Məhkəmə qərarları › İş №1(041)-77/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-77/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-77/2023 26.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltiazm qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri,Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrindən 14 radələrinədək keçən müddət ərzində yaşadığı kənd ərazisində yerləşən çöl otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 2.000 manat təşkil edən iki baş inəyi gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 2.000 (iki min) manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi və qohumudur, onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. İri və xırda buynuzlu heyvan alveri ilə məşğul olur, bu məqsədlə yaşadığı və yaxud kənar kəndlərdən iri və xirda buynuzlu heyvanlar alaraq İmişli rayonunda yerləşən bazarda satmışdır. O, Nicata məxsus iki baş inəyi çöllük sahədən oğurlayaraq evlərinə gətirib tövlədə saxlamışdır. Bazara getmək üçün xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində əvvəlcə həmkəndlisi Şahid5 inəklərini özünə məxsus “Ford” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı yük maşınına yükləmiş, sonra isə yaşadığı evin həyətinə gələrək tövlədə olan iki baş inəyi avtomobilə yükləyib həyətdən çıxmış, kənd ərazisində küçədə Nəsirin oğlu Cəlal da onun avtomobilinə əyləşmiş, birlikdə İmişli rayonuna heyvan bazarına getmişlər. Bazarın giriş hissəsində Cəlal avtomobildən yerə düşərək bazara piyada yolu ilə keçmiş, Nicatdan oğurladığı inəklərdən bir başını (yaşı az olanı) bazarın giriş hissəsində tanımadığı şəxsə 500 manata satmış, digərini isə sonradan adının Elin (Fərhad) olduğunu bildiyi şəxsə 500 manata satmış, Elinə inəyi satandan təxminən yarım saat sonra hələ bazarda olarkən Elin yanına gələrək Nicat adlı şəxsin gələrək bir baş inəyin ona məxsus olduğunu bildirdiyini demiş, Elinlə birlikdə inəyin yanına getdikdə həmkəndliləri Nicat, Usub və Haldunun inəyin yanında dayandıqlarını görmüş, Nicat inəyin ona məxsus olduğunu demişdir. O, Elinə 500 manatı qaytarmış, Elin də inəyi Nicata vermişdir. Nicatın digər inəyini satdığı şəxsi tapa bilmədiyi üçün Nicata təklif etmişdir ki, “satdığı şəxsi tapmadığı heyvanın pulunu ona versin və yaxud da həmin heyvanın yerinə ona başqa heyvan alıb versin”. Nicat əvvəl razılaşmış, sonra isə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Aşkar olunmuş bir baş inəyi Nicata vermiş, eləcədə satdığı şəxsi tapmadığı bir baş inəyin əvəzində özünə məxsus bir baş inəyi Nicata vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin oğurladığı inəkləri qaytararaq ziyanı tam ödəməsini, etdiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında 10 (on) baş iribuynuzlu heyvanı vardır. Heyvanları yaşadığı kənd ərazisində yerləşən özünə məxsus olan, kənarları açıq otlaq sahəsinə ötürür, heyvanlar orada otlayırlar, günortadan sonra özləri həyətə qayıdır, otladıqları müddətdə heyvanlar nəzarətsiz qalırlar. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus 10 baş inəyi yaşadığı kənd ərazisində yerləşən çöl otlaq sahəsinə aparmış, heyvanları sahəyə qoyub yaşadığı evə qayıtmış, heyvanlar orada nəzarətsiz otlamağa başlamışlar. Heyvanların yanında heç kim qalmamışdır. Həmin gün saat 11 radələrində Elşad zəng vuraraq həmkəndlisi Elvini (Ağarəhimi) soruşmuş, həmçinin özünün də harda olduğunu, nə işlə məşğul olduğunu soruşmuş, Elşada yaşadığı evə olduğunu demişdir. Bir az sonra saat 14 radələrində heyvanları örüşdən qayıtmış, iki baş inəyi isə örüşdən həyətə qayıtmamış, axşama qədər qayıdacaqlarını fikirləşmişdir. Elşad həmin ərəfədə zəng vuraraq həmkəndlisi Ceyhunun harda olduğunu soruşmuş, saat 15 radələrində inəklərin qayıtmadıqlarını görüb öz örüş sahəsinə tərəfə gedib heyvanlarını axtarmağa başlamış, həmin vaxt Elşad yenidən zəng vuraraq harda olduğunu və nə işlə məşğul olduğunu soruşmuş, çöl sahəsində inəklərini axtardığını bildirmişdir. Sonra kəndə qayıtmış, Elşad idarə etdiyi “Ford” markalı yük avtomobili ilə gəlib yanından keçəndə onu görüb bir az sonra zəng vuraraq ona “niyə görə qəmli dayanmısan” dedikdə Elşada inəklərinin iki başını itirdiyini, tapmadığını demişdir. Elşad ona tapsan mənə də deyərsən demişdir. Çöl sahəsinə yenidən gedib heyvanlarını axtarmağa başlamış, həmin vaxt Elşad yenidən zəng vuraraq “çöldə qalan heyvanları yırtıcı heyvanlar yeyirlər, yaxşı axtar” demişdir. Bundan sonra dayısı Usuba da heyvanlarının itməsi barədə demiş, bir az sonra Elşad yenidən zəng vuranda ona “gedib bazarı axtarmaq istəyirəm” demişdir. Bu zaman Elşadın ona israrla bazara getmə, heyvanlar əgər oğurlanmışsa oğurlayan şəxs onu bu tezliklə bazara aparmaz, bazara gələn həftə gedərsən deməsindən şübhələnib həmkəndlisi Haldun və dayısı Usub ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində İmişli rayonu ərazisində yerləşən heyvan bazarına gedərək bazarı axtarmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində bazarda olan “Kamaz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobillinin bortuna bağlanmış bir baş inəyi görüb tanımış, inəyin yanında adının sonradan X8 olduğunu bildiyi şəxsə inəyin ona məxsus olduğunu demiş, Elnur inəyi qohumu Elinən (Fərhad) aldığını demiş və Elini yanına çağırmışdır. Elin gəlib həmin inəyi bazarda adını bilmıdiyi ancaq əlamətlərini təsvir etdiyi şəxsdən aldığını demiş, həmin şəxsi tapmaq üçün onlardan aralanmışdır. Elinin təsvir etdiyi əlamətlərindın həmin şəxin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmiş və Elşada zəng vuraraq danışmağa başlayanda Elşad ona “bildim, gəlirəm inəyin yanına” demişdir. Elşad gəlib həmin inəyi İmişli heyvan bazarının giriş hissəsində “ağacın altı” adlanan yerdə tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra Elşad Elinin pulunu qaytarmış və Elin də onun inəyini özünə qaytarmışdır. Həmçinin Elşad yanında olan qohumu Usuba təklif etmişdir ki, “sizə 800 manat pul və bir baş inək verirəm, bu söhbəti heç kim bilməsin”. Ancaq Elşadın təklifi ilə razılaşmamış və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İnəyini götürüb yaşadığı kəndə həyətə gətirmiş, iki gün sonra Elşad digər heyvanının da yerinə ona bir baş inək heyvanı vermişdir. Elşad həmin bir baş inəyi satdığı şəxsi müəyyən edə bilməmişdir. Yaşadığı kəndə gəldikdən sonra Elşad satdığı şəxsi tapmadığı bir baş inəyin yerinə ona özündən bir baş inək vermişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində Elşad tərəfindən oğurlanan inəklərin ona qaytarıldığını, ona dəymiş ziyanın tam ödənildiyini və Elşada qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəsini məkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir. onların hər ikisi ilə münasibətləri normal olmuş, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. İmişli rayonunda yerləşən heyvan bazarına satmaq üçün özünə məxsus danaları aparmaq məqsədilə “Ford” markalı yük avtomobili olan Elşada demiş, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Elşad “Ford” markalı avtomobil ilə yaşadıqları evin həyətinə gələrək dörd baş dananı avtomobilə yükləmiş, bundan sonra Elşad öz yaşadığı evin həyətindəki tövlədə olan iki baş inəyi də avtomobilə yükləmək üçün çıxıb getmiş, Elşad gedəndən sonra paltarını dəyişib yola çıxmış, Elşad gəlmiş və birlikdə Elşadın avtomobili ilə İmişli rayonuna heyvan bazarına getmişlər. Bazara çatanda girişdə avtomobildən düşmüş, Elşad avtomobil ilə bazara girmiş, o isə bazara piyada girmiş, sonra Elşadın avtomobili saxladığı yerin yanına getdikdə Elşadın iki baş inəyi artıq satdığını öyrənmişdir. Elşadın inəyi kimə və hansı qiymətə satmasından məlumatı olmamış, sonradan bazarda həmkəndliləri Nicat, Usub və Haldunu gördükdə Elşadın bazara gətirib satdığı iki baş inəyin Nicata məxsus olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Elşad onun oğludur. Elşad xırda və iri buynuzlu heyvanları alaraq özünə məxsus avtomobili ilə aparıb İmişli bazarında satır. O, Elşadın Nicata məxsus iki baş inəyini çöllük sahədən oğurlamasından xəbəri olmamış, Nicatın malları bazardan tapılandan sonra məlumatı olmuşdur. Hazırda oğlu Elşad Nicatın iribuynuzlu heyvanlarını qaytarmışdır. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir, onlarla münasibətləri normal olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. Fərdi əməklə məşğul olmaqla yaşadığı evin həyətində iri və xırdabuynuzlu heyvan saxlayır, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Elşad zəng vuraraq ondan atının yəhərini istəmiş, Elşada gəl yəhəri apar demişdir. Bir az sonra Elşad gəlmiş, yaşadığı evin həyətinin darvazasının çölündə, küçədə yəhəri Elşada vermiş və Elşad çıxıb getmişdir. Elşad həmin vaxt tək olmuş, yanında heç kim olmamışdır. Təxminən bir saat sonra Elşad zəng vuraraq təcili işinin çıxdığını deyərək körpüyə gəlib yəhəri ondan alıb aparmasını istəmişdir. Öz atını minib yaşadığı kənd ərazisində körpü adlanan yerə gedərək yəhəri Elşaddan alıb qayıdıb evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Elşadın atası Zaur zəng vuraraq Elşada iki baş inək satıb-satmadığını soruşanda Elşada iki baş inək satmadığını demişdir. X9 məxsus iki baş iribuynuzlu heyvanını oğurladığını eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(bax iş vər. 79) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 316 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşayır. (bax iş vər.163) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(bax iş vər.164) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-110-/2023 nömrəli məktubdan görünür ki, Əliyev X7 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur.(bax iş vər 73) Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2662 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 01 baş üç yaşlı, diri çəkisi 180- 190 kq olan orta köklükdə, dişi boğaz inək-1300.00 manat.01 baş bir yaş yarımlıq, diri çəkisi təxminən 70-80 kq, orta köklükdə olan dişi inək 500.00 manat.(bax iş vər 132-135) İstintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ekspert rəyi ilə tanış olaraq onunla razı olmadığını, ona ümumilikdə 2000 manat maddi ziyan dəydiyini bildirmişdir.(bax.iş. vər.138-139) Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-nin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47-ci maddəsinə əsasən ictimai işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasi Cəzaların İcrası Məcəlləsinin 34-cü maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləşndirilən şəxsdən alınıb dövlət büdcəsinə ödənilməli, maddi sübut olan bir baş inəkin zərərçəkmişə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli hökmün icrasına, ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablansın. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Maddi sübut olan bir baş inəkin zərərçəkmiş Nicat Məhərrəmıliyə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar