Məhkəmə qərarları › İş №1(041)-85/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-85/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-85/2024 24.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış istintaq sübutlarının məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri, Babək küçəsində yerləşən baytarlıq aptekində tanışı Zərərçəkmiş şəxs obyektdən çıxmasını tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs təpiklə sağ baldır nahiyəsindən və yumruqla sol böyür nahiyəsindən bir dəfə qəsdən zərbə vuraraq ona sol X qabırğanın sınığı, sağ baldırda qançır ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Babək prospektində obyekti vardır, həmin obyekti aylıq 200 manat pul müqabilində Zərərçəkmiş şəxs icarəyə vermiş, Zərərçəkmiş şəxs həmin obyekti baytarlıq apteki kimi işlətmişdir. 08.08.223-cü il tarixdə saat 11 radələrində anası Şahid1 Əlihüseyin qızı ilə birlikdə Sabitə verdikləri obyektə gedərək Sabitə apteki artıq icarəyə vermək istəmədiklərini bildirərək boşaltmasını xahiş etmişlər. Sabit bu zaman onlarla mübahisə edərək ünvanlarına nalayiq söyüşlər söyərək anası Nazilənin qolundan əli ilə iki dəfə qəsdən vurmuş, bu zaman müdaxilə edərək Sabiti anasından aralaşdırmış, bundan sonra aptekdən çıxıb getmişlər, həmin hadisə zamanı Sabiti vurmamış, ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirmişdir ki, o, obyektə daxil olmamış, avtomobildə əyləşib gözləmiş, anası Nazilə obyektə özü tək girmişdir. Anasıyla Sabitin aralarında obyektə nə söhbətləri olduğunu bilməmiş, sonra Sabitin anasının qolundan yapışıb çölə çıxardığını, onu nalayiq söyüşlərlə təhqir etdiyini görmüşdür. O, həmin yerə gəldiyi zaman yıxılmaq üzrə olduğundan anasını tutmuşdur. Zərərçəkmiş şəxs onun anası Naziləni kobud bir şəkildə çölə çıxartmış, ona nalayiq ifadələr işləmişdir. O, Sabitə anasının qolundan tutub çölə atanda heç bir şey etməmiş, sadəcə nə söyüşlər işlədirsə hamısının özünə getməsini demişdir. Zərərçəkmiş şəxs sonra orada olan stulun qırıq hissəsini götürüb ona atmış, həm də onu vurub öldürməklə hədələsə də yenə ona hec nə deməmişdir. Həmin yerdə şahidlər olmamış, videomüşahidə kameraları da yoxdur. Özünü təqsirli bilmir, heç bir cinayət hadisəsi törətməmişdir, ona görə də zərərçəkmiş şəxslə barışmağa cəhd etməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri Babək küçəsində yerləşən obyekti aylıq 200 manata icarəyə götürüb oranı baytarlıq apteki kimi işlətmiş, hər ay vaxtında icarənin pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlətdiyi aptekdə olarkən Elxan və anası Nazilə yanına gələrək onların obyektini boşaldıb oradan çıxmasını, ya da ayda 300 manat ödəməsini tələb etmişlər. O, obyektdə baytarlıq dərmanları satdığına görə vitrin avadanlıqları quraşdırmış, ordan dərhal çıxmaq mümkün olmadığından onlara aptekdən çıxmalarını və məhkəməyə müraciət etmələrini xahiş etmişdir. Bu vaxt aralarında mübahisə yaranmış, mübahisə zəminində Nazilə və Elxan onu söyüb təhqir etmişlər. Elxan təpiklə ayaq nahiyəsindən bir dəfə qəsdən vurmuş, sonra isə əlinin içərisində onun görmədiyi əşya ilə sol kürək nahiyəsindən qəsdən bir dəfə vurmuş, həmin vaxt sol kürək nahiyəsində ağrı hiss edərək müvazinətini itirmişdir. O, tarazlığını düzəldənə qədər Elxan və anası qaça-qaça aptekdən çölə çıxmışlar. Aptekdə olan Şahid2 hadisənin şahidi olmuşdur. Bu hadisə təxminən 3-5 dəqiqə müddətində davam etmişdir. Ondan başqa yanlarında kənar şəxs olmamış, ancaq aptekdən çöldə tanımadığı şəxslər olmuş, həmin şəxslər səs-küyü eşitmişlər. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında bildirmişdir ki, Nazilə və Elxan aptekdən çıxıb getdikdən sonra aptekdən çölə çıxanda işçisi Şahid3 və tanımadığı şəxslərin aptekdən çöldə dayandıqlarını görmüşdür. Evə getdikdən sonra hadisənin böyüməməsi üçün əvvəlcə uşaqlarına bu hadisəni danışmamış, sonra isə polisə müraciət etmişdir. Hadisədən sonra Elxanın anası Nazilə rayonun müxtəlif yerlərində Elxanın onu döyməsi barədə məlumatlar yayaraq onu rayon camaatının içində alçatmağa çalışmışdır. Hadisədən sonra Elxan heç vaxt onunla barışmağa çalışmamışdır, onunla aralarında barışıq da yoxdur. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, Kürdəmir şəhəri Babək küçəsində özünə məxsus obyekti vardır, həmin obyekti 200 manata Zərərçəkmiş şəxs icarəyə vermiş, Zərərçəkmiş şəxs həmin obyektdə baytarlıq apteki işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs yanına gedərək obyekti daha icarəyə vermək istəmədiyini bildirərək obyekti boşaltmasını xahiş etmişdir. Bu zaman Sabit ünvanına nalayiq ifadələr işlədərək üzünə tüpürmüş, qolundan tutaraq kobud şəkildə aptekdən çıxarmışdır, hadisə təxminən 3-5 dəqiqə müddətində baş vermişdir. Baş vermiş həmin hadisə zamanı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Şahid1 verilmiş suallara cavabında bildirmişdir ki, o, aptekə tək girmiş, icarə pulunu istəməmiş, sadəcə Zərərçəkmiş şəxs obyektini tərk etməsini istəmişdir. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs çöldə avtomobildə oturaraq gözləmişdir. Onun Sabitlə sözləri düz gəlməmiş, Sabit onun qolundan kobud şəkildə tutaraq sürüyüb çölə atmış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman oğlu Elxan qaçaraq gəlmiş, Sabitin nalayiq ifadələrinin qarşısında ona cavab verərək nalayiq ifadələr işlətmişdir. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. O, Sabitlə icarə puluna görə əvvəllər görüşməmiş, onlarla Sabit arasında icarə müqaviləsi olmamışdır. Sabit icarə pulunu onun qardaşına vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs Kürdəmir şəhəri Babək küçəsində baytarlıq aptekinə gedərək aptekin pəncərələrinə havalandırma setkası çəkərkən Elxan anası Nazilə ilə birlikdə aptekə gəlmiş, söhbət əsnasında onlar Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, mübahisə zəminində Elxan Sabitlə yaxalaşaraq onunla əlbəyaxa dalaşmış, onları sakitləşdirib aralaşdırmışdır. Sonra Elxan və Nazilə aptekdən çıxıb getmişlər. Həmin vaxt Sabit sol böyür nahiyəsini əli ilə tutaraq ağrıdığını bildirmişdir. Şahid2 verilmiş suallara cavabında bildirmişdir ki, Zərərçəkmiş şəxs baytarlıq aptekinə usta kimi getmişdir. Orda havalanma sistemi qoşarkən Elxan və Nazilə həmin aptekə gəlmişdir. Sonra Zərərçəkmiş şəxsla onların aralarında mübahisə olmuşdur. Həmin mübahisənin nədən yarandığını bilmir. O, səs-küy yüksələndə aptekə girmiş, orada Elxan və Sabitin əlbəyaxa olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ozünü ələ almasını desə də Elxan ona hirsli cavab vermişdir. O da öz işi ilə məşğul olmağa getmişdir. Sonra yenidən mübahisə başlamış, icəri girəndə Zərərçəkmiş şəxs bir tərəfə söykəndiyini görmüşdür. Əvvəlcə orda heç kimi görməsə də hadisədən sonra 5-6 nəfər adamların yığışdığını görmüşdür. Zərərçəkmiş şəxs içıridəki dirəklərə söykənərək ona ağrıdığını demişdir. Həmin yerdə nalayiq ifadələri birinci Nazilə və Elxan işlətmiş, Zərərçəkmiş şəxs Nazilənin qolundan tutub çölə apardığını görməmiş, orada elə bir şey olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, onunla eyni evdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarında atası Sabit yaşadıqları evə gələndə sol böyür nahiyəsində ağrılar olduğunu hiss etmiş, ondan nə baş verdiyini soruşanda atası ona əvvəl heç nə demək istəməmişdir. Sonra israrla nə baş verdiyini soruşanda atası Sabitin həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs anası Şahid1 ilə birlikdə onun işlətdiyi baytarlıq aptekinə gələrək onu aptekdən çıxarmaq istədikləri üçün aralarında mübahisə yarandığını, mübahisə zəminində Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirmişdir. Şahid5 verilmiş suallara cavabında bildirmişdir ki, həmin gün atası evə gələndə qabırğasında narahatçılıq olmuş, nəfəs alması çətinləşmişdir. Hadisədən əvvəl atası heç vaxt qabırğasından şikayətlənməmişdir. Hadisədən sonra qabırğasında yaranmış ağrılarla əlaqədar atası sonradan həkimə müraciət etməli olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 zərərçəkmiş Zərərçəkmiş şəxs onun atası olduğunu bildirərək Şahid5 ilə eyni məzmunlu ifadə verrmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonunun Sığırlı kənd sakini Məmmədov X5 RPŞ-na ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri Babək küçəsi ərazisində yerləşən işlətdiyi baytarlıq aptekində tanışı Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. ( i.v.5); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2023-cü il tarixli 390 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol X qabırğanın sınığı, sağ baldırda qançır - küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb solan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 29-30); xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. (i.v. 45-49); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar Kürdəmir rayon prokuroru tərəfindən nəzarət qaydasında öyrənilmiş və ləğv edilmişdir. (i.v. 56-58); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v.1-2); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs harada olmasını müəyyən etmək mümkün olmadığından və onun qəsdən istintaqdan gizlənməsi nəzərə alınıb Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. ( i.v.92-93); “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Kürdəmir RPŞ-nə gətirilmişdir. (i.v. 101); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. ( i.v.102- 103); xx.xx.2024-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 118); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 127); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham olunması və təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilmiş və ona elan edilmiş ittiham qüvvəsində saxlanılmış, alınmış ifadələr, üzləşdirmə protokolu, məhkəmə tibbiekspertizasının rəyləri və digər prosessual hərəkətlər sübut növü kimi qiymətləndirilmişdir (i.v. 151-158); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür kı, Təqsirləndirilən şəxs və zərəçəkmiş Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə demişlər, belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Babək küçəsi ərazisində yerləşən baytarlıq aptekində obyektdən çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs təpiklə sağ baldır nahiyəsindən və sol kürək nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. (i.v. 132-133); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Kürdəmir rayonu Dəyirmanlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi 1963-cü il təvəllüdlü anası Şahid1 və 1992-ci il təvəllüdlü qardaşı X4 ibarətdir. (i.v. 148); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v. 149); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 98); Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-448/2024 nömrəli məktubdan görünür ki, Mürsəlov X7 RMX-ı X10 poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (i.v. 97); Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmədə verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən CM-nin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Kürdəmir RPŞ-nə gətirilmiş, həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsə cərimə cəzası təyin edilərkən axtarışla əlaqədar saxlanıldığı bir gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iş materialları ilə tanış olaraq məhkəmə iclaslarında iştirak edib təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs axtarışla əlaqədar saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş 1000 (min) manat cərimə cəzası yüngülləşdirilərək özərində qəti olaraq 950 (doqquz yüz əlli) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar