Məhkəmə qərarları › İş №1(041)-9/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-9/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-9/2023 14.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1988-ci ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri 69-cu məhəllə, Q.Nəbi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin və psixotrop maddələrin siyahısı”na daxil olan, ümumi təmiz çəkisi - 4,08 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd bükümdə - 0,24 qram çəkidə olan hissəsini xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Aran qəsəbəsində “Bolmart” ticarət mərkəzinin yaxınlığında tanışı Şahid3 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 10 manat pul müqabilində satmış, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid3 Kürdəmir şəhəri Aran qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,24 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 20 radələrində əməliyyat və istintaq tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Aran qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən 01 ədəd salfet bükümdə təmiz çəkisi - 3,84 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, arada bir qurudulmuş marixuanadan istifadə edir. X8 tanıyır və uşaqlıqdan da bir yerdə böyümüşlər. O, dəfələrlə Elxanla bir yerdə marixuana çəkmiş və sonuncu dəfə onlar bir yerdə marixuana çəkdikdən sonra az miqdarda qalan marixuananı gələcəkdə istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxmin 20 radələrində Kürdəmir şəhərində 69-cu məhəllə adlanan yerdə olarkən polis əməkdaşları onu saxlayıb onun narkotik vasitəni saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib, Kürdəmir RPŞ-nə gətirərək 2 nəfər şahidin və 1 nəfər müdafiəçinin iştirakı ilə üzərinə baxıış keçirilən zaman üzərində saxladığı salfet bükümdə olan qrudulmuş marixuananı polis əməkdaşlarını təqdim etmişdir. İzahatı alınan zaman polis əməkdaşlarındn qorxaraq tanışı Şahid3 da narkotik vasitə olan marixuananı satdığını demişdir. O, Şahid3 marixuana satmamışdır, lakin özü istifadə edəndir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilir. Kürdəmir rayonu Qarasaqqal kəndində qediyyatda olmaqla Kürdəmir rayonu 69-cu məhəllədə ailə üzvlərilə birlikdə yaşayır. Üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı qeyd etmək istəyir ki, o, qurudulmuş marixuanadan 14 ildir ki, istifadə edir. 2022-ci ilin may ayında qonşusu Şahid3 ona ad günündə istifadə etmək üçün marixuana tapmağını demişdir. O, da 2021-ci ildə öz istifadəsi üçün əkib-becərdiyi marixuananın qalan hissəsindən 01 bükümünü xx.xx.2022-ci il tarixdə saat 18 radələrində istifadəsində olan ***-***-**-** saylı telefonla Elxanın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək onu “Bolmart” ticarət məntəqəsinin yaxınlığına çağırmışdır. O, Elxanla görüşüb ona 01 ədəd kağız bükümdə marixuana vermiş və o, da qarşılığında ona 10 manat pul vermişdir. Marixuananın qalan hissəsini isə salfet kağızına, daha sonra isə sellofana bükərək cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir şəhəri 69-cu məhəllədə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamağında əsaslı şübhələrin olduğunu bildirərək, onun barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər. O, bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də o, şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmişdir. O, da ona təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil X10 ilə təmin edilmişdir. Bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa onu təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd polietilen büküm çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılarkən, içərisində ağ rəngli salfet büküm aşkar edilmişdir. Salfet bükümün içərisinə baxış keçirilən zaman içərisindən yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd “KQT tel” markalı mobil telefon, bir ədəd 50 qəpiklik pul və bir ədəd siqaret aşkar edilmişdir. Aşkar edilmiş pul və siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Aşkar edilmiş büküm salfetlə birgə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin - 4,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd salfet bükümündə olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 3,84 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. Həmin narkotik vasitən 2021-ci ildə evinin yaxınlığında əkib becərdiyi marixuananın qalan hissəsidir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. xx.xx.2022-ci il tarixdə o, 10 manat pul qarşılığında Şahid3 01 büküm qurudulmuş marixuana satmışdır. Məhkəmə iclasında şaid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı qeyd etmək istəyir ki, o, qurudulmuş marixuanadan 1 ildir ki, istifadə edir. 2022-ci ilin may ayında ad günündə istifadə etmək üçün qonşusu Təqsirləndirilən şəxs marixuana tapmasını demişdir. xx.xx.2022-ci il tarixdə çayxanada çay içərkən Amid ona Bakıdan marixuana gətirdiyini, 10 manat müqabilində ona satacağını bildirmişdir. O, Amidlə razılaşdıqdan sonra marixuananı axşam məhləyə gəlib verəcəyini bildirmişdir. Amid həmin günü saat 18 radələrində istifadəsində olan ***- ***-**-** saylı telefonla onun ***-***-**-** saylı nömrəsinə zəng edərək onu “Bolmart” ticarət məntəqəsinin yaxınlığına çağırmışdır. O, Amidlə görüşdükdə ona 01 ədəd kağız bükümdə marixuana vermiş və o, da qarşılığında ona 10 manat pul vermişdir. Amid marixuananı pul ilə aldığı üçün ondan 10 manatı götürdüyünü əks halda pul götürməyəcəyini bildirmişdir. O, 01 ədəd kağız bükümdə olan marixuananı sellofan bükümə qoyaraq yaşadığı evin həyətində otların arasında gizlətmişdir. O, xx.xx.2022-ci il tarixdə 01 ədəd bükümdə olan marixuananı otların arasından götürüb istifadə etmək üçün şalvarının sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Kürdəmir şəhəri Aran qəsəbəsində olarkən ona Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamağında əsaslı şübhələrin olduğunu bildirərək onun barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər. O, bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də o, şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmişdir. O, da ona təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil X5 ilə təmin edilmişdir. Bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa onu təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə “ot” yəni qurudulmuş marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd polietilen kəsiyini çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açıldıqda içərisində 01 ədəd kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş kağız büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılarkən, içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman cins şalvarının sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və 0,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. O, həmin narkotik vasitəni ad günündə çəkmək üçün qonşusu Təqsirləndirilən şəxs 10 manat pul qarşılığında almışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir şəhər Aran qəsəbəsi ev 1/58-də yaşayan Şahid3 şəhər sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Şahid3 bir qədər kənardan izləyib, saat 18:00 radələrində Kürdəmir rayonu Aran qəsəbəsində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Şahid3 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şahid3 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X5 ilə təmin edilmişdir. Şahid3 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Şahid3 yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının ön sağ kiçik cibindən 01 ədəd polietilen kəsiyini çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açıldıqda içərisində 01 ədəd kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş kağız büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılarkən, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman, 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və 0,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır. Şifahi soğru zamanı Şahid3 bildirmişdir ki üzərindən aşkar edilmiş kütlə qurudulmuş marixuanadır, ona məxsusdur və həmin kütləni 10-15 gün əvvəl tanışı Amid adlı şəxslə Aran qəsəbəsində görüşüb 10 manat pul müqabilində almışdır. Həmin məlumatın yoxlanılması üçün xx.xx.2022-ci il tarixdə RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 20:00 radələrində Kürdəmir rayonu Aran qəsəbəsində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X10 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarın qabaq sağ ön cibindən 01 ədəd polietilen büküm çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılarkən, içərisində ağ rəngli salfet büküm aşkar edilmişdir. Salfet bükümün içərisinə baxış keçirilən zaman içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd “KQT tel” markalı mobil telefon, bir ədəd 50 qəpik pul və 01 ədəd siqaret aşkar edilmişdir. Aşkar edilmiş pul və siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Aşkar edilmiş büküm salfetlə birgə elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 4,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd salfet bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır.Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qurudulmuş marixuana onun özünə məxsusdur. 2021-ci ildə çətənə kolu əkib becərmişdir. Sonuncu qalan hissəsi onun üzərindən aşkar ediləndir. Şahid3 tanıyır, təxminən 15 gün əvvəl Aran qəsəbəsində Elxanla görüşüb ona 10 manat pul müqabilində qurudulmuş marixuana satmışdır. Şahid3 rayon sakini kimi tanımışdır. Lakin onunla heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şahid3 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Lakin onunla heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri faktları təsdiq etdilər. İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi – 3,84 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətəndə Şahid3 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətəndə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “Bolmart” ticarət mərkəzinin yaxınlığında narkotik vasitə qurudulmuş marixuananı 10 (on) manat müqabilində Şahid3 qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı mənbədən, necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. (bax iş vər.149) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri Aran qəsəbəsi ev 1/58-də yaşayan Şahid3 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən bir ədəd polietilen kəsiyini çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açıldıqda içərisində bir ədəd kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş kağız büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılarkən, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman, bir ədəd Nokia markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və 0,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır.Şifahi soğru zamanı Şahid3 bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə qurudulmuş marixuanadır. Həmin bükümü 10-15 gün əvvəl tanışı Amid adlı şəxslə Aran qəsəbəsində görüşüb 10 manat pul müqabilində almışdır. Amidlə telefon vasitəsi ilə əlaqə saxladığını və Amidin adına telefonda “Amid” kimi qeyd etdiyini bildirmişdir. Şahid3 üzərindən aşkar edilmiş “NOKİA” markalı mobil telefona baxış zamanı Amid adlı şəxsin ***-***-**-** nömrəsi olduğu müəyyən edilmiş və Şahid3 bildirmişdir ki, həmin nömrə ilə əlaqə saxlayaraq ondan qurudulmuş marixuananı pul müqabilində almışdır.(bax iş vər.32- 34) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ ön cibindən bir ədəd polietilen büküm çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılarkən, içərisində ağ rəngli salfet büküm aşkar edilmişdir. Salfet bükümün içərisinə baxış keçirilən zaman içərisindən yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd “KQT tel” markalı mobil telefon, bir ədəd 50 qəpiklik pul və bir ədəd siqaret aşkar edilmişdir. Aşkar edilmiş pul və siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qurudulmuş marixuana onun özünə məxsusdur. 2021-ci ildə çətənə kolu əkib becərmişdir. Sonuncu qalan hissəsi onun üzərindən aşkar ediləndir. Şahid3 tanıyır, təxminən 15 gün əvvəl Aran qəsəbəsində Elxanla görüşüb ona 10 manat pul müqabilində qurudulmuş marixuana satmışdır. Aşkar edilmiş büküm salfetlə birgə elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 4,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd salfet bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içərisi boş ağ rəngli poçt zərfində qablaşdırılaraq möhürlənmiş və iştirakçlar tərəfindən imzalanmışdır. (bax iş vər.66-68) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/687 nömrəli rəyində qeyd olunmuşdur ki,tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi – 3,84 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid3 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0,24 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.01 ədəd salfet bükümdə və 01 ədəd kağız bükümdə olan marixuana eyni tərkiblidir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/687 nömrəli rəyindən görünür ki, marixuananın ümumi təmiz çəkisi-4,08 qram, tədqiqata sərf edildi-0,04 qram, 4,04 qaram qalıq qalmışdır. (bax iş vər. 76-79) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1xx-xx/220600084 nömrəli məktubdan görünür ki, Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi – 0,24 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan -0,22 qram qalığı və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi – 3,84 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan -3,82 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (bax iş vər.122-125) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1289 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 150) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 139) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 591 nömrəli məktubdan görünür ki, Novruzov X7 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 138) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 82 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideyni, arvadı və xx.xx.2012-ci il təvəlüdli Məhəmməd adlı oğlu ilə birlikdə Kürdəmir şəhəri, 69cu məhələ, Q.Nəbi küçəsində yaşayır. (bax iş vər. 145) İş materiallarına əlavə edilmiş AA0365719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax vər. 146) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22.10-da şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.47-48) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(041)-54/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinədn imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (bax iş vər. 112-113) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 114-115) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Şahid3 üzərindən aşkar edilmiş – 0,24 qram narkotik vasitə qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmır, buna görə də Şahid3 üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması faktında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda Şahid3 barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ-nin İTB-nə göndərilməsi göstərilmişdir.( bax iş vər 153-161) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Şahid3 oğluna narkotik vasitə olan qrudulmuş marixuana satmadığını, lakin onunla birlikdə dəfələrlə narkotik vasitə istifadə etdiklərini, sonuncu dəfə istifadə etdikdən sonra qalan qrudulmuş marixuananı özünü gələcəkdə istifadə etmək üçün üzərində saxladını bildirsə də, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə ümumi təmiz çəkisi - 4,08 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 0,24 qram çəkidə olan hissəsini tanışı Şahid3 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 10 manat pul müqabilində satmışdır. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaqdan ötrü əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşaqının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanseridə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 3,82 qram qurudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X6 və Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişlər. Cinayət işi materialı xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatında daxil olaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi X6 məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat, Müdafiəçi isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə isə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 150 manat, Müdafiəçi isə 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs qətimkan” tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 14 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Novruzov X7 RMX-nın polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi Kürdəmr RPŞ-nin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonra qalan 3,82 qram qurudulmuş marixuananın qalığı hökm qanuni qüvvəsini aldqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2,KOD- 210005VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 150 (yüz əlli) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi isə 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar