Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-91/2023 12.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs2 Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 1 uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 05:00 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prıus» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən 191-ci kilometrliyində Qazax istiqəmtində 90 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobilin idarə olunmasında hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və sair) çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, sükan arxasında yuxuladığından avtoimobil sağa istiqamətlənərək Şahid1 idarə etdiyi texnki cəhətdən saz vəziyyətdə olan sağ ehtiyat hissədə dayanmış «Mercedes-Benz Atego» markalı furqon tipli **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilnin arxa hissəsi ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Toyota Prıus» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 baş beyinin diffuz travması, alın və sol gicgah sümüklərinin açıq qəlpəli sınıqları, sol bazuda qançır xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilməklə zərər çəkmiş şəxsin ölümünə, digər sərnişin 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 kəllə beyin travması baş beynin əzilməsi ilə, sol gicgah nahiyəsinin epidural hematoması və pnevmasefaliya, sağ almaçıq sümüyünün kompleks yerdəyişmə ilə əngin, sağ tərəfdə alvelolyar çıxıntısının və cisminin yerdəyişməsi ilə və sol almaçıq sümüyünün orbitaya keçən yerdəyişmə ilə sınıqları, alın sümüyünün sağ tərəfdə hər iki səhifəsinin orbitaya keçən yerdəyişmə ilə orbitanın arxa kənarının və burun sümüyünün yerdəyişmə ilə sınıqları və hemosinusu kimi xəsarətlərlə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır, ailəlidir, bir övladı var, sürücülük fəaliyyəti ilə məşğul olumaqla ailəsini dolandırır. Etibarnamə ilə idarə etdiyi «Toyota Prıus» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dörd nəfər iş yoldaşını götürərək Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüşdür. Elnur qabaq sağ oturacaqda, digər üç nəfər isə arxa oturacaqda əyləşmiş, əlavə olaraq avtomobildə 7-8 kq kabel yükü olmuşdur. İşıqlı və quraqlıq hava şəraitində, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prıus» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 15 iyun 2023-cü il tarixində saat 05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində Qazax istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən yolu boş olmuş, hərəkəti üçün heç bir maneçilik olmamışdır. Avtomobildə olan uşaqlar yuxuladığından, ani vaxtda onu da sükan arxasında yuxu tutmuş, ayılanda avtomobilin yoldan sağa ehtiyat hissəyə çıxdığını və sağ ehtiyat hissədə dayanmış yük avtomobilinə dəyərək dayandığını görmüşdür. Ara məsafəsi yaxın olduğü üçün heç bir tədbir görə bilməmiş, avtomobilinin qabaq sağ hissəsi yük avtomobilinin arxa sol hissəsinə çırpılmış, avtomobili sola çıxaraq fırlanıb beton səddin kənarına dəyərək dayanmışdır. Hadisə nəticəsində Elnur almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüş, hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəsarət alan digər sərnişinləri və Elnurun meyitini xəstəxanaya yola salmışdır. Özü hadisə yerində qalmış, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, toqquşma yerini göstərmiş, tərtib olunan hadisə yerinin baxış protokolu və sxemlə tanış olduqdan sonra imza etmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra xəsarət aldığı üçün yol maşını ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına getmiş, həkimlər onu müayinə edib ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Ölən şəxsi və xəsarət alanları tanıyır, onlarla, onların ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Qohumları ölənin yas mərasiminə gedib yas mərasimi üçün maddi yardım köməkliyi etmişlər, xəsarət alanların müalicə və müayinə xərclərini ödəmişdir. Ölənin ailə üzvlərinin və xəsarət alanların ondan şikayətləri yoxdur. Hadisə diqqətsizliyindən baş verdiyindən heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bir nəfərin ölümü və bir nəfərin ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar səmimi peşmanlıq çəkir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasının nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun tək oğludur, 15 iyun 2023-cü il tarixində oğlu Elnur tanışı Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prıus» markalı minik avtomobili ilə Bakı şəhərindən Mingəçevir şəhərinə getmək üçün digər tanışları ilə yola düşmüşdür. Hadisə yerindən məlumat almışdır ki, oğlunun sərnişini olduğu avtomobil Kürdəmir rayonunun ərazisindən keçən Bakı- Qazax yolunda Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq dayanmış yük maşınına dəymiş, oğlu ağır xəsarət almış, onu Kürdəmir RMX-na yerləşdirmişlər. O, məlumat alan kimi Kürdəmir rayonuna yola düşərək Kürdəmir mərkəzi rayon xəstəxanasına gəlmiş, xəstəxanada olarkən oğlunun öldüyünü və meyitin Kürdəmir rayon mərkəzi xəstəxanasının morquna yerləşdirildiyini bilmişdir. Oğlunun meyiti Kürdəmir rayon mərkəzi xəstəxanasının morqunda müayinə olunduqdan sonra qohumları ilə yaşadıqları ünvana aparmış, 15 iyun 2023-cü il tarixdə Şağan kənd ərazisində yerləşən «Qədir Pir» kənd qəbirstanlığında dəfn etmişlər. Sürücünü hadisədən sonra tanımış və bilmişdir ki, oğlunun tanışıdır. Sürücü qohumları ilə birlikdə yas məraismində iştirak etmiş, mərasimə maddi yardım köməkliyi göstərmək istəsələr də o, razı olmamış, lakin yas məraimi üçün qida, ərzaq köməkliyi etmişlər. Sürücüdən hadisənin hansı səbəbdən baş verdiyini soruşduqda sürücü ona uşaqlar yatdığı üçün onu da yuxu tutduğunu demişdir. C.S.Mənsimov izahaının sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bakı şəhəri Səbail rayonu Salyan yolu d 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, bir azyaşlı oğlan övladı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. 15 iyun 2023-cü il tarixində təxminən saat 03 radələrində dostu Təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobillə digər dostları ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüşdür. Avtomobildə arxa oturacaqda sağda əyləşmiş, ondan başqa avtomobildə üç nəfər sərnişini olmuşdur. Avtomobil yolda hərəkətdə olarkən yatdığından hadisənin necə baş verməsini xatırlamır. Sonradan bilmişdir ki, hadisə nəticəsində o, xəsarət almış, qarşı oturacaqda əyləşən Elnur ölmüşdür. Yol adamları onları avtomobildən çıxarıb hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na yola salmışlar. İlkin tibbi yardım göstərdildikdən sonra isə onu Bakı şəhərində yerləşən Bakı şəhəri X6 yerləşdirmişlər. Həmin xəstəxanada müayinə, müalicə və əməliyyat olunmuşdur. Ruslan onun müalicə xərclərinə köməklik etmiş, xəstəxanada ona dəfələrlə baş çəkmişdir. Sonradan Ruslanın sükan arxasında yuxuladığından avtomobilin yoldan sağa çıxaraq yolun kənarında dayanmış olan yük avtomobilinə çırpıldığını bilmişdir. Hazırda Ruslanla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yaşayır. 15 iyun 2023-cü il tarixində təxminən saat 03 radələrində dostu Təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobillə digər dostları ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüşdür. Avtomobildə arxa oturacaqda solda əyləşmiş, ondan başqa avtomobildə üç nəfər sərnişini olmuşdur. Avtomobil yolda hərəkətdə olarkən yatdığından hadisənin neçə baş verməsini xatırlamır. Avtomobildə ayılanda uşaqların qışqırıq səsindən Elnurun öldüyünü eşitmiş, yol adamları olnarı avtomobildən çıxarıb hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na yola salmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, özünə məxsus “Mercedes” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var, xx.xx.2023cü il tarixdə həmin avtomobillə Bakı şəhərindən Şəki şəhərinə yük apararkən təxminən saat 04 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində avtomobili yolun sağ ehtiyyat hissəyə çıxararaq saxlamış, avtomobildən düşüb təkərlərinə baxmış və su əlavə etmişdir. Həmin vaxt avtomobilinin arxa hissəsinə zərblə nəyinsə dəydiyindən yerə yıxılmış, yerdən qalxdıqda «Toyota Prıus» markalı minik avtomobilinin onun avtomobilinə çırpıldıqdan sonra sola çıxaraq beton ara kəsməyə dəyib dayandığını, hadisə nəticəsində «Toyota Prıus» markalı avtomobildə qarşı tərəfdə sürücünün yanında əyləşən sərnişinin öldüyünü, digər sərnişinlərin xəsarət aldığını görmüşdür. Yol adamları olnarı avtomobildən çıxarıb hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir RMX-na yola salmışlar. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - «Məhkəmə-Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 15 iyul 2023-cü il tarixli meyitin məhkəmə-tibbi ekspertizasına dair 14 №-li ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər – baş beyinin diffuz travması, alın və sol gicgah sümüklərinin açıq qəlpəli sınıqları, sol bazuda qançır – küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 iyun 2023-cü il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişinin zərblə avtomobilin interyerindəki detallara çırpılması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir. Zərərçəkmiş şəxs1 Cavnşir oğlunun ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölüm meyit müayinə olunandan 6-8 saat əvvəl baş vermişdir. (iş vər. 99-103) -«Məhkəmə-Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli 405 №li canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 405 nömrəli eksperti rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində kəllə beyin travması baş beynin əzilməsi ilə, sol gicgah nahiyəsinin epidural hematoması və pnevmasefaliya, sağ almaçıq sümüyünün kompleks yerdəyişmə ilə əngin, sağ tərəfdə alvelolyar çıxıntısının və cisminin yerdəyişm ilə və sol almaçıq sümüyünün orbitaya keçən yerdəyişmə ilə sınıqları, alın sümüyünün sağ tərəfdə hər iki səhifəsinin orbitaya keçən yerdəyişmə ilə orbitanın arxa kənarının və burun sümüyünün yerdəyişmə ilə sınıqları və hemosinusu – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 iyun 2023-cü il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişinin zərblə avtomobilin interyerindəki detallara çırpılması nəticəsində əmələ gələ bilərdi və qeyd olunan xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (bax iş vər. 113-115) -«Toyota Prıus» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs və «Mercedes-Benz Atego» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmaması, onların hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmadığı müəyyənləşdirilməsi üçün cinayət işi üzrə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərək rəy alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 iyul 2023-cü il tarixli 8/2113 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, 1.2. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Toyota Prıus» markalı **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bənbinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin təlbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. istintaq tərəfindən göstərilən şəraitdə «Mercedes-Benz Atego» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (bax iş vər. 68-69, 118-119). -tibbi ərazi bölmələrini idarəetmə birliyinin «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 iyun 2023-cü il tarixli 172 №-li aktda Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:30-da alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. -«məhkəmə-tibbi ekspertiza və X4» publik hüquqi şəxsi məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 2177/K №-li məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (bax iş vər. 22, 86-88). -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli 3-13-16/2-85354/2023 №-li məktubunda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AD seriyalı 221764 nömrəli AB katoqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarius qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 notarius qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları adlanan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə görə: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, meyitin və canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 iyul 2023-cü il tarixli 8/2113 №-li məhkəmə ekspertizasının rəyi, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmişin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminindəehtiyatsızlıqdan az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, onun zərərçəkmiş şəxslərə yardım etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənn sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “Toyota Prius” markalı 50EX661 dövlət qeydiyyat nişanlı minik avtomobili sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsi təmin edilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Toyota Prius” markalı 50EX661 dövlət qeydiyyat nişanlı minik avtomobili sahibinə qaytarılsın. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-91/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-91/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver