Məhkəmə qərarları › İş №1(041)-93/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-93/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-93/2025 15.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Poladlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 02 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi, bina 13, mənzil 25 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və ünvan 1anasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 0.970 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri M.Sabir küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən üst yoxlaması zamanı, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibinin içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.970 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, psixotrop maddə metamfetamindən hərdən istifadə edir. Taksi sürücüsü işləyir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu, Atakişili kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerdən bir ədəd büküm diqqətini çəkdiyi üçün əyilib götürüb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin bükümü şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu saxlayıb videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması aparılmışdır. O, üzərində olan psixotrop maddə metamfetamini çıxarıb onlara təqdim etmişdir. Daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Bundan sonra üzəri yoxlanmışdır. Üzərində başqa qanunsuz hər hansı əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitəyə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Təqdim etdiyi kütlə psixotrop maddə metamfetamin olmuşdur. Heç kimə narkotik vasitə satmamışdır. Heç bir formada ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Onun himayəsində 03 azyaşlı övladı vardır. Əməlindən peşimandır. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən X3 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və RPŞnin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-də Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd gümüşü kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və çıxarıb təqdim etmişdir. Bükümdə olan kütləyə baxış keçirildi, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olundu, başqa üstündə hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstündən başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi, büküm 1.38 qram oldu. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Şahid X3 verilmiş suallara cavabında həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, onu Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən yerdən tapmış, şəxsi istifadə etmək üçün üzərində saxlamış, bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid3 və Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid1 oxşar məzmunda ifadə verərək Elman Bünyatovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdşir (i/v: 1); xx.xx.2025-ci il tarixli “üst yoxlaması keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmişdir. Üst yoxlaması keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri cibindən 01 ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etmiş, büküm baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Elman Bünyatov tərəfindən açılmış, 01 ədəd kağız bükümün içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (i/v: 9-10); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 15-18); xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında müdafiəçi X2 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır.(i/v 33- 35); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/254 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi -0.970 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (İ siyahı) daxildir. Tədqiqata sərf edildi-0,10 qram, qalıq 0,870 qram (i/v 41-44); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, xx.xx.2025-ci il tarixli, 4(041)-44/2025 saylı Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (i/v: 46-47; 64- 70); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.870 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində üst yoxlaması keçirilən zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02(iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır ( i/v 71); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-322/2025 nömrəli məktubdan görünür ki, Nəcəfov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur ( i/v 83); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Nəcəfov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 02 il 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (i/v 84-85, 127-133); Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kürdəmir, Ucar və Göyçay rayonları Mənzil Kommunal İstismar Sahəsinin 01 aprel 2025-ci il tarixli, 143 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Nəcəfov X4 rayon 564 ailəlik qəsəbə bina 13 mənzil 25 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası-xx.xx.1954-cü il təvəllüdlü M.B.Nəcəfova, həyat yoldaşı- xx.xx.1990-cı il təvəllüdlü G.D.Nəcəfova, qızıxx.xx.2015-ci il təvəllüdlü S.S.Nəcəfli, qızı-xx.xx.2017-ci il təvəllüdlü M.S.Nəcəfli, oğluxx.xx.2021-ci il təvəllüdlü M.S.Nəcəflidən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i/v: 87-91); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 906 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı)əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v: 135); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli PXOO17736-25-5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsov Mənaf oğlunun xx.xx.2025-ci il tarixə çekilməmiş cəzası 01 il 06 ay 20 gün təşkil edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol içəri cibindən 01 ədəd gümüşü kağız bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 03 azyaşlı uşağın olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi, bina 13, mənzil 25 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 17 (on yeddi) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 187 (yüz səksən yeddi) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 1(041)-57/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) günü yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2025-ci il tarixdən 15 iyul 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 12 (on iki) gün ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi, bina 13, mənzil 25 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 0.870 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində üst yoxlaması aparılan zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 17 (on yeddi) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 187 (yüz səksən yeddi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar