Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-96/2023 03.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Kürdəmir rayonu Atakişili kəndində, yaşadığı evin həyətində, sərxoş vəziyyətdə, mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbindən anası Zərərçəkmiş şəxs ilə arasında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə zamanı, stolun üstündə olan şüşə stəkanı götürüb Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona burun əsasında əzilmiş-cırılmış yara ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Ulduzə onun doğma anasıdır. Zərərçəkmiş şəxs ilə ədavəti və düşmənçiliyi yoxdur. Əvvəl narkoloji dispansperdə müalicə almışdır. 1 ildən çoxdur ki heç bir narkotik vasitədən istifadə etmir. Lakin, 5-6 aydır mütəmadi olaraq spirtli içki qəbul etməyə başlamışdır. Buna görə də yaşadığı evdə bir neçə dəfə ailə üzvləri ilə sözlə mübahisəsi olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə spirtli içki qəbul etmişdir. Sərxoş olduğuna görə, həyətdə stolun arxasında anası ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı əsəbləşdiyinə görə stolun üstündə olan stəkanı götürüb anası tərəfə qəsdən atmışdır. Həmin stəkan anasının burun hissəsinə dəymiş və anasının burunundan qan gəlməyə başlamışdır. Anasının səs küyünə qardaşı Niyaməddin, arvadı Pərvanə və atası Həbib həyətə düşmüşdür. Etdiyi əməldən peşman olub həyətdən qaçıb getmişdir. Zərərçəkmiş şəxs yaşadığı Kürdəmir rayonu Atakişili kəndində, fərdi yaşayış evinin həyətində sətkanla qəsdən vurmuşdur. Həmin günü sərxoş olduğuna görə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı əsəbləşdiyinə görə stəkanla onu vurmuşdur. Zərərçəkmiş şəxs stəkanla vuran zaman həyətdə heç kim olmasa da, sonradan atası Həbib qardaşı Niyaməddin və onun arvadı Pərvanə gəlib çıxmışlar. O, anası ilə barışmış və dəymiş ziyanıə tamailə ödəmişdir. Anasının ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, yuxarıda göstərdiyi xüsusatları nəzərə alıb barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xəyyam onun oğludur. Bir müddət olar ki, onunla oğlu Təqsirləndirilən şəxs arasında narazılıq vardır, belə ki, Xəyyam mütamadi olaraq spirtli içkilər qəbul etmiş və bu səbəbdən də evdə mübahisələr etmiş, onları söyüb təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evdə olan zaman oğlu Təqsirləndirilən şəxs evə gəlmiş və heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Həyətdə söhbət edən zaman Xəyyam ona guya pozğunçuluqla məşğul olur demişdir. Bu zaman Xəyyam həyətdə olan stolun üstündən stəkanı götürüb sifətinə qəsdən vurmuş və stəkan sınmışdır. Bundan sonra səsə evdə olan həyat yoldaşı Şahid1, digər oğlu Niyaməddin və gəlini Pərvanə gələrək ona yardım göstərmişlər. Həmin vaxt Xəyyam evdən qaçıb getmişdir. Sınmış stəkanı həyətdən yığıb zibil qutusuna atmışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Həbiblə birlikdə xəstəxanaya gəlmiş və həkimlər yardım göstərmişlər. Sonra ərizə ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Mübahisə zamanı sifətindən xəsarət almışdır. Həmin xəsarəti oğlu Xəyyam yetirmişdir. Hadisə vaxt; evdə özü, həyat yoldaşı Həbib, digər oğlu Niyaməddin və onun həyat yoldaşı Pərvanə olmuşlar. Xəyyam onu stəkanla qəsdən vurarkən yanlarında heç kim olmasa da, sonradan ailə üzvləri həyətə düşüb görmüşlər və Xəyyamda həmin vaxt qaçıb getmişdir. Təqsirləndirilən şəxs spirli içki aludəçisi olduğuna görə ona pozğunçuluqla məşğul olduğunu deyib stəkanla vurmuşdur. Xəyyamla mübahisə və dava dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə yaşadığı evin həyətində baş vermişdir. O, Xəyyam ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Xəyyama qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Xəyyam barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, Təqsirləndirilən şəxs isə oğludur. Bir müddət olar ki, onlarla oğlu Təqsirləndirilən şəxs arasında narazılıq vardır, belə ki, Xəyyam mütamadi spirtli içkilər qəbul etmiş və bu səbəbdən də evdə mübahisələr edib onları söyüb təhqir etmişdir. O, vaxtı ilə narkomaniyadan da müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evdə olan zaman oğlu Təqsirləndirilən şəxs evə gəlmiş və həyətdə heç bir səbəb olmadan anası Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt özü və digər ailə üzvləri ilə birlikdə evdə olmuşdur. Sonra səsə həyətə çıxanda Xəyyamın həyətdə olan stolun üstündən stəkanı götürüb anası Ulduzənin sifətindən vurub xəsarət yetirdiyini bilmişdir. Həmin vaxt Xəyyam evdən qaçıb getmişdir. Özü digər oğlu Niyaməddin və gəlini Pərvanə Ulduzəyə köməklik edib evə aparmışlar. 09.07. 2023-cü il tarixdə həyat yoldaşı Ulduzəni xəstəxanaya aparmış və həkimlər ona yardım göstərmişlər. Sonra Ulduzə ərizə ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Xəyyamın əlindən rahat yaşaya bilmirlər, o, mütamadi olaraq onları incidir, onlarla mübahisə edir, nəlayiq söyüşlərlə təhqir edir. Hadisə xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində baş vermişdir. Ulduzə və Xəyyamın mübahisəsinə səbəb Xəyyamın spirtli içki qəbul etməsi olmuşdur. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstəri ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, Təqsirləndirilən şəxs isə oğludur. Bir müddət olar ki, onlarla oğlu Təqsirləndirilən şəxs arasında narazılıq vardır, belə ki, Xəyyam mütamadi spirtli içkilər qəbul etmiş və bu səbəbdən də evdə mübahisələr edib onları söyüb təhqir etmişdir. O, vaxtı ilə narkomaniyadan da müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evdə olan zaman oğlu Təqsirləndirilən şəxs evə gəlmiş və həyətdə heç bir səbəb olmadan anası Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt özü və digər ailə üzvləri ilə birlikdə evdə olmuşdur. Sonra səsə həyətə çıxanda Xəyyamın həyətdə olan stolun üstündən stəkanı götürüb anası Ulduzənin sifətindən vurub xəsarət yetirdiyini bilmişdir. Həmin vaxt Xəyyam evdən qaçıb getmişdir. Özü digər oğlu Niyaməddin və gəlini Pərvanə Ulduzəyə köməklik edib evə aparmışlar. 09.07. 2023-cü il tarixdə həyat yoldaşı Ulduzəni xəstəxanaya aparmış və həkimlər ona yardım göstərmişlər. Sonra Ulduzə ərizə ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Xəyyamın əlindən rahat yaşaya bilmirlər, o, mütamadi olaraq onları incidir, onlarla mübahisə edir, nəlayiq söyüşlərlə təhqir edir. Hadisə xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində baş vermişdir. Ulduzə və Xəyyamın mübahisəsinə səbəb Xəyyamın spirtli içki qəbul etməsi olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 283 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir, burun əsasında əzilmiş-cırılmış yara küt əşyanın təsiindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığın qısa müddət pozulmasına səbəd olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (bax iş vər 33-34) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-415/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞnin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur, həkim narkoloqun qeydiyyatında durur. (bax iş vər.24) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1273 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşayır. (bax iş vər.30) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur (bax iş vər. 31) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonu 1 saylı X2 Filialından alınmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər 32) İş materiallarında olan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Məhkməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə, barışdıqları üçün cinayət işinin icraatına xitam verilmişdir. (bax iş vər. 27-28) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutularaq, xx.xx.2023-ci ildə saat 14:00-da Kürdəmir MSYdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Kürdəmir rayonu Atakişili kəndində, yaşadığı evin həyətində, sərxoş vəziyyətdə, mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbindən anası Zərərçəkmiş şəxs ilə arasında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə zamanı, stolun üstündə olan şüşə stəkanı götürüb Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona burun əsasında əzilmişcırılmış yara ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, cinayət əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Məhkməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə, barışdıqları üçün cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evini gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-96/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-96/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver