Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-94/2024 06.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə 02 avqust 1993-cü ildə Kürdəmir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında spirtli içki qəbul etdikdən sonra gecə saat 02 radələrində qaynanasının bacısının nəvəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildən uşaq ağlamaq səsinin gəldiyini bəhanə edib mənzildə yaşayanların iradəsi ziddinə tamah məqsədi olmadan onların yaşadığı mənzilə daxil olmaq qərarına gəlmiş, bu məqsədlə də 2 mərtəbəli binanın ikinci mərtəbəsinə dırmaşaraq mənzilin eyvanının pəncərəsindən qəsdən mənzilə daxil olmuş, onu gecə saatlarında evində görüb qorxmuş Zərərçəkmiş şəxs bu barədə telefonla xəbər verdiyi, yaxınlıqda yaşayan anası Şahid mənzilə gəldikdən sonra Aysel və Şahidların tələbindən sonra mənzili tərk etmiş, bununla da Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə Zərərçəkmiş şəxs yaşadığı Koroğlu küçəsi ev 55/4 ünvandakı mənzilə daxil olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək göstərdi ki, o, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 2012-ci ildə Samirə Nadirova ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onun Yusif, Rəna və Həyat adlı uşaqları dünyaya gəlmişdir. Uşaqları azyaşlıdır. 2024-cü ilin aprel ayından “Billur” adlı kafedə aşbaz kimi işləmişdir. Zərərçəkmiş şəxs onun qaynanasının bacısının nəvəsidir. Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən nənəsi Firəngizə məxsus mənzildə 2 azyaşlı övladları ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında kafedə müştərilər olduğu üçün o, gecə saat 2-dək işdə olmuşdur. Müştəriləri yola saldıqdan sonra o, bir qədər spirtli içki qəbul edib işdən çıxıb yaşadığı evə tərəf getməyə başlamışdır. Qohumu Zərərçəkmiş şəxs onun ilə qonşuluqda yaşayır, belə ki, o, Zərərçəkmiş şəxs yaşadığı mənzilin yanından keçib evə tərəf gedən zaman Ayselin azyaşlı övladının ağlamaq səslərini eşitmişdir. O, uşqağın ağlamasının səbəbini öyrənməkdən ötrü Ayselin yaşadığını binanın ikinci mərtəbəsinə qalxıb, mənzilin qapısını döyməyə başlamış, daha sonra mənzilin giriş qapısının açıq olduğunu görüb içəri boylanmış və içəri daxil olmuşdur. Həmin vaxt Ayselin qucağında uşağını yatızdırmağa çalışdığını görmüşdür. Daha sonra Aysel ondan evə nə üçün daxil olduğunu soruşanda o, cavab olaraq uşağın ağlamaq səsini eşitdiyini, ayrı məqsədimin olmadığını deyərək səs etməməsini xahiş etmiş, daha sonra evdən çıxmaq istəyən zaman Ayselin anası Şahid mənzilə daxil olmudşur. Şahid da öz növbəsində ondan evə hansı səbəbdən daxil olduğunu soruşanda o, Ayselə verdiyi cavabı anası Şahid da təkrarlayaraq “Səs etmiyin gedirəm” sözlərini deyib yaşadıqları mənzildən uzaqlaşaraq yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxt Aysel, Aygün və daha sonradan səsə gələn Firəngiz Hüseynova da onun ilə birlikdə yaşadığı evə gəlmişlər. Sonuncular onun anasını çağıraraq olan bitənləri danışıb mübahisə etməyə başlamışlar. Daha sonra o, xəbər tutmuşdur ki, Zərərçəkmiş şəxs DİN-nin 102 məzrkəzi zəng xidmətinə onun barəsində şikayət verib. Onun Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olmaqda məqsədi uşağının hansı səbəbdən ağladığını öyrənmək olmuşdur. O, Zərərçəkmiş şəxs yaşadığı mənzilə mənzilin giriş qapısından daxil olmuşdur. Belə ki, gecə vaxtı mənzilin giriş qapısının kilidsiz və aralı olduğunu görüb evə daxil olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olan zaman tək olmuşdur. Onun əvvəllər Aysel Hüsenovanın yaşadığı mənzilə gediş-gəlişim olmuyub. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olan zaman ondan razılıq almamış, belə ki, o, mənzilə daxil olub dəhlizdə bir qədər irəlilədikdən sonra Ayseli orada görmüşdür. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmişdir. Aysel də onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ünvan 6 ünvanda yerləşən mənzildə 2023-cü il təvəllüdlü oğlu Ümüd Şirinzadə və 2022-ci il təvəllüdlü qızı Zümrüd Şirinzadə ilə birlikdə yaşayır. Yaşadığı ev nənəsi Firəngiz İmaməliyevaya məxsusdur. Atası vəfat etdiyindən anası Şahid nənəsi ilə birlikdə nənəsinə məxsus digər mənzildə yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində oğlu Ümüdü yatızdıran zaman evin qonaq otağından ayaq səslərinin gəldiyini eşitmiş və dərhal qonaq otağına keçmişdir. Həmin vaxt evdə nənəsinin bacısının kürəkəni Təqsirləndirilən şəxs otaqda gəzindiyi görmüşdür. Vüsalın hərəkətlərindən və üzərindən gələn iydən sərxoş olduğu anlamışdır. O, Vüsaldan evə necə daxil olduğunu soruşanda Vüsal ona “Evin balkonunun pəncərəsindən daxil olmuşam, səs eləmə çıxıb gedirəm“ sözlərini demişdir. O, Vüsaldan nə üçün evə daxil olduğunu soruşanda Vüsal ona “Oğlun Ümüdün ağlamaq səsini eşitdiyim üçün daxil oldum, ayrı bir niyyərim yoxdur” sözlərini demişdir. Nənəsi Firəngizin digər mənzlini aşağı mərtəbədə yerləşir. Belə ki, o, dərhal anası Aygünə zəng etmiş və evə gəlməsini istəmişdir. Daha sonra o, mənzilin küçə qapısından çölə çıxmaq istəyəndə Vüsal qapını tutaraq onu evdən çıxmağa icazə verməmişdir. Həmin vaxt anası Aygün qapını açmış və Vüsaldan evə nə üçün girdiyini soruşanda Vüsal cavab vermədən evdən uzaqlaşmışdır. Vüsal üzr istəyib onunla barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də Vüsala qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Vüsal barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışmasını və Vüsalın ona vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinrilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı 2021-ci il tarixdə Pərvin Şirinzadə adlı şəxs ilə ilə qeyri-rəsmi nigaha daxil olmuşdur. Həmin nigahdan onun iki övladı var. Qızı Aysel 2024-cü ilin noyabr ayında əri Pərvindən boşandıqdan sonra iki azyaşlı övladları ilə birlikdə anası Firzəngiz İmaməliyevaya məxsus Kürdəmir rayonu Koroğlu küçəsində yerləşən 55/4 saylı mənzildə yaşayır. O, isə anası ilə birlikdə anasına məxsus Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun xalasının kürəkənidir. Vüsal onun ilə qonşuluqda yaşayır, onun və qızının yaşadığı evə əvvəllər heç vaxt gediş gəlişi olmayıb. Belə ki, onların Vüsal ilə sadəcə uzaq qohum kimi münasibəti olub. O, xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə yatan zaman telefonuna qzı Ayseldən zəng gəldiyini eşidib yuxudan oyanmış zəngi açanda qızı Aysel ona “Pətək əmi bizim evə girib tez bizə gəl” sözlərini demişdir. Təqsirləndirilən şəxs ləqəbi qohumlar arasında “Pətəkdi”. O. dərhal evdən çıxaraq qızı Ayselin yaşadığı mənzilə getmiş və birbaşa mənzilə daxil olmuşdur. Vüsaldan nə üçün evə girdiyini soruşanda Vüsal “Səs eləmiyin gedirəm” sözlərini deyərək küçə qapısından çıxıb getdi. Daha sonra o, qızı Aysel ilə birlikdə Vüsalın yaşadığı Kürdəmir şəhəri Koroğlu küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinə getmişdir. Həmin evdə Vüsal anası, arvadı və üç uşağı ilə birlikdə yaşayır. O, qapını döydükdən sonra qapını Vüsalnın anası açmışdır. O, hadisəni danışdıqdan sonra anası və Vüsal ondan üzr istəməyə başlamışlar. Vüsal həmin vaxt sərxoş olduğunu, belə ki, evdə uşağın ağlamaq səsini eşitdiyi üçün evə icazəsiz mənzilə girdiyini demişdir. Daha sonra o, evə getdikdən sonra DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının kürəkənidir. Qızı Ayselin yaşadığı evin balkonunun pəncərəsinin şüşəsi yoxdur. Belə ki, Vüsal qızının yaşadığı mənzilə, mənzilə bitişik olan işıq dirəyinə dırmaşaraq balkonun pəncərəsindən içəri daxil olmuşdur. Vüsaldan nə üçün evə daxil olduğunu soruşanda Vüsal ona sərxoş olduğunu, onun nəvəsı Ümidin ağlamaq səsini eştdiyi üçün icazəsiz daxil olduğunu dedi. Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Həmin hadisə baş verənədək qohum kimi normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs daha əvvəllər qızının yaşadığı mənzilə gediş gəlişi olmamışdır. İş materiallarına əlavə olunmuş Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil istismar sahəsin xx.xx.2024-cü il tarixli, 781 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər.84) İş materiallarında olan və Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil istismar sahəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 85) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (bax iş vər.96). İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 16 iyun 2024-cü il tarixli 18-1-49/2-633/2024 saylı cavab məktubundan görünür ki, ünvan 7 ünvanında yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Nadirov X2 RMX PHŞ-nin Poliklinika şöbəsində “Şəxsiyyətin emosional davamsız pozunusu” diaqnozu ilə həkim psixiatr qeydiyyatında durur. Narkoloji qeydiyyatda yoxdur. (bax iş vər,63-64) Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında spirtli içki qəbul etdikdən sonra gecə saat 02 radələrində qaynanasının bacısının nəvəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildən uşaq ağlamaq səsinin gəldiyini bəhanə edib mənzildə yaşayanların iradəsi ziddinə tamah məqsədi olmadan onların yaşadığı mənzilə daxil olmaq qərarına gəlmiş, bu məqsədlə də 2 mərtəbəli binanın ikinci mərtəbəsinə dırmaşaraq mənzilin eyvanının pəncərəsindən qəsdən mənzilə daxil olmuş, onu gecə saatlarında evində görüb qorxmuş Zərərçəkmiş şəxs bu barədə telefonla xəbər verdiyi, yaxınlıqda yaşayan anası Şahid mənzilə gəldikdən sonra Aysel və Şahidların tələbindən sonra mənzili tərk etmiş, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə Zərərçəkmiş şəxs yaşadığı Koroğlu küçəsi ev 55/4 ünvanındakı mənzilə daxil olmuşdur. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bi lər. Həmin Məcəllənin 127.1, 157.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, təqsirləndiriln şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-94/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-94/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver