Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-89/2025 01.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazova Göyçək Kamil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, evli, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.260 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ciil tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli şalvarın qabaq sol cibindən 05 ədəd kağız bükümdə, təmiz çəkiləri 0.06 qram, 0.061 qram, 0.057 qram eyni tərkibli və 0.042 qram, 0.04 qram eyni tərkibli, ümumi təmiz çəkisi 0.260 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, evlidir, 3 azyaşlı uşağı var. Psixotrop maddə metamfetamindən təxminən 1 ildir ki istifadə edir. Təxminən xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndi ərazisində gəzərkən, yerdə bütöv siqaret qutusunu görmnüşdür. Həmin siqaret qutusunu istifadə etmək üçün götürmüşdür. Həmin siqaret qutusunu götürüb içərisinə baxdıqda, içərisində bir ədəd sellofan torbacığın içərisində siqaretin gümüşü kağız bükümlərini görmüşdür. Həmin bükümləri açıb baxanda içərisindəkilərin “Patı” yəni psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümləri sellofan qarışıq götürüb əynində olan şalvarın cibinə qoymuşdur. Həmin bükümlərdən bir neçəsini çəkərək istifadə etmişdir. Qalan bükümləridə yenidən cibinə qoymuşdur. xx.xx.2025-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində piyada gəzərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat axtarış keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra videoçəkililə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış üzərində narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Üzərində “Patı” yəni metamfetamin olduğunu etiraf etmişdir. Bunu deyib əynində olan şalvarın qabaq sol cibində saxladığı 01 ədəd sellofan torbacığın içərisində olan 06 ədəd kağız bükümlərdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış bir bir içərilərinə baxılmışdır. Bükümlərin hər birinin içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs göstərdi ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış metamfetaminin olduğu zərfdə baxış keçirilmişdir. Bükümlərdən biri elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.08 qram olması, eləcə də sellofan torbacıq içərisindəki kütlələrlə birlikdə çəkilmiş və təxmini çəkisinin 0.78 qram olması müəyyən edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, özü fərdi qaydada fəhləçilik edərək ailəsini dolandırır. Üzərindən aşkar edilmiş 05 ədəd kağız bükümdə olan 0.260 qram çəkidə psixotrop maddə metamfetamin özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin metamfetamini üzərində saxlamışdır. Həmin bükümləri ayırmamış elə ayrı ayrı bükümlərdə tapmışdır. Tapdığı bükümlərin bir hissəsini çəkərək istifadə etmişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkkəmə iclasında veri ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Lakin onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Qağacılı kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində onun, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X5, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Qəribov X4 rayonu, Xırdapay kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində psixotrop maddə metamfetamin vardır. Bunu deyib əynində olan göy rəngli şalvarın qabaq sol cibindən bir ədəd sellofan kəsiyində olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm tərəfindən açılıb içərisinə baxıldıqda içərisində siqaretin gümüşü kağızına qablaşdırılmış ümumilikdə 06 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər tərəfindən açılıb içərisinə baxıldıqda hər birinin içərisində ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə “patı” və ya psixotrop maddə metamfetamindir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.11 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan kəsiyində olan bükümlər hamısı bir yerdə çəkilmiş və təxmini çəkisinin 0.78 qram olması müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 verilmiş suallara cavabında həmçinin bildirdi ki, təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin metamfetamini 3 gün əvvəl tapmışdır, istifadə etdiyindən götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstədiyi xüsusatları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş: 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə başlanılmışdır (i/v 1); xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X5, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq Şahid2 Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində psixotrop maddə metamfetamin vardır. Bunu deyib əynində olan göy rəngli şalvarın qabaq sol cibindən bir ədəd sellofan kəsiyində olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm tərəfindən açılıb içərisinə baxıldıqda içərisində siqaretin gümüşü kağızına qablaşdırılmış ümumilikdə 06 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər tərəfindən açılıb içərisinə baxıldıqda hər birinin içərisində ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür (i/v 9-11); Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16.00-da şübhəli şəxs kimi tutulmuşdur (i/v 29-30); xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1, Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə “patı” vəya psixotrop maddə metamfetamindir. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdirr ki, həmin zərf onun üzərindən aşkar edilən psixotrop maddənin qablşdırıldığı zərfdir, zərfin tamlığı pozulmayıb, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd sellofan kəsiyi bükümü aşkar edilmişdir. Həmin sellofan kəsiyinin içərisində baxıldıqda içərisində ki bükümlərin dağınıq formada olduğu üçün onları bir bir çıxarmaq mümkün olmamışdır. Lakin içərisində bir ədəd büküm çıxarıb içərisinə baxıldıqda içərisində ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.11 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan kəsiyində olan bükümlər hamısı bir yerdə çəkilmiş və təxmini çəkisi 0.78 qrram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin metamfetamini 3 gün əvvəl tapmışdır, istifadə etdiyindən götürüb üzərində saxlamışdır (i/v 36-38); Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-cü il tarixli 18/197 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan paketdə 01 ədəd polietilen torbacığın içərisində psixotrop maddə metamfetamin izləri vardır. 01 ədəd gümüşü rəngli kağız bükümün içəisində psixotrop maddə metamfetaminin izləri vardır. iz mikrohissəikləri normal çəki təşkil etmədiyindən ((elektron tərəzinin ölçmə həddindən xaricmikroçəki) vəə bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və əqdim edilən maddələr lə eyni tərkibli olub-olamadığını müəyyən etmək mümkün deyildir. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.06 qram, 0.042 qram, 0.04 qram, 0.061 qram, 0.057 qram ümumi təmiz çəkisi 0.260 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 1,4,5 nömrəli obyekt olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş 2,3 nömrli obyekt olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir.. Tədqiqata təqdim olunmuş1,4,5 nömrəli obyekt olan psixotrop maddə metamfetmainlər ilə 2,3 nömrəli obyekt olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə görə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli deyildir metamfetaminin təmiz çəkisi 0.260 qram, tədqiqata sərf olundu 0,10 qram, qalıq 0.160 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpikr) manatdır (i/v 45-49); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14.40-da Kürdəmir RPŞ MSY-dən azad edilmiş və barəsində polisin nəzarti altına vermə qətimkan tədbiri seçilmişdir (i/v 66-67); Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, 1) Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il azaldılıb, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 ay 24 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 85-89); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-1238/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. Narkoloji qeydiyyatda durur (i/v 90); Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 238 nömrəli arayış, xasiyyətnamə və sənədlərin surətlərindən görünür ki, Qəribov X4 rayonunun Qağacılı kəndində yaşayır, ailə tərkibi arvadı S.Ş.Qəribova, oğluxx.xx.2010-cu il təvəllüdlü İ.Təqsirləndirilən şəxs, oğlu- xx.xx.2016-cı il təvəllüdlü Ə.Təqsirləndirilən şəxs və qızı-xx.xx.2025-ci il təvüllüdlü N.Təqsirləndirilən şəxs adlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 103-110); Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdadfiə Fondu 1 saylı X7 Filaialının xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X7 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir (i/v 111); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 792 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v 123); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, DVD disk və digər sənədlər sübut kimi qiymətləndirilmiş, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0,260 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,160 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (i/v 125-135). Məhkəmə toplanmış sübutları tam, hərtərəfli və müqayisəli təhlil edərək qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməli özünün etirafedici ifadəsi, şahid ifadələri, habelə iş materialları ilə, həmçinin ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, o, ittiham olunduğu maddə ilə təqsirlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İİ siyahının 118-ci bəndinə əsasən metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasını (qızı-xx.xx.2010cu il təvəllüdlü İ.Təqsirləndirilən şəxs, oğlu- xx.xx.2016-cı il təvəllüdlü Ə.Təqsirləndirilən şəxs və qızı-xx.xx.2025-ci il təvüllüdlü N.Təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar nəzərə alır, onun əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, onun sonuncu cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli, onun ərazi narkoloji dispanseridə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 0,160 qram metamfetaminin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 31.95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 187 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 01 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmr RPŞ-nin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonra 0,160 qram metamfetaminin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN- ********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 17 saat hər iş saatına 11 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 187 manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-89/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-89/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver