Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-74/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi2 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalandan vəd verib 600 manat pulu xx.xx.2023-cü il tarixdə qızı Gülşən Şirinovanın adına rəsmiləşmiş özünün istifadə etdiyi **********043703 nömrəli “Kapital bank”a aid plastik kart hesabına köçürtdürməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1992-ci il təvəllüdlü Kürdəmir rayonu Çölqubalı kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, şəhid T.Qurbanov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 onun arvadı Şahid1 əlillik təqaüdü düzəltdirəcəyi barədə yalandan vəd verib 2023-cü ilin mart ayı ərzində Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsi ərazisində hissə-hissə 200, 200 və 300 manat olmaqla vahid niyyətlə ümumilikdə 700 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam şəkildə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayır, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs1 tanışıdır, onu rayon sakini kimi tanıyır, aralarında heç bir düşmənçilik ədavət olmamışdır. Son vaxtlarda bəzi şəxslərin təqaüdləri kəsildiyinə həmin şəxslərdən təqaüdlərinin bərpası ilə bağlı köməklik etməsi üçün ona müraciətlər edən olmuş, onların bəzilərinə hansı sənədləri toplamaq lazım olduğunu başa salmış, sənədləri toplamaqda kömək etmiş və həmin şəxslərin təqaüdü düzəlmişdir. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 zəng vuraraq kəsilmiş təqaüdünü bərpa etmək imkanının olub-olmadığını ondan soruşmuş, belə bir imkanı olmadığı halda Emilə yalandan onun təqaüdünü bərpa etdirə biləcəyini bildirmişdir. Bunun müqabilində xx.xx.2023-cü il tarixdə Emil onun istifadə etdiyi, ancaq qızı Gülşən Şirinovanın adına olan “Kapital bank”a aid 4169-7414-3804-3703 nömrəli plastik bankomat kartına 600 manat pul yollamış, həmin pulu Kürdəmir şəhəri ərazisində kartdan çıxarıb şəxsi ehtiyaclarına istifadə edərək xərcləmişdir. Emilin təqaüdünün bərpa edilməsi üçün heç bir hərəkət etməmiş, Emil işi ilə bağlı soruşanda müxtəlif vaxtlara vəd verərək onu aldatmışdır. Emillə təqaüdün bərpası ilə bağlı söhbət edərkən və ondan pul alarkən yanlarında heç kim olmamış, bu məsələdən heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 həmkəndlisi, həmçinin qohumu Şahid1 Zülfqar qızının əridir. Onlarla münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. 2023-cü ilin yanvar ayında Elvira ilə rastlaşan zaman ona əlillik təqaüdü düzəltmək barədə təklif etmiş, Elvira da onunla razılaşdıqdan sonra əri Yasəf onunla görüşmüş, bunun üçün nə qədər pul lazım olduğunu soruşanda Yasəfə arvadı Elviranı təqaüdə çıxartmaq üçün 700 manat pul lazım olduğunu bildirmişdir. Yasəf 2023-cü ilin mart ayı ərzində ona Kürdəmir şəhəri T.Qurbanov küçəsi ərazisində 200 manat, 200 manat və 300 manat olmaqla hissə-hissə ümumilikdə 700 manat pul vermişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, Elviranın təqaüdünün düzəlməsi üçün hər hansı hərəkət etməmişdir. Yasəf arvadı Elviranın təqaüdü ilə bağlı soruşanda düzələcəyi barədə yalandan vədlər verib aldadaraq Yasəfə də qarşı dələduzluq etmişdir. Hazırda vurduğu ziyani zərərçəkmiş əxslərə tam şəkildə ödəmiş, onlarla barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyini, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 qohumudur, münasibətləri normal olmuş, aralarında ədavətləri olmamışdır. Arvadı Elvira göz xəstəliyindən əziyyət çəkir, müalicə almasına baxmayaraq gözündəki xəstəlik sağalmamışdır. Arvadını təqaüd düzəltmək üçün Sarvana müraciət etmiş və Sarvan bunun müqavilində ondan 700 manat pul istəmişdir. Həmin pulu 2023-cü ilin mart ayı ərzində hissə-hissə olmaqla Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsi ərazisində Təqsirləndirilən şəxs vermişdir. Pulu alarkən Təqsirləndirilən şəxs Elviranın təqaüdünü qısa zaman ərzində düzəldəcəyini vəd versə də verdiyi vədə əməl etməmiş, eləcədə pulunu da qaytarmayaraq onu aldatmışdır. Hazırda vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, düşmənçiliyi ədavəti olmamışdır. Əvvəllər əlilliyə görə təqaüd almış, sonradan təqaüdü kəsildiyi üçün bərpa edilməsinə kömək edə biləcək şəxs axtarmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs kəsilmiş təqaüdləri bərpa etməyi bacardığını eşitmiş, bununla bağlı Sarvanla danışıb görüşmüşdür. Sarvan kəsilmiş təqaüdünü bərpa etdirə biləcəyini demiş və bunun üçün ondan 600 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Sarvanın ona yolladığı üzərində “Gülşən Şirinova” sözləri yazılmış “Kapital bank”a aid 4169-7414-3804- 3703 nömrəli plastik bankomat kartına 600 manat pul yollamış, sonra Sarvanla telefonla danışmış, Sarvan kartdan 600 manat pulu çıxarıb əldə etdiyini və təxminən bir ay ərzində təqaüdünü bərpa edəcəyini bildirmişdir. Vəd verdiyi vaxt tamam olsa da Sarvan təqaüdünü bərpa etdirməmiş, bu barədə ondan soruşanda müxtəlif vaxtlara vəd verib onu aldadaraq dələduzluq etmişdir. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək Sarvanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək ələ keçirilmiş 600 manat pulun tamamilə ona qaytarıldığını bildirməklə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur, qohum kimi münasibətləri normal olmuşdur, aralarında ədavətləri olmamışdır. Özü göz xəstəliyindən əziyyət çəkir, müalicə almasına baxmayaraq gözündəki xəstəlik sağalmamışdır. Əlilliyə görə pensiya düzəltmək üçün Sarvana müraciət etmiş və Sarvan bunun müqavilində onun əri Zərərçəkmiş şəxs2 700 manat pul istəmişdir. Həmin pulu 2023-cü ilin mart ayı ərzində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs vermişlər. Pulu alarkən Təqsirləndirilən şəxs onun təqaüdünü qısa zaman ərzində düzəldəcəyini vəd versə də verdiyi vədə əməl etməmiş, eləcədə pulunu da qaytarmayaraq onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tam şəkildə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X2 Filialının xx.xx.2024-cü il tarixli məktubda görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nın 43.1 və 73-1.2-ci maddələrinə əsasən cinayət işinə xitam verilmişdir. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 18-1-49/2-51/2024 nömrəli məktubdan görünür ki,Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalandan vəd verib 600 manat pulu xx.xx.2023-cü il tarixdə qızı Gülşən Şirinovanın adına rəsmiləşmiş özünün istifadə etdiyi **********043703 nömrəli “Kapital bank” plastik kart hesabına köçürtdürməklə çıxarıb ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Kürdəmir rayonu Çölqubalı kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, şəhid T.Qurbanov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 onun arvadı Şahid1 əlillik təqaüdü düzəltdirəcəyi barədə yalandan vəd verib 2023-cü ilin mart ayı ərzində Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsi ərazisində hissə-hissə 200, 200 və 300 manat olmaqla ümumilikdə 700 manat pulunu alıb ələ keçirmişdir. -Kürdəmir rayon İHB-nın Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə verdiyi arayışlarda Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, arvadı, xx.xx.2001-ci il təvəllüdlü qızı Gülşən və xx.xx.2004-cü il təvəllüdlü oğlu Amil) Kürdəmir rayonu, Atakişili kəndində yaşadıqları qeyd edilmiş, tarixi və nömrəsi göstərilməyən xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunmuş əməlləri tək törətmiş, bu barədə heç kimin məlumatı və köməkliyi olmamış, aldığı pullardan heç kimə hər hansı məbləğdə verməmiş, verəcəyi barədə də heç bir sövdələşmə Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 1(041)-116/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirilən hallar: xx.xx.1968-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda işsiz, əvvələr məhkum olunmamış, evli, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Kürdəmir rayonu, Ərəbqubalı kəndində qeydiyyatda olmaqla, Atakişili kəndində yaşayır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən səmimi peşimançılıq çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 178.2.2 və maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Şirinov X1 rayonu, Ərəbqubalı kəndində qeydiyyatda olmaqla, Atakişili kəndində yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 20.10-dan xx.xx.2024-cü il saat 13:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmış, həmçinin axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təhvil verilmiş və həmin günü azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və axtarışda olarkən tutulduğu 1 (bir) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə 1300 manat maddi ziyanın tam şəkildə ödənilməsi, mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və axtarışda olarkən tutulduğu 1 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 1300 manat maddi ziyanın tam şəkildə ödənilməsi, mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-74/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-74/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver