Məhkəmə qərarları › İş №1(041)-81/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-81/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-81/2024 18.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmiş, subay, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 215 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı onun razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin ikinci mərtəbəsinin eyvanından 01 ədəd polietilen torbada, təmiz çəkisi 215 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulumuş marixuanadan arada bir istifadə edir. Təxminən iki il bundan əvvəl yaşadığı kənd ərazisində çöl sahəsində iki ədəd narkotik tərkibli çətənə kolu əkmiş, həmin çətənə kollarının yarpaqlarını qırıb toplamış, şəxsi istifadə etmək üçün gətirib özünə məxsus yaşadığı evin ikinci mərtəbəsində eyvanda qurudub saxlamışdır. Bir müddət əvvəl tanışı Şahid1 qalmağa yeri olmadığından Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evinin açarlarını ona vermiş, özü isə işi ilə əlaqədar çox vaxtlar evdə qalmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları gəlib Rövşəni ondan soruşmuş, evin birinci mərtəbəsinə daxil olduqda Şahid1 orada olmasını aşkar etmişlər. Şahid1 qaldığı otağa daxil olduqda orada masanın üzərindən müxtəlif bükümlərdə və adlarda narkotik vasitələr, istifadə edilmiş və edilməmiş şprislər, elektron tərəzi, mobil telefonlar, 01 ədəd plastik bankomat kartı aşkar edilmişdir. Şahid1 həmin kütlələr və əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onda narkotik vasitələrin olub-olmamasını soruşmuş, könüllü olaraq evin ikinci mərtəbəsində eyvanda saxladığı 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı onlara təqdim etmişdir. Polis əməkdaşları onu və Şahid1 Kürdəmir RPŞ-nə aparmış və ayrı-ayrılıqda üzərlərinə baxış keçirilmişdir. Şəxsi axtarış keçrilən zaman üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Yaşadığı evdən aşkar olunan 215 qram qurudulmuş marixuanadan başqa, digər kütlələrin və alətlərin Rövşənə məxsus olmasını, onun ona məxsus evdə qeyd edilən əşyaları saxlamasından xəbəri olmadığını etiraf etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid1 da narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsini və bir daha cinayət törətməyəcəyini nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması və Şahid1 onun evində gizlənməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Kürdəmir RPŞ-nin İB-nin baş müstəntiqi X1, RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid4, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı kəndə ezam olunmuşlar. Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evinin küçə qapısına gəlmişlər. Videoçəkiliş vasitəsi ilə həmin ünvanın giriş qapısı döyülmüşdür. Giriş qapısını Təqsirləndirilən şəxs açmış və özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğu, eləcə də Şahid1 onun evində olması barədə məlumatın olduğunu, yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığı, eləcə də Şahid1 onun evində olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, evində narkotik vasitə qurudulmuş marixuana vardır, həmçinin Şahid1 təxminən iki gündür ki, onun evindədir. Təqsirləndirilən şəxs razılığı ilə evin həyətyanı sahəsi ilə hərəkətə başlamışlar, həyətyanı sahəyə küçə qapısından daxil olduqda solda bağ sahəsi, qarşıda təxminən 30 metr irəlidə iki mərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin birinci mərtəbəsinə girdikdə Şahid1 evdə olması aşkar olunmuş, Şahid1 qaldığı otağa baxış keçirən zaman orada masanın üzərindən 01 ədəd polietilen torbada və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd “Kotel” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd plastik bankomat kartı, 01 dəd istifadə edilmiş şipris, 01 ədəd üzərində heroin izlərinə bənzər izlər olan elektron tərəzi aşkar edilmişdir. Şahid1 01 ədəd polietilen torbada və 01 ədəd kağız bükümdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə olan kütlələrin psixotrop maddə metamfetamin, eləcə də digər 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə olan kütlələrin isə narkotik vasitə heroin olduğunu, şəxsi istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin bükümlərə müstəntiq tərəfindən baxış keçirilmiş, içərilərində narkotik vasitə qurudulmuş marixuanaya, narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Şahid1 həmin kütlələrdən və əşyalardan Təqsirləndirilən şəxs məlumatının olmadığını, narkotik vasitə və psixotrop maddələrdən şəxsi istifadə etmək üçün İran vətəndaşından aldığını və saxladığını bildirmişdir. Şahid1 təqdim etdikləri iştirakçıların iştirakı ilə içərisi boş 01 ədəd polietilen paketə qoyularaq yapışdırıcı lentdən istifadə edilməklə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş vasitələrin tərkiblərinin, çəkilərinin müəyyən edilməsi üçün ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Bundan sonra ona Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkət edərək yaşadığı evin ikinci mərtəbəsinə qalxdıqda Təqsirləndirilən şəxs eyvanda sol tərəfdə üzəri örtülü yükün altından 01 ədəd polietilen torbanı götürüb təqdim etmişdir. Torbaya baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, iki il əvvəl əkdiyi iki ədəd çətənə kolundan yarpaqlarını qırıb toplayıb əldə etdiyini, şəxsi istifadə etmək üçün yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə iştirakçıların iştirakı ilə içərisi boş 01 ədəd polietilen torbaya qoyularaq yapışdırıcı lentdən istifadə edilməklə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi üçün ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Şahid1 məxsus 02 ədəd mobil telefon, 01 ədəd plastik kart ayrıca götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə aparılmış, şübhəli şəxs qismində tutulmuşdur. Videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir di ki, yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananın ona məxsusdur, Rövşənin isə ona məxsus evdə narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olsa da, satışı ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X2, Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, müdafiəçi Eyvaz Ağayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq X3 Mahmudova şübhəli şəxs qismində hüquq və vəzifələri izah etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən eyvandan aşkar edilmiş torbada olan qurudulmuş marixuananın ona məxsus olduğunu, Rövşənin onun evində narkotik vasitə saxlamasından xəbəri olmadığını polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(041)-45/2024 nömrəli qərarına əsasən, Kürdəmir rayon Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar qəbul edilmiş əməliyyat axtarış tədbirinin aparılması barədə Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərara əsasən əldə edilmiş məlumatlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun əldə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-6-16/2-18/418 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdən ..” sözləri yazılmış və imzalar olan polieilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi 215 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 215.0 qram, tədqiqata sərf olundu 0,10 qram, qalıq 214.90 qram. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın verdiyi xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-2-388/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1) xx.xx.2002-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 2) xx.xx.2008-ci ildə Rusiya Federasiyasının Yaroslav şəhər Zovoljski rayon məhkəməsinin hökmü ilə RF CM 158 m, 2H 158 m, 2HA bənd 69 M 2 H, 73 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddətinə məhkum edilmişdir. 3) xx.xx.2016-cı il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2017-ciil tarixli qərarı ilə AR CM 76 maddəsinə əsasən 8 ay 15 gün müddətinə şərti olaraq vaxtından əvvəl şərti azad edilib. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-2711/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(041)-31/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(041)-48/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-81/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nda qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5.00 qram müəyyən edilmişdir. Cinayətin predmeti olan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, ümumi təmiz çəkisi 215 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 214.90 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, məhkuluğunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi və götürülməsi onun şəxsiyyətini səciyyələndirən hallardır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 215 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 214.90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-2711/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 215 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 214.90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-2711/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar