Məhkəmə qərarları › İş №1(041)-97/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-97/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-97/2023 10.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Kürdəmir rayonu Şahsevən kəndində yaşadığı evin həyətyani sahəsində, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısına” daxil olan, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2280,0 qram cəmi 13 (on üç) ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, sonuncunun arvadı Şahid1 razılıq ərizəsi əsasında, yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı cəmi 13 ədəd, ümumi təmiz çəkisi 2280.0 qram çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. Təxminən 2-3 ildir ki qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2023-cü ilin fevral ayının sonlarında, yolda keçərkən yolun kənarında bir ədəd kağız bükümünün içərisindən 13 ədəd çətənə tumlarını tapmışdır. Həmin tumları əkmək məqsədi ilə götürüb cibinə qoymuşdur. 2023-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətində, nar ağaclarının arasında çətənə tumlarını əkmək üçün otları və torpağı təmizləyib həmin yerdə 13 ədəd çətənə tumunu əkmişdir. Çətənə tumları yetişməsi üçün diblərini tez-tez boşaldıb su və peyin vermişdir. Çətənə tumlarının hamısı yetişmişdir. 15-20 gündən bir həmin çətənə kollarını sulayıb dibləri boşaldıb, peyin tökmüşdür. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində işlə bağlı Kürdəmir rayonu Atakişili kəndində ustalıq etmək üçün getmişdir. Həmin gün işdə olan zaman, arvadı Şahid1 zəng edərək, polis əməkdaşlarının evlərinə gəlib onun razılıq ərizə əsasında həyətlərinə baxış keçirdərək, çətənə kollarını aşkar etdiklərini bildirmişdir. Bundan qorxub həmin günü evə gəlməmişdir. Səhəri günü RPŞ-nə gəlib özü təslim olmuşdur. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 seçmişdir. Bundan sonra vəkil Müdafiəçi1 dəvət edilmiş və təqdim edilmişdir. Üzərində videoçəkilişdən istifadə etməklə, şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi bildirilmişdir. Üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz heç bir əşya aşkar olunmamışdır. Yaşadığı evin həyətindən aşkar edilmiş 13 ədəd, ümumi təmiz çəkisi 2280.0 qram çətənə (kannabis) bitkiləri ona məxsusdur, özü tək əkib becərmişdir. Polis məkdaşları tərəfindən heç bir formada təzyiq göstərilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləi kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. X4 üzvləri X3, İTB-nin sahə polis nəfəri Şahid2 və mütəxəssis qismində dəvət edilmiş Qorxmaz Şükürovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Şahsevən kəndinə ezam olunmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin qapısı döyülmüş, Təqsirləndirilən şəxs arvadı Şahid1 qapını açmışdır. X3 Şahid1 əri Amilin barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Gülnar əri Amilin hazırda evdə olmadığını bildirib yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə baxışa başladılmışdır. Şahid1 iştirakı ilə həyətyanı sahəsinə daxil olmuşlar. Həyətyanı sahəsində giriş darvazasından girəndə sağ tərəfdə tövlə, darvaza ilə üz-üzə mişar daşından tikilmiş ev vardır. Bundan sonra evin həyətyanı sahəsində yaşayış evinin arxasına doğru hərəkət etmişlər. Orada olan hasarın kənarında torpağa əkilmiş ümumilikdə 13 ədəd tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər aşkar olunmuşdur. Aqronom həmin bitkilərə baxış keçirib bildirmişdir ki, çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin speksifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra torpaqda olan çətənə bitkilərinə bənzər bitkilər tərəfindən torpaqdan çıxarılmış, 01 ədəd içi boş polietilen torbaya qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin bitkilər barədə məlumatı yoxdur, aşkar olunan bitkilərin hansı növ bitki olduğunu bilmir, həmin bitkilərin kim və necə əkməsi barədə məlumatı yoxdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs özü RPŞ-nə gələrək könüllü təslim olmuş, polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmişdir. Aşkar olunan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Kürdəmir rayonu Şahsevən kəndində yerləşən fərdi yaşayış evində aşkar olunan 13 ədəd çətənə bitkilərinə bənzər bitkilər ona məxsusdur, həmin bitkiləri 4-5 ay əvvəl əkmişdir, həmin bitkilərdən istifadə etmək üçün əkmişdir, 3 ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir, aşkar olunan çətənə bitkilərinə bənzər bitkilərdən başqa hər hansı yerdə narkotik vasitə saxlamadığını, həyətyanı sahəsinə yoldaşı Şahid1 iştirakı ilə baxış keçrilməsinə etirazı olmadığını, ona qarşı zor və güc tədbiq edilmədiyini bilidrmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs və arvadı Şahid1 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əridir. Amillə birgə nikahlarından 2010-cu il təvəllüdlü Mirvari adında qızı, 2014-cü il təvəllüdlü İsmayıl adından oğlu var. Amil Kürdəmir rayonu ərazisində fəhləçilik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz əkib becərməsini bilməmişdir. xx.xx.2023-cü il tarixdə Amil işlə bağlı evdə olmamış, həmin günü saat 15:30 radələrində qapıları döyülmüş, qapını açanda polis əməkdaşlarını görmüşdür. Onlar Amil barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, Amili soruşmuşlar. Amilin evdə olmadığını bildirmişdir. Onlar yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olub-olmaması soruşmuşlar, bu zaman ərizə verərək yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə baxışa başlanmışdır. Onun iştirakı ilə həyətyanı sahəsinə daxil olmuşlar. Həyətyanı sahəsində giriş darvazasından girəndə sağ tərəfdə tövlə, darvaza ilə üz-üzə mişar daşından tikilmiş ev vardır. Bundan sonra evin həyətyanı sahəsində yaşayış evinin arxasına doğru hərəkət etmişlər. Orada olan hasarın kənarında torpaqa əkilmiş ümumilikdə 13 ədəd tərkibində narkotik maddələr olan çətənə kolalarına bənzər bitkilər aşkar olunmuşdur. Aqronom bitkilərə baxış keçirib, bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra torpaqda olan çətənə bitkilərinə bənzər bitkilər müstəntiq tərəfindən torpaqdan çıxarılmış, 01 ədəd içi boş polietilen torbaya qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİNin zərflər üçün möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə düşmənçilik, ədavəti olmamışdır. Yaşadığı evə baxş keçirilən zaman, ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını görməmiş, Amilin narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/721 nömrəli məhkmə bioloji ekspertizasının rəyindən görünür ki, 1) tədqiqata təqdim olnmuş üzərində “Təqsirləndirilən şəxs məxsus həyatyani sahəsindən ... 13 ədəd ” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 13 ədəd, yaş vəziyyətdə ümumi çəkisi-2280.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən təqdim olunmuş 13 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkisi-2280 qram, tədqiqata sərf edildi-1,3 qram (hər ob-0,10 qram), qalıq 2278,70 qram qalıq qalmışdır. (bax iş vər49-51) İş materiallaına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Kürdəmir rayon X5 Mərkəzinin verdiyi rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Kürdəmir rayonu Şahsevən kəndində yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş cəmi 13 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (bax iş vər.22) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isrtifadə etmə halları olmuşdur. Nakomanioya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 121) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə olunmuşdur. (bax iş vər. 92-93) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 54-2011/5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixli qərarla cərimə cəzasından azad edilmiş və xx.xx.2016-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (bax iş vər.118) İş materiallarına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-437/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər .120) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1055 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır və onun 3 nəfərdən ibarət tərkibdə ailə üzvü vardır, onlardan ikisi azyaşlıdır. (bax iş vər. 106) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur. (bax iş vər. 107) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, “Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaş-xaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il saat 14.00-dan xx.xx.2023-cü il, saat 14.00-dək olan müddət, yəni bir gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul saat 14.00-da tutulmuşdur.(bax iş vər 26-27) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il tarixdə, saat 14.00-da saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. (bax iş vər 73-74) Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi 13 ədəd yaş vəziyyətdə ekspertiza tədqiqatından sonra qalan 2278,70 qram qalığı hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən 90 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Kürdəmir rayon PŞ-də saxlanılan Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi cəmi 13 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 2280,0 qram çətənə (kannabis) bitkilərinin, ekspertiza tədqiqatından sonra qalan 2278,0 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlundan 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar