Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-95/2024 02.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxx 2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri ŞO-60 ünvanda yerləşən X3 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan Rusiya istehsalı soyuducunun qiyməti 40 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə mühərrikini, qiyməti 40 manat olan 01 ədəd 05 litrlik işlənmiş saz vəziyyətdə aliminum qazanı, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan 02 ədəd işlənmiş saz vəziyyətdə dəmir tavanı, qiyməti 30 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir çarpayını, qiyməti 20 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə “Tefal” markalı çaydanı, qiyməti 30 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir masanı, eləcədə evin həyətindən qiyməti 25 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir teşti, qiyməti 50 manat olan 01 ədəd 25 litrlik işlənmiş saz vəziyyətdə aliminum qazanı və qiyməti 20 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə qaz sobasını, cəmi 295 manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri ŞO-60 ünvanında yerləşən X3 məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan Rusiya istehsalı soyuducunun qiyməti 40 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə mühərrikini, qiyməti 40 manat olan 01 ədəd 05 litrlik işlənmiş saz vəziyyətdə aliminum qazanı, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan 02 ədəd işlənmiş saz vəziyyətdə dəmir tavanı, qiyməti 30 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir çarpayını, qiyməti 20 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə “Tefal” markalı çaydanı, qiyməti 30 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir masanı, eləcədə evin həyətindən qiyməti 25 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə dəmir teşti, qiyməti 50 manat olan 01 ədəd 25 litrlik işlənmiş saz vəziyyətdə aliminum qazanı və qiyməti 20 manat olan 01 ədəd işlənmiş saz vəziyyətdə qaz sobasını, cəmi 295 manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. O, dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən peşman olmasını, Vətən müharibəsində iştirak edərək müharibə veteranı olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməklə onunla barışıq əldə etməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Kürdəmir şəhəri, ŞO 60 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evi vardır. Təxminən 01 ildən artıq müddətdir ki, əri Ağamusa öldüyü və həmçinin Kürdəmir rayonu Karrar kəndində yaşayan anası Xoşqədəm xəstə olduğu üçün ona baxmaq məqsədi ilə anasının yanında qalaraq ona qulluq etmişdir. Həmin müddət ərzində Kürdəmir şəhəri, ŞO 60 ünvanda yerləşən evində heç kim qalmamış, heç kim evə nəzarət etməmiş, evin və həyətin qapıları bağlı olmuş, hərdən gəlib evinə nəzarət edib getmişdir. Sonuncu dəfə xx.xx.2024-ci il tarixdə Kürdəmir şəhəri, ŞO 60 ünvanda yerləşən evinə gəlmiş, həmin evə və həyətinə baxmış, əşyaları yoxlamış, hamısı yerində olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində yenidən Kürdəmir şəhəri, ŞO 60 ünvanında yerləşən evinə gəldikdə evin içərisində əşyaların dağınıq halda olduğunu və eləcədə dəhlizdə olan Rusiya Federasiyası istehsalı olan soyuducunun aşmış halda yerdə olduğunu və soyuducunun mühərrikinin yerində olmadığını, söküldüyünü görmüşdür, bundan sonra evin əşyalarını yoxlamağa başlamış, dəhlizdəki rəfdə aliminumdan olan 01 ədəd 05 itrlik qazanın, dəmir materialdan olan 02 ədəd tavanın, yataq otağındakı dəmir materialdan olan zavod üsulu ilə hazırlanmış 01 ədəd çarpayının, dəmir materialdan hazırlanmış 01 ədəd stolun, paltar rəfinin üzərinə qoyduğu 01 ədəd “Tefal” markalı çaydanın yerində olmadığını aşkar etmiş, bundan sonra həyətə düşmüş, evin həyətində hasarın kənarına qoyduğu aliminum materialdan olan 01 ədəd teştin, aliminum materialdan olan 01 ədəd 25 litrlik qazanın, eləcədə 01 ədəd qaz sobasının yerində olmadığını aşkar etmiş, ona görə də evindən oğurluq olmasını başa düşmüşdür. Dərhal bununla bağlı qonşuluqda yaşayan baldızı Vəfaya demiş, Vəfa onun yanına gəlmiş, ona olanlar barədə danışmış, sonra isə DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirməklə müayinə etmişlər, həmin vaxt Kürdəmir RPŞyə evindən oğurluq olması ilə bağlı ərizə yazmışdır. Təranə Abdullayeva həmçinin ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyalar hamısı işlənmiş olmuşdur. Oğurlanmış 01 ədəd soyuducu mühərrikinin qiyməti 40 manat, aliminum materialdan olan 05 litrlik aliminum qazanın qiyməti 40 manat, 02 ədəd tavanın hər birinin qiyməti 20 manat, 01 ədəd dəmir çarpayının qiyməti 30 manat, 01 ədəd “Tefal” markalı çaydanın qiyməti 20 manat, aliminum materialdan olan 01 ədəd teştin qiyməti 25 manat, aliminum materialdan olan 01 ədəd 25 litr tutumlu qazanın qiyməti 50 manat, dəmir materialdan olan stolun qiyməti 30 manat, 01 ədəd qaz sobasının qiyməti 20 manat olmaqla ümumilikdə ona 295 manat maddi ziyan dəymişdir. Yaşadığı evin və həyətin hər hansı yerində sındırma və ya zədələnmə yerləri olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamailə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X5 və Təqsirləndirilən şəxs qonşularıdır, onlarla münasibətləri normaldır, ədavəti yoxdur. Təranənin əri Ağamusa təxminən bir ildir ki, ölüb, Təranə tək yaşayırdı, sonradan Təranənin Kürdəmir rayonu Karrar kəndində yaşayan anası xəstə olduğu üçün Təranə tez-tez gedib anasının yanında qalırdı, həmin vaxtlarda evdə heç kim qalmırdı, evə heç kim nəzarət etmirdi, ancaq Təranə hərdən evinə gəlib əşyaları yoxlayırdı. Təranə xx.xx.2024-cii il tarixdə sonuncu dəfə evinə gəlmişdi, həmin vaxt evdə və həyətdə olan əşyalar yerində idilər. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Təranə evinə gəlmiş, bir az sonra onu yanına çağırmış, Təranənin evinə gedəndə evin əşyalarının dağınıq halda olduğunu görüb Təranədən nə baş verdiyini soruşanda Təranə evdə olmadığı müddət ərzində evindən və həyətindən naməlum şəxs tərəfindən oğurluq olmasını bildirmişdir. Təranədən hansı əşyaların oğurlanması barədə soruşanda isə dedi ki, evin dəhlizində olan Rusiya Federasiyası istehsalı olan soyuducunun matoru, dəhlizdəki rəfdə aliminumdan olan 01 ədəd 05 itrlik qazan, dəmir materialdan olan 02 ədəd tava, yataq otağındakı dəmir materialdan olan zavod üsulu ilə hazırlanmış 01 ədəd çarpayı, dəmir materialdan hazırlanmış 01 ədəd stol, paltar rəfinin üzərinə qoyduğu 01 ədəd “Tefal” markalı çaydan, evin həyətində hasarın kənarına qoyduğu aliminum materialdan olan 01 ədəd teşt, aliminum materialdan olan 01 ədəd 25 litrlik qazan və 01 ədəd qaz sobası yerində yoxdur, oğurlanıb. Bundan sonra Təranə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib müayinə etmişlər. Daha sonra Təranə Abdullayevanın evindən və həyətindən oğurluğu Təqsirləndirilən şəxs etməsini polis əməkdaşlarının müəyyən etməsini bilmişdir. Şahid həmçinin ifadəsində göstərmişdir ki, Təranə Abdullayevanın evindən və həyətindən oğurluğun hansı şəraitdə və kim tərəfindən baş verməsi barədə məlumatı yoxdur, eləcədə həmin ərəfədə Təranə Abdullayevanın yaşadığı evin yerləşdiyi küçədə heç bir şübhəli şəxs görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 89) İş materialalrına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-390/2024 nömrəli məktubdan görünür ki, Məmmədov X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər, 90) İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-96392-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. Müharibə veteranı adına görə Prezident təqaüdü ödənilir. (bax iş vər, 91) İş materiallarına əlavə edilmiş “İn-West” şirkətindən alınmış cavabda göstərilmişdir ki, təqdim edilməməklə əlamətləri qeyd olunmuş 01 ədəd 05 litrlik aliminum qazan təxminən 40 manat, 01 ədəd dəmir tava təxminən 20 manat, 01 ədəd dəmir çarpayı təxminən 30 manat, 01 ədəd “Tefal” markalı işlənmiş çaydan təxminən 20 manat, 01 ədəd dəmir teşt təxminən 25 manat, 01 ədəd 25 litrlik aliminum qazan təxminən 50 manat, 01 ədəd dəmir masa təxminən 30 manat, 01 ədəd qaz sobası təxminən 20 manat və təqdim edilmiş üzərində “Rohs” sözü yazılmış 01 ədəd soyuducu mühərriki təxminən 40 manat təşkil edir. (bax iş vər, 78) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 496 nömrəli arayışından görünür ki, o, validynləri ilə birlikdə ünvan 5 ünvanda yaşayır. (bax iş vər, 100) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 101) İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının M/V 147490 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veterandır. (bax iş vər. 103) İş materiallarına əlavə edilmiş 1-8566 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (bax iş vər, 104) İş materiallarına əlavə edilmiş 1-48210 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (bax iş vər, 105) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddələ təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cəza almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. İnsan Hüquq və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, torpaqların azad olunmasına fəal iştirak etməsini, onun medallarla təltif edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə,saat 21.30-da şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxsin MSY-dən azad edilməsi və baəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə,saat 20.50-də azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər, 69, 72-73) Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Məmmədov X6 şəhəri, Koroğlu küçəsi, ŞO-60 ünvanda qeydiyyatda olmaqla, valideynləri ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübuit olan 01 ədəd soyuducunun mühərrikinin zərərçəkmiş Təranə Abdullayevaya təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 295 manat maddi ziyan ödənilmişdir. Mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 acıbala oğlu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 108 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün bir günə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri ŞO-60 ünvanda yerləşən evi gecə saat 22.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd soyuducunun mühərrikinin zərərçəkmiş Təranə Abdullayevaya təhvil verilməsi nəzərə alınsın. İş üzrə 295 manat maddi ziyanın ödənilməsi, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-95/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-95/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver