdir. Hərbi hissədən çıxdıqdan sonra Rizvan, Sarvan və ailəsi ilə birlikdə Göygöl rayonu Azay Kazımov küçəsində yerləşən Gilavar-2 restoranına gedərək söhbət etmişlər, söhbət zamanı Sarvan ona 150 manat pul verərək oğlu Zahid adlı əsgərə baş çəkməsini və onunla maraqlanmağını xahiş etmiş, o, da ona narahat olmamasını, oğlu Zahidə baş çəkəcəklərini bildirmişdir. Daha sonra o, 150 manatı Rizvana vermişdir. Daha sonra onlar Sarvan və onun ailəsini Kürdəmir rayonuna yola salmışlar. Bundan sonra o, Rizvanla sağollaşaraq öz evinə getmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Zahid bölgü üçün Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Tez-tez Zahid xidmət etdiyi hərbi hissəyə gedərək onunla hal-əhval tutmuşdur. xx.xx.2023-cü il tarixdə Sarvanla telefonla danışarkən Sarvan ona Zahidin barmağına infeksiya keçdiyini və ağrılarının olduğunu demiş və o, da Zahidin ona bir şey demədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sarvana məxsus mobil nömrəyə zəng edərək Zahidin ali təhsilli olduğunu, Gəncə şəhərində saxlanıla biləcəyini, özü də danışıb həll edəcəyini, bunun üçün “şirinlik” lazım olacağını bildirmiş və Sarvan da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Sarvana zəng edərək, 2500 (iki min beş yüz) manat pul istəmiş və o, da göndərdiyi ABB aid 5522-0993-4969-7698 hesab nömrəli tam karta 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə isə 1500 (min) manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Sarvana zəng edərək əlavə 500 (beş yüz) manat pul lazım olduğunu demiş və Sarvan onun kart hesabına 250 (iki yüz əlli) manat pul göndərmişdir. Aldığı pulları öz ehtiyaclarına xərcləmiş, borclarını ödəmişdir. Səmimi olaraq etiraf edir ki, Zərərçəkmiş şəxs oğlunu hərbi hissədə saxlatdırmaq üçün N manat pul almışdır. Hazırda həmin məbləği qaytarmağa maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olmasını, əlilliyini və ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Quşlar kəndində yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. X5 Müdafiə Nazirliyinin Göygöl rayonu Çaykənd kəndində yerləşən hərbi hissəsində xidmət etmişdir. Qohumu Nərminə ondan oğlunun harada olamasını soruşduqda, o, Göygöl rayonunda olmasını bildirmişdir. Nərminə Göygöl rayonunda qohumlarının olduğunu və həmin rayonda yaşayan Rizvan adlı şəxslə danışacağını demişdir. X6 adlı şəxslə ona məxsus mobil nömrə ilə danışmış və oğlunun “and içməsinə” gələn zaman görüşəcəkləri ilə bağlı razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixdə o, əri Sarvan və qızı Günayla birlikdə oğlu Zahidin xidmət etdiyi Göygöl rayonu, Çaykənd kəndində yerləşən hərbi hissəyə getmişlər. Həmin gün Rizvan və adı ona sonradan məlum olan Azay adlı şəxs onların yanına gəlmişlər. Birlikdə orada oğlu ilə görüşdükdən sonra təxminən saat 13:30 radələrində Göygöl şəhərində yerləşən “Gilavar” restoranına gedərək bilrikdə oturub çay içmişlər. Azay adlı şəxs qazi olduğunu, tez-tez oğlunun yanına gedib-gələcəyini və narahat olmamalarını onlara bildirmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində oğlu Zahid bölgü üçün Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Mobil telefon vasitəsiylə danışan zaman Zahid barmağına infeksiya keçdiyini və ağrılar olduğunu dediyinə görə xx.xx.2023-cü il tarixdə əri Sarvanla birlikdə Azaya məxsus mobil nömrə ilə danışaraq baş verənlər barədə məlumat vermişlər, Azayda orada tibbi yardım göstərilcəyini bildirmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Azay ərinə məxsus mobil nömrəyə zəng edərək Zahidin ali təhsilli olduğu üçün Gəncə şəhərində saxlanıla biləcəyini, özü danışıb həll edəcəyini, bunun üçün “şirinlik” lazım olacağını və bu barədə Rizvanın xəbəri olmamasını, ikisinin arasında qalmasını bildirmişdir. Aralarında razılıq əldə olunduqdan sonra xx.xx.2023-cü il tarixdə Azay ona məxsus mobil nömrəyə zəng edərək, 2500 (iki min beş yüz) manat pul istəmişdir. Lakin pulları olmadığı üçün qızı Günaya məxsus “Kapital bank”a aid kartdan mobil telefon proqram tətbiqi vasitəsi ilə Azayın göndərdiyi “Azərbaycan Beynəlxalq Bankı”na aid 5522-0993-4969-7698 hesab nömrəli tam karta 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə isə 1500 (min) manat pul göndərmişlər. Danışıq zamanı Azay pulu götürdüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixdə Azay əri Sarvana zəng edərək general Ənvər müəllimin yanında olduğunu, əlavə 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. Dərhal Kürdəmir rayonunda yerləşən ”Rabitə bank”ın qarşsında olan “Mpay” ödəmə terminalı vasitəsi ilə 250 (iki yüz əlli) manat pulu Azaya məxsus olan həmin hesab nömrəsinə göndərmişdir. 2023-cü ilin sentyabr ayının təxminən 20-də Zahidlə danışan zaman Zahid Xocavənd rayonuna gedəcəklərini bildirmişdir. O, bu barədə tez əri Sarvana bildirmiş, Sarvanda Azaya zəng edib oğlunun Gəncə şəhərindən Xocavənd rayonuna aparılması barədə məlumat vermişdir. Azayın onları aldatdığını bildikdən sonra xx.xx.2023-cü il tarixdə Rizvana da zəng edib Azayın onları aldatdığı barədə məlumat vermişlər. Azaya məxsus mobil nömrəyə zəng edərək pulu geri istədikdə hər dəfə verəcəyini bildirmişdir. Daha sonralar isə Rizvandan 7500 (yeddi min beş yüz) manat pul alacağının olduğunu, Rizvandan alıb, artıqlaması ilə qaytaracağını bildirmişdir. Azayın onlardan pul alması ilə bağlı ödəmə qəbzlərinin surəti, səs yazıları vardır və təqdim etmişdir. Bundan başqa 2023-cü ilin oktyabr ayının müxtəlif günlərində Azay onları poçta göndərərək yalandan pul göndəridiyini bildirmişdir. Hazırda da pulu geri qaytarmır. Təqsirləndirilən şəxs şikayətcidirlər və onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 anoloji ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Göygöl rayonu, Zurnabad kəndində ailəsi ilə birlikdə yaşayır, evlilidir və 2 övladı var. Fərdi əməklə məşğul olur, təqaüdçüdür, 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs tanıyır, həmdə onlar qohumdurlar. 2023-cü ilin avqust ayının əvvəllərində qohumu Rahilə Müseyibovaya məxsus evdə olan zaman Rəhilənin əri Təqsirləndirilən şəxs da evdə olmuşdur. Rahilə ona Rusiya Federasiyasında yaşayan Nərminə adlı tanışının ona zəng etdiyini, qohumu Zahid adlı şəxsin Göygöl rayonu Çaykənd kəndində yerləşən hərbi hissədə xidmət etməsini, onun yanına gedərək maraqlanmağını xahiş etdiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onların danışığını eşitmiş və həmin hərbi hissədə tanışı olduğunu bildirərək, onunla gedəcəyini və Zahid adlı əsgərə görüş alacağını demişdir. Bundan sonra, yəni 2023-cü ilin avqust ayının 12də Zahid adlı şəxsin Kürdəmir rayonunda yaşayan atası Sarvan ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramı vasitəsi ilə ona zəng edərək növbəti gün yəni, 13 avqust 2023-cü il tarixdə gələcəklərini, oğlu Zahidin yanına onunla birlikdə oraya getməsini xahiş etmişdir. O, da bu barədə Azaya zəng edərək, avqust ayının 13-də Zahidin yanına hərbi hissəyə gedəcəyini bildirmişdir. Onlar Göygöl rayonu Çaykənd kəndində yerləşən hərbi hissədə görüşmüşlər. Bundan sonra o, Azay, Sarvan və onun qohumları ilə birlikdə Göygöl rayonu Azay Kazımov küçəsində yerləşən “Gilavar-2” restoranına gələrək, orada birlikdə çay içmiş, daha sonra Sarvan və onun qohumlarını Kürdəmir rayonuna yola salmışlar. Həmin zaman Sarvan onun oğlu Zahidə baş çəkməyini və onunla maraqlanmağını xahiş etmiş, o, da ona narahat olmamasını və oğlu Zahidə baş çəkəcəyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Sarvan adlı şəxslə aralarında tanışlıq münasibəti yaranmış və onlar bir-birilərinə əlaqə nömrəsi vermişlər. xx.xx.2023-cü il tarixdə Azayla birlikdə Göygöl rayonu, Çaykənd kəndində yerləşən hərbi hissədə xidmət edən Zahidin yanına getmişlər. xx.xx.2023-cü il tarixdə Sarvan ona zəng edərək oğlu Zahidin Gəncə şəhərində hərbi hissədə olduğunu, onun yanına getməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində yerləşən Hərbi hissədə Zahidin yanında olan zaman Təqsirləndirilən şəxs Zahidin yanında olduğunu görmüşdür. Bundan sonra Sarvanla mobil telefon vasitəsiylə danışan zaman oğlu Zahidin yaxşı olduğunu, onu Suqovuşana aparacaqlarını bildirən zaman, Sarvan Təqsirləndirilən şəxs onun oğlu Zahidi tanışının vasitəsi ilə Gəncə şəhərində saxlayacağını vəd etdiyini və bunun qarşılığında onlardan N manat pul aldığını bildirmişdir. Halbuki, əvvəllər Sarvana aldanmaması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sarvanı aldadaraq ümumilikdə onun N manat pulunu ələ keçirtmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə o, qohumunun yas yerində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq Sarvanı hansı səbəbdən aldatması barədə maraqlandıqda, o, “mən bilərəm, Sarvanın həyat yoldaşı bilər” ifadəsini işlətmiş və 9 dəfə Zahidin yanına getdiyini, hər dəfə Zahidə 50 manat pul və yemək apardığını demişdir. Buna baxmayaraq o, Azaya Sarvanın pulunu geri qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs bu səbəbdən də onun barəsində qərəzli formada şikayət etmişdir. O, Təqsirləndirilən şəxs pul almamış və ona heç bir vəd verməmişdir. Eyni zamanda 24 sentyabr 2023-cü il tarixdən onun Təqsirləndirilən şəxs ilə heç bir formada əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır, Azay ona hər hansı bir məbləğdə pul verməmiş, nə də ki, o, ona hər hansı formada vəd etməmişdir. O, Azaya Sarvandan aldığı pulu geri qaytarmasını bildirdiyinə görə ondan qərəzli şəkildə şikayət etmişdir. Səadətin əri Sarvan sonradan ona bildirmişdir ki, oğlu Zahidi Gəncə şəhərində yerləşən hərbi hissədə saxladacağı adı ilə Azay onlardan N (iki min yeddi yüz əlli) manat pul almışdır. O, qohumu Rahilə Müseyibovanın əri Təqsirləndirilən şəxs növbədənkənar ev və avtomaşın almasında köməklik edəcəyi barədə heç bir vəd verməmiş və ondan bunun qarşılığı olaraq 7500 manat pul almamışdır. Təqsirləndirilən şəxs qərəzli olaraq onun barəsində həqiqətə uyğun olmayan formada şikayət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Göygöl rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən 01 il 06 ay islah işləri (10%) cəza təyin edilmişdir. Sonuncu dəfə Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə N manat pul müqabilində Zərərçəkmiş şəxs oğlu X2 döyüş bölgələrinə göndərilməməsi şərti ilə, yəni onun hərbi xidmətinin sonuna qədər xidmət apardığı Gəncə şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində saxlamaqdan ötrü yalandan vəd verib алдаdaraq, öz adına olan “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 5522-0993-4969-7698 nömrəli “Tam kart”a xx.xx.2023-cü il tarixdə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə “Kapital bank” mobil tətbiq proqramı vasitəsilə həmin karta göndərilən 1500 (min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə isə Kürdəmir rayonunda yerləşən “Rabitəbank” filialının qarşısında olan “Mpay” ödəmə terminalı vasitəsilə həmin karta göndərilən 250 (iki yüz əlli) manat pulu ələ keçirmişdir. - Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə tutularaq Kürdəmir RPŞ-nin İB-nə təhvil verilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə tutularaq Kürdəmir RPŞ-nin MSY-nə təhvil verilmişdir. -Göygöl Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) Göygöl şəhəri, Aydın Hacıyev küçəsi, 10 saylı mənzildə yaşayır, onun barəsində MKTİB-nə şikayət və narazılıq daxil olmamışdır. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən N manat pulu zərərçəkmiş şəxsin həqiqi hərbi xidmətdə olan oğlu Zahidin Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində saxlatdırılması üçün almışdır. Göstərilən əsaslara və hallara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin dələduzluq, rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq, rüşvətxorluqda yalançı vasitəçi - psevdorüşvətçi və sair kimi tövsif edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, CMin 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, lakin Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və sonradan eyni cinayət hadisəsini yenidən törətməsini şəxsiyyətini səciyələndirən mənfi hal kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və sonrakı davranışını, əvvəllər törətdiyi eyni cinayət əməlini təkrar törətməklə təyin olunmuş cəmiyyətdən tam təcrid edilmədən cəzanın onun islah olunmasına kifayət etmədiyini nəzərə alaraq, ona CM-nin 178.1-ci və maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, yəni xx.xx.2024-cü il tarixdə tutulması ona cəza təyin olunarkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli axtarış qərarı əsasında tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə N manat maddi ziyanın ödənilmədiyi, iş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində tutulduğu 01 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə N manat maddi ziyanın ödənilmədiyi, iş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar