Məhkəmə qərarları › İş №1(041)-90/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-90/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-90/2024 24.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi – 0.485 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.485 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. O, Kürdəmir rayonu Qağacılı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Kürdəmir rayonu ərazisində fərdi qaydada usta işləyir. Narkotik vasitə heroindən təxminən 4 aydır ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Kürdəmir rayonu, Qağacılı kəndində piyada hərəkətdə olarkən yerdə gümüşü rəngli kağız büküm görmüşdür. O, birinci elə bilmişdir ki, ağ qızıldır, götürüb baxanda isə görmüşdür ki, siqaretin gümüşü rəngli kağızıdır. Həmin bükümü açıb baxanda içərisində heroin olduğunu görmüşdür. Bükümü götürüb cibinə qoymuşdur ki, şəxsi istifadə edər. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı kənddə olarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Onun maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet, narkotik vasitə və psixotrop maddə saxlayırsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılmış bükümü çıxarıb təqdim edərək içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra şalvarının sağ ön cibindən 01 ədəd “Redmi” markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd “Kent” markalı siqaret qutusu və əynində olan köynəyin sağ ön cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur. Təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.25 qram olması müəyyən edilmişdir. 01 ədəd gümüşü rəngli kağız büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. 01 ədəd “Kent” markalı siqaret qutusu və 01 ədəd “Sobranie” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 01 ədəd “Redmi” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. O, ***-***-**-** saylı mobil nömrənin sahibini tanımır və onun mobil nömrəsinə yazılmış mesajdan heç xəbəri yoxdur. O, “teli ac nese alaq duxdani soxdular mene” mətnli mesaj görməmişdir. ***-***-**-** nömrəli mobil telefonun sahibi meyvə alqı-satqısı ilə məşğul olan Rövşən adlı şəxsdir. xx.xx.2024-cü il tarixdə Rövşəndən qışlıq Sığırlı narı almışdır və çox dadlı olmuşdur. Ona görə də xx.xx.2024-cü il tarixdə Novruz bayramı ilə əlaqədar yenidən Rövşəndən nar almışdır. Lakin evə gəldikdə həmin narın çox hissəsinin çürük olduğunu gördüyü üçün Rövşənə zəng etmiş və zəng çatmadığı üçün “qaqa pul veririy yaxşi iş görmürsen eyni maldan varda o başqadı telefonda danışanda nə deyib gələm nəbilim başa düsmək olmur insanarı” mətnli mesajı yazmışdır. O, heç kimə psixotrop maddə və ya narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroindən başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə yoxdur. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, himayəsində xəstə anasının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri işləyir. Kürdəmir rayonu Qağacılı kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 22:00 radələrində yaşadığı Kürdəmir rayonu, Qağacılı kəndi ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol ön cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılmış bükümü çıxarıb təqdim edərək içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin şalvarın sağ ön cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd “Kent” markalı siqaret qutusu və əynində olan köynəyin sağ ön cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.25 qram olması müəyyən edilmişdir. 01 ədəd gümüşü rəngli kağız büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. 01 ədəd “Kent” markalı siqaret qutusu və 01 ədəd “Sobranie” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 01 ədəd “Redmi” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid1 lazimi qaydada məlumat verilməsinə baxmayartaq, o xidməti vəzifəsi ilə əlaqədar rayon ərazisindən kənarda olduğu üçün məhkəmə iclasında gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan kompleks məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/362 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.485 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,485 qram, tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra 0,435 qram qalıq qalmışdır. (bax iş vər,41-44) İş materialalrında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-650/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər, 114) İş materialalrına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X4 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 89083/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (bax iş vər,78) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1000 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 115) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa hazırda məhkumlıuğu yoxdur. (bax iş vər. 75-77) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 492 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı ilə birlikdə Kürdəmir raonunun Qağacılı kəndində yaşayır. (bax iş vər, 112) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 114) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 23.30-da tutulmuşdur. (bax iş vər. 24-25) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 20.30-də MSY-dən azad edilmişdir. (bax iş vər. 61-62) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xatrakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra heroinin 0.435 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə video görüntünün qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,435 qram narkotik maddə olan heroinin qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video görüntünün qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar