Məhkəmə qərarları › İş №1(041)-86/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-86/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-86/2023 20.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 18.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 13 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun razılığı ilə yaşadığı evə baxış keçirilən zaman qonaq otağında servant şıkafın üstündən 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4.63 qram, 4.14 qram, 4.81 qram və 5.25 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ ön cibindən 01 ədəd kağız bükümdə təmiz çəksi 0.15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayan, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, iki ildir ki narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin may ayında Kürdəmir rayonu Sığırlı kəndi ərazisində çöl sahədə 01 ədəd çətənə kolu əkmiş, həmin çətənə kolunun yarpaqlarını dərib qurudub istifadə etmiş və qalanını 4 ədəd kibrit qutusuna yığaraq yaşadığı evdə servantın üstündə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində polis əməkdaşları yaşadığı evə gəlib yaşadığı evdə və üzərində nakotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına səmimi etiraf edərək yaşadığı evdə kibrit qutularında marixuana saxladığını bildirib evə baxış keçirilməsinə etiraz etməmişdir. Həyətlərinə və daha sonra yaşadığı evə baxış zamanı evdə gizlətdiyi kibrit qutularında olan marixuanaları çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onu Kürdəmir rayon polis şöbəsinə apararaq şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə, üzərində marixuana olduğunu qeyd edərək əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində saxladığı qara kağız bükümdə olan marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs ilə heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evində və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs Ağaməmməd oğlunun yaşadığı ünvana gedərək ona yaşadığı evdə və üzərində nakotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs səmimi etiraf edərək yaşadığı evdə kibrit qutularında marixuana saxladığını bildirmiş və özünün razılığı ilə həyətinə daha sonra yaşadığı evə baxış keçirən zaman evdə gizlətdiyi 04 ədəd kibrit qutularında olan marixuanaları onlara təqdim etmişdir. X2 Şəmiyev polis şöbəsinə aparmış, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış zamanı üzərində narkotik vasitə marixuana olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində saxladığı qara kağız bükümdə olan marixuananı çıxarıb masanın üzərinə qoymuş, sonra həmin qutu açılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, büküm 01 ədəd zərfə qoyulmuş üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, onun kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-ci il tarixdə “baxış” keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğuna görə, Şahid1 və Şahid3 ilə birlikdə, Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısına gedilmiş, giriş qapısını Təqsirləndirilən şəxs özü açmış və ona xidməti vəsiqələri nümayiş etdirməklə, özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Bu zaman, Təqsirləndirilən şəxs yaşadığı evdə 04 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmiş, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən fərdi yaşayış evinin həyətinə daxil olunmuş, həyətdə olan bir mərtəbəli kürsülü fərdi yaşayış evinə daxil olunmuş, qonaq otağına keçilmişdir. Təqsirləndirilən şəxs qonaq otağında ağ rəngli servant şkafın üstündən 04 ədəd kibrit qutusu çıxarıb təqdim etmiş, içərilərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları müstəntiq tərəfindən açılmışdır. İçərilərində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin 04 ədəd kibrit qutusu içəriərində kütlələrlə birgə 01 ədəd zərfdə qablaşdırılmış, üzəri yazılmış sonra möhürlənərək götürülmüşdür. (İİ-ci cild, i/v: 9-11) - xx.xx.2023-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd qara rəngli kağız büküm çıxarmış içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə müstəntiq tərəfindən keçirilmiş şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirilmiş, içərisində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş poçt zərfinə qablaşdırılmış, dəqiq çəkisini və aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi ilə bağlı ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 137 saylı möhürü ilə möhürlənmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kibrit qutularında olan kütlələr ona məxsusdur, həmin kütləni may ayında əkmiş olduğu çətənə bitkisindən əldə etdiyini, üzərindən və evindən aşkar edilmiş küləni istifadə etmək üçün üzərində saxladığını, evinə baxış zamanı aşkar olunan kütlənin Bəhruz adlı şəxsdən əldə etdiyini bildirsə də məsuliyyətdən yayınmaq üçün adını dediyini, ona qarşı hər hansı zor və güc tədbir edilmədiyini bildirmişdir. (İİ-ci cild i/v: 34-36) -məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/388 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,15qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri-4,63qram, 4,14qram, 4,81 qram, 5,25qram, ümumi çəkisi-18,83qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, ümumi çəkisi-18,98qram olan marixuanalar eyni tərkiblidir. Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İİ-ci cild i/v: 42-45). -məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 840 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən süi-istifadə nəticəsində yaranmış naromaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ-ci cild i/v: 81). - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X3 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-274/2023 nömrəli məktubdan görünür ki, Şəmiyev X1 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur ( i/v 80). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ-ci cild i/v: 71-72 - Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 18.98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 18.88 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evində baxış zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. (İ-ci cild i/v: 1-15) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 18.98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 18.88 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-in 59.1.1 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən süi-istifadə nəticəsində yaranmış naromaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyac var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18.88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18.88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qirx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniyadan məcburi müalicəsi və narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutunçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar