Məhkəmə qərarları › İş №1(041)-74/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-74/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-74/2023 18.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1964-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinədən bir neçə dəfə qəsdən vuraraq ona alının sol yarısında hematoma, sol gözaltı nahiyəsində qançır,alt dodağın iç səthində əzilmiş cırılmış yara ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Naqif onun həmkəndlisidir. Münasibətləri normal olmuş aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Kürdəmir rayonunun Xırdapay kəndidə yerləşən çayxanadan çıxıb evlərinə gedərkən Naqiflə rastlaşmış və onun sərxoş olduğunu görüb gəl səni evinizə aparım demiş, Naqif isə evə getmirəm deyəndən sonra o, Naqifin atası Maqsudu tanıdığı üçün Maqsudun ünvaına nalayiq ifadə işlədərək oradan uzaqlaşmış və təxminən 100 metr gedəndən sonra Naqif onu çağırmış və o, qaıdıb Naqifin yanına gələndə Naqifin əlində bel remeni tutuduğunu görüb ona yaxınlaşmış və Naqif onu vurmaq istəyəndə o, Naqifi tutmuş, Naqifin əli onun ağzını çırdığı üçün əsəbləşərək yumruqla bir neçə dəfə Naqifin sifət nahiyəsinə vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmiş, Naqif də onu bağışlamışdır. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs Naqiflə ilə barışmasını və sonuncuya vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İlqar onun həmkəndlisidir və münasibətləri noral oluş aralarında heç bir ədavətləri olamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində çayxanadan çıxıb evlərinə gedərkən yolda İlqarla rastlaşmış və İlıqar atası Maqsudun ünvanına nalayiq ifadələr işlətmiş, İlqar təxminən 100 metr aralaşdıqdan sonra o, İlqarın arxasında gedərək ona çatıb nə səbəbə atası Maqsudun ünvanına nalayiq ifadələr işlətməsini soruşmuş, İlqarın onun üstünə gəldiyini görüb özünü müdafiə etmək üçün bel remenini açıb əlində salamış və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı İlqar yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirmişdir. O, da şəxsi telefonu ilə DİN-nin 102 xidmət Mərkəzinə zəng vuraraq İlqarın onu döyməsi barədə məlumat vermişdir. Hazırda əməli törətmiş şəxs həmkəndlisi İlqar üzr istəyib onunla barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də İlqara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, İlqar barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, əməli törətmiş şəxs İlqarla barışmasını və İlqarın ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 242 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən olunmuş xəsarətlər: alının sol yarısında hematoma, sol gözaltı nahiyədə qançır, alt dodağın iç səthində əzilmiş-cırılmış yaranın küt əşyanın təsirindən törənməsi, törəmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (bax iş vər. 44-45). İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1221 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 nəfər olmaqla, Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır. (bax iş vər.35) İş materiallarında olan və Kürdəmir rayon İHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 34) İş materiallarına olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49-/2-375/2023 nömrəli məktubdan görünür ki, Osmanov X2 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 36) İş materiallarında olan Azərbaycan Respubliaksı DİN BƏSİİ-nin xx.xx.2023-cü tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər olunmamışdır. (bax iş vər.41). Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 20 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən araalrında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinədən bir neçə dəfə qəsdən vuraraq ona alının sol yarısında hematoma, sol gözaltı nahiyəsində qançır,alt dodağın iç səthində əzilmiş cırılmış yara ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Fayıq Həsənovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar