Məhkəmə qərarları › İş №1(041)-82/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-82/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-82/2023 13.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Kazımova (Rəhimli) Səbinə İmamverdi qızının Təqsirləndirilən şəxs iştirakı ilə, 10 noyabr 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 22 iyul 2013-cü il təvəllüdlü X7 və 25 iyul 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq Kazımova (Rəhimli) Səbinə İmamverdi qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)- 888/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 3(041)-1286/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 23 dekabr 2022-ci il, 14 fevral 2023-cü il, 31 mart 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 aprel 2023-cü il tarixinə kimi 13760,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Kazımova (Rəhimli) Səbinə İmamverdi qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Kazımova (Rəhimli) Səbinə İmamverdi qızı ilə 2013-cü il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar, birgə nikahlarından 22 iyul 2013-cü il tarixdə X7 və 25 iyul 2016-cı il tarixdə X9 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar. Səbinə ilə münasibətləri yaxşı olsa da, sonradan yola gedə bilmədikləri üçün münasibətləri pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Səbinə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 22 iyul 2013-cü il təvəllüdlü X7 və 25 iyul 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq Kazımova (Rəhimli) Səbinə İmamverdi qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Boşandıqdan sonra bir müddət birlikdə yaşamışlar, bu səbəbdən alimenti ödəməmişdir. Bundan sonra ara-sıra aliment ödənişləri etmişdir. Hazırda Qarabağda fəaliyyət göstərən şirkətlərin birində işləyir, aylıq gəliri 300-500 arası təşkil edir. Hazırda ödənməmiş aliment borcu 13760,00 manat təşkil edir, həmin borcu birdəfəlik ödəməyə imkanı olmadığını, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs Kazımova (Rəhimli) Səbinə İmamverdi qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə ailə qurmuş, 22 iyul 2013cü il təvəllüdlü X7 və 25 iyul 2016-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs tikintidi şirkətində işləyərək yetərli qazanc əldə etmişdir. Əvvələr Pərvin ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırdırmış, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 22 iyul 2013-cü il təvəllüdlü X7 və 25 iyul 2016cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmənin qətnaməsini icra etmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli inzibati qərarlarına əsasən isə 07 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin buna baxmayaraq aliment ödəməkdən imtina etmiş, ödənməmiş aliment borcu 13760,00 manat təşkil edir. Halbuki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaqla yetərli qazanc əldə edir, restoran və kafelərdə meyxana deyərək əlavə pul qazanır. Təqsirləndirilən şəxs istəsə alimenti ödayə bilərdi, lakin ödəmək niyyəti olmamışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə görə P.R.Rəhimli barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-888/2019 saylı, 18 mart 2019-cu il tarixli icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs 05 noyabr 2018-cı il tarixdən başlayaraq 22 iyul 2013-cü il təvəllüdlü X4 və 25 iyul 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Kürdəmir rayon icra və probasiya şöbəsində 05 aprel 2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borclu aliment ödəməkdən boyun qaçırdığı üçün 24 iyun 2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə məcburi gətirilməsi barədə təqdimatla Kürdəmir Rayon Məhkəməsinə müraciət olunmuşdur və Kürdəmir Rayon Məhkəməsinin 8(041)-188/2019 saylı, 12 iyul 2019-cu il tarixli qərardadı ilə borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. Daha sonra borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 10 iyul 2019-cu il tarixdə «borclunun axtarılması haqqında» qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmişdir. Lakin daha sonra iş üzrə tələbkar 06. Sentyabr 2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclu ilə aralarında razılıq əldə etdiyini bildirmiş və borclunun barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandrırılmasını xahiş etmişdir. Bu səbəbdən 17 sentyabr 2019-cu il tarixdə axtarış işinin icraatına xitam verilmişdir. İş üzrə tələbkar 07 sentyabr 2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək, alimentin ödənilməməsini bildirmiş və qanuna müvafiq tədbirin görülməsini xahiş etmişdir. Bundan sonra borcluya xəbərdarlıqlar edilmiş və izahatın verilməsi üçün şöbəyə çağırılmışdır. 03 dekabr 2021-ci il tarixdə borclu könüllü olaraq şöbəyə gəlmiş və aliment ödənişlərindən yayınmadığını, tələbkar ilə razılaşdığını və hazırda 500,00 manat ödəniş edəcəyi barədə izahat vermişdir. Həmçinin iş üzrə tələbkar ilə telefon əlaqəsi zamanı borclu ilə razılığa gəldiklərini bildirdi. Bundan sonra borclu tərəfindən 500 manat məbləğində qəbz təqdim edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu yenidən aliment ödəməkdə boyun qaçırmışdır. Daha sonra borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə «borclunun axtarılması haqqında» qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmiş, 07 dekabr 2022-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən iş üzrə borclu Rəhimli X5 rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 07 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Qətnamə üzrə borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə yenidən son xəbərdarlıq təqdim edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkara ödəməli olduğu 16960.00 manat aliment pulundan 3200,00 manat ödəniş etmiş və nəticədə 13760,00 manat borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 23 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatın verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işində olan, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan, 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X11 Məşğulluq Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda durmamışdır. Cinayət işində olan, 23 dekabr 2022-ci il, 14 fevral 2023-cü il, 31 mart 2023-cü il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Kürdəmir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 3(041)-1286/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-888/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə edilən mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı Kazımova (Rəhimli) Səbinə İmamverdi qızının xeyrinə aliment borcundan 600,00 manat ödənilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 xx.xx.2023-cü il tarixli “cinayət məsuliyyətinə cəlb etmə haqqında” təqdimatından məlum olur ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbkara ödəməli olduğu 16960 manat aliment pulundan 3200 manat ödəniş etmiş və nəticədə 13760 manat borcu qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməsi özünün etirafı, zərərçəkmişin izahatı, şahid ifadəsi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, aliment borcunu ödəməkdən qəsdən yayınmasını, ödənişlə bağlı heç bir cəhd göstərməməsini nəzərə alaraq, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 13760,00 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 13760,00 manat aliment məbləğindən heç bir ödəniş edilmədiyi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar