Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-83/2025 08.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il, 03 (üç) ay, 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qohumu Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrinin birinə hərbiçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib 2021-ci ilin iyun ayı ərzində Kürdəmir şəhəri ərazisindən ödəmə terminallarından hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə 4500 manat pulunu Zərərçəkmiş şəxs göndərdiyi özünə məxsus müxtəlif kart hesablarına köçürtdürüb alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kürdəmir rayon Məhkəməsinin 1(041)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikasının ərazisində gizlənərək qəsdən məhkəmə iclaslarına könüllü surətdə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilktizam” qətimkan tədbiri ləğv edilməklə həbs qətimkan tədbiri seçilmiş və o tutulub məhkəməyə təqdim olunanadək 1(041)-91/2024 nömrəli işin icraatı dayandırılmışdır. Kürdəmir rayon Məhkəməsinin 1(041)-10/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və X1 Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmiş, cinayət təqibi üzrə icraat ayrılaraq, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı (1(041)-10/2025) təqsirləndirilən şəxs X6 tutulub məhkəməyə təqdim olunanadək dayandırılmış, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi (1(041)-83/2025 nömrəsi ilə) icraat davam edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır, münasibətləri normal olmuş, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. X6 onun övladıdır, Şahid2 isə Niyazinin vasitəsilə tanımışdır. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng vurub işçisi Könülün kürəkəni Şahid2 Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə hərbiçi kimi işə düzəltmək istədiyini deyərək bu məsələdə ona köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bu barədə ona köməklik edə biləcəyini demiş və bunun üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. Aralarında razılıq əldə olunduqdan sonra Niyazi ona hissə-hissə olmaqla ümumilikdə 2100 manat və əlavə olaraq 400 və 100 manat məbləğində pul yollamış, pulları əldə edərək Ceyhuna hərbiçi kimi işə düzəlməsi üçün hansı sənədləri toplamaq lazım olduğunu və idman normativlərini və imtahan sualları barədə məlumatlar vermişdir. Zərərçəkmiş şəxs ona verdiyi 2600 manat pulu lazım olan sənədlərin toplanıb yoxlanması və yol xərclərinə istifadə etmişdir. Şahid2 Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrinə deyil Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissələrin birinə hərbçi kimi işə qəbul olduğunu bildikdən sonra Niyazinin onu axtaracağını bilmiş və telefon nömrəsini bağlamışdır. Sonradan 2022-ci ilin iyul ayında Niyazinin onun Mingəçevir şəhərində yerləşən evinə getdiyini, evə olmadığı üçün Niyazinin qarşısına oğlu Turalın çıxdığını, X8 iş yerinin Kəlbəcər rayonundan Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişməsini istədiyini, Tural da Ceyhunun iş yerini Kürdəmir rayonuna dəyişəcəyi barədə söz verdiyini və Turalın 2022-ci ilin iyun ayında Kürdəmir rayonuna gedərək “Elşad” şadlıq evində Niyazidən 2000 manat pul aldığını N.Məmmədovdan eşitmişdir. X19 Ceyhunun iş yerini dəyişmək adı ilə Zərərçəkmiş şəxs 2.000 manat pul alması barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs izahatının sonunda əməlindən səmimi peşmançılıq çəkdiyini, vurulan ziyanın 2500 manatını ödədiyini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddətdir tanıyır, münasibətləri normal olmuşdur, Şahid1 da tanışıdır, Könül Kürdəmir şəhərində yerləşən ona məxsus “Elşad” şadlıq sarayında xadimə işlədiyi vaxtlarda, yəni 2021-ci ilin iyun ayında kürəkəni Şahid2 işsiz olduğunu deyərək ona hardasa iş tapmasını xahiş etdiyi üçün bu barədə tanışı Təqsirləndirilən şəxs zəng vurub iş barəsində soruşub məsləhət etmişdir. Məhərrəm hərbiçi işi olduğunu bildirdiyinə Könülün kürəkəni Ceyhunu Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə işə düzəltməsini xahiş etmişdir. Aralarında razılıq əldə olunduqdan sonra Məhərrəm ona 4500 manat pul müqabilində Ceyhunu hərbiçi kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən “Paşa” marketdəki ödəmə aparatlarından Məhərrəmin ona yolladığı plastik kart hesablarına ümumilikdə 4500 manat pul göndərmişdir. Məhərrəmə pulu göndərəndən az müddət sonra Ceyhunun Kəlbəcər rayonunda yerləşən hərbi hissələrin birinə hərbiçi kimi işə düzəldiyini bilmiş, dərhal Ceyhunu Kürdəmir rayonunda olan hərbi hissələrin birinə işə niyə görə düzəltmədiyini soruşmaq üçün Məhərrəmə əlaqə yaratmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Bundan sonra təxminən 2022-ci ilin iyun ayında Məhərrəmin yaşadığı ünvana, yəni Mingəçevir şəhərinə getmiş, Məhərrəmi evdə tapa bilmədiyi üçün oğlu Tural Məmmədovla söhbət etmiş, söhbət zamanı Məhərrəmin onun tanışı Ceyhunu Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə işə düzəldəcəyi adı ilə ondan hissə-hissə olmaqla ümumilikdə 4500 manat pul aldığını, ancaq vədinə əməl etməyərək onu aldatdığını bildirmişdir. Tural isə Ceyhunu Kəlbəcər rayonundan Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə köçürmə ilə gətirə biləcəyini, bunun müqabilində 2000 manat pul lazım olduğunu bildirmiş və o, Turalla razılaşmışdır. Təxminən 15 gün sonra Tural Kürdəmir şəhəri Bakı prospektində yerləşən özünə məxsus “Elşad” şadlıq sarayına gəlib onunla görüşüb ondan 2000 manat pul almış, həmin vaxtı Tural Ceyhunu bir həftə ərzində Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə köçürəcəyini bildirmiş, ancaq Tural da verdiyi vədə əməl etməmiş, eləcədə pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Turala verdiyi 2000 manat puldan atası Məhərrəmin xəbəri olmamışdır. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Məhərrəm və Turalın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətcidir və onlar barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqında şahid X12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Abduazaq oğlu tanışıdır, münasibətləri normaldır, Niyaziyə məxsus şadlıq evində xadimə işləmiş, Təqsirləndirilən şəxs və X5 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi ədavəti olmamışdır. Şahid2 kürəkənidir. 2021-ci ilin iyun ayında Ceyhun işsiz olduğu üçün Niyaziyə Ceyhuna iş tapmasını xahiş etmiş, Niyazi bu barədə maraqlanaraq Təqsirləndirilən şəxs adlı tanışının olduğunu ondan maraqlanacağını demiş və maraqlandıqdan sonra Məhərrəmin Ceyhunu 4500 manat pul müqabilində Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə işə düzəldə biləcəyini bildirmişdir. Niyazi 2021-ci ilin iyun-iyul ayları ərzində Ceyhunun hərbiyə işə düzəlməsi üçün öz vəsaitindən hissə-hissə olmaqla ümumilikdə 4500 manat pulu Məhərrəmin ona yolladığı kart hesablarına yollamışdır. Məhərrəmin verdiyi vədə əsasən Ceyhunu qısa vaxt ərzində Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə hərbiçi kimi işə düzəltməli idi, Ceyhun həmin ərəfədə özü sənədlərini toplayıb müəyyən edilmiş qayda ilə müdafiə nazirliyinə təqdim etmiş və bir müddət sonra Ceyhun Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissələrin birinə hərbiçi kimi işə düzəlmiş, bundan sonra Niyazi Məhərrəmə zəng vuraraq ondan verdiyi vəd barədə soruşmaq istədikdə Məhərrəmlə əlaqə saxlaya bilməmiş, buna görə də Niyazi Mingəçevir rayonuna Məhərrəmin yaşadığı evə getmiş, ancaq onu tapa bilməmiş, həmin vaxt X3 tanış olmuş, Tural Niyaziyə atasının yerini bilmədiyini demiş, ancaq Ceyuhunun iş yerini Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişdirə biləcəyini demişdir. Niyazi qayıdıb gəlmiş, təxminən 15 gün sonra Tural Kürdəmir rayonuna Niyaziyə məxsus “Elşad” şadlıq evinə gəlmiş, Niyazi ilə söhbət edərək onu 2.000 manat pul müqabilində Ceyhunun iş yerini Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissədən Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişə biləcəyi barədə əmin edərək ondan 2000 manat pulu alıb təxminən bir ay ərzində Turalın iş yerini dəyişəcəyi barədə vəd verərək çıxıb getmişdir. Turala verdiki 2000 manat puldan Məhərrəmin xəbəri olmamışdır. Turalın vəd verdiyi vaxt tamam olsa da Ceyhunun iş yerini dəyişməmiş, eləcə də Niyazidən aldığı 2000 manat pulu qaytarmayaraq onu aldadıb ona qarşı dələduzluq etmişdir. Buna görə də Niyazi Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Məhərrəm və Turalın onu aldatdıqlarına görə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 anoloji ifadə verərək X7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Kürdəmir rayon Polis şöbəsinin İstintaq bölməsinin böyük müstəntiqi, polis mayoru X17 ifadəsində göstərdi ki, cinayət işi Kürdəmir RPŞ-nın TB-nın baş təhqiqatçısı, polis mayoru X18 tərəfindən xx.xx.2024-cu il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə həmin tarixdə aidiyyəti üzrə Kürdəmir RPŞ-nin İstintaq bölməsində göndərilmiş və icrası ona həvalə edilmişdir. Kurdəmir rayonu Çöhranlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024tarixdə şikayət ərizəsi ilə Kürdəmir RPŞ-yə müraciət edərək, 2021-ci ilin iyun ayında işçisi Şahid1 kürəkəni Şahid2 Kürdəmir rayonu arazisində yerləşən hərbi hissəyə işə düzəldilməsi məqsədi ilə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs 4500 manat pul verdiyini, Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onu aldadıb dələduzluq etdiyini, eləcə də 2022-ci iyul ayında isə X2 Kəlbəcər rayonunda xidmət edən Şahid2 yerini Kurdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə köçürülməsi barədə yalan vəd verərək ondan 2000 manat pul alaraq vədinə əməl etməyərək eləcədə pulunu qaytarmayaraq dələduzluq etdiklərini göstərmişdir. Turalın aldığı 2000 manat puldan atası Məhərrəmin xəıbəri olmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X9 özgənin amlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1955-ci təvəlludlü Zərərçəkmiş şəxs qohumu Şahid2 iş yerini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədən Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişəcəyi barədə yalandan vəd verib 2022-ci ilin iyul ayında Kürdəmir şəhəri Bakı prospektində yerləşən Elşad şadlıq evində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi uzrə Azərbaycan Respublikası 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X10 istintaqın gedişatına heç bir maneəçilik törətməmiş və əməlini etiraf etmişdir.Verilmiş suallara cavab olaraq F.F.Babayev bildirdi ki, zərərçəkmiş şəxsə 2500 pul iş təhqiqatda olarkən qaytarıldığı üçün kim tərəfindən və şəxsən kimə verilməsi barədə məlumatı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Mingəçevir şəhər rayonlararası narkoloji dispanserindən” verilmiş xx.xx.2024-cü il tarixli 321 nömrəli məktubdan görünür ki, Məmmədov X4 şəhər rayonlararası narkoloji dispanserində həkim narkoloqun qeydiyyatında durmur. - “Mingəçevir şəhər Ruhi əsəb xəstəlikləri dispanserindən” verilmiş xx.xx.2024-cü il tarixli 410 nömrəli məktubdan görünür ki, Məmmədov X4 şəhər Ruhi əsəb xəstəlikləri dispanserində həkim psixiatrın qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Mingəçevir şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-131/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qohumu Şahid2 Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə işə düzəldəcəyi barədə yalandan vəd verib 2021-ci ilin iyun ayı ərzində hissə-hissə olmaqla ümumilikdə 4500 manat pulunu müxtəlif kart hesablarına köçürtdürüb alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. - Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dələduzluq yolu ilə ələ keçirilmiş 4500 manat pulunun 2500 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli sayması, yəni zərərçəkmiş şəxsdən 4500 manat deyil 2600 manat alması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsdən 4500 manat aldığını bildirmiş, müstəntiq tərəfindən araşdırma aparılan vaxt Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən heç bir narazılıq, əlavələr və qeydlər daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən 4500 manat almaması, yəni özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o özünün müdafiəsi üçün seçdiyi tərzdə, yəni dəymiş ziyanı ödəməkdən boyun qaçırmaq üçün bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuş və onun zərərçəkmiş şəxsdən 4500 manat pul aldığı müəyyən edilmişdir. Ona görədə o, həmin maddə ilə təqsirli bilinməlidir. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, dələduzluq hadisəsi 2021-ci ilin iyun ayında baş vermiş və həmin vaxtdan dörd il müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsinə əsasən, cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə qanunvericiliyin tələbi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini qanuna müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, həmin iş üzrə təqsirli hesab eilməli, CM-nin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(11)-131/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə 4500 manat maddi ziyandan 2500 manatın Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş qalan 2000 manat pulun mülki icraat qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(11)-131/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş 4500 manat maddi ziyandan ödənilməmiş qalan 2000 manat pulun mülki icraat qaydasında tələb etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-83/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-83/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver