Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-8/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, əvvəllə Azərbaycan Respublikası CM-nın 180.1, 180.2.2 və 234.1-ci maddələri ilə məhum edilmiş, məhkumluğu ödənilmiş, Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq yolla talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 10.30 radələrində xx.xx.1989-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, ev 27, mənzil 18-də qeydiyyatda olmaqla Kürdəmir rayonu, Aran qəsəbəsi, ev 6, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs1 işlədiyi Kürdəmir şəhərində Təzə Bazarda yerləşən dönərxanada masanın üzərindəki stəkanın içərisində olan 40 (qırx) manat pulu açıq yolla talamış, Zərərçəkmiş şəxs1 onun arxasınca çıxaraq pulu qaytarmasını tələb etdikdə o, həmin yerdən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs1 40 (qırx) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində xx.xx.1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 27 qeydiyyatda olmaqla Kürdəmir şəhəri Vaqif küçəsi ev 59-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus mağazaya, ətrafda və mağazada heç kimin olmadığından əmin olub, daxil olaraq soyuducunun arxasından "xxxx" MMC-yə məxsus 1,2,3,5 manatlıq ümumi dəyəri 350 manat olan konturları gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumlikdə 350 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsi, ev 1-də yaşayır, əvvəllər Azərbaycan Republikası CM-nın 180.1, 180.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs X2 şəhəri Təzə bazar adlanan yerdə dönər satıcısı kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. Özü heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti pis olduğuna görə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs1 işlədiyi dönərxanaya gedərək Anarın dönər düzəltdiyini və arxası ona tərəf olduğundan stolun üzərində olan stəkanın içərisindəki pulu götürüb çölə çıxanda Anar arxadan ona səslənərək pulunu istədikdə dayanmayaraq oradan qaçıb getmişdir. Oğurladığı 40 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri, Vaqif küçəsi ilə piyada gedən zaman yolun kənarında yerləşən “Əmrah” adlı marketin açıq olduğunu və marketə daxil olduqda marketdə heç kimin olmadığını görüb vitrinin arxasında olan ümumi dəyəri 350 manat olan “Sim” kartları götürərək marketdən çıxıb getmişdir. Oğurladığı “Sim” kartları Kürdəmir şəhərində sata bilmədiyindən Bakı şəhərinə gedərək tanımadığı şəxslərə satmışdır. Oğurluq və soyğunçuluq cinayətlərini tək etmiş, ona heç kim köməklik göstərməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyib, ona qarşı heç bir şikayət və tələb yoxdur. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri, Vaqif küçəsində yerləşən “Əmrah” adlı ərzaq mağazası var, mağazanı saat 03 radələrindən 22 radələrinədək işlədir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində pul xırdalamaq üçün mağazadan çıxıb 1-2 dəqiqədən sonra geri qayıtdıqda vitrində rezinlə bağlanmış dəyəri 350 manat olan “Sim” konturların yerində olmadığı üçün mağazada olan nəzarət kamerasına baxdıqda mağazadan naməlum şəxs tərəfindən oğurluq edildiyini görmüşdür. Bundan sonra Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmiş, mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Təzə bazar adlanan yerdə dönərxana işlətmişdir, Tərlan adlı şəxsi tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində işlədiyi dönərxanada başı dönər düzəltməyə qarışan zaman arxaya dönüb baxdıqda Təqsirləndirilən şəxs dönərxanada stolun üzərində olan qabdan 40 manat pulu götürüb çölə çıxdığını görmüş, dərhal çölə çıxaraq oğurladığı pulları qaytarmaq üçün Tərlanın arxasınca qaçaraq uca səslə dayanmasını və oğurladığı pulları geri qaytarmasını qışqırsa da, Tərlan onun sözlərinə məhəl qoymayaraq qaçıb getmişdir. Bundan sonra baş verənlər barədə şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı teleqrammada təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini, onunla barışdığını bildirərək səhətində olan çətinliklərə görə gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Kürdəmir şəhərində yerləşən təzə bazarın qarşısında dönərxandan dönər alıb kənarda yeyərkən dönərxananın qapısından tanımadığı bir şəxsin qaçdığını və onun arxası ilə adını sonradan bildiyi Anar Rəhbərlinin də qaçdığını görmüş, Anarın həmin şəxsin arxası ilə qaçan zaman dayanmasını və qışqıraraq götürdüyü pulu qaytarmasını eşitmişdir. Sonradan məlum olmuşdur ki, Anar Rəhbərli dönərxanasından soyğunculuq edən Tərlan adlı şəxsdir. İş materiallarına əlavə edilmiş, “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin məktubdan görünür ki, Rəsulov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, lakin həkim narkoloqun qeydiyyatında durur. - İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki: - Təqsirləndirilən şəxs xx.xx.1999-cı il tarixdə Kürdəmir rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı 1-ci hissəsi ilə təqsirli bilinirək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Ukrayna Respublikası Lvov şəhər Frankovsk rayon məhkəməsinin hökmü ilə Ukrayna Respublikasının CM-nin 309-cu maddəsinin 1-ci hissəsi ilə 01 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-ci tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009cu ik tarixdə AMNİSTİYA qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası ½ yarıyadək- 09 ay 29 gün azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2010-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 180.2.2-ci maddəsi ilə təqsirləndirilərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı əsasında 08 ay 10 gün vaxtından əvvəl şərti azad olunub. Rəsulov X1 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətin residivini yaratmır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrində onlara dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etməsi və soyğunçuluq etməsi onun məhkəməyə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.13-ci maddəsinə əsasən dəymiş ziyanın aradan qaldırmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, lakin bundan əvvəl dəfələrlə məhkum olunmasını şəxsiyyətini mənfi səciyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını və məsuliyyəti yüngülləşdirən və şəxsiyyətini mənfi səciyələndirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir.. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-08/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində gizlənərək qəsdən məhkəmə iclaslarına könüllü surətdə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına köçürülmüşdür. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübəli şəxs qismintə saxlandığı 02 (iki) gün müddət onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla, üzərində 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-8/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-8/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver