Məhkəmə qərarları › İş №1(041)-80/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-80/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-80/2023 16.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Kürdəmir şəhəri, Bakı prospekti ev 3-də qeyri rəsmi münasibətdə olduğu arvadı Zərərçəkmiş şəxs stolun üstünə qoyduğu arağı nəyə görə içdiyini soruşduqda aralarında ailə məişət zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başına araq şüşəsi ilə və bədəninin müxtəlif nahiyyələrinə yumruqla və təpiklə qəsdən bir neç dəfə vurmaqla ona sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sol bazuda, sol sağrı nahiyəsində və sol budda qançırlarla müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs ilə təxminən 5 ilə yaxındır ki, qeyri rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Rasimə adlı qadın onlara qonaq gəlmiş, Günel Rasimə ilə evdə olan arağı içdiklərinə görə aralarında mübahisə yaranmış və stolun üstündə qalmış boş araq şüşəsini götürüb Günelin başına vurmuş, sonra bir neçə dəfə bədəninin müxtəlif yterlərinə yumruqla vuraraq döymüşdür. Mübahisədən sonra Günel xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində yaşayan anası Təhminəyə zəng edərək döyülməsini demiş, Təhminə də DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Güneli döyüb xəsarət yetirən vaxt yanlarında heç kimin olmamış, hadisə yaşadıqları evdə baş verdiyindən qonşulardan görən və eşidən olmamış, hadisənin təxminən 5 dəqiqəyə yaxın davam etmişdir. Sonradan səhvini başa düşüb Zərərçəkmiş şəxs ilə barışmış, Güneldə də onu bağışlamışdır. Biri-birilərinə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, beş ilə yaxındır Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ər-arvad kimi bir yerdə yaşayırlar. Hər ikisi spirtli içki qəbul edirlər. xx.xx.2023-c üil tarixdə saat 16 radələrində tanışı Rasimə onlara qonaq gəlmiş və onunla bir yerdə yemək yeyərkən evdə olan 0,5 litrlik arağı içmişlər. Rasimə getdikdən sonra Emin ilə axşam saat 22 radələrində yemək yeyərkən 100 qram spitli içki içmiş və Eminlə aralarında mübahisə baş vermiş, mübahisə vaxtı Emin araq şüşəsi ilə başına, yumruqla və təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində yaşayan anası Təhminəyə zəng edərək Eminin onu döydüyünü demiş, Təhminə də DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Emin onu döyüb xəsarət yetirən vaxt yanlarında heç kimin olmamış, hadisə yaşadıqları evdə baş verdiyindən qonşulardan görən və eşidən olmamışdır. Hadisədən bir müddət sonra onlar barışmış, hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs qızı Günelin əridir, Günel ilə Emin təxminən 5 ilə yaxındır qeyri rəsmi ər-arvad kimi bir yerdə yaşayırlar. Ayıq vaxtlarında mehriban olsalar da, spirtli içki qəbul edəndə isə mübahisə edir, ayılandan sonra yenidən barışırlar. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Günel ona zəng edərək xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Eminin onu yaşadıqları evdə döyüb xəsarət yetiridyini demiş, o da DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hazırda qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, ailə münasibətlərini bərpa edərək əvvəlki kimi bir yerdə yaşayırlar. İşdə olan məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 287 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sol bazuda, sol sağrı nahiyəsində və sol budda qançırlar, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan, Kürdəmir rayon Məhkəməsinin 1(041)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsmum zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 287 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, cinayət əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 1(041)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Hüseynov X1 şəhəri, Bakı pr.. ev 3 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar