Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-91/2025 27.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs - X6 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Kürdəmir şəhəri, şəhid X23 küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X11 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, 01 ədəd bükümdə, təmiz çəkisi – 0.19 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində tanışı, xx.xx.1993-cü il təvəllüdlü, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şahid3 ilə - 0.19 qram narkotik vasitə qurudulmuş marixuananı 10 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, həmin tarixdə Kürdəmir şəhəri, şəhid X23 küçəsində ona qanunsuz satmış, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində X20 Hüseynov ilə birlikdə Kürdəmir şəhəri, şəhid X23 küçəsində saxlanılmış, Şahid3 üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin ön sol cibindən 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0.19 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə X11 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 fevral 2025-ci il tarixdə saat 16 radələrində Arzu adlı tanışı onlara gələrək onu çölə çağırıb çay içməyə dəvət emişdir. Ona pulunun, həm də siqaretinin olmadığını demişdir. Sonra ona yola çıxmağı, onlara yaxın “Rahat market”ə getməyi, mağazada işləyən tanış uşaqlardan nisyə siqaret götürməyi təklif etmişdir. Həmin vaxt qar yağmış, ona görə işə də getməmişlər. Onlar gedəndə yolda polis işçiləri onları tutmuşlar. Həmin vaxt saat təxmini 5-6 olardı. Onları polis şöbəsinə aparmış, üstlərini yoxlamışlar. Üstündə heç nə olmayıb. Onlar polis şöbəsinə girəndə üstlərində heç nə olmayıb. Siqareti belə polis işçiləri alıblar. Onunla sorğu-suala apardıqdan sonra, Arzunu içəri salmışlar. Həmin vaxt təxminən 12-1 radələri olardı. Sonra onlara çəkilişə gedəcəklərini demişlər. “Soliton” mağazasının həyətində çəkiliş olmuşdur. Orda Arzu cibindən balaca kağızda nəşə çıxarmışdır. O da durub baxmışdır. Arzudan narkotiki kimdən aldığını soruşduqda Sahildən, yəni ondan 10 manat civarında aldığını demişdir. O da demişdir ki, əgər ona narkotik almaq üçün 10 manat pul veribsə, onun cibindən nəşə çıxırsa, onun da cibindən 10 manat çıxmalıdı. Arzu ona demişdir ki, yarım saat əvvəldən ona “Soliton”un yanında 10 manat vermiş, o da gedib nəşəni götürmüşdür. O da demişdir ki, Solitonun qarşısında hardasa 10-15 dənə kamera var, getsinlər yoxlasınlar kameraya baxsınlar. Sonra onları KPZ-yə atmış, 3 gündən sonra buraxmışlar. X1 verilmiş suallara cavabında həmçinin göstərdi ki, o, meyvə bağında fəhlə işləyir və Arzu ilə birlikdə 2-3 ay bir yedə çalışmışdır. Toyda olanda tanıdığı uşaqlar 1-2 dəfə ona narkotik təkilf etmiş və o, da marixina çəkmişdir. Onun Arzu ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Arzugilə, Arzu da onlarn evlərinə gedib gəlmişdir, hətta yemək də yemişdir. Onun Arzu ilə telefon danışıqları iş barəsində olmuşdur. Amma polis əməkdaşları narkotik vasitəni Arzunun cibinə qoyublar ki, ondan aldığını desin. Polis şöbəsində də polis əməkdaşları onu döyərək Arzuya narkotik vasitə satmasını boynuna almasını təkid etmişlər. Belə ki, polis şöbəsinin 2-ci mərtəbəsində onu döyüb yerlə də sürümüşlər. O, ayaqyalın olanda müdafiəçi də içəri gəlmişdir. Özü 1 ildir ki, narkotik vasitə istifadə etmir və müalicə alır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs X11 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmir. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Kürdəmir şəhəri, şəhid X23 küçəsində yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. xx.xx.2025-ci il tarixdə tanışı Şahid3 ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə söhbət edərkən onlar narkotik vasitə qurudulmuş marixuananın alqı-satqısı barədə zarafat etməyə başlamışlar. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə də eyni qaydada Arzu ilə zarafatı davam etdirərək bir birinə “WhatsApp” vasitəsilə səs atmışlar. Həmin tarixdə saat 18 radələrində o, Arzudan ona siqaret gətirməsini istəmiş və Arzu da onunla razılaşmışdır. Həmin tarixdə saat 21 radələrində çöldən kiminsə evin qaz durbasını vuraraq səs etdiyini eşitmişdir. O, çölə çıxdıqda Arzunun taksi ilə gəldiyini görmüşdür. O, Arzu ilə salamlaşmış və Arzu ona çəkmək üçün siqaret vermişdir. Saat 21:30 radələrində isə Kürdəmir RPŞ-nin əməkdaşları Arzuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra videoçəkilişlə Arzunun üstünü yoxlayarkən o, əynində olan gödəkçəsinin ön sol cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim edərək içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu və yalandan ondan 10 manata aldığını bildirmişdir. Polis əməkdaşları aşkar edilmiş 01 ədəd kağız bükümü 01 ədəd içərisi boş ağ rəngli zərfə qoymuşlar, üzəri yazıldıqdan sonra imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Arzu və onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Ona məxsus mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Arzu onun tanışıdır, o, ifadəsində yalan demişdir. O, Arzuya narkotik vasitə qurudulmuş marixuana satmamışdır. O, özü narkotik vasitə olan qurudulmuş marixuanadan aradabir istifadə edir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təziq göstərilməmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, Arzu ilə “WhatsApp” ani mesajlaşma proqramında narkotik vasitələrin alqı satqısı ilə bağlı səs göndərərək əlaqə saxlamışdır. Lakin bunlar zarafat olmuşdur. O, həqiqətdə heç kimə narkotik vasitə satmamışdır. Şahid3 üstü yoxlanılarkən və ifadələrində həqiqətləri deməmişdir. O, Arzu ilə zarafat üçün narkotik vasitənin alqı-satqısı barədə razılaşsa da reallıqda ona narkotik vasitə satmamışdır. Çox güman ki, Arzu məsuliyyətdən yayınmaq üçün yalan danışmışdır. Şahid3 göndərdiyi səslərdə “şey” deyərkən narkotik vasitə qurudulmuş marixuananı nəzərdə tutsa da o səsləri zarafat üçün Arzuya göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X14 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şahid3 “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Sahil adlı şəxslə əlaqə saxlayaraq ondan 10 manat pul müqabilində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaqəməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Şahid3 bir qədər kənardan izləyib, saat 21:30 radələrində Kürdəmir şəhəri, şəhid X23 küçəsində Sahil Abdullayevlə birlikdə saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri izah edilmiş, üstündə yoxlama və götürmə aparılmasından əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan qara rəngli gödəkçəsinin ön sol cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində kəskin iyili, yaşılımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0.64 qram müəyyən olunmuşdur. Şahid qismində dindirilmiş X14 verilmiş suallara cavabında həmçinin bildirdi ki, əvvəllər X11 və Şahid3 Kürdəmir rayon sakini kimi tanımış, lakin onlarla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. X11 və Şahid3 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. X6 Şahid3 başqa kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Saxlanılarkən şifahi sorğu zamanı Şahid3 üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və onu 10 manat pul müqabilində X5 almasını bildirmişdir. Bundan sonra Şahid3 və Sahil Abdullayevi RPŞ-nə gətirmişlər. Orda Şahid3 üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paket açılaraq baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kağız büküm içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kağız bükümdə olan kütlə tərəzidə çəkilərkən təxmini çəkisinin 0.60 qram olması müəyyən edilmişdir. Şifahi soğru zamanı Şahid3 üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu xx.xx.2025-ci il tarixdə 10 manat pul müqabilində X5 aldığını, əvvəllər də Sahil Abdullayevdən narkotik vasitə qurudulmuş marixuana aldığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Sahil Abdullayevin üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Şifahi soğru zamanı Sahil Abdullayev Şahid3 narkotik vasitə nə satmadığını, nə də ki, vermədiyini, Şahid3 yalan danışdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın əməkdaşı X2 Elman Bayram oğlu ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. xx.xx.2025-ci il tarixdə tanışı X11 ilə danışarkən ona narkotik vasitə qurudulmuş marixuana istədiyini bildirmişdir. Sahil də ona təşkil edə biləcəyini demişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Sahildən narkotik vasitə almaq üçün onunla yenidən “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamışdır. Sahil də hələ ki, narkotik vasitəsi olmadığını və qısa müddətə təşkil edəcəyini bildirmişdir. Həmin tarixdə saat 16 radələrində Sahil ilə yaşadığı küçədə görüşmüş və ona 01 büküm narkotik vasitə qurudulmuş marixuana satması üçün 10 manat pul vermişdir. Sahil də kimdənsə alıb gətirib ona satacağını bildirmiş və onlar sağollaşıb ayrılmışlar. Həmin tarixdə saat 18 radələrində yenidən “WhatsApp” vasitəsilə əlaqə saxlamış və saat 21 radələrində narkotik vasitə götürmək üçün taksi ilə Sahilin yaşadığı küçəyə getmişdir. O, Sahilin yaşadığı evin qaz durbasını daşla vurub səs etmiş və Sahil çölə çıxmışdır. Sahil əvvəlcədən razılaşdıqları kimi ona 01 ədəd kağız bükümdə narkotik vasitə vermiş və o, da Sahilə çəkməsi üçün siqaret vermişdir. Sahil siqareti çəkmək üçün yandırmış və o, da 01 ədəd kağız bükümü gödəkcəsinin sol cibinə qoymuşdur. Həmin tarixdə saat 21:30 radələrində isə RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra üstünü yoxlayarkən o, əynində olan gödəkcəsinin ön sol cibindən Sahildən aldığı 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları aşkar edilmiş 01 ədəd kağız büküm içərisindəki kütləyə baxış keçirərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olmasını müəyyən etmişlər. Bundan sonra Sahil və onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kağız bükümə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 verilmiş suallara cavabında həmçinin bildirdi ki, X11 ilə bir yerdə işləmişdir, onunla münasibəti normaldır və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitədən aradabir istifadə edir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı tanışı Sahildən 10 manat pul qarşılığında almışdır. O, bundan əvvəl Sahildən 2 dəfə eyni qaydada 10 manata 01 büküm narkotik vasitə qurudulmuş marixuana almışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Onların narkotik alqı-satqısı barədə “WhatsApp” ani mesajlaşma proqramında danışıqları vardır. Üstü yoxlanılarkən üzərindən aşkar edilmiş “Tecno 30” markalı mobil telefona baxış zamanı aşkar olunan səslərlə o, Sahil Abdullayev ilə narkotik vasitənin alqı-satqısı ilə bağlı söhbət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X11 barəsində Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə olan ********** nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun rəisi, polis polkovnik leytenantı X9, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Kürdəmir RPŞ-nin İTBnin sahə polis nəfəri, polis serjantı X4 iştirakı ilə Şahid3 X11 ilə birlikdə saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan qara rəngli gödəkcəsinin ön sol cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində kəskin iyili, yaşılımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Şahid3 üstünü yoxlayarkən əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd siqaret paketi, həmin şalvarın sol ön cibindən 01 ədəd alışqan və həmin şalvarın sağ arxa cibindən 01 ədəd “Tecno 30” markalı mobil telefon aşkar edilmişdir. 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0.64 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd siqaret paketi və 01 ədəd alışqan Şahid3 geri qaytarılmışdır.Şahid3 üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və onu 10 manat pul müqabilində X5 almasını bildirmişdir.Bundan sonra üstündə yoxlama və götürmə aparılmasından əvvəl X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olmadığını bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd siqaret paketi, 01 ədəd kibrit paketi və 01 ədəd saqqız paketini çıxarıb təqdim etmişdir. 01 ədəd siqaret paketi, 01 ədəd kibrit paketi və 01 ədəd saqqız paketi iş üçün əhəmiyyət kəsb etmədiyindən Sahil Abdullayevin özünə qaytarılmışdır (i.v.9-12); xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun rəisi, polis polkovnik-leytenantı X9, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X4 iştirakı ilə Şahid3 üstü yoxlanılarkən aşkar edilmiş bükümün qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Şahid3 üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paket açılaraq baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kağız büküm içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kağız bükümdə olan kütlə “Çin” istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkisinin - 0.60 qram olması müəyyən edilmişdir. 01 ədəd kağız bükümdə olan kütlə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. 01 ədəd “Tecno 30” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Şahid3 üstü yoxlanılarkən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və onu xx.xx.2025-ci il tarixdə 10 manat pul müqabilində X5 almasını, əvvəllər də Sahil Abdullayevdən narkotik vasitə qurudulmuş marixuana aldığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v.38-40); xx.xx.2025-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında videoçəkilişlə Müdafiəçi1 iştirakı ilə X6 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Sahil Abdullayevə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Sahil Abdullayev üzərində qanunsuz heç bir əşyasının olmadığını bildirərək 01 ədəd siqaret paketi, 01 ədəd kibrit paketi, 01 ədəd saqqız paketini və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Sahil Abdullayevin üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. 01 ədəd siqaret paketi, 01 ədəd kibrit paketi və 01 ədəd saqqız paketi iş üçün əhəmiyyət kəsb etmədiyindən Sahil Abdullayevin özünə qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Sahil Abdullayev Şahid3 narkotik vasitə nə satmadığını, nə də ki, vermədiyini, Şahid3 yalan danışdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v.65-67); Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/170 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid3 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0.19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 0,19 qram, tədqiqata istifadə olundu – 0,02 qram, qalıq – 0,17 qram. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir (i.v.77-80); xx.xx.2025-ci il tarixdə Şahid3 məxsus “Tecno 30” markalı mobil telefona baxış keçirilərkən telefonda olan “WhatsApp” ani mesajlaşma proqramında “AA” adlı +994-51-841-75-22 saylı istifadəçinin “Sahil” adlı +994-77-504-42-17 saylı istifadəçi ilə narkotik vasitələrin alqı-satqısı barədə səslə mesaj göndərərək əlaqə saxlaması müəyyən edilmişdir. İstintaq zamanı +994-51-841-75-22 saylı mobil nömrənin Şahid3, +994-77-504-42-17 saylı mobil nömrənin isə Sahil Abdullayevə məxsus olması müəyyən edilmişdir. Həmin səslərdən də X6 Şahid3 səs göndərərək “sənə kart atacam 3 dənə şeyin pulunu at”, “sənin şeyini mən verəcəm”, “atışıb bir bütöv götürmək lazımdır” və sair narkotik vasitələrin alqı-satqısı barədə danışmaları müəyyən edilmişdir. Baxış zamanı “WhatsApp” ani mesajlaşma proqramında olan məlumatlar “web.whatsapp.com” saytı fasitəsilə videoqeydə alınaraq 01 ədəd diskə köçürülüb protokola əlavə edilmişdir (i.v.88-90); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır (i.v.137-138); X11 ilə Şahid3 üzləşdirilərkən, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Sahil Abdullayevin üzünə qarşı demişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir (i.v.139-140); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 598 nömrəli rəyindən görünür ki, X11 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.186); “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-1035/2025 nömrəli məktubdan görünür ki, X11 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Narkoloji qeydiyyatda durur (i.v.190); Kürdəmir RİHB-nın şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 344 nömrəli arayış və xasiyyətnamədən görünür ki, X6 bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları (xx.xx.2010-cu il təvəllüdlü S.S.Abdullayev, xx.xx.2012-ci il təvəllüdlü D.S.Abdullayeva) vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.179-180); İş üzrə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək faktla bağlı şifahi sorğular verilmiş, X6 yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmış, narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətən də Şahid3 narkotik vasitə qurudulmuş marixuananı satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Sahil Abdullayev xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri, şəhid X23 küçəsində, tanışı Şahid3 narkotik vasitə qurudulmuş marixuananı 10 (on) manat pul müqabilində qanunsuz olaraq satmışdır. Sahil Abdullayevin həmin narkotik vasitəni hansı mənbədən necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir (i.v.205); xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin predmeti olan Şahid3 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin ön sol cibindən aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0.19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın ekspertiza tədqiqatından sonra – 0.17 qram qalığının cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, üstün yoxlanılması, baxış və şəxsi axtarış zamanı çəkilmiş 03 ədəd DVD disk sübut qismində tanınaraq iş materiallarında saxlanılmışdır (i.v.206-218); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-545/2025 saylı qərarından görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, X6 Şahid3 narkotik vasitə satmaması, onun polis əməkdaşları tərəfindən döyülərək təziqə məruz qalması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş prokurorluğundan alınmış cavabdan və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 polis əməkdaşları təfəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir. Belə ki, Sahil Abdullayev araşdırma zamanı izahatında göstərmişdir ki, Kürdəmir rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə aparılmış və orada cinayət məsuliyyətinə cəlb edilmiş, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiqinə məruz qalmamış, polis əməkdaşlarından şikayət və tələbi olmamış, barəsində məhkəmə-tibbi ekspertizasının təyin olunmasından və məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina etmişdir. Bununla da araşdırma nəticəsində Sahil Abdullayevin polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 25, 26, 27-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdirməsi, ifadələrini dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin psixi və ya digər zorakılığın təsiri altında alınması ilə əlaqələndirdirsə də təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmədiyini, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamasını nəzərə alaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər Şahid3 saxlanılarkən əynində olan gödəkcəsinin ön sol cibindən Sahildən aldığı 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etdiyini, verilmiş suallara cavabında onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı tanışı Sahildən 10 manat pul qarşılığında aldığını bildirməsini göstərmişlər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-545/2025 saylı qərarından və məhkəmə iclasının qeydə alınması barədə audio-video yazılardan görünür ki, hazırkı iş üzrə Şahid3 onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola baxılarkən izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Narkotik vasitəni Sahil adlı şəxsdən əldə etmişdir. Onunla birlikdə 1 dəfə narkotik vasitə istifadə etmişdir. Sahilə zəng “nəşə” lazım olduğunu demişdir. Sahildə tapa biləcəyini bildirmişdir. “Soliton” adlanan mağazanın qarşısında Sahili təqribən 30 dəq gözləmişdir. Sahil ona narkotik maddəni vermişdir. Daha sonra oradan bir qədər uzaqlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsində üzərinə baxış keçirilmiş, Sahillə üzləşdərilmişdir. 48 saat sonra isə polis şöbəsindən azad edilmişdir. Hazırda törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkir, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. O, həmin qərarla təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilmiş, qərardan apellyasiya qaydasında şikayət və prostet verilməmişdir. Həmçinin narkotik vasitənin Sahil Abdullayev tərəfindən Şahid3 satılması iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıqları ilə müəyyən edilmişdir. Həmin səslərdən də X6 Şahid3 səs göndərərək “sənə kart atacam 3 dənə şeyin pulunu at”, “sənin şeyini mən verəcəm”, “atışıb bir bütöv götürmək lazımdır” və sair narkotik vasitələrin alqı-satqısı barədə danışmalarıda bir daha təsdiq olunur. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin qeyd etmək lazımdır ki, X11 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, əldə etdiyi narkotik vasitədən özü istifadə etməklə yanaşı, özünə nüfuz və ya digər şəxsi maraq naminə başqa şəxsə satmaqla yeni bir ictimai təhlükəli əməl törətmişdir. X6 cinayət işi üzrə narkotik vasitənin ona məxsus olmaması barədə tanışı Araz Hüseynova narkotik vastə satmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığından onun ifadəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər onun törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilməli və cinayət işinin materiallarına uyğun olmadığından qəbul edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (qərarın 9-cu bəndi). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə təqsirləndirilən şəxs X6 əvvəllər məhkum edilməməsini, himayəsində bir azyaşlı uşaqının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X6 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X7 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X7 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Cinayət Məcəlləsinin 234.2-ci maddəii ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), şübhəli və həbsdə saxlandığı müddət nəzərə alınmalı, iş üzrə maddi sübutlar- Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan X6 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin ön sol cibindən aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0.19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın ekspertiza tədqiqatından sonra 0.17 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişlərin qeydə alındığı 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, X7 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, X11 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 31,95 manat X5 tutularaq dövlət dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), iş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X7 göstərilən cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X6 23 fevral 2025-ci il tarixdən 25 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzrərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar- Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan X6 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin ön sol cibindən aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0.19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın ekspertiza tədqiqatından sonra 0.17 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişlərin qeydə alındığı 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X7 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. X11 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci X5 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. X7 göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (bir yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-91/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-91/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver