Məhkəmə qərarları › İş №1(041)-81/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-81/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-81/2023 16.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1967-ci il tarixdə Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Karrar kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydəır Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonunun Karrar kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz Bakı şəhərinə nəvələrini görməyə getməsi səbəbindən ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan fincanla qəsdən sonuncunun baş nahiyəsinə bir dəfə vuraraq ona başın təpə nahiyəsində əzilmişcırılmış yara ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, Mahirə ilə 1993-cü ildə evlənmiş, birgə nikahlarından 3 uşaqları var, münasibətləri normal olmuş aralarında heç bir ədavətləri olmamışdır. 13.7.2023-cü il tarixdə saat 20 radələrində evdə olarkən Mahirə Bakı şəhərində yaşayan qızı Təhminənin yanından qayıtmış, xəbərsiz Bakı şəhərinə getməsini ona irad tutarkən arvadı ona kobud cavab vermiş, bundan əsəbiləşdiyi üçün əlində olan fincanı ona tərəf atmış, fincan Mahirənin başına dəymişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmandır. O, zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışmış, Mahirə də onu bağışlamışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışmasını və sonuncuya vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində əri Rövşənlə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və Rövşənə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə baxışı iclasına gələ bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının 14.073.2023-cü il tarixli 291 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən olunmuş xəsarətlər: başın təpə nahiyəsində əzilmiş-cırılmış yaranın küt əşyanın təsirindən törənməsi, törəmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən göstərilmişdir. (bax iş vər. 41-45). - Kürdəmir RİHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 52 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır. (bax iş vər.41) - Kürdəmir rayon İHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 42) - Azərbaycan Respubliaksı DİN BƏSİİ-nin xx.xx.2023-cü tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (bax iş vər.37). - Azərbaycan Respubliaksı TƏBİB PHŞ “Küdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli, PHŞ-6-49/2-435/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloğun qeydiyyatında yoxdur. (bax iş vər.39) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz Bakı şəhərinə nəvələrini görməyə getməsi səbəbindən ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan fincanla qəsdən sonuncunun baş nahiyəsinə bir dəfə vuraraq ona başın təpə nahiyəsində əzilmişcırılmış yara ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan 01 ədəd “Champion” sözləri yazılmış fincan qərar qanuni qüvvəsinin aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 30 manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan 01 ədəd “Champion” sözləri yazılmış fincan qərar qanuni qüvvəsinin aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 30 (otuz) manat ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİ EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar