Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-93/2024 02.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, hakim köməkçisi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, X3 İdarəsinin sabiq rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, evli, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, ev 135-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 22:30 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən, X2 icarə əsasında işlətdiyi adsız kafenin həyətində olan tikililərin arasından keçən torpaq yolda, X3 İdarəsinin əməkdaşı X1 ad günü mərasimindən sonra, kənar şəxslərin toplaşmadığı yerdə, işlədiyi kollektivlə sağollaşıb getmək istəyərkən, onlardan bir az kənarda həmin idarədə işləyən Zərərçəkmiş şəxs Şahid1 ilə ucadan sözlə mübahisə edərkən, həmin mübahisəni kollektivə və özünə hörmətsizlik kimi qəbul edib yanlarına gedib onları sakitləşdirmək istəyərkən Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə gedişində onun qolundan daşla bir dəfə qəsdən vuraraq ona sağ bazunun aşağı 1/3-i- sağ dirsək nahiyyəsində oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan hematoma ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elna edilmiş ittihamla özünü təqsirli bilir. Zərərçəkmiş şəxs işçisidir. Fariz əvvəllər nasos stansiyalar üzrə sahə rəisi vəzifəsində işləmişdir. Lakin, sonradan öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2022-ci ildən hazıradək Kürdəmir rayon Suvarma Sistemləri İdarəsində müdir vəzifəsində işləyir. 29 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində işçisi Rəşad Güləhmədovun doğum gününü qeyd etmək üçün idarənin yaxınlığında yerləşən adsız kafenin həyətində təxminən 20-yə yaxın idarə işçiləri ilə birlikdə yığışmışlar. Həmin məclisdə iştirak etmişdir. Özü və bir çox işçilərlə birlikdə spirtli içki qəbul etmişlər. Saat 22:30 radələrində məclis dağılmış və kollektivini başına yığıb söhbət edib sağollaşmışdır. Bu zaman qıraqda Farizlə Qoşqarın mübahisə etdiyini və uca səslə danışdıqlarını görmüşdür. Onlara bir müdir kimi yaxınlaşıb öz iradını bildirmiş, bu zaman isə Farizin oğlu Elmar üstünə gəlib qucaqlamış, onun əlindən qurtarmaq üçün çabalamış və başı ehtiyatsızlıqdan onun başına dəymişdir. Farizgilin yanına gəlib həri ikisinə müdir kimi tövsiyyə vermişdir. Fariz tövsiyələrinə məhəl qoymadığına görə onu sakitləşdirmək üçün qolundan əli ilə qəsdən vurmuşdur. Bundan sonra isə onlar sakitləşib aralaşmışlar. Elmarı başı ilə qəsdən vurmamışdır, Zərərçəkmiş şəxs və Şahid1 sakitləşdirmiş, onları aralaşdırmış, Qoşqarı vurmamışdır. Qoşqarı döyməmiş, əksinə onlar mübahisə etmişlər onları aralaşdırıb sakitləşdirmişdir, mübahisə zamanı restoranda stolları vurub aşırması kimi hadisə baş vermiş, Fariz və Qoşqarı sakitləşdirəndən sonra polis əməkdaşları gəlib çıxmışlar, onu RPŞ-nə dəvət etmişlər. Onlarla birlikdə RPŞ-nə gəlmişdir. Farizin hansı şəraitdə xəsarət almasını bilmir, Fariz işdən çıxandan sonra, yəni Fariz Ağaisam vurandan sonra o qərəzli olaraq ondan şikayət etmişdir. Elmarı qəsdən vurmamış, Qoşqarı heç bir xəsarət almamışdır, çünki onu heç kim döyməmişdir. Mübahisə məclisin sonunda olduğuna görə, kafenin fəaliyyəti pozulmamışdır. Onlardan başqa orada müştəri kimi heç kim olmamışdır. Fariz və Qoşqarla birlikdə 15-20 dəqiqə kimi mübahisə etmişlər. Əlavə olaraq bildirmişdir ki, hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmışdır. Həmçinin, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014cü İldən hazıradək Kürdəmir rayon Suvarma Sistemləri idarəsində işləyir. 29 avqust 2023cü il tarixdə saat 17:30 radələrində işlədiyi idarədə təmir-tikinti işləri üzrə mühəndis vəzifəsində işləyən X1 doğum gününü qeyd etmək üçün idarənin yaxınlığında yerləşən adsız kafenin həyətində təxminən 20-yə yaxın idarə işçiləri ilə birlikdə yığışmışlar. İdarənin müdiri Təqsirləndirilən şəxs da onlarla birlikdə həmin məclisdə iştirak etmişdir, spirtli içki qəbul etməsə də bir çox işçilərlə birlikdə Təqsirləndirilən şəxs da spirtli içki qəbul etmişdir. Məclis qurtaranda, atası ilə Qoşqar ikisi kənarda söhbət etmişlər, Qoşqar atası ilə söhbət edəndə uca səslə danışmışdır. Təqsirləndirilən şəxs sağollaşıb maşınına minəndə, çevrilib Qoşqara “sənə demədim ki səsini kəs, sənin mənim kollektivimin arasında yerin yoxdur” demişdir. Təqsirləndirilən şəxs maşından düşüb yerdən daş parçası götürüb, atası və Qoşqarın üstünə getmişdir. Tahir Qoşqarın sinəsindən daşla vurmuş, Tahirin atasının üstünə getdiyini görüb araya girmək istəyəndə, Tahir daşla atasının qolundan bir dəfə vurmuşdur. Tahirin əlindən daşı alıb, qucaqlayıb onu aralamaq istəyəndə, Təqsirləndirilən şəxs sağ yanağının üzərinə kəllə vuraraq xəsarət yetirmişdir. Ona cavab qaytarmaq istəsə də atası üstünə ona aralaşmasını demişdir. Həmçinin sürücü Rəşad onu qırağa çəkərək Tahirin içkili olanda əsəbi olmasını, bir azdan düzələcəyini deyərək oradan aralaşdırmışdır. Tahir ucadan qışqıraraq yanlarına gəlməməklərini deyərək söyüş söymüşdür. Tahir Qoşqarla atasının qolundan yapışıb, kafenin binaların arasına aparmışdır. Tahir yenidən yerə əyilib iki ədəd daş götürərək atası və Qoşqarı kənara çəkib onlara vurmağa başlamışdır. Onlara uzaqdan baxmışdır. Tahir əlindəki daşla, eləcə də təpiklə və yumruqla təxminən 30-40 dəqiqə kim atası və Qoşqarı vurmuşdur. Həmin vaxt idarənin işçiləri biraz kənarda dayanıb baxmışlar. Tahir orada olan şəxslərə çevrilərək “heç kim söhbətə müdaxilə eləməsin deyərək söyüş söymüşdür. Rəşad və sudan istifadə şöbəsinin rəisi Rəşid ikisi gedib Tahiri aralamışlar. Onları aralayandan sonra, Tahir kafedə olan stolları çevirib yumruqlamağa başlamışdır. Baş vermiş səs-küyə oraya post patrul xidməti əməkdaşları gələrək ictimai asayişi pozduğu uçun Təqsirləndirilən şəxs və Qoşqarı polis şöbəsinə aparmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışdığından ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayon polis idarəsinin istintaq bölməsində toplanmış HK-1/1755 və HK-1/1806 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu Atakişili kəndində adsız kafenin həyətində baş vermişdir. Kafenin həyətində olan iki binanın arasında olan torpaq yol (boşluq sahədə) baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 454 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- sağ bazunun aşağı 1/3-i sağ dirsək nahiyyəsində oynaqda hərəkət məhdudluğu ilə müşayiət olanan hematoma- küt əşyanın təsirindən törənmiş, müxtəlif şəraitlədə eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2029-cu il tarixdə daşla vurma nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb plan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə tibbi, digər istintaq hərəkəti protokolları və eləcə də digər iş materialları ********* nömrəli cinayət işi üzrə sübut kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-93/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-93/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver