Məhkəmə qərarları › İş №1(041)-76/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-76/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-76/2024 15.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edərək onu hərbi müəllim kimi işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq 2022-ci ilin avqust ayının sonlarında Kürdəmir rayonunun Şilyan kəndi ərazisində onun 3000 manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edərək onun oğlu Şahid4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən «N» saylı hərbi hissəsinə işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2023-cü ilin may ayının sonlarında Kürdəmir rayonu Şilyan kəndi ərazisində onun 6000 manat pulu alaraq “Million” və “Mpay” aparatları vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərməklə cəmi 6000 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək onun oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon X3 işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs2 vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ondan 9000 manat pulu alaraq “Million” və “Mpay” aparatı vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərdiyi 9000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək onun oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon X3 işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir şəhəri ərazisində körpünün altında əlbəəl aldığı 3.000 manat pulu, Zərərçəkmiş şəxs4 Həbib oğlundan onun oğlunu işə düzəltmək adı ilə aldadıb aldığı pulun bir hissəsinin qaytarılması üçün Zərərçəkmiş şəxs2 verdiyi 2000 manat pulu, Zərərçəkmiş şəxs3 sonuncunun vasitəsilə “Million” və “Mpay” aparatları vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərdiyi 5.500 manat pulu-cəmi 10.500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2la təxminən 1 ildir ki, tanışdır. Onunla Bakı şəhərində İnşallah adlı şəxsin vasitəçiliyi ilə tanış olmuş, sonradan onların aralarında borc məsələrləri olmuş, Vüqardan borc almışdır. O, Rəslov Vüqardan başqa heç kimlə görüşməmiş, zərərçəkmiş şəxs kimi işdə keçən heç bir nəfəri tanımır. Zərərçəkmiş şəxlərdən Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 təkidi ilə danışmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ondan Zərərçəkmiş şəxs1la danışmasını xahiş etmişdir. Bunun səbəbi odur ki, Vüqar Rəsilov ona Mikayılın oğlunu işə düzəltmək adı ilə pul aldığın demiş, sonra ondan kömək istəmişdir ki, Zərərçəkmiş şəxs1la danışsın ki, guya onun oğlunu işə düzəldən o olmuşdur, ondan bir qədər gözləməsini xahiş etsin. Zərərçəkmiş şəxs2 ona demişdir ki, Mikayıldan aldığı pulu qaytaracaq, ona vaxt lazımdır. Ona görə də Vüqarın təkidi ilə Zərərçəkmiş şəxs1la 4-5 dəfə danışmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 təkidi ilə bir dəfə Kürdəmir rayonunun Şilyan kəndindən olan bir nəfərlə də görüşmüşdür. Onunla da Vüqar Şirinovun təkidi ilə eyni qaydada söhbət etmşdir. Qalan zərərçəkmişləri isə tanımır, onları ilk dəfədir ki, məhkəmədə görmüşdür, onların heç birini tanımır. O, Zərərçəkmiş şəxs2 6500 manat borc almış, sonradan onları geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 özü də ondan götürdüyü borcunun geri qaytarılması barədə qeyd yazıb vermişdir. Onun kartına təxminən 18500-20000 civarında Zərərçəkmiş şəxs2 tərəfindən pul köçürülüb, həmin pulların təxminən 14700 manatını Vüqara qaytarmış, ona cəmi təxminən 5500-6000 manat borcu qalmışdır. Qalan pulları xaricdə yaşayan bir adam qaytarılmalıdır. Həmin qalan məbləğ cəmi 5000-6000 civarında olar ki, onları qaytarmaqdan imtina etmir, sadəcə tanışı olan həmin adam hazırda Rusiyada olduğundan və hərbi əməliyyatlarda iştirak etdiyindən, onları qaytara bilmir. Onun işə düzəltməklə bağlı ümumiyyətlə heç bir anlayışı yoxdur. Vüqardan aldığı pullar onun özünə lazım olmuşdur. Onun Vüqardan aldığı pul sadəcə borcdan ibarət olub, heç kimi işə düzəltmək istəməmiş və bu barədə heç kimə vəd verməmişdir. İş üzrə keçən şahidlərin də heç birini tanımır, onların heç biri ilə görüşməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin may ayının sonlarında Vasif zəng edərək, Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən Hərbi Hissəsinə işçi düzəldə biləcəyini və qohumu olub-olmamasını soruşmuşdur. 2023-cü ilin təxminən may və yaxud iyun ayında, Qəşəm oğlu Nurlanı işə düzəlmətk istədiyini, lakin işə düzəldə bilmədiyini eşitmişdir. Bunu eşidib Qəşəmə zəng edərək “oğlunu Müdafiə Nazirliyinə işə düzəltmək istəyirsən?”demiş, Qəşəm “hə istəyirəm”dediyinə görə “6000 manata adam var düzəldə bilir”demişdir. Qəşəm də razılaşmışdır. Vasifə zəng edərək Qəşəmlə arasında olan söhbəti danışmışdır. Vasif “problem deyil, pulu alıb ona göndərim o işi həll edəcək”demişdir. Qəşəmlə söhbət edib razılaşdıqdan təxminən 3-4 gün sonra Qəşəm evinə gələrək 6000 manat vermiş, həmin pulu Qəşəmdən götürüb Vasifin verdiyi kart hesabına 5500 göndərmişdir, 500 manatını isə özünə götürmüşdür. Vasif “ Qəşəmin oğlu Nurlanı normativ idmanına çağırılacaq”demişdir. Təxminən 1 ay sonra X11 şəhərində yerləşən çayxanaların birində tanış etmişdir. Onlar da bir biriləri ilə söhbət etmişlər. Vasiflə Qəşəm söhbət edən zaman Vasif Qəşəmə də 1 ay ərzində Nurlanın əmri olacağını demişdir. Təxminən 2023-cü ilin may ayının sonlarında Vasif zəng edərək, Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayonu şöbəsinə işçi düzəldə biləcəyini və qohumu olub-olmamasını soruşmuşdur. İşin isə 10.000 manat xərci olduğunu demişdir. Qohumu Zərərçəkmiş şəxs1 zəng edərək “adam var Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayonu şöbəsinə işçi axtarır və işi düzətməyə görə 10.000 manat pul istəyir”demişdir. Mikayıl 9.000 manat pul pulu hissə-hissə düzəldə biləciyini demişdir. Mikayılla razılaşmışdır. Vasifədə zəng edərək Mikayılın kasıb olduğunu, 9.000 manat pul düzəldə biləcəyini və pulu hissə hissə verə biləciyini demişdir. Vasif də razılaşlaşmışdır. Mikayıl birinci dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı evdə onunla görüşən zaman 4500 manat pul vermişdir. Vasiflə danışıb 4500 manat aldığını deyəndə o 500 manat borcunu çıxmasını, 4000 manatı isə onun kartına göndərməsini demişdir. 4000 manatı hissə-hissə 2000 manat bir 2000 manat isə bir onun kartına göndərmişdir. X4 düzəldəcəyi sənədləri bildirmişdir. Mikayıla zəng edib demişdir. Sonradan təxminən 5-10 gün sonra Vasif zəng edərək yerdə qalan 4500 manatı da ona göndərməsini istəmişdir. Mikayıla zəng edib pulu düzəltməsini deyəndə o 2500 manat pulu hazırlaya bildiyini demişdir. Onunla onun yaşadığı evin həyətində görüşüb pulu ondan götürüb 2500 manatı Vasifin kartına göndərmişdir. Bir müddət üstündən keçəndən sonra Vasif zəng edib yerdə qalan 2000 manatı istəmişdir. Mikayıla deyəndə o pulunun olmadığını demişdir. Vasifə zəng edərək Mikayılın nömrəsin vermişdir ki, özü danışsın. Vasif də Mikayılla danışıb pulu ona verməsini dediyinə görə Mikayıl pulu gətirib vermişdir. Həmin 2000 manat pulun 500 manatını Vasifə göndərmiş, 1000 manatını özünə götürmüş, 500 manat pulu isə Vasif “özünə götür”demiş, onun borcu olduğundan, həmin borcdan çıxmasını istəmişdir. Mikayılın oğlu Şirin Vasifin dediyi sənədləri Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşüb ona vermişdir. Sonradan isə Vasifin vəd etdiyi vaxta Şirini işə düzəltməmişdir. Mikayılda dəfələrlə Vasifdən pulu istədikdə o müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmışdır. Mikayılın verdiyi pulların 7500 manatını Vasifin kart hesabına göndərmiş, 1500 manatını özünə götürmüş, pulları ona göndərməsinin çoxunun qəbzləri vardır. Bundan başqa isə həmkəndlisi Zərərçəkmiş şəxs3 10500 manat pul alıb onun oğlu X12 Nazirliyinin Kürdəmir rayon Şöbəsinə işə düzəltmək məqsədi ilə alıb Vasifə göndərmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində Mikayıldan 9000 manatı alandan sonra, Mikayıl “Neman da oğlunu işə düzəltmək istəyir, sənin nömrəni Nemana vermişəm özləri səninlə əlaqə saxlayacaqlar”demişdir. Bundan sonra Neman özü zəng edərək, “mənimdə oğlumu işə düzəldə bilərsiz?”demişdir. Vasif qabaqcadan bir nəfəri də işə düzəldə biləcəyini dediyinə görə Nemana “ bir adam var, onunla danışım sənə hə yox deyəcəm”demişdir. Vasiflə danışıb Nemanın da oğlunu işə düzəldə biləcəyini soruşanda o “ hə onuda işə düzəldə bilər, lakin onu işə düzəltmək üçün isə 10000 manat pul lazımdır demişdir. Nemana zəng edib 10000 manata həll olunacığını demişdir. Neman da razılaşmış, lakin Neman 10000 manatı qısa zamanda düzəldib verə biləcəyini dediyinə görə onunla razılaşmışdır. Təxminən 2023-cü ilin oktyabr ayının 15-20 dək olan müddətdə, Neman atası Balasoltanla birlikdə evinə gəlib və 10000 manatı vermişlər. Nemana isə “ 6 ay ərzində oğlun işlə təmin olunacaq”demişdir. Vasifə də zəng edib Nemandan 10000 manat aldığımı demişdir. Təxminən Nemandan pulu aldığı günün səhəri günü Vasiflə Kürdəmir şəhərində körpünün altında görüşüb ona əlbə əl 3000 manat pul vermişdir. qalan 7.000 manatın 2.000 manatını Vasif Qəşəmə olan puldan qaytarmasını istəmişdir. Yerdə qalan pulları isə o dediyi vaxtda ona məxsus olan kart hesabına göndərməsini istəmişdir. Təxminən 3-4 gün sonra Nemanın atası Balasoltan oğlu Rahillə birlikdə Kürdəmir şəhəri “Dörd yol” deyilən ərazidə görüşmüşlər. Vasif də ora gəlmişdir. Orada olan çayxanaların birində oturub dördü söhbət etmişlər. Balasoltan və Rahilin yanında onlara “mənə verdiyiniz pulu mən Vasifə vermişəm”demişdir. Vasifdə ora da Rahilə düzəldəcəyi sənədlərin siyahısını vermiş və Rahilə ərizəyə və anketə qol çəkdirmişdir. Bundan sonra isə oradan durub çıxıb getmişlər. Təxminən 5-6 gün sonra Vasif zəng edərək həkimə lazım olduğu üçün 2000 manat pul göndərməsini istəmişdir. Vasifin verdiyi kart hesabına 2.000 manatı göndərmişdir. Təxminən 3 gün sonra Vasif yenidən zəng edərək digər 3.000 manatıda göndərməsini demişdir. Həmin 2000 manatı Vasifin kart hesabına göndərmişdir. Bundan təxminən 2-3 ay sonra Vasif Balasoltanla danışıb Rahilin barmağında problem olduğunu deyərək 500 manat da döndərməsini və həmin pulu da ona verməsini demişdir. Balasoltanın yaşadığı evə gedərək 500 manatı götürüb Vasifin kart hesabına göndərmişdir. Bundan sonra isə Vasif Rahili işə düzəltməmişdir. Neman da ona pulu verdiyinə görə qapısına gələrək pulunu istəməyə başlamışlar. Ona pulun hamısını Vasifə göndərdiyini demişdir. Bundan sonra isə Nemandan aldığı 10.500 manat pulun 2000 manatını Qəşəmə qaytarmışdır. Daha sonra isə Vasif 500 manat vermiş, əlavə özü də 500 manat yəni 1000 manat pulu Qəşəmə vermişdir. Qəşəmə dəymiş maddi ziyandan 3.000 manatın 2500 manatı Vasif tərəfindən, 500 manatı isə özü tərəfindən ödənilmişdir. Mikayıl verdiyi puldan 7500 manatını Vasifə göndərmişdir. Mikayıldan aldığı pulların 7500 manatını Vasifə göndərmiş, 1500 manatı isə mənfəət kimi özünə qalmışdır. Məsuliyyətdən yayınmaq üçün ilkin izahatında və şahid qismində ifadəsində Mikayıldan aldığı pulların hamısı Vasifə göndərdiyini bildirmiş, lakin Vasiflə üzləşərkən həqiqətləri etiraf edib özünə də 1500 manat pul götürdüyünü bildirmişdir. Nemanın oğlu X12 Nazirliyinin Kürdəmir rayon şöbəsinə işə düzəltmək məqsədi ilə onunla danışıb 10000 manata razılaşmış, Nemandan aldığı puların hamısını Vasifə vermiş, bir hissəsini isə Qəşəmə olan pulu qaytarmışdır. Nemanla 10000 manata razılaşmış, Nemandan bu məqsədlə 10500 manat alıb Vasifə göndərmişdir. Qəşəmdən ümumilikdə 6000 manat pul almış, həmin pulun 5500 manatını Vasifə göndərmiş, 500 manatı isə mənfəət kimi özünə qalmışdır. Qəşəmin oğlu Nurlanı Müdafi Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinə işə düzəltmək adı ilə o pulu almışdır. Vasif onu da aldatdığına görə Qəşəmin oğlunu da işə düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs məxsus və onun pulları göndərmək üçün göndərdiyi 4169-7414-0778-3925 saylı kart hesabına yuxarıda qeyd etdiyi pulları göndərmişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Vasifi təxminən 2 ildir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Vasif onun adamı var onu da işə düzəldəcəyinə, daha sonra isə Mikayılın, Nemanın və Qəşəmin uşaqlarını işə düzəldəcəyinə inandırmışdır. Lakin pulları ona verəndən sonra Vasifin niyyətinin etibarından sui istifadə edib onun vasitəsilə camaatı aldatmaq olduğunu başa düşmüşdür. Bunu gec başa düşmüş, buna görə ərizə ilə özü də müraiciət etmişdir. Vasif onu hərbi müəllim kimi işə düzəltmək üçün ona 2500 manat vermişdir. Öz adını aldadılmış kimi çəkməyə utandığına görə Zauru guya işə düzəltmək üçün Vasifə pul verdiyini bildirmişdir, izahatında bacısı Baharın oğlu Nurlan kimi qeyd etdiyi şəxs Qəşəmin oğlu Nurlandır, sadəcə olaraq Qəşəmin arvadının adı yadına düşmədiyinə görə o cür qeyd etmişdir. Qəşəmin oğlu Nurlanı işə düzəltmək məqsədi ilə Vasifə 5500 manat vermişdir. Həmin vaxt Qəşəmin adını hallandırmaq istəməmiş, çünki Qəşəmin adını hallandırsaydı digər zərərçəkmişlərdə gəlib ərizə verəcəkdilər. Buna görə də öz adından guya ki bacısı oğlu Zauru işə düzəltmək üçün Vasifə pul verdiyini demişdir. Vasif onları aldatmaq məqsədi ilə həmin adamı uydurub ki elə bir adam var, o pulları alandan sonra özü də onun niyyətinin işə düzəltmək yox pulları almaq olduğunu demişdir. Vasifin onu və digər adamları aldatmasından sonradan məlumatı olmuşdur. Vasifin verdiyi pullar ona olan borcun əvəzi olmuşdur. Vasif onun özünü aldadaraq işə düzəldəcəyini bildirib 3000 manat pulunu almışdır. Vasiflə əlbir olmamış, onun dələduzluq etməsindən əvvəldən məlumatı olmamışdır. Ona vurulmuş 3000 manat maddi ziyandan, 2500 manatı ödənilmiş, 500 manatı ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında həmkəndlisi həmçinin də qohumu keçmiş polis əməkdaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək “adam var Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayonu şöbəsinə işçi axtarır və işi düzətməyə görə 10000 manat pul istəyir”demişdir. Onunla 9000 manata razılaşmışdır. Həmin vaxt əlində 9.000 manat olmadığna görə Vüqarla pulu hissə hissə verməsi barədə razılaşmışdır. Lakin ilkin olaraq Vüqara 4500 manat pul vermişdir. Qalan pulu isə qarşıdaki həfətələr ərzində və X14 Nazirliyinin idman normativindən keçəndən sonra verəcəyini demişdir. Vüqarın dediyi sənədləri yəni xasiyyətnaməni, sağlamlıq haqqında xəstəxanadan arayışı, şəkili və digər sənədləri toplayıb Şirinə vermişdir. 2.000 manatı Vüqara verərkən o Təqsirləndirilən şəxs adlı şəxslə tanış edib işi həmin şəxsin gördüyünü bildirmişdir. Vasifə nömrəsin verdiyini və o özü onunla əlaqə saxlayacağını demişdir. Sonradan isə Vasif adlı şəxs ***-***-**-** saylı nömrəsi ilə ona məxsus ***-***-**-** saylı nömrəsinə zəng edərək Vasif müəllim olduğunu, oğlu Şirinin işin onun düzəltdiyini , qalan 2.000 manatı da Vüqara verməsini demişdir. Vasifə “ karyerdən indi gəlmişəm, pul tapım verərəm”demişdir. Vasif isə ondan pulu dəqiq nə vaxt düzəldəcəyini soruşmuşdur. Ona səhərə hazır olacağını demişdir. Səhəri gün 2000 manat borca pul tapıb Vüqara vermişdir. Şirin isə həmin sənədləri Bakı şəhərində Vüqarın tanış etdiyi Təqsirləndirilən şəxsla görüşüb ona vermişdir. Sonradan isə Vasifin və Vüqarın vəd etdikləri vaxta Şirin işə düzəlməmişdir. Dəfələrlə Vüqardan pulunu istəsə də o pulların hamısını Vasifə verdiyini demişdir. Vasiflə dəfələrlə telefon əlaqəsi saxlayaraq pulunu qaytarmasını istəsə də o pulunu qaytarmamış və vəd etdiyi kimi oğlu Şirini işə düzəltməmişdir. Məcbur olub RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında fəhlə işləyib ailəsini dolandırır. Şahid1 onun oğludur. Şirin hərbi xidmətdə olub qayıdandan sonra onu işə düzəltmək istəmişdir. Buna görə də Şirini işə düzətmək üçün adam axtarmışdır. Vüqar özü zəng edərək “tanışım var Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsinə işçi düzəldir istəyirsənsə oğlun Şirini ora düzəldək”demişdir. Onunla razılaşıb ona hissə-hissə 7000 manat pul vermişdir. Sonra isə axırıncı 2000 manatı verəndə o Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Vasiflə telefonla danışandan sonra o 2.000 manatı Vüqara verməsini istəmişdir. Sonuncu 2.000 manat pulu Vüqara vermişdir ki Vasifə göndərsin. Təqsirləndirilən şəxs üzdən tanımamış, lakin onunla dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Vasiflə oğlu Şirin Bakı şəhərində görüşüb onun dediyi sənədləri ona vermişdir. Vüqar “Şirin işə düzəlsin bir qohum kimi qonaqlıq verərsən mənə” demişdir. Birinci dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı evin daxilində Vüqara 4500 manat pul vermiş, sonradan isə təxminən 1 ay ərzində qalan pulları yaşadığı evin həyətində vermişdir. Ona cinayət nəticəsində vurulmuş ziyanın ümumilikdə 4000 manatı qaytarılsa da qalan hissəsi- 5000 manat hissəsi qaytarılmayıb, təqsirləndirilən şəxslə barışmayıb, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 zəng edərək “eşitmişdim ki oğlun Rahili işə düzəltmək istəyirsən, istəyirsənsə adam var, Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsinə adam düzəldir, sənin də oğlunu işə düzəldək” demişdir. Onunla razılaşmış Vüqar işin həlli üçün 12000 manat pul lazımdır demişdir. Onunla söhbət edib 10000 manata razılaşmışdır. Təxminən 15-20 oktyabr 2023-cü il tarixində Vüqarla danışıb onun dediyi 10000 manatı götürüb Vüqarın yaşadığı evə atası Balsoltanla birlikdə getmişlər. Vüqarla söhbət edib ona 10000 manat pulu vermişdir. Vüqar isə “təxminən 6 ay ərzində Rahilin əmri olacaq və o işə düzələcək”demişdir. Vüqar “Rahil barəsində xasiyyətnamə, həkimdən sağlamlıq haqqında arayışı, atestatı və digər sənədləri toplamasını istəmişdir. Bundan keçəndən sonra Vüqar evə gələrək atası Balasoltandan əlavə 500 manat almışdır ki kiməsə həmin pul çatmalıdır. Vüqarın dediyi sənədləri toplamağa başlamışdır. Bundan sonra isə eşitmişdir Vüqar aldığı pulun bir hissəsini Vasif adlı şəxsə verib, və onlar hər ikisi aldadıblar. Çünki eşitmişdir ki həmkəndlisi Mikayılda onlardan şikayət etmişdir. Vüqardan pulunu istəsə də o müxtələfi bəhanlələr gətirərək pulunu qaytarmamışdır. Hətta Vüqar evə gələrək atasına yalvarıb yaxarmışdır ki, şikayət etməyək pulunu qaytaracaq. Lakin Vüqar nə pulunu qaytarıb nə də ki oğlu Rahili işə düzəltməmişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Kürdəmir rayonunun Şilyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qaradağ rayonu ərazisində daş karxanasında fəhlə işləyir. Oğlu Şahid3 İİ-ci Qarabağ müharibəsində iştirak etdiyinə, Cəbrayıl, Fizuli, Kəlbəcər, Xocavənd və Qubadlı rayonlarının azad olunmasında iştirak etdiyinə görə medallarla mükafatlandırılmışdır. Lakin hazırda Rahil işsizdir. Vüqar Nəsirova 2023-cü ilin təxminən oktyabr ayının 15-20 kimi olan müddət ərzində, Kürdəmir rayonu Şilyan kəndində Vüqarın yaşadığı evin daxilində atası Balasoltanla birlikdə 10000 manat pul vermişdir ki, oğlu X12 Nazirliyinin Kürdəmir rayon şöbəsinə işə düzəltsin. Vüqar pulu alarkən “müəllim var o işə düzəldəcək” demiş, sonradan isə Vüqarın müəllim kimi dediyi şəxs Vasifdir, Vasifin isə öz növbəsinə dələduz olduğunu demişdir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir əlaqəsi danışığı olmamışdır. Vasifi sonradan qiyabı olaraq, yəni Vüqar adın çəkmişdir ki, pulu ona vermişdir. Vurulmuş 10500 manat zərər ona ödənilməyib, şikayətçidir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may-iyun aylarında Vüqar zəng edərək, bir nəfər tanışının olduğunu Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissəsinə N nəfər işçi işə götürmək istədiyini demişdir. Nurlanı həmin işə düzəltmək üçün Vüqarla razılaşmış və onunla söhbət zamanı o “ 6.000 manat xərci var”demişdir. Buna görə də 20.000 manat pulu bankdan kredit götürüb Vüqara hissə-hissə 2.000 manat bir 4000 manat da bir vermişdir. Vüqar “qısa zamanda iş həll olunacaq”demişdir. Sonradan Vüqar bəzi sənədləri toplamağı tapşırmışdır. Həmin sənədləri toplamışdır. Sonradan isə 2 ay sonra Vüqar Vasif adlı şəxslə tanış etmişdir. Vasiflə Kürdəmir şəhərində körpünün altında olan çayxanada görüşmüşlər. Vasiflə söhbət zamanı “ 1 ay ərzində oğlunu işə düzəldəcəm”demişdir. Vasif “ guya general tanışı var o düzəldəcək”demiş, Vasiflə görüşəndə isə Vasifin dələduz adama oxşadığını hiss etmişdir. Təxminən 1 ay sonra Nurlanı Bakı şəhərinə çağırmışlar ki guya qabiliyyət imtahından keçsin, lakin Nurlan Bakı şəhərinə getsə də iki gün orada qalmış və onu heç kim imtahana çağırmamışdır. Daha sonra isə Vasifin dələduzlqla məşğul olduğunu öyrənmişdir. Bundan sonra Vüqar və Vasifə pulu qaytarmalarını demişdir. Daha sonra isə Vüqar və Vasif 3.000 manatını geri qaytarmışlar. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Kürdəmir rayonu Şilyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Şahid4 5 il Müdafiə Nazirliyində gizir kimi işləmişdir. İİ-ci Qarabağ müharibəsində iştirak edib və güllə yarası aldığına görə qazidir. Hazırda Nurlan işsizdir. 2023-cü ilin təxminən may ayının sonlarında Zərərçəkmiş şəxs2 6.000 manat pul vermişdir ki oğlu Nurlanı Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissəsinə işə düzəltsin. Vüqar pulu alarkən “işə düzəldəcək”deyərək sonradan isə Təqsirləndirilən şəxsla tanış etmiş və Vasiflə də görüşmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımasa da Vüqar vasitəsi ilə tanımış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Vüqara verdiyi pullar ona məxsus olmuşdur. Vurulmuş maddi ziyandan 2500 manat bir və 500 manat da bir olmaqla, ümumilikdə 3000 manatı qaytarılmış. Yerdə qalan 3000 manatı isə qaytarılmayıb, təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir, təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunda ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmnda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Zərərçəkmiş şəxs4 ilə eyni məzmunda ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Zərərçəkmiş şəxs3 ilə eyni məzmnda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Şilyan kəndində yaşayan Şirinov X1 RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsində işə düzəltmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs2 9.000 manat pul verdiyini, lakin Zərərçəkmiş şəxs2 onu aldadaraq oğlunu işə düzəltmədiyini bildirərək, Zərərçəkmiş şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i.v.4); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.1); İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə, saat 17.00-da tutulmuşdur. (i.v. 46-47); İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görnür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə, saat 16.00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. (i.v. 84-85); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.1-ci və 178.2.4cü maddələrinə dəyişdirilmişdir. (i.v.71); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edimişdir. (i.v. 73); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Şilyan kəndində yaşayan Seyidov X2 RPŞ-nə ərizə ilə müraciət edərək, təxminən 15-20 oktyabr 2023-cü il tarixdə oğlu Şahid3 Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsinə işə düəlmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs2 Kürdəmir rayonu Şilyan kəndi ərazisində 10.500 manat pul verdiyini, lakin Vüqarın oğlunu işə düzəltməyərək ona qarşı dələduzluq etdiyini göstərməklə Zərərçəkmiş şəxs2 və onunla əlbir olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir.(i.v.165); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.167-168); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu, Şilyan kəndində yaşayan Həbibov X7 RPŞ-nə ərizə ilə müraciət edərək, təxminən 2023-cü ilin may ayının sonlarında oğlu Şahid4 Müdafiə Nazirliyinin Kürdəmi rayonu ərazisində yerləşən Hərbi Hissəsinə işə düzəltmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs2 6000 manat pul versə də,Vüqarın oğlunu işə düzəltməyərək ona qarşı dələduzluq etdiyini göstərməklə Vüqar və onunla əlbir olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (i.v.205); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.210); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1-ci, 178.2.2-ci 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. (i.v.227-228) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Şilyan kəndində yaşayan Rəsulov X6 RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs oğlu Zaur Rəsulovu hərbi hissəyə işə düzəltmək adı ilə aldadaraq 2500 manat pulunu ələ keçirdiyini göstərməklə Təqsirləndirilən şəxs cinayət məsuliyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v.332) İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Kərimov X8 Vüqar Nəsir oğlu ilə üzləşdirilərkən, X13 Şirinovdan aldığı 9.000 manat puldan 7500 manatını Vasifə göndərdiyi, 1500 manatı isə ona mənfəət kimi qaldığını etiraf etmişdir. (i.v.37-39); İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Kərimov X8 Vüqar Nəsir oğlu ilə üzləşdirilərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 aldığı 10.500 manat pulun hamısını özünə götürdüyünü etiraf edərək, həmin puldan 2000 manatını da Qəşəmə qaytardıqlarını etiraf etmişdir.(i.v.202- 204); İş materiallarına əlavə edilmiş: 1)Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1678 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:06-da Kürdəmir şəhərində yerləşən Qardaşlar marketində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 3.000 manat pul göndərmişdir. 2)Zərərçəkmiş şəxs2 təqdim etdiyi 2100 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:24-də Kürdəmir şəhəri Bakı küçəsində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 490 manat pul göndərmişdir. 3)Zərərçəkmiş şəxs2 təqdim etdiyi 16678 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:25 –da Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Emil marketində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 1.250 manat pul göndərmişdir. 4)Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1037 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:19 –da Kürdəmir şəhəri Bakı prospektində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 5.000 manat pul göndərmişdir. 5) Zərərçəkmiş şəxs2 təqdim etdiyi terminal nömrəsi 50093 olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:29:17–da Kürdəmir şəhəri Bakı prospektində yerləşən Qardaşlar marketində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 2.000 manat pul göndərmişdir. 6) Zərərçəkmiş şəxs2 təqdim etdiyi 25548 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:58–da Kürdəmir şəhəri Babək prospektində yerləşən “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 2.000 manat pul göndərmişdir. 7) Zərərçəkmiş şəxs2 təqdim etdiyi 23248 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:16–da Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Oba” marketdə olan “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 1.500 manat pul göndərmişdir. 9) Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01005 terminal nömrəsi olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:11:02–da Kürdəmir şəhəri Bakı prospektində yerləşə Qardaşlar marketdə olan “mpay” sistemi vasitəli ilə, ********** əməliyyat nömrəsi ilə K****V****V**** oğluna məxsus 416974******3925 nömrəli kart hesabına 2.500 manat pul göndərmişdir.(i.v.95-104); xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokol və ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Kapital Bank” –a məxsus 416974******3925 nömrəli plastik kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə ödəniş çıxarışın birinci vərəqənin arxa hissəsində xx.xx.2023-cü il tarixdə 3.500 manat, xx.xx.2023-cü il tarixdə 1.025 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023cü il tarixdə 1.250 manat, xx.xx.2023-cü il tarixdə 490 manat pul daxil edildiyi müəyyən edildi. Şifahi olaraq Təqsirləndirilən şəxs bildirdi ki həmin pulların çoxunu Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aldığı pulları göndərmişdir. (i.v.117- 121); İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın 2500 manatı ona qaytarılmışdır. (i.v.348); İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 357-373); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v. 388-390); İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, həmçinin ona maddi ziyan vurulduğundan zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2024-cü il tarixli 245 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X10) uşağı vardır. (i.v. 67); İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə X5 Vasif Vaqif oğluna verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 68); İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Nəsimi rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 144-cü, 2:42-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.1995-ci ildə Nəsimi rayon Xalq məhkəməsinin hökmü ilə 144-cü, 2:23-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir Məhkumluğu ödənilmişdir.(i.v.109-110); İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-149/2-321/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (i.v.190); İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X16 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (i.v.189); Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü etiraf etməsə də, ibtidai istintaqda verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakter daşımaqla, cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirilməlidir. Belə ki, o, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayır. Hazırda Bakı şəhəri Suraxanı rayonu 37 saylı uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində işləyir. Buna görə də hazırda Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Zərərçəkmiş şəxs4 ilə şəxsi tanışlığı olmasa da onu Vüqar vasitəsi ilə danışıb telefonda danışmışdır. Zərərçəkmiş şəxs2 1-2 ildir ki ki tanıyır. Vüqarla tanış olarkən, ona məktəbdə musiqi müəllimi vəzifəsində işlədiyini, işə düzəldə biləcək tanışlarının olduğunu lazım olsa adam olarsa onun vasitəsi ilə işə düzəldə biləcəyini demişdir. Vüqarla nömrələrini bir birinə vermişlər. Təxminən 2023-cü ilin may ayının əvvəllərində Vüqara zəng edərək Müdafiə Nazirliyinin Kürdəmir rayon Şöbəsinə işə düzəltmək məqsədi adam lazım olduğunu bildirmişdir. Vüqar da “ maraqlanaram adam olsa sənə deyərəm”demişdir. Bundan sonra Vüqar zəng edərək həmkəndlisi Qəşəm adlı şəxsin olduğunu oğlu Nurlanın əvvəllər də hərbçi olduğunu yenidən işə bərpa olunmaq istədiyini demişdir. Vüqarla söhbət zamanı o “ 6.000 manat pulu var”demişdir. Vüqarla razılaşmışdır. Vüqar bundan sonra Qəşəmdən 6.000 manat pul aldığını demiş, Vüqara “500 manatını özünə götür 5.500 mənə göndər”demişdir. Vüqar 5.500 manatı göndərmişdir. Bundan sonra Vüqar və Qəşəmlə Kürdəmir şəhərində çayxanaların birində görüşüb söhbət etmişlər. Həmin vaxt Qəşəmlə orada tanış olmuş ilk dəfə də orada görüşmüşdür. Bundan sonra isə təxminən 2023-cü ilin sentyabr oktyabr aylarında Vüqara zəng edərək Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsində vakant yerlərin olduğunu, ora lazım olsa adam düzəldə biləcəyini demişdir. təxminən 3-4 ay əvvəl Vüqar zəng edərək Mikayıl adlı tanışı olduğunu oğlunun əsgərlikdən gəldiyini onu işə düzəltməkdə ona köməklik göstərməsini xahiş etmişdir. Onunla razılaşıb “ adam var 7.000 manatı ona verəcəm üstündə sən alarsan mənim də xeyrim olsun” demişdir. Sonradan Vüqar zəng edib “ Mikayıl razıdır, lakin pulu hissə-hissə ödəyə bilər, və Mikayılla 9.000 manata öz aralarında razılaşıblar”demişdir. Vüqarla razılaşmışdır. Bundan sonra Vüqar təxminən 2023-cü ilin sentyabr ayından etibarən dekabr ayına kimi müddətdə, hissə-hissə 7500 manat pulu ona məxsus olan **********783925 saylı plastik kartıma göndərmişdir. Vüqara “Mikayıla de xasiyyətnaməni, xəstəxanadan arayışı və digər sənədləri hazırlasınlar”demişdir. Mikayıl həmin sənədləri hazırlayandan sonra təxminən 2023-cü ilin oktyabr ayının ortalarında Mikayılın oğlu Şirin idman normativlərini vermək üçün Bakı şəhərinə yanına gəlmişdir. Şirinlə Bakı şəhərində iki dəfə ayrı-ayrı vaxtlarda görüşmüşdür. Şirinlə görüşən zaman ona ərizə yazdırmışdır. Sonra o çıxıb getmişdir. Vüqarın göndərdiyi 7500 manat pulu öz tələbatlarına xərcləmişdir. Vüqar Mikayıldan aldığı 9.000 manat pulun 7.500 manatını ona göndərib, 500 manatını ona borcundan çıxmasını demiş, 1000 manatı isə Vüqarda qalmışdır. Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 10500 manat pulu almışdır ki onun oğlu X12 Nazirliyinin Kürdəmir rayon Şöbəsinə işə düzəltsin . Belə ki, 2023-cü ilin oktyabr ayının ortalarında Vüqar zəng edərək Nemanında oğlunu işə düzəldə biləcəyini soruşanda ona “hə onu da işə düzəldə bilərəm” demişdir. Lakin onu işə düzəltmək üçün isə 10000 manat pul lazım olduğunu bildirmişdir. Vüqarda Nemanla söhbət edib ona hə yox deyəcəyini demişdir. Daha sonra Vüqar zəng edərək Nemanla 10000 manata razılaşdığını bildirmişdir. Vüqara “ get pulu Nemandan al”demişdir. Vüqar pulu Nemandan alandan sonra Vüqarla Kürdəmir şəhərində kürpünün altında görüşüb onunla söhbət edən zaman Vüqar ona əlbə əl 3000 manat pul vermiş, 2000 manatı isə Qəşəmə olan borcunu qaytarmasını demiş, digər pulları isə sonradan özü deyən vaxt kartına göndər demişdir. Bundan sonra Vüqar, Balasoltan və Rahilə sənədlər toplamasını bildirmişdir. Onlar sənədləri toplayandan sonra onlarla Kürdəmir şəhərində “Dörd Yol” adlı ərazidə olan çayxanaların birində görüşmüşlər və X9 Nazirliyinə müraciət etmək üçün ərizə yazdırmış və bəzi sənədlərə qol çəkdirmişdir. onlar gedəndən sonra Vüqar ona yerdə qalan pulları hissə hissə kartına göndərmişdir. Nemanın atası Balastoldana zəng edib iş üçün əlavə 500 manat lazım olduğunu, və guya ki həmin pulu Rahilin barmağında olan qüsura görə həkimlərə verəcəyini demişdir. Balasoltan isə “ mən səni tanımıram , Vüqar gəlib götürsün”demişdir. Balasoltana “Vüqara deyirəm gəlib sizə götürsün”demişdir. Vüqara da zəng edib Balasoltandan 500 manat pul götürüb göndərməsini istəmişdir. Vüqar da həmin puu götürüb göndərmişdir. Vüqar Balasoltandan aldığı 10.500 manat pulun hamısını ona göndərmişdir. Mikayıl ondan şikayət etdiyinə görə Balasotanın qapısına gedib şikayət etməməsini xahiş etmişdir. Mikayılla dəfələrlə telefonda danışmışlar, hətta onun oğlu Şirinlədə telefon vasitəsi ilə bir neçə dəfə danışmışdır. Vüqarın Mikayıldan 9.000 manat pul aldığını bilmişdir. Mikayıldan Vüqarın aldığı pulun 7.000 manatı işə düzəldən adama, 1000 manatı ona, 1000 manatı isə Vüqara qalacağı barədə razılaşmışlar. Lakin Vüqara 2.500 manat borcu olduğuna görə Vüqara 500 manat borcundan çıxıb 500 manatı isə göndərməsini istədiyinə görə o həmin pulu göndərmişdir. Beləliklə Vüqar 9.000 manat puldan 7500 manatını ona, 1500 manatını isə özünə götürmüşdür. Nemanla yox lakin atası Balasoltanla dəfələrlə telefon əlaqəsi saxlamışdır. Vüqarın Nemandan 10.500 manat pul aldığını bilmişdir. Vüqarla arasında Nemanan aldığı pulları necə bölüşəcəkləri barədə bir söz olmamış, Vüqar Nemandan aldığı pulların hamısı ona göndərmişdir. Nemanın oğlu Rahili işə düzəltmək adı ilə ümumilikdə 10.500 manat pul almışdır. Qəşəmdən 6.000 manat pulu onun oğlu Nurlanı Müdafiə Nazirliyinin Kürdəmir rayon ərazisində Hərbi Hissəsində işə düzəltmək adı ilə Vüqar almışdır, həmin pulun 5.500 manatını ona məxsus bankrt kartına göndərmiş, 500 manatı isə onun özünə qalmışdır. Qəşəmə isə 3.000 manatı ödəmişlər. Nemandan aldıqları pulun da 2.000 manatını Vüqara Qəşəmə aparıb verməsini demişdir. Vüqarda aparıb Qəşəmə qaytarmışdır. özünü müdafiə etmək məqsədi lə Qəşəmdən borc aldığını üzləşmə zamanı bildirmiş, lakin hazırda ifadəsində həqiqətləri bildirir. Vüqar Nəsirovla tanış olan zaman Vüqar ona “ təqaüdə çıxmışam iş olsaydı işləyərdim”demiş, ona hərbi müəllim işinə düzəltməsini təklif etmişdir . Bunun müqabilində isə 3000 manat alacağını demişdir. Vüqar da razılaşmış və 3000 manat pul vermişdir. Lakin nə qədər çalışsa da Vüqarı işlə təmin edə bilməmişdir. Vüqarın verdiyi pulu isə xərcləmişdir. Vüqar ona Mikayılın, Qəşəmin və Nemanın oğlanlarını işlə təmin edəcəyinə inanmışdır. Hətta Vüqarıda aldadıb pulunu almışdır. Vüqar onu və digərlərini də işlə təmin edəcəyinə Vüqar İnanamışdır. Lakin zərərçəkmişlərdən pulları alandan sonra bir hissəsini Vüqar özünə götürmüşdür. Qalan hissələrini isə ona məxsus kart hesabına göndərmişdir. Vüqar və digərlərini inandırmışdır ki guya ki tanışı var o adam işə düzəltməkdə kökməklik edəcək. Lakin üçüncü adam olmamış, həmin adamı uydurmuşdur. Pulları isə həqiqətəndə şəxsi tələbatlarına xərcləmişdir. Həmin ərəfədə maddi durumu aşağı olduğu üçün, onlardan pulları alıb onların adından ərizə yazıb alınsa işə düzəlsinlər, alınmasa isə pulları xərcləməyi fikirləşmişdir. (bax iş vər,397-400). Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan protokollardan görünür ki, Kərimov X8 Vüqar Nəsir oğlu ilə üzləşdirilərkən, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 aldığı 9.000 manat puldan 7500 manatını Vasifə göndərdiyini, 1500 manatı isə ona mənfəət kimi qaldığını etiraf etmişdir. Bundan başqa Kərimov X8 Vüqar Nəsir oğlu ilə üzləşdirilərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 aldığı 10.500 manat pulun hamısını özünə götürdüyünü etiraf edərək, həmin puldan 2000 manatını da Qəşəmə qaytardıqlarını etiraf etmişdir. Məhkəmə hesab edir ki, işdə olan yuxarıda sadalanan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin məhkəmədə verdikəri ifadələri təqsirləndirilən şəxsin məhz istintaq zamanı verdiyi ifadəsinə uyğun gəlməklə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini deyil, istintaq zamaqnı verdiyi ifadəsinin əsas götürülməsi düzgündür. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını (xx.xx.2014-cü il təvəllüdlü X10) və zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (təkrar cinayət törətməsi, epizodların çoxluğu) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, əmlak müsadirəsi, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə xərcinin olmaması və iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, əmlak müsadirəsi, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə xərcinin olmaması və iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar