Məhkəmə qərarları › İş №1(041)-79/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-79/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-79/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir şəhəri, Şəhriyar küçəsi,ev 44-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə və tamah niyyəti ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Kürdəmir şəhəri Bakı prospekti 32-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub, evin pəncərəsinin dəmir barmaqlıqlarından istifadə etməklə, evin damına, oradan isə evin içərisinə qanunsuz daxil olub, qonaq otağında divardan asılmış 01 ədəd 700 manat dəyərində “FİGHER” markalı plazma televizoru, soyuducunun üstündə olan 150 manat dəyərində 01 ədəd “NİKAİ” markalı ət çəkən maşını, yataq otağından 80 manat dəyərində elektrikli radiatoru, ikinci yataq otağından hər birinin 25 manat qiyməti olan cəmi 50 manat dəyərində 02 ədəd aliminium materildan olan qazanları və 01 ədəd 300 manat qiymətində “RİTM” markalı elektirikli odun doğrayan mişarı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 1280 (min iki yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2022-cü il tarixdə saat 15:04-də Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən “Oba” marketin içərisində quraşdırılmış 1040 saylı bankomatdan Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 aid Azərbaycan Beynəlxalq Bankına məxsus elektron məlumat daşıyıcı olan 4127 2211 1264 8334 №-li plastik karta yüklənmiş 292 manat məbləgində təqaüd pulunu,sonuncu görmədən və bilmədən çıxarıb karta pul yüklənmədiyini Zərərçəkmiş şəxs2 yalandan bəhanə edərək əri Zərərçəkmiş şəxs1 292 manat pulunu gizli yolla talamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2022-cü il tarixdə saat 15:05-də Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən “Oba” marketin içərisində quraşdırılmış 1040 saylı bankomatdan Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 aid Azərbaycan Beynəlxalq Bankına məxsus elektron məlumat daşıyıcı olan 4127 2211 1985 5833 №-li plastik karta yüklənmiş 268 manat məbləgində təqaüd pulunu, sonuncu görmədən və bilmədən çıxarıb karta pul yüklənmədiyini Zərərçəkmiş şəxs2 yalandan bəhanə edərək, onun 268 manat pulunu gizli yolla talamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir şəhəri H.Hüseynov küçəsi ev 18-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə evin pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq, qonaq otağında olan masanın üstünə qoyulmuş cib portmanatından Zərərçəkmiş şəxs4 məxsus 500 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir şəhəri H.Hüseynov küçəsi ev 18-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə evin pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq, qonaq otağında masanın üstünə qoyulmuş cib portmanatından Zərərçəkmiş şəxs4 məxsus 200 manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir şəhəri H.Hüseynov küçəsi ev 18-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə evin pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq qonaq otağında masanın üstünə qoyulmuş cib portmanatından Zərərçəkmiş şəxs4 məxsus 210 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Kürdəmir şəhəri H.Hüseynov küçəsi ev 18-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, evin pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq qonaq otağında masanın üstünə qoyulmuş cib portmanatından Zərərçəkmiş şəxs4 məxsus 130 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs3 evindən 1280 manat dəyərində əmlakını və ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs4 məxsus cib portmanatından etdiyi oğurluqları etiraf edir, lakin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus pensiya kartlarından pulların çıxarılması hissəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilmir. Əvvəllər oğurluq etdiyinə görə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu, 2022-ci ildə aprel ayının 14-də cəzasını çəkib qurtardığına görə azadlığa çıxdığını, azadlığa çıxdıqdan sonra heç bir yerdə işləmədiyinə görə maddi cəhətdən əziyyət çəkdiyinə görə oğurluq etmək məcburiyyətində qalmışdır. Qonşusu Zərərçəkmiş şəxs3 arvadı ilə birlikdə Bakı şəhərinə getməsini və evlərinin nəzarətsiz qalmasını bildiyini, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində saat 02 radələrində Həzinin yaşadığı evin hasarına qalxıb həyətinə düşdüyünü, pəncərənin dəmir barmalıqlarına ayağını qoyaraq dama çıxdığını, dama daxil olaraq oradan evin içərisinə girdiyini, qonaq otağından divardan asılmış 01 ədəd qara rəngli televizoru, həmin otaqda soyuducunun üstündə olan 01 ədəd ət çəkən maşını, digər otaqlardan 1 ədəd odun doğrayan elektrikli mişarı (matopilanı), 2 ədəd aliminium qazanı, 1 ədəd elektrikli yağ radiatorunu oğurlayıb yaşadığı evə aparıb həyətdə olan tövlələrində gizlətdiyini, bundan bir müddət keçəndən sonra, plazma televizoru Cabir adlı şəxsə 80 manata, ət çəkən maşını Sabirə 10 manata, 1 ədəd “motopilanı” Vüqara 20 manata, 2 ədəd aliminium materildan olan qazanı və 1 ədəd yağ radiatorunu isə küçələrində metal alan tanımadığı şəxsə 13 manata satdığını, əldə etdiyi gəliri isə öz tələbatına xərcləmişdir. Bundan əlavə qonşuluğunda yaşayan, münasibətləri normal olan taksi sürücüsü Zərərçəkmiş şəxs4 evdə tək yaşadığını və tez-tez Bakı şəhərinə gedib gəlməsini bildiyini, buna görə də, xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Akifə məxsus həyətə hasardan tullanaraq keçdiyini, evin taxta pəncərəsi açıq olduğuna görə evə daxil olub qonaq otağında stolun üstündə olan cib portmanatından Akifin şüphələnməməsi üçün pulun hamısını yox 500 manat sayıb götürdüyünü, eyni üsulla xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 210 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 130 manat pulu oğurlayıb xərcləmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını, onların kartından pul çəkmədiyini, həmin zaman tutulmaqdan qorxduğu üçün izahatında kartlarından pul çıxarmasını görsətsə də, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını, həmin şəxsləri birinci dəfə idi ki gördüyünü, həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qorxduğundan ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlidn peşmn olmasını, dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadının bildirib ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, övladları ondan ayrı yaşadığı üçün təxminən hadisədən 3 ay əvvəl arvadı Bənövşə ilə birlikdə Bakı şəhərində qızının yanında qaldıqlarını, xx.xx.2023-ci il tarixdə Kürdəmir şəhərinə qayıdıb gəldiklərini, yaşadığı evə girdikdə divarda olan televizorun, evdə olan digər əşyalar ət çəkən maşının, odun doğrayan aparatın, 02 ədəd aliminium materialdan olan qazanların və 01 ədəd elektirik yağ radiyatorunun olmadığını gördüyünü, həmçinin evə baxdıqda oğurluğu edən şəxsin evin damından evin içərisinə daxil olmasını müəyyən etdiyini, bundan sonra bu barədə polisə məlumat verdiyini, oğurluq nəticəsində ona ümumilikdə 1280 manat maddi ziyan dəymişdir. Sonradan oğurlanan əmlakların dəyəri ona tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, pensiya pullarını əri Vaqiflə Kürdəmir şəhəri Bakı prospektində olan "xxxx"na məxsus bankomatdan əldə etdiklərini, 2022-ci ilin noyabr ayında həmin bankomatın qarşısında adamların cox olmasını görüb Kürdəmir şəhərində “dörd yol” adlandırılan yerdə “Oba” marketin qarşısına getmiş, bankomata yaxınlaşıb əvvəllər tanıdığı Elməddinin orada olmasını görərək özünün və əri Vaqifin pensiya pullarını çıxarmasını xahiş etmiş, Elməddin də həmin kartlarla onların pensiyalarını bankomatdan çıxarıb vermiş və bundan sonra əri Vaqiflə birlikdə Kürdəmir rayonu Ərşəli kəndinə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə də əri Vaqiflə həmin yerə gəlmiş, əri Vaqif avtomobildə qalmış, özü isə bankomatın qarşısına gəldikdə Elməddini aralıdan görüb ona yaxınlaşıb kartları ona vermiş, bir az sonra Elməddin kartı ona qaytarıb kartda 93 qəpik olduğunu deyib sonra isə ondan əri Vaqifin kartını istədiyini, həmin kartı da yoxladıqdan sonra əri Vaqifin kartında 83 qəpik olmasını deyib kartı ona qaytarmışdır. Bundan sonra Vaqiflə birlikdə Azərbaycan Beynəlxaq Bankına müraciət etmiş, bankdan onlara bildirmişlər ki, hər ikisinin kartından pul həmin gün çəkilib. Həmin gün Elməddini tapa bilmədikləri üçün əri polisə məlumat vermiş, aparılan araşdırmalar nəticəsində pulun Təqsirləndirilən şəxs tərəfindən çəkildiyi müəyyən edilmişdir. Kürdəmir RPŞ-yə gətirilən Elməddinin pensiyaları çəkmədiyini bildirsə də, lakin RPŞ-nin qarşısında olan zaman onlara yaxınlaşaraq onun kartından 268 manat, əri Vaqifin kartından isə 292 manat olmaqla ümumilikdə 560 manat pul çəkdiyini və dəymiş ziyanı ödəyəcəyini deyib şikayətlərini geri götürmələrini xahiş etmişdir. Sonradan Elməddinin qohumları 560 manat pulu ona qaytardıqları üçün əri Vaqiflə birlikdə şikayətlərinin olmaması barədə Kürdəmir RPŞ-yə ərizə vermişlər. “Azərbaycan Beynəlxalq Bankına” məxsus 4127-2211-1985-5833 nömrəli pensiya kartının kodunu kartın üstünə yazdığı üçün bankda həmin kartı yenisi ilə əvəz etdirmişdir. Elməddinin xx.xx.2022-ci il tarixdə özünün və ərinin kartından pul çıxardığını orada olan tanımadığı qadınlarla söhbət etdiyi üçün görməmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsni xahiş etdi. Məhkəmə istintaqında zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində arvadı iş üzrə zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etdi və əlavə olaraq göstərdi ki, "xxxx" tərəfindən ona verilmiş pensiya kartı 4127- 2211-1264-8334 nömrəli, arvadı Bibixanımın pensiya kartı 4127-2211-1985-5833 nömrəli olmaqla, kodlarını kartların üstünə yazmış, bankomatdan özləri pullarını çıxara bilmədikləri üçün tanımadıqları ayrı-ayrı şəxslər onların xahişi ilə pullarını kartdan çəkib onlara vermişlər. 2022-ci ilin noyabr ayında da arvadı Bibixanımla birlikdə Kürdəmir şəhərində “dörd yol” adlandırılan yerdə “Oba” marketin qarşısına getmiş, arvadı Bibixanım düşüb bankomota yaxınlaşmış, əvvəllər tanıdığı Elməddin onların pensiyalarını bankomatdan çıxarıb vermişdir. xx.xx.2022-ci il tarixdə arvadı Bibixanımla yenidən həmin bankomotın qarşısına gəlmiş, arvadı Bibixanımın avtomobilindən düşüb pensiyaları çıxarmaq üçün bankomatın qarşısına getmiş, özü isə avtomobilində onu gözləmişdir. X1 yaxınlaşıb pensiya kartlarını ona verməsini, Bibixanımın orada olan qadınlarla söhbətləşdiyini, az keçmiş Elməddinin Bibixanıma yaxınlaşaraq ona nəsə deyərək kartları qaytarmasını şəxsən görmüşdür. Bibixanımın avtomobilə əyləşərək öz kartında 93 qəpik , onun kartında isə 83 qəpik pul olmasını demiş və onlar birlikdə Azərbaycan Beynəlxaq bankına müraciət etmiş və bankdan onlara bildirdilər kartlarında olan pullar həmin gün çıxarılmışdır. Elməddini tapa bilmədikləri üçün bu barədə Kürdəmir RPŞ-nə müraciət etmiş və araşdırma nəticəsində təqaüd kartlarından pulun Təqsirləndirilən şəxs tərəfindən çıxarılması məlum olmuşdur. X6 RPŞ-nin qarşısında olduqları vaxt Elməddin onlara yaxınlaşıb pensiya kartından ümumilikdə 560 manat pul çəkdiyini və dəymiş ziyanı ödəyəcəyini deyib ondan etdikləri şikayətlərini geri götürmələrini xahiş etmişdir. Sonradan Elməddinin qohumları kartdan çıxarılan pulları onlara qaytardıqdan sonra yoldaşı Bibixanımla birlikdə şikayətlərinin olmaması barədə Kürdəmir RPŞ-yə ərizə vermişlər. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsni xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs4 lazimi qaydad məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərək işi ilə əlaəqadr məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olduğunu, həmin tarixdə Bakı şəhərinə getməyə hazırlaşdığını, pul qabına baxarkən 500 manat pulunun olmadığını görərək pulun avtomobilindən götürülməsini fikirləşib əhəmiyyət vermədiyini, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə olduğunu, pulunu sayıb pul qabına qoyduğunu, pulunun bir hissəsində 200 manat, bir hissəsində isə 85 manat olduğunu, pul qabını evdə qonaq otağında balaca stulun üzərinə qoyub yatmağa getdiyini, 16.01,2023-cü il tarixdə səhər saat 06:30 radələrində pul qabını açıb baxarkən 200 manat pulunun pul qabında olmadığını gördüyünü, bu zaman pulunun evdən oğurlandığını başa düşdüyünü, bundan başqa xx.xx.2023-cü il tarixdə axşam evə gəldikdə pul qabını yaşadığı evdə qonaq otağında olan stolun üzərinə qoyub yatdığını, oyanarkən səhər radələrində ona məxsus olan pul qabının içərisindən 210 manat pulun olmadığını, xx.xx.2023-cü il tarixdə axşam evə gəldikdə pul qabını yaşadığı evdə stolun üzərinə qoyub yatdığını, xx.xx.2023-ci il tarixdə saat 06 radələrində evində olan zaman qonaq otağına getdikdə stulun üzərindəki olan pul qabının içərisindən 130 manat pulunun olmadığını gördüyünü, bundan sonra evində quraşdırdığı təhlükəsizlik kameralarına baxdıqda oğurluq edənin Təqsirləndirilən şəxs olmasını görüb bu barədə xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-yə ərizə ilə müraciət etdiyini, oğurluq nəticəsində xx.xx.2023-ci il tarixdə 500 manat, xx.xx.2023-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 210 manat, xx.xx.2023-cü il tarixdə 130 manat ümumilikdə ona 1040 manat maddi ziyan dəydiyini, həmin pulların ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir şəhərində Dördyol deyilən yerdə kafe işlədir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur, bir neçə dəfə həmin kafeyə gəlib getdiyi üçün münasibətləri yaranmışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Elməddin ona yaxınlaşaraq təzə ət çəkən maşın aldıqları üçün köhnə ət çəkən maşınını satmaq istədiyini, həmin vaxt kafe üçün ət çəkən maşına ehtiyac olmasa da, işlək vəziyyətdə olduğu üçün alıb kafenin mətbəxində bir yerə qoymuşdur. xx.xx.2023-cü il tarixdə RPŞdən ona zəng gələrək Elməddindən ət çəkən maşın alıb-almamasını soruşulmuş, o da olduğu kimi məsələni onlara izah etmişdir. Sonrarkən ona məlum olmuşdur ki, Elməddin ona 10 manata satdığı ət çəkən maşını Həzi adlı şəxsin evindən oğurlamışdır. Həqiqətən də, ona lazım olmayan həmin ət çəkən maşının oğurluq olduğunu bilməmişdir. Həmin ət çəkən maşını polis şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Təzə bazar adlanan yerdə su matorlarının təmiri ilə məşğul olur, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Bu ilin fevral ayında Təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlib elektirikli odun doğrayan aparatını anası xəstə olduğu üçün satmasını demiş, həmin aparata baxdıqda işlək vəziyyətdə olduğunu , bundan sonra həmin aparatın Elmədindən oğurluq olubolmadığını soruşarkən Elməddinin həmin əşyanın oğurluq olmadığını, özünə məxsus olduğunu, anası xəstə olduğundan pula ehtiyacı olduğu üçün satmasını, Təqsirləndirilən şəxs bu sözünə inanıb həmin aparatı neçəyə satdığını soruşduqda həmin aparatı 40 manata satdığını desə də, 20 manata razılaşmış və aparatı almışdır. Sonradan Kürdəmir RPŞ-nə çağırılanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin aparatı Həzi adlı şəxsin evindən oğurlamışdır. Bu barədə verdiyi izahatında məsələni olduğu kimi göstərmiş və 20 manata aldığı 01 ədəd odun doğrayan aparatı könüllü olaraq RPŞ-nə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “İN-WEST”şirkətindən alınmış məktuba əsasən aşağıda adları göstərilmiş əmlakların 2022-ci ilin dekabr ayına olan bazar qiyməti aşağıdakı kimidir. 01 ədəd “FİGHER” markalı plazma televizorun qiyməti 700 manat, 01 ədəd “NİKAİ” markalıət çəkən maşının qiyməti 150 manat, 01 ədəd “RİTM” markalı elektirikli odun doğrayan mişarın qiyməti 300 manatdır. 01 ədəd elektirikli yağ radiytorunun markası və ölçüləri olmadığından qiymətləndirilmə aparılması mümkün olmamışdır.(bax İİ cild iş vər 116) - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Hacıyev X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durur.(bax İ cild,iş vər 25) - Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-ci il tarixli 366 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ANANKAST ŞƏXSİYYƏT POZĞUNLUĞU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.5 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli və nevrotik səviyyədə olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ANANKAST ŞƏXSİYYƏT POZĞUNLUĞU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.5 xəstəlik keçirməsinə baxmayaraq hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs ANANKAST ŞƏXSİYYƏT POZĞUNLUĞU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.5 xəstəliyi keçirməsinə baxmayaraq onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.(bax İİ cild iş vər 117-120) - Kürdəmir rayon İHB-nın şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 480 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla, valideynləri ilə bilikdə Kürdəmir şəhəri, Şəhriyar küçəsi, 44-də yaşayır. (bax ı cild, iş vər. 179) - Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədə onun yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu qeyd edilmişdir. (bax,İ cild iş vər. 180) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Hacıyev X3 rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci,177.2,3-ci və 234.1-ci maddələri ilə təqsirləndirilərək 01 il 10 ay 24 gün azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıyev X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci,177.2,2-ci və 177.2.3-ci maddələri ilə təqsirləndirilərək 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli AMNİSTİYA qərarı ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (bax İ cild iş vər. 174-176) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs3 evindən 1280 manat dəyərində əmlakını və ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs4 məxsus cib portmanatından etdiyi oğurluqları etiraf etmiş, lakin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus pensiya kartlarından pulların çıxarılması hissəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş (1-ci cild, 173-cü vərəq), "xxxx" ASC-dən daxil olmuş, iş üzrə zərərçəkimiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 4127-2211-1264-8334 nömrəli və onun arvadı Zərərçəkmiş şəxs2 məxsus 4127-2211-1985-5833 nömrəli pensiya kartlarından pulu çıxaran şəxsin görüntülərini əks etdirən diskə baxış keçirilmiş və xx.xx.2022-cü il tarixdə saat 15:04-də Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən “Oba” marketin içərisində quraşdırılmış 1040 saylı bankomatdan 4127 2211 1264 8334 nömrəli və həmin tarixdə saat 15:05-də Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən “Oba” marketin içərisində quraşdırılmış 1040 saylı bankomatdan 4127-2211-1985-5833 nömrəli pensiya kartları üzrə əməliyyat aparan şəxsin əks etdirilmiş görüntüləri proses iştirakçılarına nümayiş etdirilmiş, görüntüsü nümayiş etdirilən şəxsin Təqsirləndirilən şəxs olması öz təsdiqini tapmış və bundan sonra Təqsirləndirilən şəxs həmin hissədə də, təqsirli olmasını etiraf etmişdir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə oğurluq təkrar törədildikdə 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 177.2.3-cü və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə 177.2.3-1-ci maddələri ilə tövsif edilməlidir. Həmin maddənin “Qeyd” hissəsinin 3-cü bəndinə görə bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.

17. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır.

18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir.

19. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir.

20. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci, 177.2.3-cü və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirlidir və cəzalanmalıdır. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İşdə olan,tələbnamədən məlum olur ki, Hacıyev X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci,177.2,2-ci və 177.2.3-ci maddələri ilə təqsirləndirilərək 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM-nin 59.1.13-cü maddəsi) cəzasını yüngülləşdirən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivini (CM-nin 61.1.1-ci maddəsi) cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən qəsdən hazırki cinayət hadisəsini törətmişdir. «Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,4(041)- 35/2023 saylı həbs qətimkan tədbri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan ədbiri seçilmiş və həbsetmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “NİKAİ” markalı ət çəkən aparatın, 01 ədəd “FİGHER” markalı plazma televizorun, 01 ədəd “Ritm” markalı odun doğrayan mişarın sahibi, iş üzrə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, 03 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə 2880 manat dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “NİKAİ” markalı ət çəkən aparatın, 01 ədəd “FİGHER” markalı plazma televizorun, 01 ədəd “Ritm” markalı odun doğrayan mişarın sahibi, iş üzrə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 3 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə 2880 manat dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar