Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-75/2023 01.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 M0üdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Cəbrayıl rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla, Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə, ev 14, mənzil 13-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri,Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 485.0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Bakı prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin içərisindən 01 ədəd polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 485.0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan 2 ildir ki, istifadə edir. 2022-ci ilin avqust ayında Kürdəmir rayonu Köhünlü kəndinə balıq tutmaq üçün gedərkən Kür çayının sahilində öz boyu hündürlükdə 01 ədəd ağaca rast gəlmiş, həmin ağaca diqqət edərkən “nəşə” ağacı, çətənə kolu olduğunu görmüş, həmin ağacın yarpaqlarını dərib yerə səpmiş, bir müddətdən sonra sellofan torbaya yığdaraq özü ilə birlikdə gətirib Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Şıxlıq” qəbirstanlığında gizlətmiş, arabir həmin marixuananın üzərindən götürüb çəkib istifadə etmiş, xx.xx.2023-cü il tarixdə “Şıxlıq” qəbirstanlığı ərazisində gizlətdiyi torbanı evə aparıb gizlətmək üçün götürərək üzərində saxlamış. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri, Bakı prospektində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmu, seçdiyi Müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin altında saxladığı 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim etdiyi polietilen torbaya müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, daha sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin ön sağ cibindən 01 ədəd alışqan və 01 ədəd təsbehi, sol cibindən 03 ədəd “Sobranie” markalı siqaret və 01 ədəd alışqanı, qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, başqa qanunla qadağan edilən əşya və predmet aşkar edilməmiş, 03 ədəd “Sobranie” markalı siqaret, 02 ədəd alışqan, 01 ədəd təsbeh və 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmış, 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən elektron tərəzidə çəkilərək aşkar edilmiş 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Ona polis şöbəsinə gətirilərkən heç bir formada ona təzyiq göstərilməyib, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmiş, aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, atası xx.xx.2022-ci ildə vəfat etdiyi üçün xəstə anasının onun himayəsində yaşadığını və ailənin yeganə qazanc gətirən olmasını, özünün vegetativ damar distonsiyası xəstəliyindən əziyyət çəkdiyini, ondan başqa anasının heç kəsi olmadığını, məcburi köçkün olmasını bildirib ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir şəhəri sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Bakı prospekti ərazisində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi bildirilmiş, bundan sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin altında saxladığı 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim etdiyi polietilen torbaya müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, daha sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin ön sağ cibindən 01 ədəd alışqan və 01 ədəd təsbehi, sol cibindən 03 ədəd “Sobranie” markalı siqaret və 01 ədəd alışqanı, qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, təqdim olunan 01 ədəd polietilen büküm açılaraq içərisinə baxış zamanı narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuş, 03 ədəd “Sobranie” markalı siqaret, 02 ədəd alışqan, 01 ədəd təsbeh və 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmış, 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 491 qram olması müəyyən olunmuş, aşkar edilmiş 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Həmin kütlə 01 ədəd zərfə qoyularaq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamış, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində didnriilmiş Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Bakı prospekti ərazisində saxlanılıb Kürdəmir RPŞyə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa onu təqdim etməsi bildirilmiş, bundan sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin altında saxladığı 01 ədəd polietilen torbanı çıxarıb təqdim edərək içərisində “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim etdiyi polietilen torbaya müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, daha sonra əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin ön sağ cibindən 01 ədəd alışqan və 01 ədəd təsbehi, sol cibindən 03 ədəd “Sobranie” markalı siqaret və 01 ədəd alışqanı, qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, təqdim olunan 01 ədəd polietilen büküm açılaraq içərisinə baxış zamanı narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuş, 03 ədəd “Sobranie” markalı siqaret, 02 ədəd alışqan, 01 ədəd təsbeh və 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmış, 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 491 qram olması müəyyən olunmuş, aşkar edilmiş 01 ədəd polietilen torba içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Həmin kütlə 01 ədəd zərfə qoyularaq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir.O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır onunla ədavəti və düşmənçiliyinin olmamış və onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və Şahid4 da Şahid3 oğl ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/421 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen torbada təmiz çəkisi 485.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi-485,0 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, 484,95 qram qalıq qalmışdır. (bax iş vər. 41-42) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3065 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 104-105) İş materiallarına olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-305/2023 nömrəli məktubdan görünür ki, Hacıyev X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 107) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 78-79) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismr Sahəsinin xx.xx.2023-cü il tarixli, 268 nömrəli arayışından görünür ki, Hacıyev X7 rayonundan məcburi köçkün olmaqla, anası ilə birlikdə Kürdəmir rayon 564 ailəlik qəsəbədə bina 14, mənzil 13-də yaşayır. (bax iş vər. 114) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismr Sahəsinin arayışından görünür ki, onun barəsində hər hansı bir şikayət daxil olmamışdır. (bax iş vər. 115) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə,saat 19.10-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.20) İş materiallarına əlavə edilmiş AZ-İİ N-206844 nömrəli haqqında ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə kəskin respirator çatmamazlıqda, Covid 19 virusdan ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2023-ci il tarixli 679 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs vegetativ damar distonsiyası xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin MSYdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə,saat 17.50-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 61-62) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəməkimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, anasının onun himayəsində yaşamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstəliyini, məcburi köçkün olmasını, ondan başqa anasının heç kəsi olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 19.10-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 17.50-də “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Hacıyev X6 rayonu Atakişili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 484,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınan 1 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkikiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, ev 14, mənzil 13-də yerləşən evi mənzili saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Hacıyev X6 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 484,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınan 1 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-75/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-75/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver