Məhkəmə qərarları › İş №1(041)-97/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-97/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-97/2024 04.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 qzının iştirakı ilə xx xxxxxx 1978-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə: 06 avqust 1961-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir şəhəri Nəsimi küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri Nəsimi küçəsində tanışı Təqsirləndirilən şəxs2 təmiz çəkisi 10.88 qram-xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 70 manat pul müqabilində almaqla, satış məqsədi olmadan qanunsuz əldə edib saxlayaraq üzərində daşımış, həmin tarixdə saat 12 radələrində əldə etdiyi xeyli miqdarda 10.88 qram narkotik vasitə qurudulmuş marixuananın 7.84 qram çəkidə olan hissəni tanışı X17 ilə qabaqcaqdan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, X22 şəhəri Heydər Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq ön sağ cibindən bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 7.84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, daha sonra keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o həmin gün saat 18 radələrində Kürdəmir şəhəri S.Şixaliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarın qabaq ön sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3.04 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə təmiz çəkisi 18.12 qram-xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 10.88 qram çəkidə olan hissəsini 70 manat pul müqabilində xx.xx.2024-ci il tarixdə saat 12 radələrində yaşadığı Kürdəmir şəhəri Nəsimi küçəsində tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12 radələrində ondan əldə etdiyi 10.88 qram narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 7.84 çəkidə olan hissəsini tanışı X17 ilə qabaqcadan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, X22 şəhəri Heydər Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq ön sağ cibindən bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 7.84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün saat 18 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri S.Şixaliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının qabaq ön sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3.04 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün saat 20 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o Kürdəmir şəhəri Nəsimi küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın qabaq ön sol cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7.24 qram Elşad Quliyevin və Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan ara bir istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində tanışı Elşad Quliyev zəng edib narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Elşada maraqlanıb xəbər edəcəyini demişdir. Təxminən 1 saat sonra onunla Kürdəmir şəhəri “Dəmir yolunun kənarı” adlandırılan yerdə görüşmüşdür. Onunla söhbət zamanı narkotik vasitə qurudulmuş marixuana tapmasını istəmişdir. Ona tanışı olduğunu və o narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qurusunu 70 manata satdığını demişdir. Elşad da 70 manat pul verib bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana almasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsinə özünə məxsus ***-***-**-** nömrə ilə zəng etmişdir. Ondan narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Saleh “xəbər edəndə gələrsən” demişdir. Təxminən 1 saat sonra Salehlə telefonda yenidən danışmış və o yaşadığı küçəyə gəlməsini demişdir. Onun yaşadığı Kürdəmir şəhəri Nəsimi küçəsinə getmişdir. Həmin küçədə Salehlə görüşüb ona 70 manat pul vermiş, Saleh də ona bir kibrit qurusu içərisində qurudulmuş marixuana vermişdir. Bundan sonra yaşadığı evə gəlmişdir. Elşada zəng edib narkotik vasitə aldığını və götürməsini istəmişdir. Elşad gəlməzdən əvvəl həmin kibrit qutusunda olan narkotik vasitənin bir qismini götürüb kağıza büküb istifadə etmək üçün cibinə qoymuşdur. Elşad gəldikdə isə yaşadığı evin küçəsində Elşadla görüşüb ona 01 ədəd kibrit qurusu vermişdir. Saat təxminən 18 radələrində Soltan Şıxalıyev küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi2 seçmişdir. Bundan sonra vəkil Müdafiəçi2 dəvət edilmiş və təqdim edilmişdir. Daha sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarın ön sağ cibindən 01 ədəd kağız bükümü, 01 ədəd alışqanı, 01 ədəd “Manchester” markalı siqaret qutusunu və 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçrilmiş üzərində qanunsuz əşya və predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “Manchester” marklı siqaret qutusuna baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananı Elşad üçün 70 manata Saleh adlı tanışından adığı 01 ədəd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuanın üzərindən istifadə etmək üçün götürmüşdür. Həmin kütləni də üzərində istifadə etmək üçün saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən hər hansı formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə yoxdur. Elşad Quliyev onun üçün narkotik vasitəni kimdən harada neçəyə əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 birinci dəfə narkotik vasitə almış, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinaət məsuliyyətinə cəlb edilməsini nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəldən tanısa da onunla aralarında narkotik alış-verişi olmamış və o, Samirə heç bir narkotik vasitə verməmişdir. Şübhəli şəxs qismində saxlanılarkən və barəsində həbs qətimkan tədbiri seçilərkən onda yüksək səviyyədə təzyiq olmuş və o canını qurtarmaq üçün Təqsirləndirilən şəxs1 narkotik vastə satdığını demişdir. Əslində Kürdəmir RPŞ-də olarkən Anar adlı polis əməkdaşı ona narkotiki öz xoş ilə üzəriə götürməsini tələb etsə də o, razılaşmamış və bundan sonra onu daha da ağır ittihamlarla ittiham edəcəklərinədən qorxub hazırki narkotik vasitənin onda olmasını etiraf etmişdir. Onun hazırki ittiham üzrə heç bir günahı yoxdur. Odur ki, ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 2023-cü ilin noyabr ayında Nəsimi küçəsində olan zaman yerdən 02 ədəd kibrit qutusu tapmışdır. Həmin 02 ədəd kibrit qutusuna nəzər salanda içərsində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vasitəni götürüb özü ilə birlikdə yaşdığı evə gəlmişdir. Yaşadığı evdə həmin 02 ədəd kibrit qutusunu saxlamışdır. Samir adlı tanışı ilə görüşən zamanı ona borclarının olduğunu və əgər lazım olarsa narkotik vasitə qurudulmuş marixuanası olduğunu ona sata biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Samir adlı tanışı özünə məxsus istifadəsində olan ***-***-**-** saylı nömrə ilə istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Ona 70 manat pul müqabilində 01 ədəd kibrit qutusu sata biləcəyini demişdir. Oda xəbər edəcəyini demişdir. Təxminən 1 saat sonra Samir təkrar zəng edib görüşmək istədiyini və 01 kibrit qutusu narkotik vasitə alacağını demişdir. Bundan sonra 02 ədəd kibrit qutusunu cibinə qoyub yaşadığı küçəyə çıxmışdır. Təxminən saat 12 radələrində Samirlə həmin küçədə görüşüb ona üzərində olan 02 qutunu göstərib hansın istəsə götürməsini demişdir. Oda 02 ədəd kibrit qurularından birini götürüb, 70 manat pul vermişdir. Bundan sonra Samir getmişdir. Saat 20 radələrində Nəsimi küçəsində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra vəkil Eyvaz Əhədovu seçmişdir. Bundan sonra vəkil Eyvaz Əhədov dəvət edilmiş və təqdim edilmişdir. Daha sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış başlanmazdan əvvəl iştirakçılara ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında X14 RPŞ-yə gətrildiyini və üzərinə keçrilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı tanışı Samir adlı şəxsdən 70 manat pul müqabilində aldığını bildirdiyini bildirmişlər. Bundan başqa ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında Təqsirləndirilən şəxs1 Kürdəmir RPŞ-yə gətrildiyini və üzərinə keçrilən şəxsi axtarış zamanı aşkar olunan 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı tanışı Elşad Quliyevin ona narkotik vasitə alması üçün verdiyi 70 manat pul müqabilində ondan aldığı 01 ədəd kibrit qutusunun üzərində istifadə etmək üçün götürdüyünü bildirmişdir. Bundan sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra O, əynində olan tünd boz rəngli şalvarın ön sol cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, 01 ədəd alışqanı, 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Redmi” markalı mobil telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilən 7.24 qram narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur. Həmin marixuananı yaşadığı küçədə yerdən 02 ədəd kibrit qutusunda tapmışdır. Həmin kibrit qutusunu yaşadığı evdə saxlamışdır. Kibrit qutularından 01 ədədini tanışı Samirə 70 manata satmış, qalan 01 qutunu isə üzərində saxlamışdır. Əvvəllər narkotik vasitə satmaqla məşğul olmamışdır. Lakin Samir adlı tanışına pula ehtiyacı olduğundan 70 manata 01 ədəd kibrit qutusu satmışdır. Polis şöbəsinə gətirilərkən hər hansı formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Samirlə telefonla danışıb razılaşdıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində 70 manat pul müqabilində Kürdəmir şəhəri Nəsimi küçəsi ərazisində, yaşadığı evin yaxınlığında görüşüb narkotik vasitəni satmışdır. İstifadəsində ***-***-**-** nömrədir. Təqsirləndirilən şəxs1 başqa heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı Elşad Quliyev üçün aldığını deməmiş, özü üçün aldığını demişdir. Elşad barəsində bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri M.Əsədov küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan X6, ünvan 2-da yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs1 üzəriləridə narkotik vasitə saxlaması və Kürdəmir şəhəri Nəsimi küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupları yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində X22 şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Elşad Quliyev Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Elşad Quliyev ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X18 ilə təmin edilmişdir. Elşad Quliyev üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Elşad Quliyevə yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Elşad Quliyev əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o 01 ədəd cib dəsmalını, 01 ədəd “Vıceroy” markalı siqaret qutusunu 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçrilmiş, qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd cib dəsmalına, 01 ədəd “Vıceroy” markalı siqaret qutusuna baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Elşad Quliyev üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan kütlə ona məxsus olduğunu, həmin kütləni tanışı Samir adlı şəxsdən 70 manat pul müqabilində aldığını, Samir adlı tanışına 70 manat pulu verdikdən sonra onun getdiyini və sonra zəng edib onu çağırıb narkotik vasitəni verdiyini, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum oldunduğunu, “Nokia” markalı mobil telefonunun üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı nömrə olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri S.Şixaliyev küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi2 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs1 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarın ön sağ cibindən 01 ədəd kağız büküm, 01 ədəd alışqanı, 01 ədəd “Manchester” markalı siqaret qutusu və 01 ədəd “Nokia” markalı mobil telefon təqdim etmişdir. Bundan sonra onun üzərinə müstəntiq tərəfindən baxış keçirilmiş üzərində qanunsuz əşya və predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “Manchester” markalı siqaret qutusuna baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Şifahi soğru zamanı Samir X7 narkotik vasitə alması üçün 70 manat pul verdiyini oda həmin pulla Təqsirləndirilən şəxs2 01 ədəd kibrit qurusunda narkotik vasitə qurudulmuş marixuana aldığını, kibrit qutusunu Elşad Quliyevə verən zaman onun xəbəri olmadan həmin kibrit qutusunun içərsindən qurudulmuş marixuana götürdüyünü, həmin marixuananı 01 ədəd kağıza büküb istifadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib onunla əlaqə saxladıqdan sonra narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyini, “Nokia” markalı mobil telefonun üzərində ***-***-**-** nömrə olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs2 da saxlanılraq RPŞ-yə gətirilmiş və onun üzərinə keçirilən şəxsi axtarış zamanıda 01 ədəd kibrit qutusu marixuana aşkar edilərək götürülmüşdür. Həmçninin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 70 manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana satdığını etiraf etmişdir. Saleh Səfərovun üzərinə keçirilən şəxsi axtarışda iştirak etməsə də bu barədə sonradan məlumatı olmuşdur. X11 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon sakinləri kimi tanıyır, onlarla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. X6 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. X1 narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllərdə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif vaxtlarda məlumatlar daxil olmuşdur. Lakin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 başqa kiməsə narkotik vasitə satdığını dəqiq bilmir. Məhkəmə iclasında şahiq qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid3da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri M.Əsədov küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan X6, ünvan 2-da yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs1 üzəriləridə narkotik vasitə saxlaması və Kürdəmir şəhəri Nəsimi küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupları yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri Nəsimi prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda və satışı ilə məşğul olmasında şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X8 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs2 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd boz rəngli şalvarın ön sol cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs2 01 ədəd alışqanı, 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışır. “Redmi” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna müstəntiq tərəfindən baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №-137” möhürü ilə möhürlənmiş, yazıldıqdan sonra götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu, 2023-cü ilin noyabr ayında 02 ədəd kibrit qutusu tapdığını, 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə saxladığını, borcu olduğu üçün pula ehtiyacı olduğundan satmaq qərarına gəldiyini, Samir Salahov ona 3-4 dəfə zəng edib ondan narkotik vasitə qurudulmuş marixuana istədiyini, o Təqsirləndirilən şəxs1 70 manata 01 ədəd kirbit karobkası narkotik vasitə qurudulmuş marixuana satdığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmazdan əvvəl ona hər iki kirbit qutusunu göstərdiyini, birini satdığını, digərini üzərində saxladığını, “Redmi” markalı mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olduğunu, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** “Vhatsapp” nömrəsinə zəng etdiyini, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində X22 şəhəri H,Əliyev prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Elşad Quliyev Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, Elşad Quliyev üzərindən 01 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Elşad Quliyevin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməsə də bu barədə sonradan məlumatı olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri S.Şixaliyev küçəsində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarışda iştirak etməsəm də bu barədə sonradan məlumatı olmuşdur. X11 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon sakinləri kimi tanıyır, onlarla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. X6 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. X1 narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllərdə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif vaxtlarda məlumatlar daxil olmuşdur. Lakin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 başqa kiməsə narkotik vasitə satdığını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid2 da Şahid4 ilə eni məzmunda ifadə verib onun gösrtərdikləri xüsuastları təsdiq etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatəti üzrə məhkəmə iclasına dəvət edilmiş cinayət işi üzrə ekspert Saqiyeva Aysel Hicran qızı ifadəsində göstərdi ki, o, X2 X9 ekspert vəzifəsində işləyir, özü ali kimya təhsillidir, narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ixtisası üzrə 2018-ci ildən ekspert iş təcrübəsinə malikdir. İ dərəcəli ədliyyə qulluqçusudur. Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Allahverdi Osmanovun ekspertizannı təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkəmə - bioloji ekspertizası, narkotik vasitələrin, psixatrop maddələri və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərma vasitələrinin tədqiqini həyata keçirmiş və ekspert qarşısında qoyulan suallara tam olaraq cavab verilmişdir. Tədqiata göndərilən narkotik vasitəyə bənzər kütlə üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənərk onlar göndərilir və onlar həmin zərfləri ekspertlər tərəfindən açılaraq akt tərtib edilmişdir. Onlar yalnız X13 göndərilən və onlar qarşında qoyulan suallara cavab verirlər. Tərəfindən ayrı ayrılıqda verilmiş Elşad Quliyev, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində yazıları olan bağlamalara verilmiş rəyləri və onların miqdarlarının əsaslığını bir daha ifadəsi ilə təsdiq etmişdir. Təcrübədə tərəfindən 1 kibrit qutusuna 13 qram qurudulmuş marixuananın olması hallarına rast gəlinmişdir. Ümumiyyətlə kibrit qutularına yığılan narkotik vasitə olan marixuananın miqdarı onların kibrit qutusuna yığılmasından və quru, yaş olmasından asılı olaraq miqdarları müxtəlif olur. Həmçinin təqdim edilmiş kütlələrin narkotik vasitə olubolmaması, miqdarlarının aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza rəyi ilə dəqiq müəyyən olunur. Ekspertizada müvafiq dövlət orqanı tərəfindən lisensiya verilmiş elektron tərəzilər mövcuddur. Həmin tərəzilərdə çəkilən narkotik vasitənin miqdarı dəqiqdir. Hər hansı bir şübhənin olması mümkün deyildir. Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatəti üzrə məhkəmə iclasına dəvət edilmiş cinayət işi üzrə müstəntiq Allahverdi Osmanov və İstintaq Bölməsinin rəisi Elşən Mürsəliyev ifadələrinə göstərdilər ki, onların iş təcrübəsində bir kibrit qutusunda hətta 15 qram marixuananın yerləşdirilməsi də təsadüf etmişlər. Həmin narkotik vasitələr təqsirlənirilən şəxslər Elşad Quliyev, Təqsirləndirilən şəxs1 və Saleh Salahivun üzərinə baxış keçirilərkən onların müdafiəçiləri olmuş və onlar video çəkilişlə sərbəst ifadə verərək narkotik vasitələrin onlara aid olduğunu bildirmişlər. Aşkar edilmiş kütlələrin narkotik vasitə olub olmaması, dəqiq miqdarının aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən ekspertiza göndərilməsi zəruridir və ekspertiza rəyi mütləqdir. Sonradan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ifadəsini dəyişməkdə məqsədi məsuliyyətdən boyun qaçırmaqdır. Polis şöbəsinə olarkən təqsirləndirilən şəxslərin üzərlərinə baxış keçirilərkən onlara heç bir fiziki təsir, təzyiq, zor tətbiq olmamışdır. Sərbəst formada müdafiəçinin iştirakı ilə törətdiyi əməli etiraf etmişlər. İş materialalrına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/416 nömrəli rəyindən görünür ki, 1) Elşad Quliyevin üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-7.84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7.84 qram, tədqiqata sərf olundu 0.02 qram, qalıq 7.82 qram. (bax cild 1, iş vər, 120-124) İş materialarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/417 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs1 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-3.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 3.04 qram, tədqiqata sərf olundu 0.02 qram, qalıq 3.02 qram. (bax: cild 1, iş vər, 115-118) İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/419 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs2 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-7.24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə marixuana ilə X17 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə marixuanalar orqnoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. (3-16-16/2-18/416 və 3-16-16/2-18/417 nömrəli ekspert rəylərinə əsasən birgə tədqiqat aparılıb) Marixuananın təmiz çəkisi 7.24 qram, tədqiqata sərf olundu 0.02 qram, qalıq 7.22 qram. (bax cild 1, iş vər, 125-129) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 744 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax cild 2, iş vər, 88) İş üzrə təyin edilərk keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1007 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (bax cild 2, iş vər, 114) İş üzrə təyin edilərək keçirilmiş xx.xx.2024-cü il tarixli 5/542 nömrəli məhkəmə komputer texniki ekspertizasının rəyinə əsasən

1. Təqdim edilmiş sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş Xiomi Redmi A2 + markalı “23028RNGAG” modelli **********67889, **********67897” İmei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. 2.Tədiqat nəticəsində təqdim edilmiş mobil smartfounun internetə daxil olma üçün texniki imkana malik olması müəyyən edildi.

3. Təqdim edilmiş “Xiomi Redmi A2+” markalı “23028RNGAG” modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə toplanmış (kontaklar, zəng qeydləri, SMS mesajları, foto, audio, video fayllar, “Whatsap” proqram təminatında, “Facebook” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi vəs) məlumatları əldə olundu və həmin məlumatlar ekspertza 5-542 adlı qovluqda üç ədəd DVR-R tipli optik diskə köçürələrək ekspert rəyinə əlavə olundu. komputer texniki ekspertizasının rəyi ilə birlikdə daxil olmuş 03 DVR-R tipli disklərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. (bax cild 2, iş vər, 107-113) İş üzrə təyin edilərək keçirilmiş xx.xx.2024-cü il tarixli kompleks məhkəmə psixatrik ekspertizasının 298 saylı rəyindən görünrü ki,

1. Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYƏT POZUNTUSU XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, cinayəti törədən zaman onu öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur.

2. Təqsirləndirilən şəxs X20 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaaq həmin xəstəlik əlamətləri kompensasia (yaxınlaşma) mərhələsindı olduğundan o, hal hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətindədir.

3. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur.

4. Təqsirləndirilən şəxs X20 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaaq həmin xəstəlik əlamətləri kompensasia (yaxınlaşma) mərhələsindı olduğundan o, cinayət əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 maddələrinin təsiri altına düşmür. (bax cild 2, iş vər, 102-105) İş materialalrına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-18-1-49/2-389/2024 nömrəli məktubdan görünür ki, 1. X17 və Təqsirləndirilən şəxs2 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur.

2. Təqsirləndirilən şəxs1 narkoloji qeydiyyatda yoxdur, lakin Kürdəmir rayon Mərkəzi xəstəxasının PHŞ-nin Poliklinika Şöbəsində “şəxsiyətin oyanıq tipli pozuntusu” diaqnozu ilə həkim psixatrın qeydiyyatında durur. (bax cild 2, iş vər, 64) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayıblar. (bax cild 2, iş vər, 30-31) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 adına ünvanlanmış xx.xx.2024-cü il tarixli,5-56- 12/2-60/1 saylı arayışdan görünür ki, o, valideynləri ilə birlikdə Kürdəmir şəhəri, Füzuli küçəsi, 6 saylı evdə yaşayır. (bax cild 2, iş vər. 42) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax cild 2, iş vər 43) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 adına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2-56- 12/2-61 saylı arayışdan görünür ki, o, arvadı ilə birlikdə Kürdəmir şəhəri, İ.Nəsimi küçəsi, 5 saylı evdə yaşayır. (bax cild 2, iş vər. 44) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 adına ünvanlanmış xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax cild 2, iş vər 45) Ъинайят ишиндя олан xx.xx.2024-cü ил тарихdə tərtib edilmiş şəxsi axtarış протоколunдан эюрцнцр ки, щямин tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X5, RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid1, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3, RPŞnin İTB-nin sahə polis nəfəri Sahib Behbudovun Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq X16 Səfərova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs1 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarın ön sağ cibindən 01 ədəd kağız büküm, 01 ədəd alışqanı, 01 ədəd “Manchester” markalı siqaret qutusu və 01 ədəd “Nokia” markalı mobil telefon təqdim etmişdir. Bundan sonra onun üzərinə müstəntiq tərəfindən baxış keçirilmiş üzərində qanunsuz əşya və predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd “Manchester” markalı siqaret qutusuna baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız büküm açılmış içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Şifahi soğru zamanı Samir X7 narkotik vasitə alması üçün 70 manat pul verdiyini oda həmin pulla Təqsirləndirilən şəxs2 01 ədəd kibrit qurusunda narkotik vasitə qurudulmuş marixuana aldığını, kibrit qutusunu Elşad Quliyevə verən zaman onun xəbəri olmadan həmin kibrit qutusunun içərsindən qurudulmuş marixuana götürdüyünü, götürmüş olduğu marixuananı 01 ədəd kağız bükümə büküb istifadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib onunla əlaqə saxladıqdan sonra narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyini, “Nokia” markalı mobil telefonun üzərində ***-***-**-** nömrə olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-ъü ил тарихдя Təqsirləndirilən şəxs1 narkotik vasitəni təqdim etməsini юзцндя якс етдирян 01 ядяд диск protokola əlavə edilmişdir. (bax: cild 1 - i/v 73-75) Cinayət işində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X5, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 , RPŞ-nin PPXB-nin polis nəfəri Elçin Ələkbərovun müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq Allahverdi Osmanov Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd boz rəngli şalvarın ön sol cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs2 01 ədəd alışqanı, 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd alışqan, 01 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçrilmiş iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışır. “Redmi” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna müstəntiq tərəfindən baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, yazıldıqdan sonra götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu, 2023-cü ilin noyabr ayında 02 ədəd kibrit qutusu tapdığını, 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə saxladığını, borcu olduğu üçün pula ehtiyacı olduğundan satmaq qərarına gəldiyini, Samir Salahov ona 3,4 dəfə zəng edib ondan narkotik vasitə qurudulmuş marixuana istədiyini, o Təqsirləndirilən şəxs1 70 manata 01 ədəd kirbit karobkası narkotik vasitə qurudulmuş marixuana satdığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmazdan əvvəl ona hər iki kirbit qutusunu göstərdiyini, birini satdığını, digərini üzərində saxladığını, “Redmi” markalı mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olduğunu, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** “Vhatsapp” nömrəsinə zəng etdiyini, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitəni təqdim etməsini və Təqsirləndirilən şəxs1 satmasını etiraf etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax cild 1, iş vər, 105-108) Cinayət işində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in müstəntiqi X5, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, İTB-nin sahə polis nəfəri X3, müdafiəçi Qədir Qədirovun iştirakı ilə X6 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzdən qabaq müstəntiq A.X24 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Elşad Quliyev əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o 01 ədəd cib dəsmalını, 01 ədəd “Vıceroy” markalı siqaret qutusunu 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçrilmiş, qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd cib dəsmalına, 01 ədəd “Vıceroy” markalı siqaret qutusuna baxış keçrildi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Nokia” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götrülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçrilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru zamanı Elşad Quliyev üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu, həmin kütləni tanışı Samir adlı şəxsdən 70 manat pul müqabilində aldığını, Samir adlı tanışına 70 manat pulu verdikdən sonra onun getdiyini və sonra ona zəng edib onu çağırıb verdiyini, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum oldunduğunu, “Nokia” markalı mobil telefonunun üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrə olduğunu, heç bir vəsatəti və ya etirazı olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə X6 narkotik vasitəni təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax cild 1, iş vər, 42-44) Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus mobil telefona keçirilən baxış zamanı X21 və Təqsirləndirilən şəxs2 ilə bir neçə dəfə zənglə danışmaları müəyyən edilmişdir. (bax cild 2, iş vər, 6) İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş Təqsirləndirilən şəxs2 yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat Axtarış tədbirləri zamanı müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs1 başqa bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (bax cild 2, iş vər, 146) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 1(041)-96/2024 saylı hökmündən görünür ki, X17 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il, 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almış, yuxarı instansiya məhkəməsində mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 4(041)-32/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham edilən əməldə özünü təqsirli bilmişdir. Həmçinin məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclasının audio video görüntülərinə baxış zamanı Təqsirləndirilən şəxs2 sərbəst formada müdafiəçinin iştirakı ilə məhkəmənin qapalı iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək ehtiyacı olduğundan 70 manat müqabilində 1 kibrit qutusunda olan narkotik vasitə qurulmuş marixuananı Təqsirləndirilən şəxs1 satdığını etiraf etmişdir. Verilmiş suallara cavab olaraq ona zor tətbiq edilmədiyini, polis şöbəsində hər hansı təzyiqə və təsirə məruz qalmadığını bildirmişdir. (bax cild 1, iş. vər.240-244, məhkəmə audio video yazıları) Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatəti əsasında maddi sübut olan üzəri ekspertin möhürü ilə möhürlənərək qablaşdırılmış Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuana olan kibrit qutusu məhkəmə istintaqına gətirilib rayon PŞ-nin istintaq bölməsinin rəisinin, təqsirləndirilən şəxslərin, müdafiəçilərin və ekspertin iştirakı ilə açılıb baxış keçirilərək, miqdarı tərəzidə çəkilmişdir. Lakin məhkəmə hesab edir ki, təqdim edilən kütlələrin narkotik vasitə olub olmaması, onların miqdarının aydınlaşdırılması xüsusi bilik sahəsi olduğundan bu iş üzrə verilmiş ekspertiza rəylərinə üstünlük verilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 3-ci bəndinə əsaəsn şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində vəkil iştirak etmiş, cinayətin törədilməsini etiraf etmiş, nə vəkilinə, nə videoçəkilişdə, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə iclasında narazılığını və ya etirazını bildirməmiş, ekspertiza rəyləri, iş materialları ilə tanış olaraq hec bir vəsatət və şikayət verməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmadığını göstərsə də, iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs1 özünün ifadəsi, şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs2 özünün ibtidai istintaqda verdiyi ilk izahatı, şəxsi axtarış zamanı videoçəkilişlə müdafiəçinin iştirakı zamanı verdiyi ifadələri ilə sübut olunmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə təmiz çəkisi 18.12 qram-xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 10.88 qram çəkidə olan hissəsini 70 manat pul müqabilində xx.xx.2024-ci il tarixdə saat 12 radələrində yaşadığı Kürdəmir şəhəri Nəsimi küçəsində tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12 radələrində ondan əldə etdiyi 10.88 qram narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 7.84 çəkidə olan hissəsini tanışı X17 ilə qabaqcaqdan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, X22 şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq ön sağ cibindən bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 7.84 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün saat 18 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri S.Şixaliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının qabaq ön sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3.04 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün saat 20 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o Kürdəmir şəhəri Nəsimi küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın qabaq ön sol cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7.24 qram Elşad Quliyevin və Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidir və onlara müvafiq olaraq təqsirləndirildikləri maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 4-ci bəndində göstərilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetinni xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddəsin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddənin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. X25 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. X25 8-ci bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. X25 9-cü bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır kateqoriyasına daxil olan cinayət əməli törətməsini, onun yaşayı yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xaraktyerizə olunmasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadığın məhdudlaşdırılması növündə cəzaya, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliaksı CM-nin 52-ci maddəsinə əsasən oğlu ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Səfərov X12 şəhəri Füzuli küçəsi ev 6-da yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materialalrına əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəsin tutulması haqqında xx.xx.2024-cü il tartixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 20.15-də şübhəli şəxs qismində tutulmuşdur. (bax cild 1, iş vər, 86-87) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-32/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. (bax cild 1, iş vər, 240-244) Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni 20 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 10,24 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. X6 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,82 qram narkotik vasitə olan qurudulmuş marixuananın Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmi ilə məhv edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 ekspertiza xərci olan 131,95 manat, Təqsirləndirilən şəxs1 31,95 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi3 məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs1 müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi3 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, Füzuli küçəsi, ev 6-da yerləşən evi gecə saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Səfərov X12 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən yəni 20 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra ümumi qalan 10,24 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. X6 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,82 qram narkotik vasitə olan qurudulmuş marixuananın Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmi ilə məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ekspertiza xərci olan 131,95 manat, Təqsirləndirilən şəxs1 31,95 manat tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar