Məhkəmə qərarları › İş №1(041)-9/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-9/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-9/2024 05.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının müdir müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda idarə etdiyi “X12” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkət edən qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Focus” minik markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilini qeyri-normal tərzdə hərəkət etməsini görüb ona yol verməsi üçün siqnal və işıq vasitəsi ilə işarə versədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun ortasında saxladığına görə öz növbəsində o da idarə etdiyi avtomobili kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunun ortasında, yəni nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasında saxlayaq heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən hərəkətlər etməklə avtomobilinə yol verməməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq onu yerə yıxıb bədəninin müxtəlif nahiyyələrindən də yumruq və təpiklə bir neçə dəfə qəsdən zərbələr vuraraq ona döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarnın sol yan səthinin sıyrığı, sağ dirsək nahiyyəsinin sıyrığı, sol bazunun arxa səthinin qançırı, sağ saidin ön səthinin qançırı, sağ əlin iç səthinin səthi yarası ilə müşayət edilən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri, sol ayağın hematoması ilə müşayət edilən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti, sol 9-cu qabırğanın yerdəyişən sınığı ilə müşayət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən yaşadığı evə gedən avtomobil yolunda Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Focus” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı tünd göy rəngli minik avtomobili ilə onun qarşısında onunla eyni istiqamətdə hərəkət edərkən bir neçə dəfə qəflətən əyləcə basaraq avtomobili saxlamış, yenidən hərəkət etdirmiş, bu səbəbdən idarə etdiyi “X12” markalı ** LS *** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobili ilə işıq və səs siqnalından istifadə edərək ehtiyatlı olması üçün Şəhriyara arxası ilə gəldiyini bildirməyə çalışmış, Şəhriyar avtomobili yolun hərəkət hissəsində onun avtomobilinin qarşısında saxlamış, avtomobildən yerə düşərək onun avtomobilinə tərəf gəlmiş, Şəhriyar ucadan ünvanına nalayiq söyüşlər söydüyü üçün avtomobildən yerə düşərək ondan nə baş verdiyini soruşmuş, Şəhriyar ona “sən qudurmusan” demiş və boğazından yapışıb çəkərək onu öz avtomobilinin arxa kapotunun üstünə yıxmış, Şəhriyarın əllərindən yapışıb özündən aralamış, həmin vaxt Şəhriyar səndələyib yolun kənarında olan içərisində çirkli su olan arxa yıxılmış, sonra su arxından çıxıb üstünə gələrək yaxasından yapışıb köynəyini cırıb əynindən çıxarmış, həmin vaxt orada avtomobili ilə keçib gedən Şahid2 yolun bağlı olmasına görə dayanaraq onların yanına gəlmiş, Şəhriyarın onu söyməsini və üstünə cummasını görmüş, Qurban Şəhriyarı sakitləşdirib aralaşdırmış və onu avtomobilinə mindirməyə çalışmış, ancaq Şəhriyar Qurbanın da yanında ucadan nalayiq söyüşlər söyərək onu üstünə cummağa çalışmış, Qurban bir təhər Şəhriyarı avtomobilə mindirmiş və çıxıb getməsi üçün onu yola salmışdır. Şəhriyar getdikdən sonra bir neçə dəqiqə Qurbanla söhbət etmiş və daha sonra avtomobilinə əyləşib evlərinə tərəf getmişdir. Şəhriyarın atası Azadxana zəng vuraraq oğlu Şəhriyarın hərəkətləri barədə deyərək polisə məlumat vermək istədiyini bildirmişdir. Azadxan “Nicat Plaza” şadlıq sarayında toy məclisində olduğunu deyərək polisə məlumat verməməsini, özü gəlib məsələni həll edəcəyini demişdir. Bundan sonra evinə tərəf getmiş, evin küçəsinə girəndə Şəhriyar küçədə onun evinin yanında dayanıb onu gözlədiyini görmüş, Şəhriyar onu görən kimi üstünə cumduğu üçün avtomobili saxlamayıb sürüb getmiş, söz-söhbət olmasın deyə küçəyə qayıtmamış, küçənin baş tərəfinə gedərək orada dayanıb avtomobilində əyləşib təxminən bir saat gözləmiş, Şəhriyarın atası Azadxana təkrar zəng vuraraq gəlməsini istəmiş, təxminən bir saat sonra evin qarşı tərəfindən Şəhriyar görə bilmədiyi qapıdan həyətinə daxil olmuş, təxminən saat 23:20 radələrində Şəhriyar yenidən küçədə dayanıb, eləcədə evinin yan giriş qapısını döyüb onu səsləyərək, ünvanına nalayiq sözlər işlədərək küçəyə çıxmasını tələb etmişdir. Bu zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra polis əməkdaşları gələrək Şəhriyarı polis şöbəsinə gətirmişlər. Hesab edirki, baş vermioş hadisədə onun heç bir günahı yoxdur. Şəhriyarın sərxoş vəziyyətdə olması hadisənin baş verməsinə səbəb olmuşdur. Odur ki, ədalətli qərar qəbul edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında dindirilmiş Zərərçəkmiş şəxs Azaxdan oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır, onunla ədavəti düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Özünə məxsus ** EC *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində arvadı Cəmalə ilə birlikdə iştirak etdikləri “Nicat Plaza” şadlıq sarayında qohumlarının toy məclisindən çıxaraq özünə məxsus avtomobil ilə yaşadıqları evə gələrkən Kürdəmir şəhəri Bakı prospekti ilə gəlib Kürdəmir şəhəri 2 saylı tam orta məktəbin yaxınlığında yerləşən işıqfordan sola, Xırdapay kəndi ərazisinə dönərək oradakı avtomobil yolu ilə nahamar olduğu üçün asta-asta hərəkət etməyə başlamış, arxadan onun istiqamətində gələn avtomobil səs və işıq siqnalından istifadə etdiyi üçün məcbur qalaraq avtomobili saxlamış, avtomobildən yerə düşərək həmin avtomobil tərəfə baxanda arxadan onu işarə verən avtomobilin qonşusu Təqsirləndirilən şəxs avtomobili olduğunu və sürücünün də Təqsirləndirilən şəxs özünün olduğunu görmüş, Samir avtomobildən yerə düşüb ona tərəf gəldikdə ondan nə baş verdiyini soruşmuş, Samir ona “sən qudurmusan”, deyib ünvanına nalayiq söyüşlər söymüş, aralarında bununla bağlı yaranmış mübahisə zəmnində Samir sinəsindən itələmiş, zərbənin təsirindən avtomobilin arxa kapotunun üstünə yıxılmış, sonra Samirin sinəsindən itəliyərək ona kənara durmasını demiş, Samir həmin vaxt onun sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vurmuş, zərbənin təsirindən hadisə yerində yolun kənarında içərisi çirkab sular olan arxa yıxılmış, arx dərin olmamış, ancaq ətrafında kələ-kötür torpaq parçaları və xırda daşları olmuşdur. Üst başı palçıq olmuş, arxdan çıxaraq Samirdən bu hərəkətləri hansı səbəbdən etməsini soruşmuş, Samir üstünə cumaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən də bir neçə dəfə qəsdən vuraraq onu döyməyə başlamış, avtomobilində əyləşmiş və hadisəni görüb şahidi olan arvadı Cəmalənin qorxudan ağladığını görmüşdür. Samirlə dalaşan zaman avtomobili ilə keçən qonşuları Şahid2 yolun bağlı olması səbəbindən keçib gedə bilməmiş, avtomobili saxlayıb yanlarına gələrək onları sakitləşdirib aralaşdırmış, bundan sonra avtomobilinə əyləşib çıxıb getmiş, yaşadığı evin yerləşdiyi küçədə darvazasının yanında dayanmış, arvadı Cəmalə avtomobildən düşərək evə girmiş, özü isə küçədə dayanıb Samirin gəlməsini gözləmiş, bir neçə dəqiqə sonra Samir avtomobili ilə küçəyə gəlmiş və yanından keçəndə avtomobili üstünə sürmüş, kənara çəkilmiş, Samir keçib getmiş, yaşadığı evə girib paltarını dəyişib çıxmış, Samirin evinə tərəf gedərək onu səsləyib küçəyə çıxmasını istəmiş, ancaq səsləməsinə baxmayaraq Samir küçəyə çıxmamış, bundan sonra atası Azadxan gəlib onu sakitləşdirib yaşadıqları evə aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən küçədə Təqsirləndirilən şəxs sinəsindən yumruqla bir dəfə qəsdən vurmuş, zərbə zamanı sinəsində ağrı hiss etmiş və zərbənin təsirindən müvazinətini itirərək içərisində çirkab su olan arxa yıxılmış, sonra arxdan çıxıb Samirdən nə baş verdiyini soruşub dəqiqləşdirdikdə Samir yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən də vuraraq onu döyüb xəsarətlər yetirmişdir. Hadisədən sonra Samirin yaşadığı evin yanına gedərək ondan niyə görə onu döyməsinin səbəbini soruşmaq istəmiş, küçədə dayanıb Samiri səsləmiş, ancaq Samir çıxmamışdır. Samir onu vuran zaman onu özündən kənarlaşdırmış, arxa yıxılan zaman əlini atıb Samirdən yapışmaq istəmiş, həmin vaxt əli Samirin boyun nahiyyəsindən dəymiş, eləcədə köynəyinə ilişərək Samirin köynəyi cırılmışdır. Təxminən 15-20 dıəqiqə müddətində baş vermiş hadisə zamanı yanlarında arvadı Şahid1 olmuş, hadisə bitənə yaxın qonşuları Qurban yanlarına gəlmiş və onları sakitləşdirib aralaşdırmışdır. Onlar barışmamışlar və ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qauni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir, birlikdə yaşayırlar, Təqsirləndirilən şəxs isə qonşularıdır. Onunla Şəhriyarın münasibətləri normal olmuş, aralarında daha əvvəl mübahisə, davadalaş olmasının şahidi olmamışdır. xx.xx.2022-ci il tarixdə “Nicat Plaza” şadlıq evindən əmisi oğlu X9 toy məclisində iştirak etmişlər, həmin tarixdə saat 23 radələrində əri Zərərçəkmiş şəxs və azyaşlı oğlu Azadxan ilə toydan çıxıb Şəhriyarın idarə etdiyi ** EC *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobillə yaşadıqları evə gələrkən yolun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsi nahamar olduğu üçün Şəhriyar avtomobili ehtiyatla, asta surətlə idarə etmiş, bu zaman arxadan gələn avtomobil səs siqnalından və işıqdan istifadə edərək Şəhriyarın avtomobilinə işarə vermiş, yol dar olduğu üçün Şəhriyar avtomobilə yol verə bilməmiş və həmin avtomobilin israrla işarə verdiyini görüb avtomobili yolun hərəkət hissəsində saxlayaraq yerə düşüb avtomobilin arxa tərəfinə keçmiş, bu zaman arxadan gələn avtomobilin qonşuları Təqsirləndirilən şəxs avtomobili olduğunu və sürücünün də Samir özü olduğunu görmüş, Samir də avtomobildən yerə düşmüş, Şəhriyar Samirdən nə baş verdiyini soruşanda Samir Şəhriyarın üstünə gəlib çiynindən tutub itələmiş, Şəhriyar arxası üstə avtomobilin arxa hissəsinə dəymiş, daha sonra Şəhriyar Samirdən niyə görə belə hərəkət etdiyini soruşanda Samir Şəhriyarın sinəsinə yumruqla bir dəfə qəsdən vurmuş, zərbənin təsirindən Şəhriyar müvazinətini itirərək yolun kənarındakı içərisində çirkab sular olan arxa yıxılmış, bundan əvvəl yıxılmamaq üçün Samirdən tutmaq istədikdə əli ilişərək Samirin əynində olan köynəyi cırmış, Şəhriyar arxa yıxılıb qalxdıqdan sonra Samir Şəhriyarın üstünə cumaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüş, həmin vaxt yol ilə avtomobillə keçən qonşuları Şahid2 avtomobili saxlayaraq yanlarına gəlib onları sakitləşdirib aralaşdırmış, Şəhriyar hirsli və həyəcanlı halda avtomobilə əyləşmiş və yaşadıqları evə tərəf getmişlər. Yaşadıqları evin yerləşdiyi küçədə darvazalarının qarşısında Şəhriyar avtomobili saxlayaraq o düşüb evə girmiş, Şəhriyar isə onu vurmasının səbəbini soruşmaq üçün küçədə Samiri gözləyəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra Şəhriyar evə gəlmişdir. Hadisədən sonra gecə bədənində ağrılar olduğu üçün ertəsi gün Şəhriyar Kürdəmir RMX-da müraciət edərək müayinə olunmuş, bu zaman Şəhriyarın 9-cu qabırğasında sınıq xəsarəti olması aşkar edilmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində baş vermiş hadisə zamanı Samir və Şəhriyar onun içərisində olduğu avtomobildən təxminən 1-2 metr aralıda dalaşmışlar, havanın qaranlıq olmasına baxmayaraq arxada dayanmış Samirin avtomobilinin qabaq işıqları Samir və Şəhriyar tərəfə vurduğu üçün ətraf işıqlanmış və Samirlə Şəhiyarın dalaşmalarını rahat şəkildə görmüşdür. Eləcədə hadisədən qabaq Şəhriyar spirtli içki və ya güclü təsir edən maddə qəbil etməmiş, sərxoş halda olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, yanlarında heç kim olmamış, sonradan qonşuları Şahid2 gəlmiş, Qurban gələnə qədər Samir Şəhriyarı yumruqla vuraraq arxa yıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Təzəxan oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşularıdır, onların hər ikisi ilə münasibətləri normal olmuş, ədavəti olmamışdır, eləcədə onlar arasında daha əvvəl mübahisə dava-dalaş olmasının şahidi olmamışdır, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi özünə məxsus “Vaz 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı evə gedərkən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində küçədə arxada Samirə məxsus “X12” markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin, onun qarşı hissəsində isə Zərərçəkmiş şəxs məxsus “Ford Focus” markalı ** EC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin dayanmasını və avtomobil yolunun hərəkət hissəsini bağlmasını görüb avtomobili saxlayıb yerə düşmüş və həmin vaxt Samir və Şəhriyarın özlərinə məxsus avtomobillər arasında dayanıb mübahisə etdiklərini, birbirini uca səslə söymələrini, Samirin əynində köynək olmadığını, Şəhriyarın isə əynində olan paltarlarn palçıqlı olduğunu görüb ilk baxışdan onların ondan əvvəl bir-biri ilə dalaşdıqları bilmiş, onları danlayıb, irad tutub sakitləşdirməyə çalışmış, ancaq onlar hər ikisi onun sözlərinə məhəl qoymayaraq bir-birilərini ucadan söyüşlərlə söymüşlər. Samir və Şəhriyara etdikləri hərəkətin onların şəxsiyyəti üçün yaraşmaz olduğunu demiş, təxminən 10 dəqiqə çalışdıqdan sonra Şəhriyarın qolundan tutub onu idarə etdiyi avtomobilə mindirib evlərinə tərəf yola salmış, Samirlə iki-üç dəqiqə söhbət etdikdən sonra Samir idarə etdiyi avtomobilə minərək evlərinə tərəf çıxıb getmiş, Şəhriyar getdikdən sonra Samir onunla aralarında baş vermiş hadisəni danışaraq yaşadığı evə gedərkən Şəhriyarin idarə etdiyi avtomobil ilə onun qarşısında getdiyini, avtomobili qeyri normal idarə etdiyi üçün diqqətli olması və ona yol verməsi məqsədilə arxadan işarə verdikdə Şəhriyarın avtomobili yolun orta hissəsində saxlayaraq avtomobildən yerə düşüb onunla mübahisə etdiyini, əlbəyaxa dalaşdıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində baş vermiş hadisə yerinə çatanda Samir və Şəhriyarın bir-birilərini uca səslə söydüklərini görmüş, ətraf qaranlıq olduğu üçün kiminsə olubolmadığını görməmiş, ancaq Cəmalənin Şəhriyarın avtomobilində olmasını və arxa oturacaqda əyləşməsini görmüş, Samirin avtomobilində isə heç kim olmamışdır. Hadisə o gəldikdən sonra təxminən 10 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla münasibətləri normal olmuş, eləcədə onların bir-biri ilə münasibətləri normal olmuş, ədavətləri olmamış, onlar arasında daha əvvəl mübahisə dava-dalaş olmasının şahidi olmamış, bu barədə eşitməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən küçədən ağlama səsi eşidib küçəyə çıxmış, Şəhriyarın idarə etdiyi “Ford Focus” markalı avtomobili yaşadığı evin həyətinə saldığını və həmin vaxt arvadı Cəmalənin isə ağladığını görmüşdür, Şəhriyar avtomobili həyətə salıb qayıdıb özü küçəyə çıxmış, Şəhriyarın əynində olan paltarların palçıqlı olduğunu və əlini sağ qabırğasının üstü nahiyyəsinə qoyaraq ağrı hiss etdiyini görmüş, nə baş verdiyini soruşduqda Şəhriyar ona heç nə deməmiş, sonradan Şəhriyarın arvadı onun arvadına demişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində rayonun Xırdapay kəndi ərazisində yaşadıqları evə gələn küçədə Şəhriyarla Samir dalaşmış, Samir Şəhriyarı yumruqla vuraraq su arxına yıxmış, həmin vaxt Şəhriyar xəsarətlər almış, hadisə zamanı onların yanında olmuş və hadisəni görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma oğludur, birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs isə qonşularıdır, Samirlə özünün və Şəhriyarın münasibətləri əvvəllər normal olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamış, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində tanışları ilə birlikdə çay içərkən Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuraraq, ona “Kürdəmir şəhəri Bakı prospektində, iki nömrəli orta məktəbin yanında gözlədiyini” demiş, Samirdən nə baş verdiyini soruşanda Samir heç nə deməmiş, dərhal həmin yerə getdikdə iki nömrəli məktəbin yanında olan işıqforun yanında Samirlə görüşmüş, həmin vaxt Samirdən nə baş verdiyini yenə də soruşanda Samir ona “get, o itinin başını bağla” demiş, bundan sonra Samir Şəhriyarla dalaşdığını demiş, onun hirsli olmasını görüb sakitləşdirməyə çalışmış, ancaq Samir onu özünə yaxın buraxmamış, aralaşıb çıxb getmiş, bundan sonra yaşadığı evə getmiş, evə girdikdə Şəhriyarın paltarlarının və üst-başının palçıqlı halda olduğunu görüb ondan nə baş verdiyini soruşanda Şəhriyar heç nə deməmiş, ancaq Şəhriyar sol böyür nahiyyəsində ağrı hiss etdiyini demiş, bir az sonra polis əməkdaşları yaşadığı evə gələrək Təqsirləndirilən şəxs Şəhriyar barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini deyərək Şəhriyarı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsindən qayıtdıqdan sonra Şəhriyarın ağrıları şiddətləndiyi üçün Kürdəmir RMX-ya gedərək müayinə olunmuş, həmin vaxt Şəhriyarın sol 9-cu qabırğasının sınığı xəsarətinin olması müəyyən olunmuş, Şəhriyardan hadisənin necə baş verdiyini soruşanda o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yaşadıqları evə gedən yolda özünə məxsus “Ford Focus” markalı avtomobil ilə yaşadıqları evə tərəf gəldikdə yolun nahamar olması səbəbindən avtomobili asta surətlə idarə etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun avtomobilinin arxası ilə gələrək səs siqnalı və işıq vasitəsilə ona işarə vermiş, Samirə avtomobilinin keçib getməsi üçün yol vermək imkanının olmadığına görə avtomobili yolun ortasında saxlayıb yerə düşərək avtomobilin arxa tərəfinə keçmiş, Samir də avtomobildən yerə düşmüş, Samirdən nə üçün ona işarə verdiyini soruşanda aralarında mübahisə yarandığını, üstünə cumaraq Samirin onu itələdiyini, yenidən nə üçün bu hərəkəti etdiyini soruşanda Samirin onun sinəsindən yumruqla bir dəfə vurduğunu, həmin vaxt sol 9-cu qabırğasında ağrı hiss etməyə başladığını, eləcədə Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Mərkəzi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsdə Mərkəzi məhkəmə-tibbi ekspertiza şöbəsinin rəsi vəzifəsində işləməklə özü ekspert-radioloqdur. Ümiyyıtlə qabırğların sınığı az ağır kimi qiymətləndirilir. Amma sonradan qəbul edilən qanuna görə dərəcə təyinində həmin xəasrət yüngül kimi də qiymətləndirilə bilər. Onlar məhəkəmə tibbi ekpertizasının rəylərinə əsasən onlar snimkanı yenidən araşdırırlar. Adətən qabırğa sınıqları tez fiksasiya olunur, yəni yerdəyişməmiş kimi olur. Dərin nəfəs alıb verəndə yerini dəyişir. Sümüklər ayrılıbsa, kontakt etmirsə həmin sınıq yerdəyişmə kimi qiymətləndirilir. Adət 1-ci qabırğanın sınması ehtimalı azdır, lakin 9-cu qabırğaının sınması ehtimalı olur və üstündən müddət keçsə də iz qalır və ekspertin sınıq xəsarəti üzrə səhv etməısi mümkün deyil. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Mərkəzi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Məhkəmə Tibbi Ekspertlər Birliyinin Kürdəmir rayon şöbəsinin rəisi vəzifəsində işləmişdir və hazırda da yaşı ilə əlaqədar pensiyadadır. O, 1988-ci ildən ekpertiza üzrə təcrübəsi vardr. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamışdır. Zərərçəkmiş şəxs xəsarət alması barədə ekspert rəyini o vermiş, özü də şübhələndiyi üçün 1-ci rentgen şəkillərini sümük kripitasiyasına (çigiltisi) rentgenə göndərmiş, Kürdəmir rayon X8 Diaqnostika şöbəsinin həkimi Şahin həkimin verdiyi arayışda sol 9-cu qabırğanın yerini dəyişməmiş sınığını qeyd etmiş və bundan sonra o, şəkilləri və rengoloqun rəyinin tam təsqidlənməsi üçün Mərkəzi məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərib rəy aldıqdan sonra onlar tam olaraq ekspert rəyi veririr. O, verillən ekspert rəyinə görə məsuliyyət daşıyır, odur ki, onların səhv etməsi mümkün deyil. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 393 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Azaxdan oğlunun bədən səthinndə aşağıdakı xəsarətləe vardır: döş qəfəsinin ön və arxa səthinin sıyrıqlqrı, soldan 9-cu qabırğanın yerdəyişən sınığı, qarının sol yan səthinin sıyrığı, sağ dirsək nahiyəsinin sıyrığı, sol bazunun arxa səthinin qançırı, sağ saidin ön səthinin qançırı, sağ əlin iç səthinin səthi yarası, sol ağayın hematoması. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə yəni Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitdə və tarixə yəni xx.xx.2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sol 9-cu qabırğanın yerdəyişən sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sol ayağın hematoması sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarnın sol yan səthinin sıyrığı, sağ dirsək nahiyyəsinin sıyrığı, sol bazunun arxa səthinin qançırı, sağ saidin ön səthinin qançırı, sağ əlin iç səthinin səthi yarası hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilmir. (bax iş vər. 24-26) İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-tibb ekspertizanın xx.xx.2023-cü il tarixli 94 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər (bax.rəy 393 nömrəli, xx.xx.2022-ci il tarixli) küt əşya təsirindən törənmiş, müddəti və mexanizmi müayinə olunanın dediyi və ilkin rəydə göstərilənlərə uyğun gəlir. ilkin rəydə göstərilən 9-cu qabırqanın yerdəyişən sınığı əlavə müayinə zamanı da öz təsdiqini tapmışdır. Həmin sınıq küt əşyanın zərbəvi təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən yumruq və təpiklə vurma, öz boyu hündürlüyündən yıxılma-ehtimal müsbət ki, yumruq və təpiklə vurma və ya vurub yıxma nəticəsində əmələ gəlmiş, müddəti müayinə olunanın dediyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə, qeyd olunan sınıq sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədən səthində əlavə müayinə zamanı digər xəsarətlər aşkar olunmasada, ilkin rəydə göstərilən xəsarətlər, onların törənmə aləti, yetirilmə mexanizmi, müddəti və ağırlıq dərəcələrinin həmin rəydə göstərilən kimi olması inkar olunmur. (bax iş vər.128-131) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən kəndarası yolda Zərərçəkmiş şəxs ilə tanışı Təqsirləndirilən şəxs arasında olan mübahisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birinin ünvanına ucadan nalayiq ifadələr işlədərək əlbəyaxa olaraq dalaşmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona sol 9-cu qabırğanın sınığı xəsarəti yetirmiş, daha sonra isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs da əli ilə bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Təqsirləndirilən şəxs xəsarətlər yetirmişdir. Təxminən 10-15 dəqiqə müddətində davam edən hadisə zamanı idarə etdiyi avtomobili ilə yoldan keçmək istəyən, ancaq Samir və Şəhriyarın avtomobil yolunu kəsmələri səbəbindən keçib gedə bilməyən və avtomobili saxlayıb düşüb onların yanına gəlmiş Şahid2 onları sakitləşdirməyə çalışmış, təxminən 10 dəqiqəlik cəhddən sonra Şahid2 Zərərçəkmiş şəxs avtomobilinə mindirib yaşadığı evə tərəf yola salmış və Samiri də sakitləşdirib çıxıb getmişdir. Hadisə zamanı Şəhriyarın arvadı Şahid1 Şəhriyarın avtomobilində olmuş, hadisə nəticəsində ictimai qayda təxminən 10-15 dəqiqə müddətində pozulmuşdur. İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-453/2023 nömrəli məktubdan görünür ki, Nuriyev X5 RMX-sı PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər. 195) İş materiallarına əlavə edilmiş Kürdəımir rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlyinin xx.xx.2023-cü il tarixli, 651 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir şəhəri, Cavanşir küçəsi, 10 saylı evdə yaşayır və onun ailə tərkibi 5 nəfərdən ibarətdir və onlardan 2-si azyaşldir. (bax iş vər.191). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarkaterizə olunur. (bax iş vər. 192). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 189). İş materiallarında olan “sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisədə onun heç bir günahının olmadığını və hadisənin baş vermə səbəbinin hazırki iş üzrə Zərərçəkmiş şəxs olmasını göstərsə də iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, habelə iş materialları ilə sübut olundu ki, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda idarə etdiyi “X12” minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkət edən qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Focus” minik markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilini qeyri-normal tərzdə hərəkət etməsini görüb ona yol verməsi üçün siqnal və işıq vasitəsi ilə işarə versədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun ortasında saxladığına görə öz növbəsində o da idarə etdiyi avtomobili kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunun ortasında, yəni nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasında saxlayaq heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən hərəkətlər etməklə avtomobilinə yol verməməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq onu yerə yıxıb bədəninin müxtəlif nahiyyələrindən də yumruq və təpiklə bir neçə dəfə qəsdən zərbələr vuraraq ona döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarnın sol yan səthinin sıyrığı, sağ dirsək nahiyyəsinin sıyrığı, sol bazunun arxa səthinin qançırı, sağ saidin ön səthinin qançırı, sağ əlin iç səthinin səthi yarası ilə müşayət edilən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri, sol ayağın hematoması ilə müşayət edilən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti, sol 9-cu qabırğanın yerdəyişən sınığı ilə müşayət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin onun tərəfindən yetirilməməsini bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsi heç bir fakta və dəlilə əsaslanmır, özünün müdafiəsinə yönəlmişdir. Onun göstərdikləri xüsusatların işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən AR CM-nin 59.1-ci maddəsinin tələbinə əsasən onun himayəsində 2 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayıt Məcəlləsiinin 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər.242) Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir şəhəri, Cavanşir küçəsi, 10 saylı evdə yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvəsini alanadək dəyişdirilmədən saxlanılmadır. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, Cavanşir küçəsi, 10 saylı evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar