Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-86/2024 07.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 toplanmış kifayət qədər istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri Dəmiryol binası ev 26 mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış mənzilinin arxa giriş qapısının kilidini sındırmaqla qanunsuz içəri daxil olub, qonaq otağındakı şkafın içərisində olan mühürdən 850 manat dəyərində 01 cüt qızıl sırğanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 850 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, istintaqa məlum otmayan mənbədən və tarixdə satış xeyli miqdarda təmiz çəkisi 0,300 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin 0.300 qram psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı Şahid1 ilə qabaqcaqdan razılaşdıqları kimi heç bır mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Şahid1 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ ön kiçik cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0.300 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,074 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda ümumi təmiz çəkisi 0.490 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayonu Qağacılı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində oian qış gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindən 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.051 qram, 0,050 qram, 0,389 qram ümumi təmiz çəkisi 0,490 qram xeyli miqdarda eyni tərkibli narkotik vasitə heroin, 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.038 qram və 0.036 qram ümumi təmiz çəkisi 0,074 qram xeyli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, lakin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə isə təqsirsizdir. Bir neçə ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu dəmiryol xəttinin kənarı ilə piyada gedərkən yerdə 01 ədəd büküm diqqətini çəkdiyi üçün götürüb içərisinə baxdıqda onda gümüşü kağız bükümlər olduğunu görmüş, içərisinə baxdıqda narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğunu bilmiş və şəxsi istifadə elmək üçüm üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Kürdəmir rayonu Qağacılı kəndi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli qolsun qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunda saxladığı içərilərində narkotik vasitə heroin olan 04 ədəd büküm və içərisində limon duzu olan 02 ədəd bükümləri çıxarıb təqdim etmiş, bükümlərin içərisinə müstəntiq tərəfindən baxış keçirilən zaman onlardan 04 ədədinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, 02 ədədində isə ağ rəngli kristal kütlə aşkar olunmuşdur. 04 ədəd bükümdə olan kütlələrin narkotik vasitə heroin, 02 ədəd bükümdə olan kütlənin isə limon duzu olduğunu bildirmişdir. 02 bükümdə ki, kütlələrin yalandan limon duzu olduğunu bildirmişdir. Eləcə də özünə məxsus İNOİ markalı mobil telefonu da çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş üzərindən heç nə aşkar edilməmişdir. Üzərindən aşkar olunan kütlə narkotik vasitə heroin və metamfetamin olmuş, onları xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisində dəmiryol xəttinin kənarından yerdən tapmışdır, şəxsi istifadə etmək üçün üzərində saxfamışdır, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini, həmin ittihamın ona aid olmadığını, özünü həmin maddə ilə təqsirli bilmədiyini, polis şöbəsinin əməkdaşları tərəfindən təzyiq altında ifadə verdiyini, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onun qonşusu olduğu, onun evindən heç zaman oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Şahid4 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təxminən 20 il bundan əvvəl Kürdəmir şəhərindən özünə 1 cüt 10 qram çəkidə olan qızıl sırğa almış, həmin qızıl sırğanı yaşadığı evdə qonaq otağında qab-qaşıq yığılan rəfdə ağ rəngli dəmirdən olan mücrüdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qızı Günelin ad günü olduğu üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedən zaman qızılına baxmış və rəfi açarla bağlayaraq, açarını rəfdə olan digər saxsı qaba qoymuşdur. Amma əri Qabil işləri olduğu üçün Bakı şəhərinə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhərində qızına məxsus olan evdə olan zaman əri Qabil telefonla zəng vurub yaşadıqları evin qapısının qırıldığını, rəfdə olan mücrüdəki 01 cüt qızıl sırğanın isə mücrüdə olmadığını demişdir. Yaşadığı evdən oğurluq olmasını başa düşmüş və bu barədə qızı Könülə demişdir. Qızı Könül də dərhal yanında DİN-nin 102 mərkəzi zəng xidmətinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı evə gəlmiş və evindən oğurluq olmasını tam dəqiqləşdirdikdən sonra Kürdəmir RPŞ-yə müraciət etmişdir. Ona məxsus olan evdən baş vermiş oğurluq nəticəsində 800 manat maddi ziyan dəymişdir. Ona məxsus olan evdən 01 cüt qızıl sırğanın oğurlanmasında qonşusu X2 şübhələnir. Sırğanı oğurlayan şəxs rəfin qapısını qırmadan, saxsı qabda olan açarı götürüb rəfin qapısını açmış və sırğanı mücrüdən oğurlamışdır. Ona məxsus olan evdən xx.xx.2023-cü il tarixdə saat 08 radələrindən elə həmin günü saat 18 radələrinədək keçən müddət ərzində rəfdəki mücrüdə olan 01 cüt qızıl sırğa oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. X4 rayon sakini kimi tanıyır. Lakin onunla heç bir münasibəti hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. X3 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. X1 narkotik vasitə satdığını eşitməmişdir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan X3 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:30 radəfərində X9 rayonu Qağacılı üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Ayaz Qəribov Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir, Ayaz Qəribov ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Ayaz Qəribov üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Ayaz Qəribova yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsim təklif etmişdir. Bu təklifdən sonra Ayaz Qəribov əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Back” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, qutunun içərisinə müstəntiq tərəfindən baxış keçirilən zaman oradan 06 ədəd gümüşü rəngli kağız büküm olması aşkar olunmuş, həmin bükümlər müstəntiq tərəfindən açılaraq içərilərinə baxış keçirən zaman onlardan 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr olması aşkar olunmuşdur. Eləcə də Ayaz Qəribov əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd "İNOİ” markalı mobil telefon, 01 ədəd ‘”Back” markalı siqaret qutusu, 47 manat pul təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Ayaz Qəribovun üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edəməmişdir. 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 47 manat pul və 01 qutu siqaret A.Qəribovun özünə qaytarılmışdır. Aşkar edilmiş 06 ədəd büküm isə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Ayaz Qəribov həmin bükümləri bir gün qabaq Kürdəmir dəmiryol xəttinin kənarından tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin kiçik inspektoru polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; xx.xx.2024-cü il tarixli tutulma protokolundan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə X7 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə X3 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq X5 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Ayaz Qəribov əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd "Back" markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, qutunun içərisinə müstəntiq tərəfindən baxış keçinləri zaman oradan 06 ədəd gümüşü rəngli kağız büküm olması bşkar olunmuş həmin müstəntiq tərəfində açılaraq içərilərinə baxış keçirən zaman onlardan 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlələr olması aşkar olunmuşdur. Eləcə də Ayaz Qəribov əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd “İNOİ” markalı mobil telefon, 01 ədəd “Back” markalı siqaret qutusu, 47 manat pul təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Ayaz Qəribovun üzrəinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 47 manat və 01 qutu siqaret A.Qəribovun özünə qaytarılmışdır. Aşkar edilmiş 06 ədəd büküm isə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Ayaz Qəribov həmin bükümləri bir gün qabaq Kürdəmir şəhərində dəmiryol xəttinin kənarından tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, qohumu Şahid1 psixotrop maddə satmadığını, onunla birlikdə psixofrop maddəni istifadə etdiklərini, 3-4 ay bundan qabaq Kürdəmir şəhərində Qabil aldı şəxsin evindən 01 cüt qızıl sırğa oğurlayaraq aparıb Bakı şəhərində tanımadığı şəxsə satdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v. 33-35, İ cild); İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü İl tarixli 3-16-16/2- 18/397 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş “Ayaz Qəribovun üzərindən...” sözləri və imzalar olan kağız paketdə ki, - 3 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0.050 qram, 0.389 qram, ümumi çəkisi 0.490 qram olan maddələr kustar üsulla pazırianmjş xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli heroindir. - 1 ədəd kağız bükümdə narkotik vasitə heroin izləri vardır, iz mikrohissəciklərl normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikrohissəcik) onun miqdarım və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir.j - 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.038 qram, 0.036 qram, ümumi çəkisi 0.074 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroinin ümumi çəkisi 0,490 qram, cəmi təqiqata sərf edildi 0,04 qram (hər ob 0,02 qram) qalıq 0,034 qram; məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/366 nömrəli rəyində qeyd olunmuşdur ki, 1.Tədqiqata təqdim olunmuş üzərində "...Şahid1 üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.300 qram olan maddə kustar üsulla psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0.300 qram, tədqiqata sərf edildi 0.05 qrani, qalıq 0,250 qram; xx.xx.2024-cü il tarixli, 5(041)-38/2024 nömrəli Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən, X3 ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 xx.xx.2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat- axtarış tədbiri qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-18-16-9/259/2024 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təyini haqqında qərarda qeyd edilən 1 cüt təxminən 10 qram çəkidə, 583 əyarlı, 12 qaşlı deyilən qızıl sırqanın hadisə baş verən tarixə yəni 2023-cü ilin dekbar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 850 manat müəyyən edilmişdir; “TƏBİB" PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanas” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-363/2024 nömrəli məktubdan görünür ki, X7 "Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X8 Filialından alınmış məktuba əsasən X5 əliliyə görə pensiya və ya sosial müavinət ödənilmir. xx.xx.2024-cü il tarixli 1(099)-125/2024 nömrəli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X7 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılmışdır. məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 734 nömrəli rəyinə əsasən X7 psixotrop maddələrdən və narkotik vasitədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoioji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, X3 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.490 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sona qalan 0.400 qram qalığı, təmiz çəkisi 0.074 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatında sonra qalan 0.034 qram qalığı, içərisində heroin izləri olan 01 ədəd kağız büküm cinayətiİşi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kurdərnir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki: 1) X3 üzərindən aşkar edilmiş narkotik vpsitə heroini və psixotrop maddə metamfetannini əldə etiyi mənbəyi müəyyən etmək oynamışdır. Ayaz Qərİbovun hər hansı bır .şəxsə narkotik vasitə satması haqqında məlumat əldp edilməmişdir 2) Ayaz Qəribov psixotrop maddəni alıb gətirib Şahid1 verlnəsində heç bir qazanc əldə etməmişdir. 3) Ayaz Qəribov və Şahid1 qabaqcadan əlbir olmamışlar. 4) Ayaz Qəribov 08,12.2023-cü ıl tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, Vaqif küçəsi, Dəmiryol binası ev 26 mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs qızma məxsus mənzilin arxa giriş qapısının kilidini sındıraraq içəri qanunsuz daxil olub, qonaq otağındakı şkafın içərisində olan mücrüdən 01 cüt qızıl sırğaları gizli yolla talayaraq oğurlamışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 ifadəsinin düzgünlüyünün yerində yoxlanması zamanı Kürdəmir şəhəri, Vaqif küçəsi, Dəmiryol binası ev 26 mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etməsini əyanı olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (i.v. 140-144, İ cild);. mülki iddia ərizəsindən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X5 qarşı mülki iddia ərizəsi ilə müraciət edərək, X3 cinayət əməli nəticəsində ona vurulmuş ziyanın 850 (səkkiz yüz əlli) manat pulun, eləcə də məhkəmə rüsumu olaraq ödədiyi 30 (otuz) manatın, cəmi 880 (səkkiz yüz səksən) manatın alınaraq xeyrinə ödənilməsini xahiş etimişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs A.M.Qəribov ona elan edilmiş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi özünü təqsirli bilməsi, lakin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə isə təqsirli bilməməsi barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs A.M.Qəribov verdiyi ifadəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini, həmin ittihamın ona aid olmadığını, özünü həmin maddə ilə təqsirli bilmədiyini, polis şöbəsinin əməkdaşları tərəfindən təzyiq altında ifadə verdiyini, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onun qonşusu olduğu, onun evindən heç zaman oğurluq etmədiyini bildirsə də, ibtidai istintaq zamanı ifadənin yerində yoxlanması barədə video görüntü ilə protokol tərtib edilmiş və bu hərəkətlər müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, həmçinin bütün bunlarla bağlı A.M.Qəribovun və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin oğurluq etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı A.M.Qəribov və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi (qismən), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetamin və heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.2-ci maddəsinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. X3 cinayət əməlinin təkar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi qiymətləndirilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X3 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ziyanın ödənilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 onun xeyrinə ümumilikdə 850 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-68-ci bəndlərinə əsasən, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayətprosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, X3 özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində Zərərçəkmiş şəxs 850 manat manat ziyan vurulması təsdiq edildiyindən, Zərərçəkmiş şəxs iddiası tam təmin edilməli, X2 850 manat (səkkiz yüz əlli) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu X2 Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə X5 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-125/2024 saylı, 24 may 2024-cü il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X3 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilsin. X2 maddi ziyana görə 850 (səkkiz yüz əlli) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 880 (səkkiz yüz səksən) manat Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 99,74 manat (doxsan doqquz manat, yetmiş dörd qəpik) X2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut- X3 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.049 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatında sona qalan 0.400 qram qalığı, təmiz çəkisi 0.074 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.034 qram qalığı, içərisində heroin izləri olan 01 ədəd kağız büküm hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən X2 850 (səkkiz yüz əlli) manat vurulmuş ziyanın dəyəri və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 880 (səkkiz yüz səksən) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. X5 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvar Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-86/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-86/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver