Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-85/2025 29.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, təqsirləndirilən şəxs – X8 iştirakları ilə, xx.xx.1979-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir şəhəri, M.Əliyev küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, M.Əliyev küçəsində tanışı X1 xeyli miqdarda təmiz çəkisi 0.237 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 19 manat pul müqabilində satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.237 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisə yay aylarında olmuşdur. Anası və həyat yoldaşı şəhərdə olduqlarından evdə tək olmuşdur. Evə polis əməkdaşları gəlmiş və evə axtarış keçirmişlər. Evdə heç bir şey çıxmamışdır. Daha sonra o, evdə daşın altında gizlətdiyi narkotiki gətirib özü vermişdir. Həmin narkotik vasitəni polis əməkdaşı Tağı müəlim üçün almışdır. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. Şöbənin yanında çəkiliş aparılan zaman ona narkotik maddə vermişlər ki, götürsün, lakin onu tutmayacaqlarını bildirmişlər. O, sonuncu dəfə tutulanadək dəfələrlə dəfə polis əməkdaşları ilə birlikdə iş görmüş və hər dəfəsində buraxılmışdır. Yəni polis əməkdaşları ona pul vermişdir ki, həm özü istifadə etməsi üçün narkotik vastə əldə etsin, həm də narkotik vasitə aldığı şəxslər barədə məlumat versin. Narkotik vasitə aldığı bir neçə şəxslərin polis əməkdaşları tərəfindən saxlanılmasında onun köməkliyi olmuşdur. Ən sonuncu dəfə polis əməkdaşı Tağı müəllim ona 10 manat pul vermişdir ki, gedib narkotik vasitə alsın. O da üzərinə 9 manat qoyaraq Kamran adlı şəxsdən 19 manat dəyərində narkotik vasitə almışdır. Həmin narkotik vasitə iki bükümdə olmuşdur. Aldığı narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitəni aldıqdan sonra həyətdə daşın altında gizlətmişdir. Narkotik vasitəni Kamrandan aldıqdan 2 gün sonra onu polis əməkdaşları saxlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirmişdir ki, polis əməkdaşları onu evdə saxlamış, lakin çəkilişi küçədə etmişlər. Onu polis şöbəsinə gətirdikləri zaman CAB-ın rəisi Zamin Sadıqov onu hədələmişdir. Dəfələrlə polis əməkdaşları ona pul vermişlər ki, nakotik satışı ilə məşğul olanlar barədə onlara məlumat versin. O, ümumilikdə 7- 8 nəfər - Ramin, “Sor-Sor Natiq” kimi tanınan şəxs, Rövşən, Elşən, Rahim adlı şəxslərdən narkotik vasitə almış və polis əməkdaşlarına həmin şəxslərin narkotik satışı ilə məşğul olmaları barədə məlumat vermişdir. Ən sonuncu dəfə “kasoy Rahim” adlı şəxsdən narkotik vasitə almış, onun barəsində də polisə məlumat vermişdir. Bu etdiklərinin qarşılığında polis əməkdaşları tərəfindən ona pul və sigaret verilmişdir. Polis şöbəsində videoçekiliş zamanı polis əməkdaşları ona etirafedici ifadələr verməsini istəmiş, etiraf etməsə onu narkotik vasitəsinin satışı ilə cinayət işi başlanacağını bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Evlidir, 2 azyaşlı övladı var. Narkotik vasitə heroindən 2 ildir ki arada bir istifadə edir. Bir neçə dəfə buna görə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Kürdəmir rayon sakini X4 uzun illərdir ki tanıyır, eyni məhlədə yaşayırlar. Kamran əvvəllər Kürdəmir şəhərində yerləşən Naftalan restoranında ofisiant işləmişdir. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Kamranın narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Kamranın nömrələrini özünə məxsus mobil telefonda Kamxa kimi qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Kamran özünə məxsus olan ***-***-**-** saylı nömrədən ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək “ Bakı şəhərindən taksi ilə gəlirəm, taksini 20 manata danışmışam lakin taksi pulum yoxdur, səndə varsa taksimi pulumu çatanda ver, əvəzində sənə heroin verərəm”demişdir. Kamranla razılaşmışdır. Həmin gün saat 15 radələrində X14 idarə etdiyi Tayota prius markalı avtomobillə onun yaşadığı küçəyə gəlmişdir. Kamran maşından aşağı düşüb ona yaxınlaşmış, Kamrana 19 manatı və qəpikləri vermişdir. Kamran 19 manatı götürsə də qəpikləri götürməmişdir. Pulu Kamran almış 19 manatı taksi sürücüsü Cavidə aparıb verib ona yaxınlaşmışdır. Kamran hazır vəziyyətdə olan bir ədəd kağız bükümdə olan heroini vermişdir. Kamran sonra çıxıb getmişdir. Kamrandan aldığı heroinin bir hissəsini çəkərək istifadə etmişdir. Qalan hissəsini özündə saxlamışdır ki onuda sonra istifadə edər. xx.xx.2025-ci il tarixdə 16:20 Kürdəmir şəhəri O.Mirzəyev küçəsində piyada gəzərkən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01ədəd gümüşü bükülünü çıxarıb təqdim etmişdir. Həmin gümüşü büküm Şahid1 tərəfindən açılmış içərisində qəhvəyi rəngli kəskin iyli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra RPŞ-ə gəlmiş, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Videoçəkiliş başlandıqdan sonra şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd qızılı rəngli kağız bükümdədir. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərindəki isə öz imzası olduğunu görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin qızılı kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.33 qram olması müəyyən edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan 0.237 qram çəkidə olan narkotik vasitə heroin özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. ***-***-**-** saylı nömrəli istifadə edir. adına olan digər nömrlərin heç birini istifadə etmir. Həmin heroini X1 19 manata yaşadığı M.Əliyev küçəsində almışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 16:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, O.Mirzəyev küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş gümüşü bükümdə olan kütlə heroindir, həmin kütləni xx.xx.2025-ci il tarixdə Kamran adlı şəxsdən 20 manata alıb, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Şahid2 verilmiş suallara cavabında həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 oxşar məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini, narkoman kimi tanımışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı dəfələrlə ona zəng edərək əri Poladın tutulmasını istəmiş, onun narkoman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs o, pul verməmiş, ondan narkotik vasitə almasını istəməmişdir. Poladın həyat yoldaşı ilə olan telefon zəngləri onun ərindən etdiyi şikayətlərlə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Hadisə ilə bağlı məlumatı olmamışdır. O, sadəcə Poladın narkotiklə bağlı tutulduğunu bilmişdir. Poladın tutulmasında yaradılan əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri yalandır, ona heç vaxt pul verməmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 fevral 2025-ci il tarixi qərardan görünür ki, cinayət işi Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə başlanılmışdır (i/v: 1); xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxsun üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ınəməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir şəhəri M.Əliyev küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1979-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü bükülünü çıxarıb təqdim etmişdir. Həmin gümüşü büküm Şahid1 tərəfindən açılmış içərisində qəhvəyi rəngli kəskin iyli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşakr edilmiş gümüşü bükümdə olan kütlə heroindir, həmin kütləni xx.xx.2025-ci il tarixdə Kamran adlı şəxsdən 20 manata alıb, İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür (i/v:10-12); xx.xx.2025-ci il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i/v:18, 31-34); xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir RPŞ-nin RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd qızılı rəngli kağız bükümdədir. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərində ki is öz imzası olduğunu görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin qızılı kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.33 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroin ona məxsusdur, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Kamran adlı şəxsdən 20 manata almışdır. Kamran adlı şəxs Kürdəmir şəhəri “Dörd Yol” adlı ərazidə yaşayır, Kamranın adını mobil telefonunda Kamxa kimi yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki həmin telefonun üzərində 05-756-74 -41 saylı nömrədir, Kamxa adlı şəxsin isə ***-***-**-** və ***-***-**-** saylı nömrələri vardır.Həmin nömrə ilə bir neçə dəfə əlaqə saxlamışdır (i/v:38-40); İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/143 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.237 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. X6 məxsus narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs məxsus narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (xx.xx.2025-ci il tarixli 18/142 rəyə əsasən birgə tədqiqat aparılıb) heroinin təmiz çəkisi 0.237 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0.187 qram (i/v:47-50); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v:53-54, 69-70); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.237 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.187 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i/v:161); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə ACDİÜ AR Məhəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə xx.xx.2024-cü il tarixdə ACDİÜ AZ RESP Məhk.-nin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Kürdəmir rayon Məhkəməsinin Hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay ciddi, xx.xx.2019-cu il tarixdə Şirvan Apelyasiya Məhkməsinin qərarı ilə 19.09.18 il tarixli hökmü dəyişdiilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Xətai rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 21 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci ildə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2023-cü il tarixli Kürdəmir rayon məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. (i/v:169-171); Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli № 5-56-12/2-15/1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi həyat yoldaşı- 1994-cı il təvəllüdlü Ş.İ.Şıxaliyeva, qızı-xx.xx.2016-cı il təvəllüdlü S.Təqsirləndirilən şəxsa, qızıxx.xx.2018-ci il təvəllüdlü F.Təqsirləndirilən şəxsadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i/v: 183-191); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidəni ittiham elan edilmişdir (i/v: 201-202); “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-168/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. Narkoloji qeydiyyatda durur (i/v:226); xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X20 Filialının məktubuna əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir (i/v:228); İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, X2, Təqsirləndirilən şəxs 19 manata satdığı, X6 pay qismində verdiyi narkotik vasitə heroini əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. X2, Təqsirləndirilən şəxs və X9 arasında qabaqcadan narkotik vasitələrin satışı ilə bağlı əlbir olmamışlar. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. X2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına və satışı ilə məşğul olmasına köməklik göstərən olmamışdır. X2, Təqsirləndirilən şəxs və X9 arasında ədavət və düşmənçilik olmamışdır. X2 istifadəsində ***- ***-**-**,***-***-**-** Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrələr olmuşdur (i/v: 238); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən məktubla daxil olmuş bir ədəd ağ rəngli zərfin içərisindəki üzərində 103 sözü yazılmış telefon məlumatları barədə CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı ömrə ilə X5 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 12:00:04də,12:03:44-də, 12:53:29 –da, 15:11:45-də, 15:36:27-də danışdıqları məlum olmuşdur (i/v 242-243); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-cü il tarixli 534 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəzsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v:244); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli PXOOO8923-25-5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə çəkilməmiş cəzası 01 il 02 ay 04 gün təşkil edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitəni polis əməkdaşlarının sifarişi ilə alması, həmin narkotik vasitəni polisə təqdim edəcəyi, istintaq zamanı vermiş olduğu ifadələri təziq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında onun üzərində narkotik vasitə heroin olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü bükümü çıxarıb təqdim etdiyini, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü bükümdə olan kütlənin heroin olduğunu, həmin kütləni xx.xx.2025-ci il tarixdə Kamran adlı şəxsdən 20 manata alıb istifadə etmək məqsədi ilə üzərində saxladığını dediyini bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı videoçəkiliş keçirilir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroin ona məxsusdur, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Kamran adlı şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təziq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, bu barədə müraciətləri olmamış, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən belə məhkəmədə ittiham olunduğu cinayət əməlini törətdiyini bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağın olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsini, hazırda təqsirli bilindiyi cinayət əməlini xx.xx.2025-ci il tarixdə, yəni Kürdəmir Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(041)-42/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşması cəzasını çəkdiyi müddətdə törətməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini xarakterizə edən hallar az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməyəcəyinə, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), əvvəllər məhkum edilməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, hökümlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində nakomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.237 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.118 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(041)-42/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 17 (on yeddi) günü yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.237 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.118 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində üst yoxlaması aparılan zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-85/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-85/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver