Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-8/2024 20.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 Əlisəddin oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Kürdəmir RMX-nın Psixiatriya şöbəsində mühasib vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri Xanlar küçəsi ev 5-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda sərxoş vəziyyətdə özünə məxsus idarə etdiyi “Ford Focus” minik markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən arxadan onunla eyni istiqamətdə gələn “X5” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol verməsi üçün siqnal və işıq vasitəsilə işarə verən zaman, yol vermək əvəzinə avtomobili yolun ortasında nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla saxlayıb avtomobildən yerə düşmüş, kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunda, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakını məhv edilməsi ilə, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs üzərinə hucum edərək, onun ünvanına nalayiq ifadələr işlədərək, söyərək əlləri ilə boğazından tutub boğmaqla, əynində 100 manat qiymətində olan köynəyi dartıb cırmaqla, eyni zamanda sonuncunun əlində tutduğu 650 manat qiymətində olan “Samsung Galaksi A 3” markalı mobil telefonu götürüb yerə çırpmaqla məhv etmiş, daha sonra yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vurmaqla ona başın ənsə nahiyyəsinin qançırı, sol gözün yan bucaq hissəsinin sıyrığı, alnın sol yan hissəsinin qançırı, sağ alt çənə bucağının sıyrığı, boynun sağ və sol hissəsinin sıyrıqları, sağ əlin İV-V barmaqlarının sıyrıqları ilə müşayət edilən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs çoxdan tanıyır, onunla ədavəti düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Özünə məxsus ** EC *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində arvadı Cəmalə ilə birlikdə iştirak etdikləri “Nicat Plaza” şadlıq sarayında qohumlarının toy məclisindən çıxaraq özünə məxsus avtomobil ilə yaşadıqları evə gələrkən Kürdəmir şəhəri Bakı prospekti ilə gəlib Kürdəmir şəhəri 2 saylı tam orta məktəbin yaxınlığında yerləşən işıqfordan sola, Xırdapay kəndi ərazisinə dönərək oradakı avtomobil yolu ilə nahamar olduğu üçün asta-asta hərəkət etməyə başlamış, arxadan onun istiqamətində gələn avtomobil səs və işıq siqnalından istifadə etdiyi üçün məcbur qalaraq avtomobili saxlamış, avtomobildən yerə düşərək həmin avtomobil tərəfə baxanda arxadan onu işarə verən avtomobilin qonşusu Zərərçəkmiş şəxs avtomobili olduğunu və sürücünün də Zərərçəkmiş şəxs özünün olduğunu görmüş, Samir avtomobildən yerə düşüb ona tərəf gəldikdə ondan nə baş verdiyini soruşmuş, Samir ona “sən qudurmusan”, deyib ünvanına nalayiq söyüşlər söymüş, aralarında bununla bağlı yaranmış mübahisə zəmnində Samir sinəsindən itələmiş, zərbənin təsirindən avtomobilin arxa kapotunun üstünə yıxılmış, sonra Samirin sinəsindən itəliyərək ona kənara durmasını demiş, Samir həmin vaxt onun sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vurmuş, zərbənin təsirindən hadisə yerində yolun kənarında içərisi çirkab sular olan arxa yıxılmış, arx dərin olmamış, ancaq ətrafında kələ-kötür torpaq parçaları və xırda daşları olmuşdur. Üst başı palçıq olmuş, arxdan çıxaraq Samirdən bu hərəkətləri hansı səbəbdən etməsini soruşmuş, Samir üstünə cumaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən də bir neçə dəfə qəsdən vuraraq onu döyməyə başlamış, avtomobilində əyləşmiş və hadisəni görüb şahidi olan arvadı Cəmalənin qorxudan ağladığını görmüşdür. Samirlə dalaşan zaman avtomobili ilə keçən qonşuları Şahid2 yolun bağlı olması səbəbindən keçib gedə bilməmiş, avtomobili saxlayıb yanlarına gələrək onları sakitləşdirib aralaşdırmış, bundan sonra avtomobilinə əyləşib çıxıb getmiş, yaşadığı evin yerləşdiyi küçədə darvazasının yanında dayanmış, arvadı Cəmalə avtomobildən düşərək evə girmiş, özü isə küçədə dayanıb Samirin gəlməsini gözləmiş, bir neçə dəqiqə sonra Samir avtomobili ilə küçəyə gəlmiş və yanından keçəndə avtomobili üstünə sürmüş, kənara çəkilmiş, Samir keçib getmiş, yaşadığı evə girib paltarını dəyişib çıxmış, Samirin evinə tərəf gedərək onu səsləyib küçəyə çıxmasını istəmiş, ancaq səsləməsinə baxmayaraq Samir küçəyə çıxmamış, bundan sonra atası Azadxan gəlib onu sakitləşdirib yaşadıqları evə aparmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən küçədə Zərərçəkmiş şəxs sinəsindən yumruqla bir dəfə qəsdən vurmuş, zərbə zamanı sinəsində ağrı hiss etmiş və zərbənin təsirindən müvazinətini itirərək içərisində çirkab su olan arxa yıxılmış, sonra arxdan çıxıb Samirdən nə baş verdiyini soruşub dəqiqləşdirdikdə Samir yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən də vuraraq onu döyüb xəsarətlər yetirmişdir. Hadisədən sonra Samirin yaşadığı evin yanına gedərək ondan niyə görə onu döyməsinin səbəbini soruşmaq istəmiş, küçədə dayanıb Samiri səsləmiş, ancaq Samir çıxmamışdır. Samir onu vuran zaman onu özündən kənarlaşdırmış, arxa yıxılan zaman əlini atıb Samirdən yapışmaq istəmiş, həmin vaxt əli Samirin boyun nahiyyəsindən dəymiş, eləcədə köynəyinə ilişərək Samirin köynəyi cırılmışdır. Təxminən 15-20 dıəqiqə müddətində baş vermiş hadisə zamanı yanlarında arvadı Şahid1 olmuş, hadisə bitənə yaxın qonşuları Qurban yanlarına gəlmiş və onları sakitləşdirib aralaşdırmışdır. Zərərçəkmiş şəxs onun barəsində şər və böhtan xarakterli şikayət etmiş, hadisə zamanı sərxoş olmamış, spirtli içki qəbul etməmiş, hadisə zamanı, ümumiyyətlə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən yaşadığı evə gedən avtomobil yolunda Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Focus” markalı ** EC *** dövlət qeydiyyat nişanlı tünd göy rəngli minik avtomobili ilə onun qarşısında onunla eyni istiqamətdə hərəkət edərkən bir neçə dəfə qəflətən əyləcə basaraq avtomobili saxlamış, yenidən hərəkət etdirmiş, bu səbəbdən idarə etdiyi “X5” markalı ** LS *** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobili ilə işıq və səs siqnalından istifadə edərək ehtiyatlı olması üçün Şəhriyara arxası ilə gəldiyini bildirməyə çalışmış, Şəhriyar avtomobili yolun hərəkət hissəsində onun avtomobilinin qarşısında saxlamış, avtomobildən yerə düşərək onun avtomobilinə tərəf gəlmiş, Şəhriyar ucadan ünvanına nalayiq söyüşlər söydüyü üçün avtomobildən yerə düşərək ondan nə baş verdiyini soruşmuş, Şəhriyar ona “sən qudurmusan” demiş və boğazından yapışıb çəkərək onu öz avtomobilinin arxa kapotunun üstünə yıxmış, Şəhriyarın əllərindən yapışıb özündən aralamış, həmin vaxt Şəhriyar səndələyib yolun kənarında olan içərisində çirkli su olan arxa yıxılmış, sonra su arxından çıxıb üstünə gələrək yaxasından yapışıb köynəyini cırıb əynindən çıxarmış, həmin vaxt orada avtomobili ilə keçib gedən Şahid2 yolun bağlı olmasına görə dayanaraq onların yanına gəlmiş, Şəhriyarın onu söyməsini və üstünə cummasını görmüş, Qurban Şəhriyarı sakitləşdirib aralaşdırmış və onu avtomobilinə mindirməyə çalışmış, ancaq Şəhriyar Qurbanın da yanında ucadan nalayiq söyüşlər söyərək onu üstünə cummağa çalışmış, Qurban bir təhər Şəhriyarı avtomobilə mindirmiş və çıxıb getməsi üçün onu yola salmışdır. Şəhriyar getdikdən sonra bir neçə dəqiqə Qurbanla söhbət etmiş və daha sonra avtomobilinə əyləşib evlərinə tərəf getmişdir. Şəhriyarın atası Azadxana zəng vuraraq oğlu Şəhriyarın hərəkətləri barədə deyərək polisə məlumat vermək istədiyini bildirmişdir. Azadxan “Nicat Plaza” şadlıq sarayında toy məclisində olduğunu deyərək polisə məlumat verməməsini, özü gəlib məsələni həll edəcəyini demişdir. Bundan sonra evinə tərəf getmiş, evin küçəsinə girəndə Şəhriyar küçədə onun evinin yanında dayanıb onu gözlədiyini görmüş, Şəhriyar onu görən kimi üstünə cumduğu üçün avtomobili saxlamayıb sürüb getmiş, söz-söhbət olmasın deyə küçəyə qayıtmamış, küçənin baş tərəfinə gedərək orada dayanıb avtomobilində əyləşib təxminən bir saat gözləmiş, Şəhriyarın atası Azadxana təkrar zəng vuraraq gəlməsini istəmiş, təxminən bir saat sonra evin qarşı tərəfindən Şəhriyar görə bilmədiyi qapıdan həyətinə daxil olmuş, təxminən saat 23:20 radələrində Şəhriyar yenidən küçədə dayanıb, eləcədə evinin yan giriş qapısını döyüb onu səsləyərək, ünvanına nalayiq sözlər işlədərək küçəyə çıxmasını tələb etmişdir. Bu zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra polis əməkdaşları gələrək Şəhriyarı polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsində barışmadıqlarını bildirərək, Şəhriyar barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, birlikdə yaşayırlar, Zərərçəkmiş şəxs isə qonşularıdır. Onunla Şəhriyarın münasibətləri normal olmuş, aralarında daha əvvəl mübahisə, davadalaş olmasının şahidi olmamışdır. xx.xx.2022-ci il tarixdə “Nicat Plaza” şadlıq evindən əmisi oğlu X3 toy məclisində iştirak etmişlər, həmin tarixdə saat 23 radələrində əri Təqsirləndirilən şəxs və azyaşlı oğlu Azadxan ilə toydan çıxıb Şəhriyarın idarə etdiyi ** EC *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobillə yaşadıqları evə gələrkən yolun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsi nahamar olduğu üçün Şəhriyar avtomobili ehtiyatla, asta surətlə idarə etmiş, bu zaman arxadan gələn avtomobil səs siqnalından və işıqdan istifadə edərək Şəhriyarın avtomobilinə işarə vermiş, yol dar olduğu üçün Şəhriyar avtomobilə yol verə bilməmiş və həmin avtomobilin israrla işarə verdiyini görüb avtomobili yolun hərəkət hissəsində saxlayaraq yerə düşüb avtomobilin arxa tərəfinə keçmiş, bu zaman arxadan gələn avtomobilin qonşuları Zərərçəkmiş şəxs avtomobili olduğunu və sürücünün də Samir özü olduğunu görmüş, Samir də avtomobildən yerə düşmüş, Şəhriyar Samirdən nə baş verdiyini soruşanda Samir Şəhriyarın üstünə gəlib çiynindən tutub itələmiş, Şəhriyar arxası üstə avtomobilin arxa hissəsinə dəymiş, daha sonra Şəhriyar Samirdən niyə görə belə hərəkət etdiyini soruşanda Samir Şəhriyarın sinəsinə yumruqla bir dəfə qəsdən vurmuş, zərbənin təsirindən Şəhriyar müvazinətini itirərək yolun kənarındakı içərisində çirkab sular olan arxa yıxılmış, bundan əvvəl yıxılmamaq üçün Samirdən tutmaq istədikdə əli ilişərək Samirin əynində olan köynəyi cırmış, Şəhriyar arxa yıxılıb qalxdıqdan sonra Samir Şəhriyarın üstünə cumaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüş, həmin vaxt yol ilə avtomobillə keçən qonşuları Şahid2 avtomobili saxlayaraq yanlarına gəlib onları sakitləşdirib aralaşdırmış, Şəhriyar hirsli və həyəcanlı halda avtomobilə əyləşmiş və yaşadıqları evə tərəf getmişlər. Yaşadıqları evin yerləşdiyi küçədə darvazalarının qarşısında Şəhriyar avtomobili saxlayaraq o düşüb evə girmiş, Şəhriyar isə onu vurmasının səbəbini soruşmaq üçün küçədə Samiri gözləyəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra Şəhriyar evə gəlmişdir. Hadisədən sonra gecə bədənində ağrılar olduğu üçün ertəsi gün Şəhriyar Kürdəmir RMX-da müraciət edərək müayinə olunmuş, bu zaman Şəhriyarın 9-cu qabırğasında sınıq xəsarəti olması aşkar edilmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində baş vermiş hadisə zamanı Samir və Şəhriyar onun içərisində olduğu avtomobildən təxminən 1-2 metr aralıda dalaşmışlar, havanın qaranlıq olmasına baxmayaraq arxada dayanmış Samirin avtomobilinin qabaq işıqları Samir və Şəhriyar tərəfə vurduğu üçün ətraf işıqlanmış və Samirlə Şəhiyarın dalaşmalarını rahat şəkildə görmüşdür. Eləcədə hadisədən qabaq Şəhriyar spirtli içki və ya güclü təsir edən maddə qəbil etməmiş, sərxoş halda olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, yanlarında heç kim olmamış, sonradan qonşuları Şahid2 gəlmiş, Qurban gələnə qədər Samir Şəhriyarı yumruqla vuraraq arxa yıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Təzəxan oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır, onların hər ikisi ilə münasibətləri normal olmuş, ədavəti olmamışdır, eləcədə onlar arasında daha əvvəl mübahisə dava-dalaş olmasının şahidi olmamışdır, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi özünə məxsus “Vaz 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı evə gedərkən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində küçədə arxada Samirə məxsus “X5” markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin, onun qarşı hissəsində isə Təqsirləndirilən şəxs məxsus “Ford Focus” markalı ** EC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin dayanmasını və avtomobil yolunun hərəkət hissəsini bağlmasını görüb avtomobili saxlayıb yerə düşmüş və həmin vaxt Samir və Şəhriyarın özlərinə məxsus avtomobillər arasında dayanıb mübahisə etdiklərini, birbirini uca səslə söymələrini, Samirin əynində köynək olmadığını, Şəhriyarın isə əynində olan paltarlarn palçıqlı olduğunu görüb ilk baxışdan onların ondan əvvəl bir-biri ilə dalaşdıqları bilmiş, onları danlayıb, irad tutub sakitləşdirməyə çalışmış, ancaq onlar hər ikisi onun sözlərinə məhəl qoymayaraq bir-birilərini ucadan söyüşlərlə söymüşlər. Samir və Şəhriyara etdikləri hərəkətin onların şəxsiyyəti üçün yaraşmaz olduğunu demiş, təxminən 10 dəqiqə çalışdıqdan sonra Şəhriyarın qolundan tutub onu idarə etdiyi avtomobilə mindirib evlərinə tərəf yola salmış, Samirlə iki-üç dəqiqə söhbət etdikdən sonra Samir idarə etdiyi avtomobilə minərək evlərinə tərəf çıxıb getmiş, Şəhriyar getdikdən sonra Samir onunla aralarında baş vermiş hadisəni danışaraq yaşadığı evə gedərkən Şəhriyarin idarə etdiyi avtomobil ilə onun qarşısında getdiyini, avtomobili qeyri normal idarə etdiyi üçün diqqətli olması və ona yol verməsi məqsədilə arxadan işarə verdikdə Şəhriyarın avtomobili yolun orta hissəsində saxlayaraq avtomobildən yerə düşüb onunla mübahisə etdiyini, əlbəyaxa dalaşdıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində baş vermiş hadisə yerinə çatanda Samir və Şəhriyarın bir-birilərini uca səslə söydüklərini görmüş, ətraf qaranlıq olduğu üçün kiminsə olubolmadığını görməmiş, ancaq Cəmalənin Şəhriyarın avtomobilində olmasını və arxa oturacaqda əyləşməsini görmüş, Samirin avtomobilində isə heç kim olmamışdır. Hadisə o gəldikdən sonra təxminən 10 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşularıdır. Onlarla münasibətləri normal olmuş, eləcədə onların bir-biri ilə münasibətləri normal olmuş, ədavətləri olmamış, onlar arasında daha əvvəl mübahisə dava-dalaş olmasının şahidi olmamış, bu barədə eşitməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən küçədən ağlama səsi eşidib küçəyə çıxmış, Şəhriyarın idarə etdiyi “Ford Focus” markalı avtomobili yaşadığı evin həyətinə saldığını və həmin vaxt arvadı Cəmalənin isə ağladığını görmüşdür, Şəhriyar avtomobili həyətə salıb qayıdıb özü küçəyə çıxmış, Şəhriyarın əynində olan paltarların palçıqlı olduğunu və əlini sağ qabırğasının üstü nahiyyəsinə qoyaraq ağrı hiss etdiyini görmüş, nə baş verdiyini soruşduqda Şəhriyar ona heç nə deməmiş, sonradan Şəhriyarın arvadı onun arvadına demişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində rayonun Xırdapay kəndi ərazisində yaşadıqları evə gələn küçədə Şəhriyarla Samir dalaşmış, Samir Şəhriyarı yumruqla vuraraq su arxına yıxmış, həmin vaxt Şəhriyar xəsarətlər almış, hadisə zamanı onların yanında olmuş və hadisəni görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs isə qonşularıdır, Samirlə özünün və Şəhriyarın münasibətləri əvvəllər normal olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamış, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində tanışları ilə birlikdə çay içərkən Zərərçəkmiş şəxs mobil telefonuna zəng vuraraq, ona “Kürdəmir şəhəri Bakı prospektində, iki nömrəli orta məktəbin yanında gözlədiyini” demiş, Samirdən nə baş verdiyini soruşanda Samir heç nə deməmiş, dərhal həmin yerə getdikdə iki nömrəli məktəbin yanında olan işıqforun yanında Samirlə görüşmüş, həmin vaxt Samirdən nə baş verdiyini yenə də soruşanda Samir ona “get, o itinin başını bağla” demiş, bundan sonra Samir Şəhriyarla dalaşdığını demiş, onun hirsli olmasını görüb sakitləşdirməyə çalışmış, ancaq Samir onu özünə yaxın buraxmamış, aralaşıb çıxb getmiş, bundan sonra yaşadığı evə getmiş, evə girdikdə Şəhriyarın paltarlarının və üst-başının palçıqlı halda olduğunu görüb ondan nə baş verdiyini soruşanda Şəhriyar heç nə deməmiş, ancaq Şəhriyar sol böyür nahiyyəsində ağrı hiss etdiyini demiş, bir az sonra polis əməkdaşları yaşadığı evə gələrək Zərərçəkmiş şəxs Şəhriyar barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini deyərək Şəhriyarı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsindən qayıtdıqdan sonra Şəhriyarın ağrıları şiddətləndiyi üçün Kürdəmir RMX-ya gedərək müayinə olunmuş, həmin vaxt Şəhriyarın sol 9-cu qabırğasının sınığı xəsarətinin olması müəyyən olunmuş, Şəhriyardan hadisənin necə baş verdiyini soruşanda o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yaşadıqları evə gedən yolda özünə məxsus “Ford Focus” markalı avtomobil ilə yaşadıqları evə tərəf gəldikdə yolun nahamar olması səbəbindən avtomobili asta surətlə idarə etmiş, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun avtomobilinin arxası ilə gələrək səs siqnalı və işıq vasitəsilə ona işarə vermiş, Samirə avtomobilinin keçib getməsi üçün yol vermək imkanının olmadığına görə avtomobili yolun ortasında saxlayıb yerə düşərək avtomobilin arxa tərəfinə keçmiş, Samir də avtomobildən yerə düşmüş, Samirdən nə üçün ona işarə verdiyini soruşanda aralarında mübahisə yarandığını, üstünə cumaraq Samirin onu itələdiyini, yenidən nə üçün bu hərəkəti etdiyini soruşanda Samirin onun sinəsindən yumruqla bir dəfə vurduğunu, həmin vaxt sol 9-cu qabırğasında ağrı hiss etməyə başladığını, eləcədə Zərərçəkmiş şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirdiyini bildirmişdir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, başın ənsə nahiyyəsinin qançırı, sol gözün yan bucaq hissəsinin sıyrığı, alnın sol yan hissəsinin qançırı, sağ alt çənə bucağının sıyrığı, boynun sağ və sol yan hissəsinin sıyrıqları, sağ əlin 4-5-ci barmaqlarının sıyrıqları xəsarətləri. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə yəni xx.xx.2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilmir. (bax iş vər. 39-40) Təqsirləndirilən şəxs ifadələrində və üzləşdirmə protokollarında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən kəndarası yolda Zərərçəkmiş şəxs qəsdən vuraraq ona xəsarətlər yetirməsi, köynəyini qəsdən cırması və mobil telefonunu sındırmasını və ictimai qaydanı pozan xuliqanlıq hərəkətlərini etməsini inkar etməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcədə, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsi heç bir fakta və dəlilə əsaslanmır, özünün müdafiəsinə yönəlmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə yönəlmiş göstərdiyi xüsusatlar vəsatət kimi qəbul olunmalı və əsassız olduğu üçün rədd edilməlidir. (bax: cild İ i/v 294-296) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən kəndarası yolda Təqsirləndirilən şəxs ilə tanışı Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birinin ünvanına ucadan nalayiq ifadələr işlədərək əlbəyaxa olaraq dalaşmışlar, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona sol 9-cu qabırğanın sınığı xəsarəti yetirmiş, daha sonra isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da əli ilə bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Təxminən 10-15 dəqiqə müddətində davam edən hadisə zamanı idarə etdiyi avtomobili ilə yoldan keçmək istəyən, ancaq Samir və Şəhriyarın avtomobil yolunu kəsmələri səbəbindən keçib gedə bilməyən və avtomobili saxlayıb düşüb onların yanına gəlmiş Şahid2 onları sakitləşdirməyə çalışmış, təxminən 10 dəqiqəlik cəhddən sonra Şahid2 Təqsirləndirilən şəxs avtomobilinə mindirib yaşadığı evə tərəf yola salmış və Samiri də sakitləşdirib çıxıb getmişdir. Hadisə zamanı Şəhriyarın arvadı Şahid1 Şəhriyarın avtomobilində olmuş, hadisə nəticəsində ictimai qayda təxminən 10-15 dəqiqə müddətində pozulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən “Yaşar Telekom” Azercell mağazası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli sorğuya cavabda 1 (bir) ədəd “Samsung Galaksi A 3” markalı mobil telefonun hazırki bazar qiymətinin 600 (altı yüz) manat təşkil etdiyi göstərilmişdir. (bax iş vər.213) İş materiallarına əlavə edilmiş “İn-West” şirkətindən alınmış cavabda göstərilmişdir ki, bir ədəd “Denti” markalı kişi köynəyinin hazırki bazar qiymətinin 100 (yüz) manat təşkil etdiyi göstərilmişdir. (bax iş vər.273) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 646 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun 3 nəfərdən ibarət ailə tərkibi olmaqla onlardan 2si azyaşlıdır. (bax iş vər. 121) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 122) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-455/2023 nömrəli məktubdan görünür ki, Lətifov X1 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər.211) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 205) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs izahatından görünür ki, o, 28 iyul 2022-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə olduğunu göstərmişdir. (bax iş.vər.31) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisədə onun heç bir günahının olmadığını və hadisənin baş vermə səbəbinin hazırki iş üzrə Zərərçəkmiş şəxs olmasını göstərsə də iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, habelə iş materialları ilə sübut olundu ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda sərxoş vəziyyətdə özünə məxsus idarə etdiyi “Ford Focus” minik markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən arxadan onunla eyni istiqamətdə gələn “X5” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol verməsi üçün siqnal və işıq vasitəsilə işarə verən zaman, yol vermək əvəzinə avtomobili yolun ortasında nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla saxlayıb avtomobildən yerə düşmüş, kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunda, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,habelə özgənin əmlakını məhv edilməsi ilə, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs üzərinə hucum edərək, onun ünvanına nalayiq ifadələr işlədərək, söyərək əlləri ilə boğazından tutub boğmaqla, əynində 100 manat qiymətində olan köynəyi dartıb cırmaqla, eyni zamanda sonuncunun əlində tutduğu 650 manat qiymətində olan “Samsung Galaksi A 3” markalı mobil telefonu götürüb yerə çırpmaqla məhv etmiş, daha sonra yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vurmaqla ona başın ənsə nahiyyəsinin qançırı, sol gözün yan bucaq hissəsinin sıyrığı, alnın sol yan hissəsinin qançırı, sağ alt çənə bucağının sıyrığı, boynun sağ və sol hissəsinin sıyrıqları, sağ əlin İV-V barmaqlarının sıyrıqları ilə müşayət edilən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatların işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşaqlarının olaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda sərxoş vəziyyətdə özünə məxsus idarə etdiyi “Ford Focus” minik markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən arxadan onunla eyni istiqamətdə gələn “X5” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol verməsi üçün siqnal və işıq vasitəsilə işarə verən zaman, yol vermək əvəzinə avtomobili yolun ortasında nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla saxlayıb avtomobildən yerə düşmüş, kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunu kəsməklə, digər avtomobillərin hərəkət etməsinə mane olmaqla hadisə vaxtı küçədə hərəkətdə olan Vaz 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şahid2 Təzəxan oğluna və öz şəxsi avtomobilində olan ailə üzvlərinə məhəl qoymayıb öz nəlayiq hərəkətlərini davam etdirməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə əməl etməyib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq etməklə, onun əmlakını məhv etməklə qərəzli xiuliqanlıq hərəkətlərinə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13.3-ci bəndinə əsasən məhkəmələr cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-ci bəndinə əsasən cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən ona təyin olunacaq islah işləri cəzasını öz iş yerində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmaların aparıldığı aylar və günlərlə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 750 manat məbləğində maddi ziyanın ödənilməməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını öz iş yerində çəksin. Cəzasının icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir rauyon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-8/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-8/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver