Məhkəmə qərarları › İş №1(041)-79/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-79/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-79/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi - 40.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin həyətindəki tövlədə saxlamış, xx.xx.2024cü il tarixdə saat 15:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayonu Pirili kəndi ərazisində yaşadığı evin həyətindəki tövləyə baxış zamanı oradan 01 ədəd polietilen torbada təmiz çəkisi - 40.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. O, Kürdəmir rayonu Pirili kəndində ailəsi ilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. 2024-cü ilin yanvar ayında yaşadığı kənd ərazisində piyada gəzərkən yerdə olan 01 ədəd polietilen torba diqqətini çəkdiyi üçün götürüb baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin torbanı içərisindəki kütlə ilə birlikdə götürmüş və şəxsi istifadə etmək üçün gətirib yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində yaşadığı evdə olarkən evin həyətinin küçə qapısı döyülmüşdür. O, qapını açdıqda polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində və yaşadığı evdə narkotik vasitə saxlamağında əsaslı şübhələrin olduğunu bildirərək onu barəsində qəbul olunmuşi təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər. Bundan sonra onun razılıq ərizəsinə əsasən yaşadığı evin həyətinə və evinə baxış keçirtmişlər. Ondan yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşduqda o, narkotik vasitəsinin olduğunu və evin həyətindəki tövlədə saxladığını bildirmişdir. Bundan sonra onun göstərdiyi yol ilə hərəkətə başlanmış, yaşadığı evin həyətində yerləşən tövlədə saxladığı 01 ədəd polietilen torbadakı narkotik vasitə qurudulmuş marixuananı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Müstəntiq tərəfindən torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, üzərində heç bir qanunsuz əşya olmadığını bildirərək cibində olan 01 ədəd alışqanı, 01 ədəd “Kent” markalı siqaret qutusunu, 01 ədəd avtomobil açarını və 01 ədəd “Redmi” markalı telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd alışqan, 01 ədəd “Kent” markalı siqaret qutusu və 01 ədəd avtomobil açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. 01 ədəd “Redmi” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş 40 qram narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin yanvar ayında yaşadığı kənd ərazisində yerdən tapşmış və şəxsi istifadə etmək üçün tövlədə saxlamışdır. Yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş 40 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, narkotik vasitə, eləcə də psixotrop maddə satışı ilə məşğul deyil. Onun narkotik vasitə tapmağından və yaşadığı evin həyətyanı sahəsindəki tövlədə narkotik vasitə saxlamağından heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, himayəsində xəstə anasının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Pirili kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş. Rəis bu barədə razılıq verdikdən sonra təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra, istintaq-əməliyyat qrupu yaradılmış və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Pirili kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Təqsirləndirilən şəxs qərarla tanış olmuş və ondan yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə narkotik vasitə saxlamışdır. O, həmin yeri göstərə və narkotik vasitəni təqdim edə biləciyini deyib bu barədə razılıq ərizəsi vermişdir. Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlayaraq həyətyanı sahəyə daxil olmuşlar. Onlar həyətin sol tərəfində olan tövlənin içərisinə daxil olmuş və Təqsirləndirilən şəxs göstərdiyi yerə çatmışlar. Təqsirləndirilən şəxs qapı ilə üzbəüz olan divarın arasından 01 ədəd polietilen torba götürüb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd polietilen torbaya müstəntiq tərəfindən baxış keçirərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd polietilen torba qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra baxış sonlandırılmış və onlar RPŞ-yə gəlmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd alışqan, 01 ədəd “Kent” markalı siqaret qutusu, 01 ədəd avtomobil açarı və 01 ədəd “Redmi” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə müstəntiq tərəfindən keçirilən şəxsi axtarış zamanı qanunsuz əşya və predment aşkar edilməmişdir. Bundan sonra Ülvü Məhərrəmovun təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “Kent” markalı siqaret qutusu və 01 ədəd avtomobil açarına baxış keçrildikdən sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götrülmüşdür. Şifahi sorğu zamanı Ülvü Məhərrəmov yaşadığı evin həyətindəki tövləsindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 2 ay əvvəl Pirili kəndi ərazisində yol kənarından tapdığını, həmin narkotik vasitəni istifadə etmək üçün tövlədə saxladığını, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə etdiyini, aşkar olunan kütlənin ona məxsus olduğunu, həmin kütlənin üzərindən istifadə etmədiyini, narkotik vasitə qurudulmuş marixuananı heç kimə satmadığını, ona qarşı hər hansı zor və təsir olmadığını, təqdim etdiyi büküm və içəsindəki kütlənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı, eləcə də üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 Zülfiqar oğlu da X4 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarında olan kompleks məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/286 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi – 40.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 40,0 qram, tədqiqata cəmi 0,10 qram sərf edildikdən sonra 39,90 qram qalıq qalmışdır. (bax iş vər,43-46) İş materialalrında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-403/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər, 91) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 803 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 110) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 74-75) İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X5 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 75609/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (bax iş vər .76) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 123 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideyləri ilə birlikdə yaşayır. (bax iş vər, 104) Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 150 nömrəli arayışından görünür ki, himayəsində 2-ci qrup əlil anası vardır. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 105) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 16.00-da tutulmuşdur. (bax iş vər. 26-27) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 11.35-də MSY-dən azad edilmişdir. (bax iş vər. 61-62) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini, himayəsində ikinci qrup əlil anasının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qrudulmuş marixuananın 39,90 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətində yerləşən tövləyə baxış keçirilməsi barədə video görüntülərin qeydə alındığı 02 ədəd disklər cinayət işi materialına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 39,90 qram narkotik maddə olan qrudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evin həyətində yerləşən tövləyə baxış keçirilməsi barədə video görüntülərin üeydə alındığı 02 ədəd disklər cinayət işi materialına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar