Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-95/2025 06.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2023-cü il tarixdə Füzuli Hərbi Məhkməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 333.4-1, 62 ci maddələri təqsirli bilinərək 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, subay, Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatda olan, Oğuz rayonunda yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İş üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun nəvəsi X3 Laçın rayonunda yerləşən hərbi hissələrin birinə hərbçi kimi işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra Bakı şəhərində 2023-cü ilin dekabr ayında 2000 manat pul vəsaitini, eyni niyyətlə Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, S.Şixəliyev küçəsində yerləşən mağazaya quraşdırılan ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbərsiz X4 məxsus 409858*****0328 nömrəli plastik kartına köçürtdürərək 402 manat pul vəsaitini və 2024-cü ilin mart ayının sonlarında yenə həmin terminal vasitəsi ilə istintaqa məlum olmayan plastik bank kartına köçürtdürərək hissə-hissə olmaqla cəmi 600 manat pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs 3002 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib aldatma və etibardan sui-istifadə etməklə dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən xx.xx.2023-cü ilə kimi müddət ərzində Sumqayıt Hərbi Polisində daha sonra Hadrut Hərbi Polisində potrul nəfəri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, tanıyır. Onunla qızı Məhluqə vasitəsi ilə tanış olmuşdur. Əvvəllər o, sosial şəbəkə vasitəsi ilə heyvan alveri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs qızı Məhluqə onunla sosial şəbəkə vasitəsi ilə əlaqə yaratmış və ondan 50-60 ədəd ördək almışdır. Daha sonra Zeynəb nəvəsi İsanı işə düzəltməsini ondan xahiş etmişdir. O da düzəldə biləcəyinə söz vermişdir. Onun kartına 402 manat və 600 manat pul atılmışdır. Ondan Əlbə-əl 2000 manat pul, ümumlikdə 3002 manat pul almışdır. Onun fikri aldatmaq olmamışdır. Zeynəbdən əldə etdiyi pulları öz tələbatına xərcləmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs Hacıbala oğlu bildirmişdir hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam həcmdə ödəmişdir. Onunla barışmışdır. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Damətlə Bakıda Hərbi Müdafiə Nazirliyində tanış olmuşdur. Damət orda özünün dediyinə görə hərbi polis işləmişdir. Orada kafe deyilən yerdə Damətlə birlikdə söhbətləşdikləri zaman nəvəsinin işə düzəlməsinə kömək edə biləcəyini, burada tanışlarının olduğunu bildirmişdir. Bundan sonra Damətə inanmış, 2023-cü ilin dekabr ayında 2000 manat pulu ona əli ilə nağd vermişdir. 3-4 ay müddət keçdikdən sonra iş alınmayanda Damətə zəng vurmuş, Damət ona kiməsə tapşırdığını, işinin alınacağını, narahat olmamasını bildirmişdir. Yenə bir müddət sonra zəng edərək pul istəmişdir. Ona verdiyi kart hesabına 13 mart 2024-cü ildə 402 manat və 2024-cü ilin sonlarında 200 manat pul göndərilmişdir. Sonra yenə üstündən bir müddət keçdikdən sonra yenə də 200 manat pul lazım olduğunu demişdir. Ümumilikdə 3002 manat pul vermişdir. Bir müddət gözlədikdən sonra xəbər çıxmadığından Damətə zəng etmiş, niyə belə uzun çəkdiyini soruşmuşdur. O da hər şey hazır olduğunu, nəvəsinin yaxın müddət ərzində kursa çağrılacağını bildirmişdir. Yenidən bir müddət keçdiyindən xəbər çıxmadığından o, tanışları ilə əlaqə saxlamış və kursun olub-olmaması barədə məlumat almışdır. Ona heç bir kursun olmadığı bildirilmişdir. O, həmin an aldandığını başa düşmüşdür. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs bildimişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Oğlu İsanı işə düzəltmək üçün anası Zərərçəkmiş şəxs Damət ilə görüşmüş, ona 2000 manat pul vermişdir. Daha sonra ona qalıq pulları da atacağını bildirmiş, “Whatsapp” vasitəsi ilə onunla danışaraq göndərdiyi pulların çekini yollamışdır. Pulu aldıqdan sonra Damətdən xəbər ala bilməmişlər. O, Damətə kartdan-karta 400 manat bir, 600 bir pul atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir ( i/v: 1); xx.xx.2025-ci tarixli ərizədən görünür ki, həmin tarixdə Kürdəmir rayonu, Ərşəli kəndində yaşayan Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, 2023-cü ildən 2024-cü ilin mart ayına kimi olan müddətdə Təqsirləndirilən şəxs adlı şəxsə nəvəsi X3 Laçın rayonunda hərbi işinə düzəltmək məqsədi ilə 3000 manat pul verdiyini, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini göstərməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (i/v: 6); İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Füzuli Hərbi Məhkməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 333.4-1, 62-ci maddələri təqsirli bilinərək 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Salyan RPŞ-ni tərəfindən fiziki şəxs və cavabdeh şəxs kimi xx.xx.2023-cü il tarixdən axtarışdadır (i/v.43-44); Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 507 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Yuxarın Noxudlu kəndində qeydiyyatdadır, ailə tərkibi həyat yoldaşı-xx.xx.1982-ci il təvəllüdlü E.Z.Hacıyeva, qızı-xx.xx.2010-cu il təvəllüdlü S.D.Hacızadə, qızı-xx.xx.2012-ci il təvəllüdlü F.D.Hacızadədən ibarətdir, Yuxarı Noxudlu kəndində yaşadığı müddət ərzində polis tərəfindən axtarışda olub (i/v: 54-55); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i/v: 58); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CPM-nin 53.1.1 və 53.1.3-cü maddələrinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır (i/v: 63); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i/v: 69); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1 ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunana qədər dayandırılmışdır (i/v: 91); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon İdarəsi tərəfindən verilmiş məktuba əsasən, 1985-ci il təvəllüdlü MAHHXHQ çavuş Təqsirləndirilən şəxs şəxsi işi müddətdən artıq həqiqiqi hərbi xidmət keçdiyi və ehtiyata buraxıldığı üçün Hərbi Polis Bölməsindən xx.xx.2023-cü il tarixdə Xidmətin Salyan raon Şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə Xİdmətin Salyan rayon Şöbəsində hərbi qeydiyyata alınmışdır (i/v: 95-96); “Unibank” MM-dən alınmış xx.xx.2024-cü il tarixli məktuba əsasən X4 məxsus 406858*****0328 plastik karta xx.xx.2024-cü il tarixdə Milliön aparatı vasitəsi ilə 402 manat pul köçürülmüşdür (i/v: 97-99); X4 məxsus 40*****0328 Leo banka məxsus plastik kartdan çıxarışa əsasən,xx.xx.2024-cü il tarixdə həmin karta Milliön aparatı vasitəsi ilə 402 manat pul köçürülmüşdür (i/v: 102-106); xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yeri Oğuz rayonu ərazisində müəyyən edilərək Kürdəmir RPŞ-nə gətirildiyinədən cinayət işi üzrə icraat təzələnmişdir (i/v:113); İş üzrə verilmiş əməliyyat-tapşırığının cavabında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalan vəd verib aldatmaqla 3.000 manat pulunu dələduzluq yolu ilə almışdır. Təqsirləndirilən şəxs kiminləsə qabaqcadan əlbirliyinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X7 ilə qabaqcadan əlbirliyinin olması, Tural Ağazadənin hər hansı bir mənfəət əldə etməsi müəyyən edilməmişdir (i/v: 130); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Kürdəmir rayon məhkəməsinin 4(041)-68/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (i/v.148 -150); xx.xx.2023-cü il tarixli 1-1(097)-136/2023 nömrəli Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 334.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-cı maddəsini tətbiq etməklə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i/v:155 -160); xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıbala oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam həcmdə ödəmişdir. Onunla barışmışdır. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hacıbala oğlu cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydad fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkiil Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydad fəaliyyət göstərən vəkiil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-95/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-95/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver