Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-88/2025 15.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 uşaq atası, ali təhsilli, məhkum olunmamış, fərdi sürücü, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 22:10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə riayət etməyərək 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 120 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz Vito» markalı vaqon tipli **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən 197ci kilometirliyində Qazax istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobili 7,4 metr enliyində iki zolaqdan ibarət olan hərəkət hissəsinin sağ hərəkət zolağında idarə edərkən piyadanın yolu sağdan sola keçməsini nəzərə alaraq vaxtında avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, yəni avtomobili sol hərəkət zolağına çıxartmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, öz hərəkət zolağında qalıb avtomobili vaxtında tormozlamayaraq sağ zolaqdan sola istiqamətləndirərək hərəkət üçün təhlükə yaratmaqla əks istiqamətli hərəkət hissəsini ayıran ayırıcı zolaqdan sağa doğru 1,8 metr məsafədə sürücünün hərəkəti istiqamətində sağdan sola keçən 1967-ci il təvəllüdlü yüngül sərxoşluq vəziyyətində olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın sümüyünün sınığı, sol qamış və incik sümüklərinin aşağı 1/3 hissəsinin açıq qəlpəli yerini dəyişmiş sınıqları, başın təpə, ənsə, gicgah, üzün sol nahiyəsinin, burunun, üst və alt dodağın əzilmiş-cırılmış yaralan, sol əlin ovuc, üst, İİİ barmağın, sol dirsəyin əzilmiş-cırılmış yaraları, sol əlin İ barmağı bükən vətərəin zədələnməsi, sağ əlin üst və ovuc səthinin əzilmiş yaraları, sol baldırın aşağı 1/3 hissəsinin İİ barmağın əzilmiş-cırılmış yaraları kimi xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, BCDE kataqoriyalı sürücüdür. Özünə məxsus “Mercedes-Benz Vito” markalı vaqon tipli **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilii var. Avtomobili adına sənədləşdirməmiş, avtomobili baş etibarnamə ilə idarə edir. 20 sentyabr 2024-cü il tarixdə Bakı şəhər ərazisindən tanımadıqları şəxsləri avtomobilə götürərək Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yükü olmamışdır. Saat 22:00 radələrində qaranlıq və quraqlıq hava şəraitində Bakı-Qazax yolunun Kürdəmir rayonunun ərazisindən keçən hissəsində Qazax istiqamətində sağ hərəkət zolağında 120 km/saat sürətlə hərəkətdə olmuş. Yol boş olmaqla hərəkətdə olan və dayanan avtomobil olmamışdır. Avtomobili yaxın məsafəyə vuran fara işıqları ilə idarə etmiş, yaxın məsafəyə vuran fara işıqları təxminən 15-20 metr məsafəni tam işıqlandırmışdır. Arabir uzağa vuran işıqları yandırıb-söndürürmüş, uzaq məsafəyə vuran fara işıqları təxminən 40-50 metr məsafəni tam işıqlandırırmışdır. Təxminən 10 metr məsafədən yolun sağ kənarında olan ehtiyat hissədə bir nəfər kişinin dayandığını görmüş, həmin an kişi ehtiyat hissədən yola daxil olaraq yolun sağ kənarından sol kənarına doğru düzünə adi qaçışla qaçaraq keçməyə başlamışdır. Kişi yolu keçməsin deyə səs siqnalından və işıqları yandırıb-söndürərək işarə etmiş, avtomobili sol hərəkət zolağına çıxarıb ötüb keçmək istəmişdir. Piyada gəldiyi kimi də avtomobilinin qabaq sağ qanadına, sağ güzgüyə və sağ qapıya çırpılaraq asfalt üzərinə yıxılmışdır. Dərhal qəza işıqlarını yandıraraq avtomobilini sağ ehtiyat hissəyə çıxarıb saxlamış, yerə düşərək köməklik göstərmək üçün piyadaya yaxınlaşmışdır.Sonradan vurduğu şəxsin Zərərçəkmiş şəxs bilmişdir. Piyada xəsarət aldığı üçün 102 və 103 xidmətlərinə zəng edib özünü təqdim edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerində qalıb baxış keçirilməsində iştirak etmiş, piyadanı gördüyü yeri, yola daxil olduğu və vurduğu yeri göstərmiş, protokol və sxem tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Onlar barışmışlar və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonunun ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində yolun sağ kənarındakı ehtiyat hissədən yola daxil olub keçərək sol zolaqda olarkən “Mercedes-Benz Vito” markalı avtomobil onu vurmuş, o, yerə yıxılmış, sonra nə baş verdiyindən xəbəri olmamışdır. Səkkiz ay müalicə və əməliyyat olunmuş, bu müddət ərzində almış olduğu xəsarətlərin ağırlığına görə hadisəni xatırlamamışdır. Hazırda müalicəsi ev şəraitində davam edir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə istintaqında iş üzrə Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. O, xx xxxxxx 1967-ci il tarixində Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatdadır, onlarla birlikdə yaşayır. Atası 20 sentyabr 2024-cü il tarixində axşam saatlarında Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən Bakı-Qazax yolunun Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarındakı ehtiyat hissədən yola daxil olaraq yolun sol kənarına doğru restoran istiqamətinə keçərkən Qazax istiqamətində hərəkətdə olan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz Vito markalı minik avtomobili ilə atasını sol hərəkət zolağında vurmuş, atası ağır bədən xəsarətləri almışdır. Atası Kürdəmir MRX-na yerləşirilmiş, müalicəsini davam etirmək üçün Bakı şəhərində yerləşən X2 göndərilmiş və həmin xəstəxanada əməliyyat olunmuş, hal-hazırada da müayinə və müalicə olunur. O, hadisə zamanı Rusiya Federasiyasında olmuş, hadisənin canlı şahidi olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Kürdəmir rayon şöbəsinin rəisi Zahir Hüseynov tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 450 №-li ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - alın sümüyünün sınığı, sol qamış və incik sümüklərinin aşağı 1/3 hissəsinin açıq qəlpəli yerini dəyişmiş sınıqları, başın təpə, ənsə, gicgah, üzün sol nahiyəsinin, burunun, üst və alt dodağın əzilmiş-cırılmış yaraları, sol əlin ovuc, üst, İİİ barmağın, soldirsəyin əzilmişcırılmış yaraları, sol əlin İ barmağı bükən vətərin zədələnməsi, sağ əlin üst və ovuc səthinin əzilmiş yaraları, sol baldırın aşağı 1/3 hissəsinin İİ barmağın əzilmiş-cırılmış yaraları küt əşya tərəfindən törənmişdir. 20 sentyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yolu keçən piyadanın avtomobillə vurulması nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd edilən xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli hal olan sağlamlığa ağır zərər vurmaya aid edilir. - Tibbi ərazi bölmələrini idarəetmə birliyinin Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 21 sentyabr 2024-cü il tarixli 274 №-li aktda Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin olmadığı qeyd edilmişdir. - Tibbi ərazi bölmələrini idarəetmə birliyinin Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 21 sentyabr 2024-cü il tarixli 275 №-li aktda Zərərçəkmiş şəxs həmin tarixdə saat 00:30-da yüngül alkoqol sərxoşluğu vəziyyətinin olduğu qeyd edilmişdir. - “Mercedes-Benz Vito” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmaması, onun hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmadığı müəyyənləşdirilməsi üçün yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04 dekabr 2024-cü il tarixli 8/2954 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1.2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz Vito” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli 3-13-16/2-166162/2024 №li məktubunda DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD seriyalı 042742 nömrəli BCDCE katoqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatın qeydə alınmadığı göstərilmişdir. - DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasının məlumatlarına əsasən xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. - Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 344 nömrəli, 03 aprel 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2005-ci il təvəllüdlü qızı Nərgiz və 2010-cu il təvəllüdlü qızı Nigar) ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisənin sxemi, hadisə yerindən çəkilmiş fotoşəkillər və disk, nəqliyyat vasitələrinə aid sənədlər, sürücülük vəsiqələri və digər sənədlər əlavə edilmişdir. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, ekspert rəyləri, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eksperti rəyləri ilə, habelə iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunub. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin tələbinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilməli, həmçinin Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutulması hissəsində icra edilməsi Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut olan “Mercedes-Benz Vito” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik atomobili sahibində saxlanılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 14 saat hüquqi yardıma görə 154 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutulması hissəsində icra edilməsi Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olan “Mercedes-Benz Vito” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 154 (yüz əlli dörd) manat xidmət haqqı ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-88/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-88/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver