Məhkəmə qərarları › İş №1(041)-78/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-78/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-78/2024 25.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində qeyri-rəsmi münasibətdə yaşadığı Şahid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Şahid keçmiş əri Zərərçəkmiş şəxs ondan nəyə görə həmin evdə olmasını soruşması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq ona sol qaşüstü nahiyədə və burun kökündə sıyrıq, sol gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, sol göz almasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qeyri rəsmi ər-ərvad münasibətində olduğu Şahid keşmiş əridir, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 12 radələrində Saray Abbasova üçün kirayə tutuduğu Kürdəmir şəhəri İ.Qayıbov küçəsində yerləşən evdə olarkən həyətdən səs eşitmişlər, dərhal həyətə çıxdıqda Zərərçəkmiş şəxs evin giriş qapısının qarşısında dayandığını görmüşlər. Asifdən nəyə görə oraya gəlməsinin səbəbini soruşduqda Asif onun yaxasından tutaraq ondan nəyə görə orada olmasının səbəbini soruşmüş və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı Asif Sarayın başına yumruqla vurduğu üçün əsəbləşmiş və Asifin sifət nahiyəsinə yumruqla vurmuşdur. Mübahisə həyətin içərisində təxminən 5 dəqiqə davam etmiş, həyətdə onlardan başqa heç kəs olmamışdır. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, Asif onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, Vüsal onun keçmiş arvadı X3 ilə təxminən 1 ildir ki, qeyri-rəsmi münasibətdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Kürdəmir şəhərinə gələrək təxminən saat 18 radələrində uşaqlarını görmək üçün Saraya telefonla zəng etmiş, Saray onun telefon zənginə cavab vermədiyi üçün uşaqlarını görmək məqsədilə Sarayın yaşadığı ünvan 2 ünvanına gedib Sarayı səsləsə də qapını açan olmamış, hasardan həyətyani sahəyə keçib evə daxil olmaq istəyərkən qapının bağlı olduğunu və pəncərədən baxdıqda Vüsalın evdə olduğunu, Sarayın isə mətbəxdə toyuq təmizlədiyini görmüşdür. Vüsal qapını açanda ondan nəyə görə burada olmasının səbəbini soruşmüş, Vüsalda ondan burada nə işi olduğunu soruşduqda aralarında mübahisə düşmüş və mübahisə vaxtı Vüsal onun sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub yerə yıxmışdır. Ayağa qalxaraq DİN-in 102 xidmətinə zəng vurub baş verənlər barədə məlumat vermiş, həm də Kürdəmir RPŞ-nə gedərək ərizə yazmışdır. Hadisə Sarayın yaşadığı ünvan 2 ünvanına baş vermiş, hadisə zamanı orada onlardan başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 223 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-sol qaşüstü nahiyədə və burun kökündə sıyrıq, sol gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, sol göz almasına qansızma-küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Kürdəmir rayon polis şöbəsinə verilmiş tapşırığa alınmış 27 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, həyata keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, həyata keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində qeyri-rəsmi münasibətdə yaşadığı Şahid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Şahid keçmiş əri Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə zamanı orada Şahid olmuşdur, başqa heç kim olmamışdır, hadisəni qonşulardan görən və eşidən olmamışdır. Hadisə zamanı və dərhal sonra hadisə yerinə kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Göstərilən xüsusatları məhkəmə iclasında şahid qismində dindirilən X3 da öz ifadəsində təsdiq etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi X4 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 6 saat üçün cəmi 36 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar