Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-76/2023 26.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbacan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2 iştirakı ilə xx xxxx 1971-ci ildə Kürdəmir şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin qabaq sol cibində olan 01 ədəd “Arqo” markalı siqaret qutusu içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan 01 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampula, 02 ədəd qəhvəyi rəngli borucuq və 01 ədəd şpris aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə heroindən arada bir qurudulmuş marixuanadan isə mütəmadi istifadə edir. Heroini inyeksiya yolu ilə damarına vurur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə olarkən polis əməkdaşalrı onun yaşadığı evə hasardan aşaraq evinə girib onun narkotik vasitələrin saxlanılması və istifadə edilməsində şübhəli olduğunu bildirib evdə olna mətbəxdə istifadə edilən duzu da götürərək polis şöbəsinə aparmışlar. Onun evindən götürülən duz sonradan ekspert rəyi ilə metamfetamin olmuşdur. O, narkotik vasitələrədn istifadə etdiyi üçün peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiəçinin iştirakı ilə sərbəst verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, 30 ildən çoxdur ki, narkotik vasitə heroindən istifadə edir. Heroini inyeksiya yolu ilə damarına vurur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri “Kalxoz bazarı”nın yanında piyada gəzərkən yerdə olan 01 ədəd gümüşü büküm diqqətini çəkmişdir. Həmin büküm onda maraq kəsb etdiyinə görə açıb baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükümü götürüb cibinə qoymuşdur. Həmin gün saat 11 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək RPŞ-nə dəvət etmişlər və onu RPŞ-nə gətirmişlər. RPŞdə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və onaə təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarışa başlanılmışdır. Ondan hüquq və vəzifələrinin ona aydın olubolmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu bildirmişdir. Həmçinin ona şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparılması bildirilmiş və o, etirazının olmadığını bildirmişdir. Bundan başqa ondan şəxsi axtarışda iştirak edənlərə, həmçinin seçmiş olduğu müdafiəçiyə etirazının olub-olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd “Arqo” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman 01 ədəd içərisində maye olan tibbi şpris, 01 ədəd içərisi boş tibbi şpris, 01 ədəd içərisində narkotik vasitələrin izləri olan sınıq şüşə ampula, 01 ədəd gümüşü kağız kəsiyinin içərisində kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd qəhvəyi rəngli sınıq ampula aşkar edilmişdir. Bundan sonra o, 01 ədəd “NOKİA” markalı mobil telefonu, 02 ədəd “Prima” markalı siqaret qutusunu, 02 ədəd alışqanı, 8 manat pulu, 03 ədəd “Kaptopril” adlı dərmanı və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd içərisində maye olan tibbi şpris, 01 ədəd içərisi boş tibbi şpris, 01 ədəd içərisində narkotik vasitələrin izləri olan sınıq şüşə ampula, 01 ədəd gümüşü kağız kəsiyinin içərisində olan kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd qəhvəyi rəngli sınıq ampula içərisi boş, ağ rəngli zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra imzalamışlar. Bundan sonra 02 ədəd “Prima” markalı siqaret qutusu, 02 ədəd alışqan, 8 manat pul, 03 ədəd “Kaptopril” adlı dərmanlar ona geri qaytarılmışdır. Üzərindən aşkar edilən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üzərində heroin izləri olan 01 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanı, 02 ədəd qəhvəyi rəngli borucuğu və 01 ədəd şprisi Kürdəmir şəhərində bazarın yaxınlığından tapmışdır, ona məxsusdur və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefon ona məxsusdur və ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 11:00 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd “Arqo” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman 01 ədəd içərisində maye olan tibbi şpris, 01 ədəd içərisi boş tibbi şpris, 01 ədəd içərisində narkotik vasitə izi olan sınıq şüşə ampula, 01 ədəd gümüşü rəngli kağız büküm içərisində olan kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd qəhvəyi rəngli sınıq ampula aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 01 ədəd “NOKİA” markalı mobil telefonu, 02 ədəd “Prima” markalı siqaret qutusunu, 2 ədəd alışqanı, 8 manat pulu, 03 ədəd “Kaptopril” adlı dərmanı və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd “Prima” markalı siqaret qutusu, 02 ədəd alışqan, 8 manat pul, 03 ədəd “Kaptopril” adlı dərmanları iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd içərisində maye olan tibbi şpris, 01 ədəd içərisi boş tibbi şpris, 01 ədəd içərisində narkotik vasitələrin izləri olan sınıq şüşə ampula, 01 ədəd gümüşü kağız kəsiyinin içərisində olan kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd qəhvəyi rəngli sınıq ampula ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni bügün “Kolxoz bazarı”nın yanından tapmışdır və özünə məxsusdur. Ona qarşı polis əməkdaşları tərəfinən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Lakin onunla heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/391 nömrəli rəyində qeyd olunmuşdur ki,Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə:01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,211 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir;01 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada, 02 ədəd qəhvəyi rəngli borucuqda və 01 ədəd şprisdə narkotik vasitə heroin izi vardır, iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) miqdarını müəyyən etmək mümkün deyildir;01 ədəd 3,0 ml-lik şprisin içərisində həcmi – 2,0 ml olan maye narkotik və psixotrop maddələrə aid deyildir. Metamfetaminin ümumi təmiz çəkisi-0,211 qram, tədqiqata sərf edildi 0,05 qram, 0,161 qram qalıq qalmışdır. Mayenin həcmi-2,0 ml, tədqiatat sərf edildi-0,1 ml,qalıq-1,9 ml qalıq qalmışdır. (bax iş vər. 46-48) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 843 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 144) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2017-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinə əsasən 01 il 15% islah işləri cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən 03 il 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (bax iş vər. 93-95) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-221/2023 nömrəli məktubdan görünür ki, Soltanov X6 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Soltanov X6 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində narkoloqun qeydiyyatında durur. (bax iş vər 96) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-12/2-55 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə ünvan 4 ünvanda yaşayır. (bax iş vər. 96) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş, xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax vər. 97) İş materialalrına əlavə edilmiş Dövlət Sosial Müdafiə X9 Şəxsin 1 saylı Mərkəzi Aran regional filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-83468/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (bax iş vər.103) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.30-da şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.27-28) İş materialalrına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(041)-40/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur.(bax iş vər 71-76) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (bax iş vər.77-78) Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, onun əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, onun sonuncu cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanseridə qeydiyyata olması nəzərə alınmalı və o, AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,161 qram metamfetaminin qalığı, üzərində heroin izləri olan 01 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampula, 02 ədəd qəhvəyi rəngli borucuq və 01 ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,161 qram narkotik vasitə olan metamfetamin və üzərində heroin izləri olan 01 ədəd yuxarı hissəsi sındırılmış süşə ampula, 02 ədəd qəhvəyi rəngli borucuq və 01 ədəd şpris hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-76/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-76/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver