Məhkəmə qərarları › İş №1(041)-76/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-76/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-76/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 17.84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Sor- Sor kəndində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.44 gram razılıq ərizəsi əsasında yaşadığı evə keçirilən baxış zamanı isə evin zal otağında olan stolun altından 01 ədəd plasmas qabın içərisində olan 01 ədəd "WEST markalı siqaretin qutusuna qablaşdırılmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3.14 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi 3.23 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram, 01 ədəd "Aqro" markalı siqaret qutusunda təmiz çəkisi 10.41 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.18 gram, ümumi çəkisi 17.84 qram kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 övladı var. Onlardan biri tələbi digəri isə 10-cu sinifdə oxuyur. Narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki istifadə edir. Buna görə də yaşadığı evin həyətyani sahəsində bir ədəd çətən kolu əkib becərmişdir. Həmin çətənə kolunu dərib qurudaraq yaşadığı evdə gizlətmişdir. Həmin kütlədən hissə hissə istifadə etməyə başlamış, və istifadə edərkən bir hissəsini üzərində saxlamışdır.10 fevral 2025-ci il tarixdə, saat 12-01 radələrində yaşadığı evin qarşısında siqaret çəkərkən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.90 qram qurudulmuş marixuanaya bənzər kütlə olması olması müəyyən edilmişdir. Həmin kütləni özü əkib becərmişdir. Bundan sonra onun razılığı ilə polis əməkdaşları yaşadığı evə baxış keçirmiş zal otağında olan stolun altında gizlətdiyi 3 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanalar ona məxsusdur və tək istifadə edib. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində və yaşadığı evdə saxlamışdır. Şəxsi istifadəsi üçün marixuanaları ayrı ayrı balaca bükümlərdə saxlamışdır ki, istifadə edəndə rahat olsun. Yaşadığı evdə narkotik vasitə saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı zor və ya güc tətbiq edilməmişdir.Təqsirləndirilən şəxs onu da bildirdi ki, artıq narkotik vasitələrdən istifadə etmir, əməlindən peşmandır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla yaxınlığı və şəxsi münasibəti yoxdur. xx.xx.2025-cü il tarixdə Kürdəmir rayonu Sor- Sor kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün xx.xx.2025-cü il tarixdə saat saat 01:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında, istifadə etməsində məşğul olmasına əsaslı şübhələr olan Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.90 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə də sonuncu qalan narkotik vasitəsi vardır. Təqsirləndirilən şəxs yaşadığı evə baxş keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs pilləkənlarla evə qalxıb, evin zal otağına daxil olub, zal otağında olan stolun altına əlin salıb bir ədəd plasmas qab çıxarıb təqdim etmişdir. Həmin plasmas qab açılmış içərisində Vest və Aqro markalı siqaret qutuları olması müəyyən edilmişdir. Həmin Vest markalı siqaret qutusunun içərisindən bir ədəd kağız büküm, bir ədəd kibrit qutusu və yarımcıq kibrit qutuları aşkar edilmişdir. Kağız bükümün, kibrit qutuların içərilərini açılıb içərisinə baxıldıqda hər birinin içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Aqro siqaret qutusu açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bütöv kibrit qutusu elektron tərəzidə çəkilərkən təxmini çəkisi 6.40 qram, üstünə yarımçıq kibrit qutusunda olan kütlə əlavə edilib birlikdə çəkilərkən hər ikisinin çəkisi 11.47 qram olması, aqro markalı siqaret qutusu içərisində ki kütlə ilə birlikdə çəkildi və təxmini çəkisi 18.98 qram olması, kağız bükümdə üzərinə qoyulub birlikdə çəkilərkən isə hər ikisinin birlikdə çəkisi 22.52 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evə baxış keçirilən zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs sorğu sual zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və yaşadığı evə keçirilən baxış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1, Kürdəmir İTB-nin sahə rəisi polis kapitanı Şahid2, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X2, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X6, iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında, istifadə etməsində məşğul olmasına əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.90 qram olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümdə olan kütlə marixuanadır, həmin kütləni istifadə etmək məqsədilə özü əkib becərmişdir. Yaşadığı evdə də sonuncu qalan narkotik vasitəsi vardır. Həmin kağız büküm bir ədəd ağ zərfdə qablaşdırıldı, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə baxş keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ev bir mərtəbəli mişar daşları ilə tikilmiş kürsülü evdir. Təqsirləndirilən şəxs pilləkənlarla evə qalxıb, evin zal otağına daxil olub, zal otağında olan stolun altına əlin salıb bir ədəd plasmas qab çıxarıb təqdim etmişdir. Həmin plasmas qab açılmış içərisində Vest və Aqro markalı siqaret qutuları olması müəyyən edilmişdir. Həmin Vest markalı siqaret qutusunun içərisindən bir ədəd kağız büküm, bir ədəd kibrit qutusu və yarımcıq kibrit qutuları aşkar edilmişdir. Kağız bükümün, kibrit qutuların içərilərini açılıb içərisinə baxıldıqda hər birinin çərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Aqro siqaret qutusu açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bütöv kibrit qutusu elektron tərəzidə çəkilərkən təxmini çəkisi 6.40 qram, üstünə yarımçıq kibrit qutusunda olan kütlə əlavə edilib birlikdə çəkilərkən hər ikisinin çəkisi 11.47 qram olması, aqro markalı siqaret qutusu içərisində ki kütlə ilə birlikdə çəkildi və təxmini çəkisi 18.98 qram olması, kağız bükümdə üzərinə qoyulub birlikdə çəkilərkən isə hər ikisinin birlikdə çəkisi 22.52 qram olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və yaşadığı evə keçirilən baxış zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı X5, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən və yaşadığı evdən aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, ona təqdim edilmiş zərflərə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərflər onun üzərindən və yaşadığı evdən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığını zərflərdir, zərflərin tamlığı pozulmayıb, onun üzərində ki is öz imzasızıdr. Birinci üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra yaşadığı evdən aşkar edilərək qablaşdırılmış zərfin tamlığı müstəntiq tərəfindən pozulmuşdur. Həmin zərfin içərisindən 01 ədəd Vest markalı siqaret qutusu, 01 ədəd kağız kəsiyi, 01 ədəd Aqro markalı siqaret qutusu olduğu müəyən edilmişdir. Aqro markalı siqaret qutusunun içərisinə baxıldıqda içərisində tütünə bənzər kütlə olduğu müəyyən edilmişdir. Digər Vest markalı siqaret qutusunun içərisinə baxıldıqda içərisində 01 ədəd yarım kibrit qutusu və bütöv bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları müstəntiq tərəfindən açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bir ədəd kağız kəsiyinə baxıldıqda içərisində tütünlə marixuananın qarışımı kimi kütlə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş kağız bükümdə olan kütlə ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.90 qram olması, yaşadığı evdən aşkar edilmiş bir ədəd kibrit qutusunn 6.28 qram, yarım kibirt qutusunun 5 qram, kağız kəsiyi 3.54 qram, aqro siqaret qutusunda aolan kütlə 18.34 qram olması müəyyən edilmişdir. Həmin kütlə üzərindən aşkar edilmişlərlə yaşadığı evdən aşkar edilmiş kütlələr ayrı ayrı qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/129nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədiqata atəqdim olunmuş üzərində “ ...Təqsirləndirilən şəxs yaşadığı evdən..” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd siqaret qutusunda 01ədəd kibrit qutusunda təmiz çəkisi 3.14 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi 3.23 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram, 01 ədəd siqaret qutusunda təmiz çəkisi 10.41 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.18 qram, ümumi çəkisi 17.40 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi 17.84 qram, tədqiqata sərf olundu 0,12 qram, qalıq 17.72 qram - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-170/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X11 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır. -İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 315 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadəe tmə halları olub. narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -Cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 17.84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 17.72 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmiş, ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Muradxan inzibati ərazi dairəsi üzrə İcra nümayəndəliynin tərtib etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor sor kəndində yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. - Azercell MMC-dən daxil olmuş disklərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, şahid ifadəsi, məhkəmə-bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və baxış protokolları, şəxsi axtarış və baxış zamanı çəkilmiş DVD disklər və digər sənədlər, için obyektiv halları ilə bir daha təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 17.84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 17.72 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il saat 04.30-dan xx.xx.2025-ci il saat 17:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 17.84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 17.72 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor-sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 17.84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 17.72 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 110 (bir yüz on) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar