Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-82/2024 17.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə xx xxxx 1957-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində idarə etdiyi qeydiyyat şəhadətnaməsi öz adına olan VAZ 21074 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən 30.8-cı kilometrliyində, Ağsu istiqamətindən Kürdəmir istiqamətinə doğru hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, heç bir tədbir görməyərək yolu soldan sağa doğru iti yerişlə keçən piyada xx.xx.1979-cu il təvəllüdlü Kürdəmir rayonu Şahsevən kənd sakini Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun açıq kəllə beyin travması, baş beyin maddəsinə qansızma, ənsə və beyin əsası sümüklərin sınığı, sağ bazu-kürək sümüklərinin açıq sınığı, döş sümüyü, qabırğaların qapalı sınıqları, ağ ciyərin zədələnməsi, ənsənin əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla travmatik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ona elan ittihamla özünü təqsirli bilir. Özünə məxsus VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili var. Nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin nəqliyyat vasitəsi ilə taksiçilik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Mübarizin atası Tofiqi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində arvadı Şahid3 Kürdəmir rayonu Qaraqocalı kəndində yas yerinə aparıb qoymuş, özü də biraz oturub nahar vaxtı yas yerindən çıxıb çörək alıb yaşadığı evə gəlmişdir. Sonradan isə arvadı Bahar bacısı Mehribanla birlikdə Topalhəsənli kəndinə getmişlər. Həmin gün saat 19 radələrində Bahar zəng edərək gəlib onu götürməsini istəmişdir. Özünə məxsus VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Topalhəsənli kəndinə getmişdir. Arvadı Baharı bacısıgildən götürüb üzü Kürdəmir şəhərinə doğru hərəkət etməyə başlamışdır. Ağsu-Kürdəmir-İmişli avtomobil yoluna çıxmışdır. Həmin yolda 40-50 km/s sürətlə hərəkətdə olarkən, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində, Ağsu-Kürdəmir-İmişli yolunun 30.8 kilometrliyində hərəkətdə olarkən, qəfildən yolun solundan Mübariz yola çıxmış və 5 metr məsafəni iti yerişlə qət edib avtomobilinə çatmamış çevrilmiş, və onu avtomobilinin qabaq sol tərəfi ilə vurmuşdur. Toqquşmanın təsirindən Mübariz başı avtomobilinin qabaq ön şüşəsinə dəymişdir. Nə baş verdiyini öyrənmək üçün avtomobilini yolun ortasında saxlamışdır. Bu zaman isə Mübariz yerdən qalxıb biraz gedəndən sonra təkrar yerə yıxılmışdır. Dərhal təcili tibbi yardım stansiyasına zəng edərək məlumat vermişdir. Mübarizə yaxınlaşanda nəfəs almadığını görmüş, tərpədib eləsə ona ziyanlıq edəcəyini düşünmüşdür. Hadisə zamanı avtomobilini yolun ortasında saxladığına görə yolun kənarına aparıb saxlamışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Bu barədə protokol tərtib olunmuş və hal şahidləri ilə birgə baxış protokolunu imzalamışlar. İdarə etdiyi avtomobili saz vəziyyətdə olmuş, avtomobilində heç bir nasazlıq olmamışdır. İdarə etdiyi VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/s sürətlə, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 30.8 km-də, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində hərəkətdə olarkən, Mübariz yolu soldan sağa keçmək istəyərkən anidən avtomobilinin sol tərəfi ilə onu vurmuşdur. Toqquşmanın təsirindən Mübarizin başı avtomobilinin qabaq ön şüşəsinə dəymiş, və avtomobilinin qabaq sol təkərinin üstü əzilmiş və ön şüşəsi çartlamışdır. Hadisəni maşınında olan arvadı Bahar görmüşdür. Hadisə baş verdiyi yerdə yol asfalt örtüklü olmuş, yolda heç bir maneə olmamışdır. Yolun işıqlandırma sistemi olmadığından qarşını ancaq avtomoblinin işığı düşən istiqamətdə görmüşdür. Avtomobilinin yaxın vuran işıqlarını yandırmışdır. Hərəkətdə olduğu küçənin işıqları yanmamışdır. Avtomobilini 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisəin qarşısını almaq üçün heç bir şey etməmişdir. Gəldiyi sürətlə də onu vurmuşdur, tormoz əyləcindən istifadə etməmişdir. Hadisə vaxtı ayıq olmuşdur, spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin törətmiş olduğu cinayət əməlindən peşman olmasını, mərhumun ailəsinə maddi köməklik göstərməsini, ona qarşı heç bir şikayətlərinin olmamasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs isə uzun illərdir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs evli və 2 uşağı olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mübariz evdən çıxaraq getmişdir. Həmin gün axşam saatlarında Mübariz yığıncağa gedib yeyib içmişdir. Saat 19:10 radələrində ona kimsə zəng edib Mübarizi Şıxımlı kəndi ərazisində Pirin yanında maşın vurduğunu demişdir. Dərhal hadisə yerinə gəlmişdir. Gələndə Mübarizin yerdə ölmüş vəziyyətdə uzandığını görmüşdür. Nizami orada yaxınlaşıb bilmədən yəni ehtiyatsızlıqdan yolu keçən oğlu Mübarizi vurduğunu demişdir. Mübariz yolu soldan sağa keçdiyini, Nizaminin yoluna təxminən 80 sm kimi keçərkən onu Nizami avtomobilinin qabaq hissəsi ilə vurduğunu öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi T.İ.Həşimov ifadəsində həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib ona yüngül cəza verilməsini xahiş edib bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əridir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mübariz evdən çıxaraq getmişdir. Həmin gün axşam saatlarında Mübariz yığıncağa gedib yeyib içmişdir. Saat 19:10 radələrində qaynatasına kimsə zəng edib Mübarizi Şıxımlı kəndi ərazisində Pirin yanında maşın vurduğunu demişdir. Dərhal hadisə yerinə gəlmişdir. Gələndə Mübarizin yerdə ölmüş vəziyyətdə uzandığını görmüşdür. Nizami orada yaxınlaşıb bilmədən yəni ehtiyatsızlıqdan yolu keçən Mübarizi vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğludur. Zərərçəkmiş şəxs evli və 2 uşağı olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mübariz evdən çıxaraq getmişdir. Həmin gün axşam saatlarında Mübariz yığıncağa gedib yeyib içmişdir. Saat 19:10 radələrində əri Tofoqə kimsə zəng edib Mübarizi Şıxımlı kəndi ərazisində Pirin yanında maşın vurduğunu demişdir. Dərhal hadisə yerinə gəlmişdir. Gələndə Mübarizin yerdə ölmüş vəziyyətdə uzandığını görmüşdür. Nizami orada yaxınlaşıb bilmədən yəni ehtiyatsızlıqdan yolu keçən Mübarizi vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında atası evdən çıxaraq getmişdir. Həmin gün axşam saatlarında Mübariz yığıncağa gedib yeyib içmişdir. Saat 19:10 radələrində babası Tofiqə kimsə zəng edib Mübarizi Şıxımlı kəndi ərazisində Pirin yanında maşın vurduğunu demişdir. Dərhal hadisə yerinə gəlmişdir. Gələndə Mübarizin yerdə ölmüş vəziyyətdə uzandığını görmüşdür. Nizami orada yaxınlaşıb bilmədən yəni ehtiyatsızlıqdan yolu keçən Mübarizi vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nizami onun əridir. xx.xx.2024-cü il tarixdə onlar evə gələrlkən yolda avtomobilə nəysə dəydiyini eşitmiş və avtomobili saxlayıb yerə düşəndə bir nəfər şəxsin yerdə uzandığını görmüşlər. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - açıqkəllə beyin travması, baş beyin maddəsinə qansızma, ənsə və beyin əsası sümüklərin sınığı, sağ bazu-kürək sümüklərinin açıq sınığı, döş sümüyü, qabırqaların qapalı sınıqları, ağ ciyərin zədələnməsi, ənsənin əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin qapalı sınıqları küt əşyanın zərbəvi təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 21 yavar 2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin (avtomobillərin) piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid edilir.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətllər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 4-6 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərdən sol baldır sümüklərinin sınıqları minik avtomobilinin qabarıq hissəsi olan bamperə toqquşma (ı-ci faza) nəticəsində, digər xəsarətlər isə piyadanın avtomobilin kapotuna, alın şüşəsinə çırpılma və aslavt örtüyə düşmə nəticəsində (İİ-ci faza) əmələ gəlməyə xarakterikdir. (bax iş vər. 82-85) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1331 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: “VAZ 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (bax iş vər. 111-114) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 344/K №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodizepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbibbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (bax iş vər. 75-79). İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ptorokoldan görünür ki, hadisənin növü piyadanı vurmadır. Yolun hərəkət hissəsi asfaltbeton, düz, üfuqi, hadisə zamanı quru olmuşdur; - hadisə qaranlıq havada baş vermişdir. - Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı minik avtomobilin surəti 40-50 km/saat olmuşdur. - Yol örtüyünün eni 8 metrdir, hərəkət zolaqlarının sayı ikidir, yolun sağında 2.90 metr, solunda olan 3.50 metr enində ehtiyyat hissələri yerləşir. Hərəkət zolaqlarını tək bütöv xətt ayırır. - Zərərçəkmiş şəxs yolu soldan sağa doğru keçmək istəyərkən, yolun solundan sağa doğru 5 metr məsafəni iti yerişlə qət etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sol hissəsi ilə onu vurmuşdur. Piyada toqquşma yerindən ayağa qalxaraq 17 metr məsafə qətt edib təkrar yerə yıxılaraq ölmüşdür.-Hadisə yerində tormoz izi yoxdur. VAZ 21074 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuşdur. Həmin avtomobildə sürücüdən başqa bir nəfər də sərnişin olmuşdur. - Hadisə yerində tormoz izi yoxdur. - Toqquşma nöqtəsi Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Şıxımlı kəndindən keçən 30.8-ci km-də olmuşdur. - Toqquşma nöqtəsindən Kürdəmir istiqamətinə, yolun hərəkət hissəsində 17 metr məsafədə qan izləri mövcuddür. - Təqsirləndirilən şəxs piyadanı idarə etdiyi VAZ 21074 minik markalı ** KE *** qeydiyyat nişanlı minik avtomobil ilə, 40-50 km/s sürəti ilə hərəkətdə olarkən, piyada Zərərçəkmiş şəxs yolu soldan sağa keçmək istəyərkən avtomobilin qabaq sol hissəsi ilə vurulmuşdur. (bax iş vər. 6-17) İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 11 nömrəli protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. (bax iş vər. 19) İşə əlavə edilmiş BC 857043 nömrəli, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasında verilmiş Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci ilədək müddətə olan “B1 B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-78/2024 nömrəli məktubdan görünür ki, Novruzov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax iş vər, 68) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, onun 5 nəfərdən ibarət ailə tərbkibi vardır. (bax iş vər. 70) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 71) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 48) İş materiallarına əlavə edilmiş X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hec bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və qeyd olunan maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, onun zərərçəkmiş şəxsin hüquqi varisinə və maddi və mənəvi köməklik göstərməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair Cinayət işləri üzrə Məhkəmə Təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənn sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını və əlavə olaraq nəqliyyat vasitəsindən idarə etmə hüququndan məhrum etmə kimi əlavə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istintaq bölməsində məhkəmə iclasında hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmə prosesində iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 60 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsi təmin edilsin. Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş ) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SFİFT-BİK CTREAZ22, VÖEN-**********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını istintaq dövründə və məhkəmədə müdafiə etdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Müseyib Bayramov