Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-8/2025 05.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir qızının katibliyi Dövlət ittihamçısı- İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respubliaksı Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respubliaksı Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1m iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Kürdəmir rayonu Atakişili kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci ildə Küdəmir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, 01 avqust 1994-cü ildə Kürdəmir rayonu Mollakənd kəndində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına məhkəmənin inzibati binasındaməhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılmış və 04 sentyabr 2024-cü il tarixli, 1(041)-80/2024 saylı ittihamedici hökm çıxarılmışdır. Hökmdən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə qeyd olunan hökmun ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmə cinayət işinin materiallarını məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək, həmçinin proses iştirakçılarını dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işinin materiallarına baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna qaytarılmalıdır. Belə ki, cinayət işi materiallarında olan ittiham aktına görə, Təqsirləndirilən şəxs1 tanışı X1 narkotik vasitə heroin almaq üçün ona verdiyi 10 manat pulun üzərinə 10 manat pul əlavə etdikdən sonra, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində Təqsirləndirilən şəxs2 xeyli miqdarda, ümumi təmiz çəkisi 0,51 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pul müqabilində alaraq qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroinin xeyli miqdarda 0,250 qram olan hissəsini xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində tanışı X2 heç bir mənfəət və gəlir əldə etmədən vermiş, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri nəticəsində, o Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin günü saat 22:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ziyad Şıxaliyevin yeri müəyyən edilərək RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,250 qram kustar üsulla hazırlanmış Ziyad Şıxaliyevdən və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroinlər ilə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,080 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 iyun 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi fərdi evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 1,080 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa P. Bağırov təkrarən xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Günəş” şadlıq sarayının yaxınlığında X3 15 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini almaqla əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı onun yeri müəyyən edilərək RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə xeyli miqdarda, yəni 0.888 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, tanışı Təqsirləndirilən şəxs1 ilə narkotik vasitə heroinin 0,51 qram çəkidə olan hissəsini 20 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində qanunsuz olaraq ona satmış, Təqsirləndirilən şəxs1 ondan əldə etdiyi narkotik vasitə heroinin xeyli miqdarda 0,250 qram olan hissəsini xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində tanışı X2 heç bir mənfəət və gəlir əldə etmədən vermiş, xx.xx.2024- cü il tarixdə saat 21:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 22:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq Ziyad Şıxaliyevin yeri müəyyən edilərək RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy əngli cins şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,250 qram Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin ilə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun yeri müəyyən edilərək RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sol ön cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 02 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkiləri 0.208 qram və 0.170 qram ümumi çəkisi 0.378 qram Təqsirləndirilən şəxs1 və Ziyad Şıxaliyevdən aşkar edilmiş narkotik vasitə heroin ilə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-in 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 08 may 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “CPM-in 49.2-ci maddəsinin məzmununa əsasən cinayətprosessual qanunvericiliyi cinayət təqibi üzrə icraatların birləşdirilməsi üçün cinayət işləri arasında dolayı əlaqənin mövcudluğunu qəbul etməyərək, birbaşa əlaqənin olmasını tələb edir. Cinayət işləri arasında bu əlaqə isə ya subyektlər arasındakı (bir neçə şəxsin bir cinayəti birlikdə törətməsi) əlaqədən, ya da cinayət əməlləri ilə subyektin əlaqəsindən (bir şəxsin bir neçə cinayəti törətməsi) əmələ gəlir. Belə əlaqələrin mövcud olduğu halda, cinayət işlərinin birləşdirilməsi bir tərəfdən icraatın sürətli şəkildə davam etdirilməsinə, məhkəmə proseslərinin uzadılmasını aradan qaldırmaqla işlərə vaxtında baxılmasına şərait yaratmış olur, digər tərəfdən isə iştirakçılıqla törədilən cinayətlərdə cinayətin iştirakçılarının əməlləri bir-biri ilə əlaqəli olduğundan icraatda lüzumsuz təkrarlığın qarşısının alınmasına, işin daha hərtərəfli və obyektiv araşdırılmasına kömək etmiş olur. Lakin nəzərə alınmalıdır ki, qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuşdur ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü dedikdə, həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür”. İşin faktiki hallarından görünür ki, hazırkı cinayət işində eyni şəxs tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsi və ya müxtəlif şəxslər tərəfindən eyni bir cinayət əməlinin törədilməsi halı mövcud deyil. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər müxtəlif cinayətlər törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1 və 234.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Beləliklə, məhkəmə qeyd olunan normaların tələbləri baxımından iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, işin faktiki halları göstərilən əməllər üzrə cinayət təqibinin bir icraatda birləşdirilməsinə imkan vermədiyi halda, CPM-in 49-cu maddəsinin, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarının tələblərinə zidd olaraq müxtəlif şəxslər tərəfindən törədilmiş müxtəlif cinayət əməlləri üzrə işin istintaqı eyni icraatda aparılmışdır. Həmçinin, məhkəmə hesab edir ki, müxtəlif cinayətləri törətmiş şəxslərə elan olunmuş ittihamın bir icraatda birləşdirilməsi onların müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-in 299.3.2-ci maddəsinə əsasən, məhkəmə hazırlıq iclasında digər məsələlərlə yanaşı aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlər də araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə görə ibtidai istintaq orqanının yol verdiyi yuxarıda qeyd olunan prosessual pozuntu öz əhəmiyyətinə görə kobud pozuntu hesab edilir. Kobud prosessual pozuntuların nədən ibarət olması və siyahısı CPM-in 303-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3. və 303.3.1-ci maddəsinə əsasən, ibtidai istintaqın təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirilməsi bu Məcəllənin müddəalarının kobud pozuntusu hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə mövcud qanunvericiliyə əsasən istintaq orqanının müxtəlif şəxslər tərəfindən törədilmiş müxtəlif cinayət işlərinə eyni icraatda baxması və bunun nəticəsində təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması kimi kobud pozuntuya yol verdiyindən hesab edir ki, belə olan halda işə baxılması qeyri- mümkün olduğuna görə cinayət işinin materiallarının baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299- 303 -cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına baxılmağa xitam verilsin və cinayət işi materialları ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Kürdəmir rayon Prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-8/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-8/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver