Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-84/2023 18.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin və sonradan Kürdəmir rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tanışı Kürdəmir rayonu Karrar kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan aralarında birgə narkotik maddə əldə olunması ilə bağlı razılaşmaya əsəsən, sonuncunun vasitəsi ilə 20 manat pul müqabilində, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8.12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuananı 09 may 2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 22:05-də Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Karrar kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 8.12 qram qurudulmuş marixuananın aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan birgə narkotik maddə əldə etmək məqsədi ilə aralarında olan razılaşmalarına əsasən, yəni 40 manat özünə və 20 manat isə Təqsirləndirilən şəxs3 aid olmaqla, cəmi 60 manat müqabilində 09 may 2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 iştirakı və məlumatı olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamaqla, heç-bir mənfəət, gəlir və qazanc əldə etmək niyyəti olmadan Rəmal Qəniyevinin xahişi əsasında ona verdiyi 20 manat müqabilində pula görə həmin narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuananı 8,12 qramını sonuncuya vermiş, qalan 6,95 qramını özündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın qabaq sol cibində olan siqaret qutusunun içərisindən bir ədəd sellofan torbacıqda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,95 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 495.07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, tanışları Kürdəmir rayonu Karrar kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 qabaqcadan razılaşmaya əsasən birgə narkotik maddə əldə etmək məqsədi ilə 40 manat Təqsirləndirilən şəxs2 və 20 manat Rəmal Qəniyevə aid olmaqla, ümumilikdə 60 manat müqabilində 09 may 2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində 15,07 qramını Təqsirləndirilən şəxs3 iştirakı və məlumatı olmadan Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 isə öz növbəsində heç-bir mənfəət, gəlir və qazanc əldə etmək niyyəti olmadan Rəmal Qəniyevinin xahişi əsasında verdiyi 20 manat müqabilində pula görə 8,12 qram narkotik vasitəni ona vermiş, qalan 6,95 qramını özündə saxlamış, 09 may 2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs3 Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəlçəsinin sol yan cibindən bir ədəd sellofan torbacıqda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,12 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, sonra isə xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın qabaq sol cibində olan siqaret qutusunun içərisindən, bir ədəd sellofan torbacıqda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 6,95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Karrar kəndi ərazisində saxlanılaraq RPŞnə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin içərisindən 01 ədəd polietilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 480.0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam 11 radələrində həmkəndlisi Qəzənfərə zəng edib narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşmuş, Qəzənfərdə ona narkotik vasitəsi olmadığını axşam özü üçün alacağını demişdir. Qəzənfərdən onun üçün də almasını xahiş etmiş, aralarında razılıq əldə olunuduqdan sonra yaşadıqları Karrar kəndi ərzisində görüşüb Qəzənfərə 20 manat pul vermişdir. Təxminən saat 20 radələrində Qəzənfərlə görüşüb ona verdiyi 20 manat pulun qarşılığında narkotik vasitə olan qurudulmuş marixuananı götürərək özü istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı kənd ərazisində küçədə piyada gəzərkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayıb Kürdəmir RPŞ-yə aparmış, şöbədə üzərində şəxsi axtarış aparılan zaman Qəzənfərdən aldığı içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli polietilen torbacıqda olan bükümü çıxarıb təqdim etmişdir. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il səhər saat təxminən 11 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs3 telofon vasitəsiylə ona zəng edib narkotik vasitə qurudulmuş marixuanasının olub-olmadığını soruşmuş, Rəmala axşam narkotik vasitə alacağını, istərsə onun üçün də ala biləcəyini demişdir. Həmin gün axşam saat 19 radələrində Rəmalla görüşüb ondan 20 manat pulu alıb sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək ondan narkotik vasitə qurudulmuş marixuanası olubolmadığını soruşmuş, aralarında razılıq əldə etdikdən sonra Kürdəmir rayonun Karrar kəndi ərzisində görüşüb özündə olan 40 manat pula Rəmalın verdiyi 20 manatı əlavə edib ümumilikdə 60 manat pulu Təqsirləndirilən şəxs1 vermiş və əvəzində Qabil ona 60 manatlıq narkotik vasitə qurudulmuş marixuana gətirmişdir. Bundan sonra Rəmalın yanına qayıdıb Qabildən alıdğı narkotik vasitənin 20 manatlıq hissəsini ona vermiş, 40 manatlıq hissəsini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı kənd ərazisində gəzərkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞyə aparmışlar. Şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan siqaret qutusunun içərindəki bir ədəd şəffaf rəngli polietilen bükümdəki marixuananı çıxarıb təqdim etmişdir. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayında Qazax rayonunda olan zaman yolun kənarında bir ədəd büküm diqqətini cəlb etmiş, bükümü yerdən götürüb içinə baxan zaman içərsində 03 ədəd çətənə toxumu olduğunu görüb üzərində saxlamışdır. 2022-ci ilin aprel ayında həmin toxumları həyətyanı sahəsində əkmiş, sentyabr ayində həmin toxumların 2 ədədi yetişmiş və kolu qurudaraq narkotik vasitə qurdudulmuş marixuna əldə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edərək narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşmuş, aralarında razılıq əldə olunduqdan sonra onlar Kürdəmir rayonu Karrar kəndi ərazisində görüşəndə Qəzəbfər ona 20 manat verib narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Qəzənfərdən 20 manat pulu aldıqdan sonra evə gedib 02 ədəd büküm hazırlayaraq gətirib Qəzənfərə vermişdir. xx.xx.2023-cü il tarixdə Qəzənfərin tutulduğunu eşidib yaşadığı evdən narkotik vasitəni götürüb gizlətmək üçün kənd ərzisində hərəkət edərkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə aparmışlar. Şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı əynində olan gödəkçənin içərisindən bir ədəd sarı rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Satdığı narkotik vasitəyə görə Təqsirləndirilən şəxs2 60 manat deyil, cəmi 20 manat pul alıb. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşman olmaqla bərabər ağır vərəm xəstəliyindən əziyyət çəkməsini, tutulduğu gündən hal-hazıra kimi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində yerləşdirilməklə müalicə olunduğunu, ailəsinin də ağır maddi durumda olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində Təqsirləndirilən şəxs3 yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə aparmışlar, şöbədə şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunmuş, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman, Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olub-olmaması soruşularq əgər varsa təqdim etməsi bildirilmişdir. Rəmal əynində olan göy rəngli gödəkcənin sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim etmiş, bükümün içərisinə baxdıqda qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olmuşdur. Həmin büküm bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN N°137” möhürü ilə möhürlənmiş, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 verdiyi 20 manat pul müqabilində əldə etdiyini bildirdikdən sonra tədbirin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində Təqsirləndirilən şəxs2 Kürdəmir RPŞ-yə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildiriərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim etmiş, bükümün içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəni həmkəndlisi Qabil adlı şəxsdən 40 manat pul müqavilində satın aldığını bildirmişdir. Bundan sonra həmin tədbirin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onu Kürdəmir RPŞ-yə aparmışlar, şöbədə şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, Həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin içərisindən bir ədəd sarı rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Torbaya baxış keçrilən zaman içərisində kəskin qoxuya malik olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildiyindən qablaşdırılaraq, üzəri “Azərbaycan Respublikası DİN N°137” möhürü ilə möhürlənmiş, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qrudulmuş marixuana satdığınş etiraf etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 və Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olduğunu bildirmiş əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümü təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O 01 ədəd cib dəsmalı, 01 ədəd alışqan və 01 ədəd “Keno” markalı siqaret təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd şəffaf rəngli polietilen büküm açılıb baxış keçirildi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçrilmiş üzərində qanunsuz hec bir əşya və ya predment aşkar olunmamışdır.Bundan sonra 01 ədəd alışqan, 01 ədəd cib dəsmalı və 01 ədəd “Keno” markalı siqaret qutusu içərisində olan siqaretlərlə birlikdə özünə qaytarıldı. Təqsirləndirilən şəxs3 şifahi qaydada sorğu-sual olunarkən 01 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitənin ona məxsus olduğunu, həmkəndlisi Qəzənfər adlı şəxsdən aldığını, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli polietilen içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunmasıüçün götürülmüşdür. (i/v 31-32) -xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu və əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən 01 ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 cibindən özünə məxsus olan ağ rəngli Samsung markalı mobil telefonu da çıxarıb təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd şəffaf rəngli polietilen büküm açılaraq baxış keçirilmiş, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş bükümə baxış zamanı içərilərində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir.Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs2 01 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitənin ona məxsus olduğunu, yaşadığı kənd ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs1 60 manata aldığını, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd şəffaf rəngli polietilen büküm 01 ədəd zərfə qoyuldu üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərflər şübhəli şəxs, onun müdafiəçisi vəşahidlər tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i/v 92-93) -xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə üzərinə şəxsi axtarış və götürmə zamanı, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş. Budan sonra, o əynində olan gödəkçənin içərisindən bir ədəd sarı rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı bir ədəd NOKİA markalı mobil telefon, bir ədəd Aqro markalı siqaret, bir ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş siqaret və alışqan iş üçün əhəmiyytət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Nokiya markalı telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Şifahi sorğu sual zamanı bildirmişdir ki, o 2022-ci ilin yay aylarında 3 ədəd çətənə kolu əkdiyini, 2022-ci ilin sentyabr ayında həmin çətənə kollarını dərib qurudaraq yaşadığı evin həyətində gizlətdiyini. xx.xx.2023-cü il tarixdə qonşusu Qəzənfər adlı şəxs ona zəng edərək hər bükümü 30 manatdan 02 ədəd siqaret kağızı bükümündə narkotik vasitə qurudulmuş marixuana satmasını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini, narkotik vasitəsinin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd polietilen torba qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndi. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalandı. (i/v 128-129) -məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/489 nömrəli rəyindən görünür ki,“Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi-8,12qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i/v 38-40) -məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/494 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi-480,0qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd sellofan torbacıqda təmiz çəkisi-6,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs3 üzərindən götrülmüş marixuanalar eyni tərkiblidir. Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir (İ siyahı) (i/v 138-140) -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1170 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (i/v 256) -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i/v 255) -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i/v 254) - Kürdəmir rayon mərkəzi xəstəxanasından daxil olan məktublardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. (i/v 230-232) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (i/v 233-236) - Azərbaycan Respublikası DİN-in BaşƏməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-ci maddəsinin 4-ci hisəsi ilə təqsirləndirilərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2001-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublika məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərk 10 il 08 ay 18 sutka azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il də cəzasının sonu ilə azad olunmuşdur. (i/v 237-239) Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaları, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması özlərinin etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. Onlar həmin maddələr ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8.12 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 8.10 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6.95 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 6.93 qram qalığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 480.0 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 479.9 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs3 orta təhsilli, evli olması, himayəsində bir az yaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun himayəsində azyaşlı uşağının olması, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Təqsirləndirilən şəxs2 orta təhsilli, evli olması, himayəsində bir az yaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun himayəsində azyaşlı uşağının olması, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi, cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10-cu və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması və hazırda məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Onun törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsi, vərəm xəstəliyindən əziyyət çəkməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onların cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, onlara CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ailələri ilə birlikdə Kürdəmir rayonunun Karrar kəndində yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə yaşayış yeri olan Kürdəmir rayonu Karrar kəndində yerləşən evlərini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və onlara cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki: -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1170 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmədən, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1171 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə tədbirləri tətbiq edilməklə narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1172 saylı rəyindən və Kürdəmir rayon mərkəzi xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüş, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatırın və narkoloqun qeydiyyatında durmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə tədbirləri tətbiq edilməklə narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Təqsirləndirilən şəxslərə tətbiq edilən məcburi müalicə tədbirlərinin icrası ilə bağlı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar. 26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8.12 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 8.10 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6.95 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 6.93 qram qalığı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 480.0 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 479.9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 99.48 (doxan doqquz manat 48 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onlardan ekspertiza xərcinin tutulması, Təqsirləndirilən şəxs3 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və onun narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın, ekspertiza xərcinin tutulması və onun tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X5 84 (səksən dörd) manat, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 84 (səksən dörd) manat və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Karrar kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8.12 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 8.10 qram qalığı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6.95 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 6.93 qram qalığı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 480.0 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 479.9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 99.48 (doxsan doqquz manat 48 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onlardan ekspertiza xərcinin tutulması, Təqsirləndirilən şəxs3 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və onun narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın, ekspertiza xərcinin tutulması və onun tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 84 (səksən dörd) manat məbləğində xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-84/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-84/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver