Məhkəmə qərarları › İş №1(041)-87/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-87/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-87/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, H.Əliyev prospekti məhəllə 1, ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, xeyli miqdarda təmiz çəkisi 6.09 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə, saat 01:00-da radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri Soltan Şıxaliyev küçəsində saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli qış gödəkcəsinin ön sol yan cibində 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6.09 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan 3 aydır ki, ara bir istifadə edir. Təxminən 3-4 gün əvvəl Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsi ilə hərəkət edən zaman zibil qutusunun kənarından keçəndə bir ədəd kibrit qutusunu görərək ayağı ilə vurmuş, qurudulmuş marixuananın yerə dağıldığını görmüşdür. O da dağılmış narkotik vasitəni yığmışdır. Sonra həmin kibrit qutusunun götürüb istifadə etmək üçün üzərində saxlamışdır. Həmin vasitənin üzərindən 1 dəfə istifadə etmişdir. Həmin kütləni üzərində istifadə etmək üçün üzrərində gəzdirmişdir. xx.xx.2025-cü il tarixdə saat 01 radələrində Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsi ilə hərəkət edən zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirmişlər. Bundan sonra onlar videoçəkliş vasitəsi ilə üstünü yoxlamışlar. Üzərində qanunla qadağan olunan hər hansı əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuşdur. Üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, gödəkcəsinin sol yan cibində 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra üzəri yoxlanmışdır. Üzərində başqa qanunsuz hər hansı əşya və predment aşkar edilməmişdir. Sonra təqdim etdiyi kütləyə baxış keçirilmiş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olaması müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitəyə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Təqdim etdiyi kütlə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin kütləni Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində olan zaman yerdən tapmışdır. Həmin kütləni istifadə etmək üçün üzərində saxlamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Heç bir formada ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Əməlindən peşimandır. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-cü il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quliyev X6 şəhəri S.Şıxaliyev küçəsində saxlanılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin ön sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid2 verilmiş suallara cavabında həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 9.36 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə marixuana ona məxsusdur, həmin kütləni 3-4 gün əvvəl S.Şıxaliyev küçəsində tapmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdşir (i/v: 1); xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edildi ki, Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2, Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X10 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq Şahid2 Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin ön sol yan cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid2 tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən üzərində qanunsuz hər hansı əşya və ya predment aşkar edilməmişdir. Sonra həmin kütlə saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, hər hansı şəxsə satmaq niyyəti olmadığını bildirmişdir (i/v: 10- 12); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 01:50-də Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 16-18); xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş marixuananın qablaşdırıldığı ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2, Kürdəmir RPŞ-nin RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X10, RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitanı X4, Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibrit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən marixuananın qablaşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 9.36 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə marixuana ona məxsusdur, həmin kütləni 3-4gün əvvəl S,Şıxaliyev küçəisində tapmışdır (i/v: 33-35); məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/181 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan ümumi sayı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6.09 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 6.09 qram, tədqiqata sərf olundu- 0,02 qram, qalıq- 6.07 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (i/v: 41-44); xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə saat 20:20-də barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 46, 57-59); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6.09 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.07 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmüş əşyalara baxış keçirilməsi zamanı aparılan videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işində saxlanılmışdır (i/v: 62-63); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 354 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs H.Əliyev prospekti məhəllə 1 ev 4 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası- 1976-cu il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i/v: 73-74); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i/v 81-82); xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X15 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır (i/v: 83); “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-369/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i/v: 84); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 605 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkmaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v: 85); Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından elektron çıxarışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs anası X9 orqanizmin fuksiyasının 90 % pozulması ilə birinci dərəcə müddətsiz əlildir. Əlillik səbəbi- ümumi xəsəlik, diaqnoz: böyrəyin böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, sağ böyrəyin xərçəngi, sağtərəfli radikal nefrektomiyadan sonrakı vəziyyət. Prosqressivləşmə. Hər iki ağciyərə, divararalığı sol paraaortal sahədə patoloji LAP. rp TxNxM1 İV mərhələ. Əmək qabiliyyətsizdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İ siyahının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək peşiman olmasını bildirməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum edilməməsini, himayəsində olan anasının ağır xəstəliyi (böyrəyin böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, sağ böyrəyin xərçəngi, sağtərəfli radikal nefrektomiyadan sonrakı vəziyyət. Prosqressivləşmə. Hər iki ağciyərə, divararalığı sol paraaortal sahədə patoloji LAP. rp TxNxM1 İV mərhələ) iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:50dən xx.xx.2025-ci il tarixdə saat 20:20-yə dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ-nin MSY-də saxlanılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Quliyev X6 şəhəri, H.Əliyev prospekti, məhəllə 1, ev 4-də qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evini yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6.09 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.07 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6.09 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.07 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmüş əşyalara baxış keçirilməsi zamanı aparılan videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 10 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (bir yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar