Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-73/2025 18.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Çöl-Qubalı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə saat 02 radələrində birgə yaşadıqları Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı qızına lazımi qayğı göstərməməsini irad bildirməsi səbəbindən aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruqla qəsdən Zərərçəkmiş şəxs sol göz nahiyəsindən, daha sonra isə baş və bazu nahiyələrindən bir neçə dəfə zərbələr vurmaqla ona alın nahiyəsinin qançırı, alt çənənin boyun nahiyəsinin və hər iki bazu nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, sol gözaltı nahiyənin hematoması və həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Çöl- Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır. 2019-cu il tarixdən həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki azyaşlı qızları doğulmuşdur. Onunla əvvəllər də sözlə mübahisələri olmuşdur. Sonuncu dəfə 22 aprel 2025-ci il tarixdə saat gecə 02 radələrində Nümunə ilə birgə yaşadıqları evdə olan zaman qızları ikisi də ağlamışdır. Nümunə uşaqları sakitləşdirə bilmədiyindən, həmçinin qızlarından birinin xəstə olması səbəbindən Nümunədən böyük qızını ona verməsini, aparıb anasına verəcəyini demişdir. Lakin Nümunə uşağı vermədiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşdiyi üçün Nümunəyə 2-3 dəfə şillə vurmuşdur. Səhəri gün Nümunə birgə yaşadıqları evdə olmuş, lakin arvadı axşam saatlarında öz istəyi ilə uşaqlarla birlikdə qonşuluqda yaşayan atası Şahid1 yaşadığı evə getmiş, sonradan Nümunənin döyülməyi barədə ərizə yazaraq Kürdəmir RPŞ-nə məlumat verməsini öyrənmiş, əməlindən peşman olduğunu bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, aralarında yaranmış mübahisə özünə məxsus evinin olmaması, ata evində qalması səbəbindən olmuşdur. Hazırda özünə başqa yaşayış evi tikir, yaxınlarda həmin evin tikintisini başa çatdıracaq. Bundan əvvəl 2021-ci il tarixdə Nümunəni döyərək xəsarət yetirdiyi üçün barəsində Kürdəmir RPŞ-də araşdırma aparılmış, lakin barışdıqları üçün xitam olunmuşdur. Hazırda törətiyi əməldən peşimandır. Zərəçəkmiş şəxslədə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nikahdan iki azyaşlı övladları vardır. 22 aprel 2025-ci il tarixdə gecə vaxtı Şahin səs-küylə evə gəldiyindən, uşaqlar oyanıb ağlamışdır. Həm də uşaqlarından birinda allergiya xəstəliyi olduğundan ağlamışdır. Şahin ondan uşaqların sakitləşdirməsini istəmiş, lakin uşaqlar sakitəşmədiyi üçün, Şahin əsəbləşərək ona həm şillə, həm də yumruq vurmuşdur. O da Şahinin anasının yanına qaçmışdır ki, Şahinin onu vurmasına maneə olsun. Səhər açıldıqdan sonra Şahinin anası onunla mübahisələşməyə başlamışdır ki, uşağı niyə ağlamağa qoyursan. O da uşağın allergiyası olduğu üçün ağladığını bildirmişdir. Şahinin anası onunla mübahisəni davam etdirmişdir. Daha sonra uşaqlara yemək yedizdirərkən Şahinin anası süfrəni dağıtmış, onu vurmuş və ona çıxıb evdən getməsini demişdir. O da uşaqlarını götürüb evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarında yaranan mübahisələrə səbəb Şahinin anasıdır. Şahin ayrı evə köçəcəyinə dair ona söz vermişdir. Ona görə də Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızının əridir. O, qonşuluqda kənddə yaşayan digər qızıgilə qonaq getmişdir. Orada olduğu zaman zəng gəlmişdir ki, qızı Nümunə uşaqları da götürərək evə gəlmiş və həyat yoldaşı Şahin tərəfindən döyülmüşdür. O, zəngdən sonra evə gəlmiş və həqiqətən də qızının döyüldünü görmüşdür. Həmin vaxt qızı Nümunənin sol gözünün altının qaralmasını görmüşdür. Əvvələr də belə hadisələr olduğuna görə qızı evə gəlirmiş. Bütün bunların baş verməsinin səbəbi qızının qaynanasıdır. Şahinin ayrı evə köçərək qızı ilə barışaraq yaşamasını istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Səfərova X4 RPŞ-nə müraciət edərək, birgə yaşadıqları evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demişdir (i.v 1); xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon X5 Hüquqi Şəxsdən alınmış 18-1-49\2-417\2025 nömrəli məktubda Kürdəmir rayon Çöl-Qubalı kənd sakini Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmadığı göstərilmişdir ( i.v. 19); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 may 2025-ci il tarixli, 154 №-li arayış və xasiyyətnaməsindən görünür ki, X1 rayonunun Çöl-Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi həyat yoldaşı Zərərçəkmiş şəxs və uşaqları-qızı N.Təqsirləndirilən şəxs (xx.xx.2023) və qızı A.Şahid2 (xx.xx.2024) ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.26-27); xx.xx.2025-ci il tarixdə Dövlət Sosial Müdafiə nazirliyi mərkəzləşdirilmiş elekton informasiya sisteminin arayışdan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ pensiya, müavinət və ya təqaüd almadığı göstərilmişdir ( i.v. 29-30); xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə Kürdəmir RPŞ-si tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli araşdırma materialı olmuş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir (i.v. 31- 32); Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 148 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: alın nahiyəsinin qançırı, sol gözaltı nahiyənin hematoması və həmin gözün ağlı qişasına qansızma, alt çənənin boyun nahiyəsinin və hər iki bazu nahiyəsinin qançırları - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 aprel 2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin qançırı, alt çənənin boyun nahiyəsinin və hər iki bazu nahiyəsinin qançırları sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, sol gözaltı nahiyənin hematoması və həmin gözün ağlı qişasına qansızma isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 33-34); Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşaqlarının olmasını (CMnin 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran- Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonunun Çöl-Qubalı yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Müdafiəçi məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonunun Çöl-Qubalı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 15 saat vaxt sərf etməklə hüquqi yardım göstərildiyindən, Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-73/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-73/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver