Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-84/2024 27.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi AR Vəkillər kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1996-cı ildə Kürdəmir rayonu Karrar qəsəbəsində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə 1.09 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, tanışı Şahid6 ilə qabaqcadan psixotrop maddə metamfetamini 20 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində vəd etdiyi psixotrop maddə metamfetaminin əvəzinə 1.03 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 20 manata ona satmış, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Şahid6 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sağ ön cibindən bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 1.03 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində keçirilmiş əməliyyat-axtrış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yeri müəyyən edilərək RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,06 qram Şahid6 üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan hərdən istifadə etmişdir, təxminən həbs olunmamışdan bir ay əvvəl yaşadığı qəsəbə ərazisində yerdən bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana tapmış, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulduqda, hüquq və vəzifələri ona izah olunmaqla, təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olmuş, sonra siyahıdan vəkil Müdafiəçi1 seçmişdir. Bundan sonra vəkil Müdafiəçi1 dəvət edilərək ona təqdim olunmuşdur. Daha sonra isə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi ona bildirilmişdir. Bu təklifdən sonra əynində olan şalvarının sağ ön kiçik cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən başqa heç-bir əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm içərisində olan kütlə Çin istehsalı olan elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 0.03 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in 137№-li” möhür ilə möhürlənmiş, zərf yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı ona bildirilmişdir. Şahid6 narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamış, həmçinin Şahid6 narkotik vasitə satmaq barədə söhbəti, eləcədə heç-bir razılaşması olmamış, Şahid6 20 manat borcu olduğu üçün barəsində şər və böhtan xarakterli şikayət etmişdir. Polis şöbəsinə gətirilərkən ona hər-hansı təzyiq, eləcədə zor göstərilməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməgərək sonrakı ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən ümumiyyətlə istifadə etmir, Şahid6 heç-bir narkotik maddə satmamış, nədə ki onunla xx.xx.2024-cü il tarixdə görüşməmişdir. İlkin ifadə verərkən həyacanlı olduğu üçün düzgün ifadə verməmişdir. Kürdəmir şəhər sakini Şahid6 26 yanvar 2024-cü il tarixdə Kürdəmir şəhər bazarında bərbərxananın yanında borca 20 manat almış və ona əvəzində 20 manatlıq narkotik maddə metamfetamin verəcəyini yalan vəd etmişdir. Məhhərrəm onunla razılaşmışdır. Sonra Məhərrəm hər gün ona zəng edib ondan 20 manat borca görə olan narkotik vasitə olan metamfetamini istəmişdir. O isə onun telefon zənglərinə qəsdən cavab verməmiş, yada ki cavab verib ona 20 manat borca görə metamfetamin verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirmişdilər. Polis şöbəsinin inzibati binasında pilləkanla yuxarı ikinci mərtəbəyə qalxarkən kimsə əlini onun sağ cibinə salmışdır. Bundan sonra cibinə nəsə atdığını hiss etmişdir. Həmin şəxsi görə bilməmişdir. Həmin şəxs onu gətirən, həmçinin üzərində axtarışda iştirak edən Şahid1, Mirbaba və Murad adlı şəxslər olmamışdır. Kürdəmir RPŞdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 seçmişdir. Bundan sonra vəkil Müdafiəçi1 dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyini bildirilmişdir. Cibinə nəsə qoyulduğunu bilib, bu təklifdən sonra əynində olan şalvarının sağ ön kiçik cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm içərisində olan kütlə elektron tərəzidə çəkilmiş təqdim etdiyi 01 ədəd kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şəxsi axtarışda qorxaraq yalandan, həmin narkotik vasitənin ona məxsus olduğunu, özünün istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Odur ki, barəsində olan ittihamı rədd edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən təxminən bir ildir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrindən başlayaraq bədənində ağrılar başladığı üçün narkotik maddə sayılan metamfetamin almaq üçün düşmənçiliyi olmayan tanışı olan Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs zəng vurub ondan psixotrop maddə metamfetamin istəmişdir. Əvvəlcə Feruz ona etiraz etmiş, sonra isə Feruz ona “yaşadığım qəsəbəyə gəl götür” demişdir. Narkotik vasitə almağa öz avtomobili ilə getmək istəmədiyi üçün tanımadığı taksi avtomobil ilə Kürdəmir rayonu Karrar qəsəbəsinə getmiş, həmin qəsəbənin giriş hissəsində avtomobildən yerə düşüb Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Miraj” marketin yaxınlığına gedərək kamera olmayan yerdə dayanmışdır. Təxminən bir qədər keçmişdir ki, Feruz yanına gələrək cibindən çıxarıb 01 ədəd polietilen bükümü ona vermişdir. Bunun müqabilində Feruza 20 manat pul vermişdir. Belə ki, Feruzla telefonla danışan zaman ondan 20 manat dəgərində metamfetamin istəmişdir. Feruz 01 ədəd bükümü ona verdikdən sonra, sağollaşıb Kürdəmir şəhərinə tərəf qayıtmışdır. Bir qədər Feruzdan aralandıqdan sonra yolda telefonuna baxdıqda saat 23:24 olmasını görmüşdür. Kürdəmir şəhərinə çatanda bükümü açıb baxdıqda görmüşdür ki, həmin bükümdə olan kütlə metamfetamin deyil, qurudulmuş marixuanadır. Feruza zəng vuraraq bu barədə soruşmaq istəsə də Feruz telefonu açmamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini istifadə etmiş, qalan hissəsini isə əynində olan qış gödəkcəsinin sağ ön cibinə qoyaraq gələcəkdə istifadə etmək üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib, onu Kürdəmir RPŞ-yə gətirmişdilər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulduqda, ona hüquq və vəzifələri izah olunmuş və təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra, vəkil Qədir Qədirovu seçmişdir. Bundan sonra vəkil Qədir Qədirov dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi ona bildirilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli qış gödəkcəsinin sağ ön cibində saxladığı 01 ədəd polietilen kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan pul qabı və göy rəngdə idman üsullu yun papaq aşkar olunmuş, başqa heç-bir əşya və predmet aşkar olunmamışdır. 01 ədəd polietilen büküm açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız bükümün içərisində olan kütlə Çin istehsalı olan elektron tərəzidə çəkildikdə, bükümlə birlikdə təxmini çəkisinin 1.19 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİNin 137 №-li ” möhür ilə möhürlənmişdir. Zərf yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı barədə ona müstəntiq tərəfindən bildirilmişdir. Üzərindən aşkar olunan 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan pul qabı və yun qış papaqı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərindən aşkar olunan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs 20 manata almışdır. Təqsirləndirilən şəxs daha əvvəl 2 dəfə narkotik vasitə sayılan metamfetamin almışdır. Narkotik vasitənin satışı ilə məşqul olmamışdır. Feruzdan narkotik vasitə almaq barədə razılaşdıqda və alanda yanlarında heç-kim olmamışdır. Feruzla mobil telefon vasitəsilə əlaqəsini istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Feruzun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə saxlamışdır. Cinayət işinə əlavə olunmuş Azərfon LLC-dən daxil olmuş 01 CD-disklə tanış olmuşdur. xx.xx.2024-cü il saat 23:16:17 saniyyədə Feruzla danışdıqdan sonra Kürdəmir rayonu Karrar qəsəbənin giriş hissəsində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Miraj” marketin qarşısından bir qədər aralıda kamera olmayan yerdə piyada dayanıb Feruzu gözləmişdir, sonra isə Feruz gələrək 23:20-də narkotik maddəni 20 manat müqabilində büküm şəkilində ona satmışdır. Geriyə Kürdəmir şəhərinə qayıtmışdır. Şahid6 ifadəsində göstərdiyi xüsusatları, yəni üzərindən xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayon polis şöbəsində axtarış və götürmə zamanı aşkar edilmiş 1 büküm şəkildə narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə 20 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirib, sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Coban oğlu ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin Cinayət Axtariş Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonu stansiya Karrarda doğulmuş, əvvəllər məhkum olunmuş, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən RPŞ rəhbərliyinə raportla məruzə etdikdən sonra, həmin məlumatı yoxlamaq məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində Kürdəmir RPŞ-nin Kadrlar Qrupunun polis nəfəri, rütbəcə polis kiçik serjantı Şahid2 və Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, rütbəcə polis serjantı Şahid3 ilə birlikdə Bağızadə X4 rayonu Karrar kəndi ərazisində saxlanılmış və Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunmuş, Kürdəmir RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, saxlamasında və satmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona müstəntiq tərəfindən bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra müstəntiq tərəfindən axtarış və götürmə keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əynində xaki rəngli idman gödəkçəsi, boz rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd bükülmüş halda kağız paketi, əynində olan xaki rəngli idman gödəkçəsinin sağ cibindən yaşıl rəngli alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm açıldıqda kəskin qoxulu qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Həmin kütlə “Çin” istehsalı olan elektron tərəzidə çəkilərkən təxmini kağız bükümlə birlikdə çəkisinin 0,108 qram olması müəyyən edilmiş, şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd yaşıl rəngli alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 01 ədəd kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in 137 №-” li möhür ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kağız bükümün içərisində olan kütlələrin narkotik vasitə marixuana olduğunu, həmin kütləni yoldan tapdığını, ona məxsus olduğunu, polis şöbəsinə gətirilərkən və sonra ona qarşı heç bir psixi, eləcədə fiziki güc tətbiq edilmədiyini, Şahid6 narkotik vasitə satmadığını, Nazim Həsənovdan üç gün əvvəl 20 manat borc aldığını, həmin borcu qaytarmadığı üçün Nazim Həsənov onu şərlədiyini, evində və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Samsung A72” markalı mobil telefonun videokamerası ilə Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 videoçəkiliş aparmış, şəxsi axtarış zamanı çəkilən videogörüntü “HP V197” markalı kompüterdə şəxsi axtarışda iştirak edən şəxslərə nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd videodisk protokola əlavə edilmiş, bundan sonra protokol tərtib olunmuş, iştirakçılarla birlikdə protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs Kürdəmir rayonu Karrar kənd sakini kimi qiyabi olaraq tanımış, ancaq onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində müəyyən edib, onu Kürdəmir RPŞ-nin Kadrlar Qrupunun polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə və Kürdəmir RPŞ-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. Şöbənin ikinci mərtəbəsinə qalxdıqda onların yanında heç-kim olmamış, nədə ki onlar tərəfdən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qurudulmuş marixuana atılmamışdır. Feruzun dedikləri yalan və uydurmadır. O, məsuliyyətdən boyun qaçırmaqdan ötrü yalan ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin Kibercinayətkarlığa Qarşı Qrupun baş əməliyyət müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xx.xx.1983-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid6 qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində daşıması, qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ilə birlikdə keçirilərək, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Şahid6 Kürdəmir şəhəri Heydər Əliyev prospekintə tərəflərindən saxlanılmış və Kürdəmir RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Şahid6 seçdiyi müdafiəçi təmin olunmaqla, müstəntiq tərəfindən Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilməklə, videoçəkiliş vasitəsi ilə Şahid6 üzərində şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid6 əynində göy rəngli qış gödəkçəsi, idman modelli göy rəngli yun papaq, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış və götürmə zamanı Şahid6 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 əynində olan göy rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən Şahid6 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan 01 ədəd dəri pulqabı və 01 ədəd göy rəngli yun idman papağı aşkar olunmuşdur. Bundan sonra 01 ədəd polietilen büküm müstəntiq tərəfindən açılarkən içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Şahid6 təqdim etdiyi 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birlikdə müstəntiq tərəfindən “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini ümumi çəkisinin 1.19 qram olması müəyyən edilmişdir. Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan 01 ədəd dəri pulqabı və 01 ədəd göy rəngli yun idman papağı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in 137 №”-li möhür ilə möhürlənmişdir. Zərf yazıldıqdan sonra ona ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Şahid6 üzərindən aşkar olunan 01 ədəd polietilen büküm içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu 28 yanvar 2024-cü il tarixdə axşam saat 22- 23 radələrində 20 manat pul müqabilində Kürdəmir rayonu Karrar qəsəbəsində, həmin qəsəbə sakini Feruz adlı şəxsdən aldığını, polis şöbəsinə gətirilərkən və sonra ona qarşı heç-bir psixi, həmçinin fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa Şahid6 əlavə qeyd etmişdir ki, Feruzdan əvvələrdə narkotik vasitələr alıb, Feruzdan narkotik vasitələr alarkən Feruzun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna özünün istifadə etdiyi ***-***-**-** saylı mobil telefonla əlaqə saxlamışdır. Şəxsi axtarış aparılarkən “Samsung A72” markalı mobil telefonun videokamerası ilə Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 videoçəkiliş aparmışdır. Şəxsi axtarış zamanı çəkilən videogörüntü “HP V197” markalı komputerdə şəxsi axtarışda iştirak edən şəxslərə müstəntiq tərəfindən nümayiş etdirilmiş, bundan sonra protokol tərtib olunmuş, iştirakçılarla birlikdə protokolun doğruluğunu imazaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir rayon polis şöbəsinin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Feruz onun oğludur. xx.xx.2024-cü il tarixdə evlərində olarkən tanıdığı polis əməkdaşı onların yaşadıqları evə gəlmiş və ondan Fertuzu soruşmuşlar. O, da Feruzun evdə olduğunu bildirmiş və bundan sonra polsi əməkdaşları ondan Feruzu çağırmasını xahiş etmişlər. O, həyətədən evə tərəfə gedərək Feruzu çağırmış və polis əməkdaşları dərhal Feruzun qolundan yapışıb onu gəldikləri avtomobilə mindirib getmiş, bir az hərəkətdə olandan sonra yenidən geriyə qayıdaraq ondan Feruzun telefonunu gətirməsini xahiş etmişlər. O, da evdən Feruzun telefonunu gətirib polis əməkdaşlarına təhvil vermişdir. Bunsdan sonra o, məsələnin mahiyyətini bilmək üçün polis şöbəsinə gəlmiş və Cinayət Axtarış Bölməsinin rəisi Zamiqlə görüşəndən sonra məsələnin mahiyyətini bilmişdir. O, bildiyinə görə Ferz narkotik vasitədən istifadə etmir. İbtidai istintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs arasında kecirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətləri zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları, yəni üzərindən xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayon polis şöbəsində axtarış və götürmə zamanı aşkar edilmiş 1 büküm şəkildə narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə 20 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirib, sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (bax cild 01, i.v. 101-102) İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə bağlı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddət ərzində telefon danışıqları, mesaj mətnləri və anten dairəsinə dair məlumatlar "xxxx" MMC-dən CD-diskdə götürülərək baxış keçirilmişdir. CD-diskə baxış zamanı müəyyən olur ki, diskdə 4 elektron fayllar var. 1-ci faylı açdıqda ********** xx/xx/2023 00:00:00 - xx/xx/2024 00:00:00 nömrəsinə, yəni Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə daxil olmuş SMS mətnləri vardır. Həmin SMS mətnləri tərəfindən nəzərdən keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən SMS mətnləri qeydə alınmamışdır. Diskin 2-ci faylı açdıqda ********** xx/xx/2023 00:00:00 - xx/xx/2024 00:00:00 nömrəsinə, yəni Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə çıxan SMS mətnləri vardır. Həmin SMS mətnləri tərəfindən nəzərdən keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən SMS mətnləri qeydə alınmamışdır. Diskin 3-cü faylı açdıqda ********** xx/xx/2023 00:00:00 - xx/xx/2024 00:00:00 nömrəsinə, yəni Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə Şahid6 istifadə etdiyi ***-***-**-** möbil nömrənin danışıqları müxtəlif vaxtlarada, eləcədə xx.xx.2024-cü il tarixdə olması qeyd olunur. Həmin qeydlərə əsasən Təqsirləndirilən şəxs istifadəsində olan **********180 mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 23:59-dək 38USVN1344B/GSVN1344 Karrar-RS/"Kürdəmir r, Karrar kəndi"/Kurdamir/(40.30xx/xx.26105) dalğalı anten altında olmuşdur. Lakin diskdə zəng edən abonentləırin hansı anten alıtında zəng edərkən olması əks olunmamaışdır. Bundan başqa müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ********** mobil nömrə ilə Şahid6 istifadə etdiyi ***-***- **-** möbil nömrənin çoxlu sayda danışıqları olmuşdur. Həmin danışqlar printerdən çıxarılaraq ayrıca qeyd edilməklə cinayət işinə əlavə olunmuşdur. (bax cild 01, i. v. 177- 186) İş materiallarında olan Kürdəmir RPŞ-dən daxil omuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tanışı Şahid6 Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində ona 20 manat müqabilində narkotik vasitə qurudulmuş marixuananı satması öz əksini tapmışdır. Həmçinin eyni narkotik maddə marixuananın bir qismini xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı Şahid6 Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində narkotik vasitə marixuananı satarkən şahid dairəsini müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı haradan əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam olunur. (bax cild 01, i. v. 245) İş materiallarına əlavə edilmiş Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı videogörüntülərin qeydə alındığı diskin tədqiqi zamanı müəyyən edilir ki, Şahid6 əynində göy rəngli qış gödəkçəsi, göy rəngli yun idman papağı, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şahid6 əynində göy rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd polietilen büküm, digər ciblərindən isə 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan 01 ədəd dəri pulqabı və 01 ədəd göy rəngli yun idman papağı aşkar olunmudur. Aşkar olunan 01 ədəd polietilen büküm açılarkən içərisində qurudulmuş marixuanaya bənzər kütlə olmuşdur. Şahid6 təqdim etdiyi 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və həmin kütlənin bükümlə birlikdə təxmini çəkisinin 1.19 qram olması müəyyən edilmişdir. Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 qutu “Palmall” markalı siqaret, içərisində 12 manat pul olan 01 ədəd dəri pulqabı iş və 01 ədəd göy rəngli yun idman papağı üçün iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır, 01 ədəd polietilen büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in 137” №-li möhürü ilə möhürlənmişdir. Şifahi soğru zamanı Şahid6 üzərindən aşkar olunan 01 ədəd polietilen büküm içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu 28 yanvar 2024-cü il tarixdə axşam saat 22-23 radələrində 20 manat pul müqabilində Kürdəmir rayonu Karrar qəsəbəsində, həmin qəsəbə sakini Feruz adlı şəxsdən aldığını, polis şöbəsinə gətirilərkən və sonra ona qarşı heç-bir psixi, eləcədə fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan əlavə Feruzdan əvvələrdə narkotik vasitələr aldığını, Feruzdan narkotik vasitələr alarkən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə özünün istifadə etdiyi ***-***-**-** saylı mobil telefonla əlaqə saxladığını bildirmişdir. Şəxsi axtarış havanın qaranlıq vaxtı, xidməti iş otağda, süni işıqlandırma şəraitində keçirilmişdir. (bax cild 01, i.v. 31-33) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videogörüntülərin qeydə alınmdığı diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində xaki rəngli idman gödəkçəsi, boz rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd büklmüş halda kağız paket, əynində olan xaki rəngli idman gödəkçəsinin sağ cibindən yaşıl rəngli alışqanı çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm açıldıqda kəskin qoxulu qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Həmin kütlə “Çin” istehsalı olan elektron tərəzidə çəkilərkən təxmini kağız bükümlə birlikdə çəkisinin 0,108 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd yaşıl rəngli alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. 01 ədəd kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in 137” N°-li möhürü ilə möhürlənmişdir. Zərf yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı ona bildirilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kağız bükümün içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu, həmin kütləni yoldan tapdığını, ona məxsus olmasını, polis şöbəsinə gətirilərkən və sonra ona qarşı heç-bir psixi, həmçinin fiziki güc tətbiq edilmədiyini, Şahid6 narkotik vasitə satmadığını, Şahid6 üç gün əvvəl 20 manat borc aldığını, həmin borcu qaytarmadığı üçün Şahid6 onu şərlədiyini, evində və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə havanın işıqlı vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. (bax cild 01, i. v. 69- 71) İş materiallarına əlavə edilmiş 13 iyun 2024-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid6 barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə inzibati icraat açılması barədə qərar qəbul edilərək baxılması üçün Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. (bax cild 2, i.v. 36-47) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Kürdəmir rayon məhkəməsinin 01 fevral 2024-ci il tarixli 4(041)-10/2024 №-li qərarı ilə qeydə alınmış audio-video iclasa baxış zamanı Şahid6 məhkəmə iclasında dindirilmiş, dindirmə zamanı o, Təqsirləndirilən şəxs 20 manat müqabilində narkotik vasitə aldığını göstərmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının, 31 yanvar 2024-cü il tarixli 18/134 №-li rəyində göstərilir ki, Tədqiqata təqdim olunmuş üzərində: "...Şahid6 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkis i- 0,06qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə eyni tərkiblidir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/134 nömrəli rəyindən görünür ki, marixuananın təmiz çəkisi – 1,09 qram, tədqiqata istifadə olundu-0,4 qram, (hər ob 0,02 qram) qalıq-1,05 qalmışdır. (bax iş İ cild vər. 79-82) İş materialalrına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 1068 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (bax cild 02, iş vərəqə 25) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Kürdəmir rayon X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18-1-49/2-373/2024 №-li məktubunda göstərilir ki, xx.xx.1996-cı ildə Kürdəmir rayonu Karrar qəsəbəsində anadan olmuş, Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Bağızadə X4 rayon Xəstəxanasının poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax cild 01, iş vərəqə 200) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X12 Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-97702/2024 №-li məktubunda göstərilir ki, xx.xx.1996-cı il təvəllüdlü, Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs fondun 1 saylı X12 Filialından əlilliyə görə pensiya, müavinət və təqaüd almır. (bax cild 01, iş vərəqə 222) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə və 01 şərti sınaq müddətə, xx.xx.2017-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 400 saat ictimai işlərə, xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşması ilə məhkum olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmiş və götürülmüşdür. (bax cild 01, iş vərəqə 213-215) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 127 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla valideynləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. (bax İ cild iş vər. 199) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax İ cild vər. 198) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 01 fevral 2024-cü il tarixdə Kürdəmir rayon Məhkəməsi tərəfindən əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmaqala həbs qətimkan tədbiri seçilmiş, 30 may 2024-cü il tarixdən isə həbsdən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Şahid6 narkotik vasitə satmadığını bildirsə də onun törətmiş olduğu cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı həbsdə saxlandığı müddət ona təyin ediləcək cəzadan çıxıalmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,05 qram narkotik vasitə olan marixuananın məhv edilməsi məsələsi Şahid6 barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə yekun qərar qəbul edilənə kimi təxirə salınmalıdır. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə X7 məhkəmədə hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin X7 müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 ay ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 27 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,05 qram narkotik vasitə olan marixuananın məhv edilməsi məsələsi Şahid6 barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə yekun qərar qəbul edilənə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və maddi ziyanən olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-84/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-84/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver