Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-87/2024 24.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respubliaksı Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə götürülməmiş və ödənilməmiş, evli, Kürdəmir şəhəri, R.Behbudov küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, 01 ədəd konvalyut kəsiyində 03 ədəd qəhvəyi rəngli, dairəvi formalı, hər biri ayrılıqda 0,04 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,12 qram təşkil edən üzərində “Methodone 40” göstəricisi olan narkotik vasitə metadon həbini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 12.10 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı Kürdəmir şəhəri, Rəşid Behbudov küçəsi ev 1-də saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində 03 ədəd qəhvəyi rəngli, dairəvi formalı hər biri ayrı ayrılıqda 0.04 qram olmaqla ümumi miqdarı 0,12 qram təşkil edən narkotik vasitə metadon həbi aşkar edilərək götrülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitlərdən istifadə edir. Özü Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edildiyini və xx.xx.2023-cü il tarixdə 02 ay 24 gün vaxtından əvvəl şərti azad olunduğunu, türmədən çıxıb yaşadığı Kürdəmir rayonuna gələrkən Bakı şəhərində “İnşaatçılar” metro stansiyasının yaxınlığında tanımadığı bir aptekə girərək narkoman olduğunu, türmədən yeni çıxdığını, ağrıları olduğunu və ağrılarının kəsməsi üçün metadon həbinə ehtiyacı olduğunu bildirdiyini, 54 manat pul verib 01 ədəd dərman listi içərisində 06 ədəd metadon həbi aldığını, hər 10-15 gündən bir metadon həbinin ¼% hissəsini istifadə etdiyini, bir müddət sonra isə artıq metadon həbi öz təsirini itirdiyini və qalan 03 ədəd həbi zibil qabına atması üçün cibinə qoyduğunu, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində küçə qapısının döyüldüyünü eşitdiyini, kim olduğunu soruşduqda qapını döyən polis əməkdaşları olduqlarını dediyini və buna görə də qapını açdığını, polis əməkdaşları onun narkotik vasitə istifadə etməkdə, üzərində və evində saxlamaqda və daşımaqda şübhəli olduğu üçün evinə baxış keçirməyə icazə istədiklərini, polis əməkdaşları ilə razılaşaraq baxış keçirilməsinə etirazı olmadığını dediyini və bu barədə ərizə verdiyini, bundan sonra evində narkotik vasitə olub olmamasını soruşanda evində narkotik vasitə olmadığını dediyini, bundan sonra göstərməsinə əsasən öncə həyətə daha sonra isə yaşadığı evə girdiklərini, polis əməkdaşları baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar etmədiklərini, bundan sonra Kürdəmir rayonu polis şöbəsinə gətirildiyini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildirildiyini, üzərində həb olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd dərman listində olan 03 ədəd metadon həbini çıxarıb təqdim etdiyini, həblərə müstəntiq tərəfindən baxış keçirilərkən üzərində “methadon 40” göstəricisi olması müəyyən edildiyini, bundan sonra üzərindən “Samsung DUOS” markalı mobil telefonu, 01 ədəd “Prima” markalı siqareti, 01 ədəd alışqanı və salfet kağızı çıxarıb təqdim etdiyini, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya və predmet aşkar olunmadığını, 01 ədəd “Prima” markalı siqaret, 01 ədəd alışqan və salfet kağız iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, “Samsung DUOS” markalı mobil telefon isə ayrıca götürüldüyünü, 01 ədəd dərman listi içərisində olan 03 ədəd həb ilə birgə 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri möhürləndiyini, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərindən aşkar olunan 01 ədəd konvalyut kəsiyi içərisindəki 03 ədəd həb metadon həbi olduğunu, həbi 2023-cü ilin dekabr ayında türmədən çıxarkən Bakı şəhəri, İnşatçılar metrosunun yaxınlığındakı tanımadığı aptekdən aldığını, əvvələr istifadə etsə də aşkar olunan həbləri təsirini itirdiyi üçün zibil qutusuna atmaq üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini, üzərində aşkar edilmiş “Samsung Duas” markalı mobil telefon üzərində istifadəsində olan ***-***-**-** saylı və əzbər bilmədiyi Azərfona məxsus mobil nömrə olduğunu bildirmişdir. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də CAB-ın əməliyyat müvəkkilli vəzifəsində işləyir, Kürdəmir RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir şəhəri, Rəşid Behbudov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi və yaşadığı evdə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri, Rəşid Behbudov küçəsi 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, küçə qapısını döydükdə Təqsirləndirilən şəxs qapını açdığını, Rövşənin təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçrilməsi haqqında qərarla müstəntiq tərəfindən tanış edildiyini, bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı evə baxış keçirildiyini, Rövşənin yaşadığı evdə hec bir qanunsuz əşya və predment aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirdiklərini, RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Rövşəndən üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildirildiyini, Rövşənin üzərində həb olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd dərman listində olan 03 ədəd metadon həbini çıxarıb təqdim etdiyini, həblərə müstəntiq tərəfindən baxış keçirilərkən üzərində “Methadon 40” göstəricisi olması müəyyən edildiyini, bundan sonra Rövşənin üzərindən “Samsung” markalı mobil telefonu, 01 ədəd “Prima” markalı siqareti, 01 ədəd alışqanı və salfet kağızı çıxarıb təqdim etdiyini, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya və predmet aşkar olunmadığını, 01 ədəd “Prima” markalı siqaret, 01 ədəd alışqan və salfet kağız iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, “Samsung” markalı mobil telefon isə ayrıca götürüldüyünü, 01 ədəd dərman listi içərisində olan 03 ədəd həb ilə birgə 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN-nin “137” nömrəli möhürü ilə möhürləndiyini, zərflər iştirakçılar tərəfindən imzalanaraq Ekspertizaya təqdim olunacağı bildirildiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə verib onu göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Arayışlar üçün N137” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həb (imza) Təqsirləndirilən şəxs“ yazısı və imzalar olan zərfdəki, üzərində ”Methadone 40” markalanma göstəricisi olan konvalyutda, üzərlərində “F/M40” yazısı həkk olunmuş 3 (üç) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir və 3 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,12 qram təşkli edir. (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 3 ədəd həbdən 1 həb tədqiqata sərf edildi 2 ədəd qalıq qaldı. (bax iş vər, 50-54) İş materiallarına əəlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 962 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabietdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər 145) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-387/2024 nömrəli məktubundan görünür ki, Əhmədov X5 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr qeydiyyatında yoxdur. Lakin narkoloqun qeydiyyatında durur. (bax iş vər, 105) İş materiallaırına əlavbə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X7 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-20471-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. (bax cild İ, vər 48) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Əhmədov X5 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli AMNİSTİYA qərarının 1.1ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 06 ay 03 gün vaxtından əvvəl azad olunmuşdur. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri rayon məhkəməsinin qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilib. xx.xx.2019-cu ildə şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli AMNİSTİYA qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldımışdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. (bax iş vər. 96-99) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 666 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər,152). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 153) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (bax iş vər, 75-79) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməli özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, sübut olundu ki, o, hazırki cinayət əməlini törətmiş və onun əməli məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən onun əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və Ərazi narkoloji dispanseridə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkməsinun başlanğıcı şübhəli şəxs kimi tutulduqları gündən, yəni 05 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd narkorik maddə olan metadonun qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə və yaşadığı evə baxış zamanı videogörüntülərin qeydə alındığı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 114 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 108 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı 05 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd ümumi təmiz çəksisi 0,12 qram və ekspertiza tədqiqatından sonra qalıq qalan narkorik maddə olan metadonun 02 ədəd qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN- ********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 18 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 108 (bir yüz səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-87/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-87/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver