Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-83/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Kürdəmir rayonu Topalhəsənli kəndindəki evində, arvadı Zərərçəkmiş şəxs gedib kürəkəninin evində qalması səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs ağzından qəsdən tutub yerə yıxmaqla sürüyərək təpiklə kürəyinin sol tərəfinə bir dəfə qəsdən vuraraq ona sol kürəkdə və hər iki dizdə qançırlar, sağ dizdə və sol kürək-bazu-körpücük birləşməsində əzələ-bağ aparatının gərilməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayır. Arvadı Zərərçəkmiş şəxs onu xəbərdar etmədən, icazəsiz Bakı şəhərində yaşayan kürəkəninin evinə getdiyi üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə aralarında mübahisə vaş vermiş, mübahisə vaxtı təpiklə kürəyinə bir dəfə vurmuşdur. Mübahisədən sonra Zahidə evi tərk edərək öz valideynlərinin evinə getmişdir. Hadisə zamanı evdə ondan və Zahidədən başqa heç kim olmamışdır. Sonradan səhvini başa düşüb onunla barışmaq istəmiş, lakin arvadı onu bağışlamamışdır. Qısqanclıq səbəbindən etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar, ailə münasibətləri əvvəllər yaxşı olsa da sonradan əri Hümmət spirtli içkiyə meyl etdiyindən və ailədə əsassız yerə söz-söhbət saldığından münasibətləri pozulmuşdur. Onu döydüyünə görə əvvəllər əri Hümmətdən şikayətci olmuş, lakin sonradan barışdıqları üçün əri barəsində olan işə məhkəmə qaydasında xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə olarkən Təqsirləndirilən şəxs əsassız yerə onunla mübahisə edərək ona kürəkəninin evinə gedib gəlməsini bildirmiş və onun üstünə gələrək əli ilə ağzından tutaraq yerə yıxıb sürümüş və təpiklə bir dəfə kürək nahiyyəsinə vurmuşdur, bir təhər onun əlindən çıxıb bir qədər aralıda yaşayan atası evinə gedərək baş verənlər barədə atası Zabitə məlumat vermişdir. Hadisə zamanı evlərində onlardan başqa heç kimin olmamışdır. Hazırda əri Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır, Zahidə 2002-ci ildə həmkəndliləri Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar, münasibətlərinin əvvəl normal olmuş, lakin son zamanlar Hümmət spirtli içkiyə qurşandığına görə evdə tez-tez münaqişə yaratdığından münasibətləri pozulmuşdur. 28 iyul 2023-cü il tarixdə gecə saat 23.30 radələrində qızı Zahidə onlara gələrək əri Hümmmət tərəfindən döyüldüyünü bildirmiş, qızını sakitləşdirərkən onun sol kürəyində və dizlərində xəsarətlər olduğunu görmüş və bu barədə polisə şikayət etmişlər. Bu hal birinci dəfə olmadığı üçün qızı onunla barışmamış və hazırda da münasibətləri bərpa edilməmişdir. İşdə olan, məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 352 nömrəli rəyindən görünür ki, 1984-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol kürəkdə və hər iki dizdə qançırlar, sağ dizdə və sol kürək-bazu-körpücük birləşməsində əzələbağ aparatının gərilməsi. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2023cü il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evdə döyməsi nəticəsində xəsarət almasını bildirmişdir. İş materiallarında olan, Kürdəmir rayon Məhkəməsinin 1(041)-92/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsm zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 352 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə, CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Baxışov X1 rayonu Topalhəsənli kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evini gecə saat 22-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, spirtli içkilərə meylliyini nəzərə alaraq kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 5 saat üçün cəmi 30 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evini gecə saat 22-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, spirtli içkilərə meylliyini nəzərə alaraq kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-83/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-83/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver