Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-97/2025 01.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə; xx.xx.1974-cü ildə Ağsu rayonu Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 843-ci nömrəli Hərbi Hissədə qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, onu oğlu Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinə işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra ünvan 1 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında xx.xx.2023-ci il tarixdə xeyli miqdarda 7.000 manat, eyni niyyətlə xx.xx.2024ci il tarixdə isə Kürdəmir şəhəri Füzuli küçəsi ev 14-də yaşayan X8 yaşadığı evin həyətində 3.000 manat pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs1 10000 manat pul vəsaitini ələ keçirib aldatma və etibardan sui-istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli saylı hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 etibarın sui-istifadə edərək, onun iş yerini Kürdəmir rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə dəyişdirmək imkanında olduğuna inandırıb özlərinə qarşı inam yaratdıqdan sonra Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən "Aran "kafesinin yaxınlığında xx.xx.2023-cü il tarixdə xeyli miqdarda 6000 manat pulu ələ keçirib qabaqcadan əlbir olduğu şəxslə aralarında bölərək sonuncunun 6000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Ağsu rayonu Bozavand kəndində yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək oğlu Şahid5 hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə işə bərpa etdirmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazaya quraşdırılan "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbərsiz Tərlan Comərdova məxsus 5411*****6247 saylı plastik kartına köçürülmüş 3000 manat pul vəsaitini ələ keçirib aldatma və etibardan sui-istifadə etməklə təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli saylı hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 etibarın sui-istifadə edərək, onun iş yerini Kürdəmir rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə dəyişdirmək imkanında olduğuna inandırıb özlərinə qarşı inam yaratdıqdan sonra Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən "Aran "kafesinin yaxınlığında xx.xx.2023-cü il tarixdə xeyli miqdarda 6000 manat pulu ələ keçirib qabaqcadan əlbir olduğu şəxslə aralarında bölərək sonuncunun 6000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan, Zərərçəkmiş şəxs4 etibarın sui-istifadə edərək, onu oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "Bakı Beynəlxaq Avtovağzal Kompleksi"nin yaxınlığında olan "Körpü" adlı yeməkxanada 2024-cü ilin yanvar ayının sonlarında 5.000 manat, eyni niyyətlə, Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində xx.xx.2024-cü il tarixdə 200 manat, eyni niyyətlə xx.xx.2024-cü il tarixdə isə Kürdəmir şəhəri M.Əzizbəyov küçəsində yerləşən "Almarket"də quraşdırılan "Emanat" aparatı vasitəsi ilə ona məxsus 416973****4385 nömrəli plastik kartına köçürülmüş 250 manat olmaqla, Ümumilikdə Zərərçəkmiş şəxs4 vahid niyyətlə xeyli miqdarda 5450 manat pul vəsatini ələ keçirib aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir şəhəri 29-cu məhəllə R.Rza küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan, Zərərçəkmiş şəxs5 Fəzail oğlunun etibarın sui istifadə edərək, onu oğlu Şahid1 leytenant rütbəsi verdirmək imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində quraşdırılan "mpay" aparatı vasitəsi ilə ona məxsus 523915***0972 nömrəli plastik kartına köçürülmüş 2000 manat pulu, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Babək küçəsində quraşdırılan "mpay" aparatı vasitəsi ilə ona məxsus 523915***0972 nömrəli plastik kartına köçürülmüş 600 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs5 vahid niyyətlə 2600 manat pul vəsaitini ələ keçirib aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin yanvar ayında tanış olmuş, telefon nömrələrini bir birinə vermişlər. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Yaşar zəng edərək oğlu X21 Nazirliyinə işə düzəltmək istədiyini bildirmiş, ona kömək edəcəyini, lakin işin həlli üçün 8.000 manat pul lazım olduğunu demişdir. 2024-cü ilin yanvar ayının sonlarında Yaşarla Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “körpü” adlı yeməkxanada görüşmüş və Yaşar ona 5.000 manat pulu sayıb vermiş, Yaşara Osmanın sənədlərini düzəltməsini tapşırmışdır. Osmanın sənədləri düzələndən sonra həkim komissiyasından keçmək üçün Osmanı Bakı şəhərinə çağırmışdır. Bakı şəhərində Osmanla görüşüb ondan 200 manatı almış, sonradan isə Yaşarla danışanda əlavə 250 manat lazım olduğunu bildirmişdir. Yaşar isə 2024-ci ilin iyun ayında ona göndərdiyi bank hesabına 250 manat pul göndərmişdir. Lakin sonradan Yaşarın oğlu Osmanı işə düzəldə bilməmişdir. Yaşarın ona verdiyi pulları isə öz tələbatlarına xərcləmişdir. Sonradan onun barəsində şikayət etdiyinə görə onun pulunu hissə hissə ödəmişdir. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ildir ki tanıyır. Zəfər həmin vaxt hərbçi kimi işləmişdir. Onun əlaqələrinin olduğunu və hərbçi kimi işə düzəldə biləciyini eləcə də hərbçilərin iş yerini dəyişdirə biləcəyini bilmişdir. Zəfərlə münaisbətləri yaxşı olduğuna görə, bir birinə pul borc verib almışlar. Zəfərin də ona 2250 manat borcu olmuşdur. Zəfər 2023-cü ili yay aylarında təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs2la Talehin vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2023-cü ilin noyabr ayında Taleh zəng edərək dostu Zərərçəkmiş şəxs2 hərbçi olduğunu və iş yerini Kürdəmir rayonuna dəyişmək istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zəfərlə görüşüb Kürdəmir rayonuna Zəfərin maşını ilə gəlmişlər. Taleh və İlhamla Kürdəmir rayonu Aran kefesinin yanında görüşmüşlər. Maşında olanda İlham ona 6.000 manat vermişdir. Həmin 6000 manatı Zəfərə vermək istəyəndə Zəfər faylı göstərib ora qoymasını demişdir. Sonradan Taleh və İlham maşından düşəndən sonra pulu götürüb cibinə qoymuş, və Zəfərin borcunu silmişdir. Sonradan İlham da şikayət etdiyinə görə o və Zəfər İlhamın borcunu tamamilə ödəmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs5 təxminən 2 ildir ki tanıyır. Azərlə qospitalda olarkən tanış olmuşdur. Təxminən 2024-cü ilin yay aylarında Azər zəng edərək, oğlu Xəyalın əsgərlikdə olduğunu ali savadlı olduğu üçün leytenant rütbəsi almaq istədiyini demişdir. Ona işi həll edə biləcəyini demiş, Azər də Kürdəmir rayon sakini olduğu üçün ona bu işi 4000 manata həll edəcəyini demişdir. Azər isə pulu olmadığını deyəndə, 2500 manata razılaşmış, xx.xx.2024-cü il tarixdə Azər ona məxsus plastik karta 2000 manatı göndərmişdir. Bundan sonra Azərin verdiyi pulları xərcləmişdir. Azərə sonradan xx.xx.2024-cü il tarixdə zəng edib Xəyalın işinin həll üçün əlavə 600 manat lazım olduğunu demiş, Vüqar onun plastik kartına 600 manat göndərmişdir. Azərin işini həll edə bilməmiş, ondan şikayət etdiyi üçün pulu tam şəkildə qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslərə borcu qalmamış, dəymiş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs1 izahatının sonunda əməlindən peşiman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə X8 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Azadla bir yerdə xidmət etmiş, həmçinində dostudur. Azadla müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində işləyərkən tanış olmuşdur. Həmin vaxt N saylı hərbi hissədə kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. Sonradan isə Bakı şəhərinə ezam olunmuşdur. 2023-cü ilin təxminən yay aylarında Azad ona məxsus nömrəyə zəng edərək, sinif yoldaşı Ramizin nəvəsi Cavidin Qarabağ zonasında hərbçi işlədiyini, Kürdəmir rayonuna gətirmək istədiyini demişdir. Azada Xırdalan şəhərində İcra Hakimiyyətinin qarşısına gəlmələrini və orada gözləyəcəyini demişdir. Azad həmin yerə Cavid, Cavidin babası Ramizlə ikisi gəlmişdilər. Orada ilk dəfə Cavid və babası Ramizlə görüşmüşdür. Söhbət zaman Cavid əvvəlcədən razılaşdıqları 7.000 manatı ona vermişdir. Orada 3 ay müddətində bu iş həll olunacaq demişdir. Sonradan Kürdəmir rayonunda yeləşən hərbi hissə ilə maraqlananda Kürdəmir rayonunda yer olmadığını öyrənmişdir. Cavidə zəng edib əlavə də Bakı şəhərinə gəlmək üçün 3.000 manatda pul istəmişdir. Cavid də razılaşmışdır. xx.xx.2024-cü il tarixdə bir başa Azadın yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs1 və oğlu Nurlan onu qarşılamış və birlikdə Azadın həyətinə girmişlər. Həyətdə söhbət edən zaman Kəmalə ilə orada tanış olmuşdur. Kəmalə ona 3.000 manatı vermiş, lakin işi həll edə bilmədiyi üçün Kəmalə pulunu geri istəmişdir. Məcbur olub onun oğlu Nurlanın hesabına 2.000 manatı göndərmişdir. Şikayət olduqdan sonra isə ona olan borcunu tamamilə ödəmişdir. Bundan başqa, Ağsu rayon Bozavand kəndində yaşayan Zərərçəkmiş şəxs3 onun oğlu Loğmanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində birinə işə düzəltmək məqsədi ilə 3000 manat pul almışdır. Zərərçəkmiş şəxs3 uzun illərdir ki tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Mehriban dostluq münasibəti olmuşdur. Ələddinlə tez tez rayona gedib gələndə görüşmüşlər. Ələddinin oğlu Loğman əvvəl hərbçi olsa da sonradan intizam məsuliyyətinə cəlb edilərək ordu sıralarından tərxis olmuşdur. 2023-cü ilin noyabr ayında Ələddinlə Ağsu rayonunda görüşəndə oğlu Loğmanı təkrar hərbçi kimi tanışlarının vasitəsi işə düzəltməsi üçün kömək istəmişdir. Təxminən 10 gün sonra Ələddinə zəng edib 3000 manata işin həll olunacağını demişdir. xx.xx.2023-cü il tarixdə Ələddin zəng edərək 3.000 manat pulun hazır olduğunu demiş, ona əmisi oğlu X4 məxsus plastik kartın şəkilini atmışdır ki pulu həmin kartda göndərsin. Ələddində 3.000 manat pulu həmin karta göndərmişdir. Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Vüqarı isə təxminən 2019-cu ildə Kürdəmir rayonu yerləşən 411 saylı hərbi-hissədə xitmət edərkən tanımış, münasibəti normal olmuşdur. 2023-cü ilin təxminən oktyabr ayında pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs1 2250 manat borca pul almışdır. Vüqara isə qısa zamanda qaytaracağını demişdir. Lakin pulu Vüqara qaytara bilməmişdir. Təxminən bir ay sonra Vüqar zəng edərək Taleh adlı dostu, onun Zərərçəkmiş şəxs2 adlı tanışı var hərbçidir, onun iş yerini dəyişmək lazım olduğunu demiş, xx.xx.2023cü il tarixdə Vüqarla birlikdə Kürdəmir rayonuna gəlmiş, Aran kafesinin yanında Talehlə İlhamı gözləmişdir. Onlar da ora gələndən sonra, Vüqar İlham və Talehlə onu tanış etmiş və bildirmişdir ki onlara kömək edəcək. Zərərçəkmiş şəxs2 cibindən 6.000 manat pulu çıxarıb sayaraq Vüqara vermişdir. Vüqar da pulu sayıb ona vermək istəyəndə, Vüqara maşında olan faylı verib ora qoymasını demişdir. Vüqar pulu maşınına qoymuşdur. İlhamla Taleh maşından düşüb gedərkən Vüqar həmin 6000 manat pulu götürüb öz cibinə qoymuş, ona olan borcunu payına düşən pulla silmişdir. Vüqar pulu İlhamdan alarkən bilmişdir ki o İlhamın işin həll etməyəcək. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödəyəeək onlarla barışmasını, əməlindən peşiman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir iki oğlu var. Təqsirləndirilən şəxs2 təxminən 2 ildir ki tanıyır. Zəfərlə Kürdəmir rayon sakini, həmçinin atasının sinif yoldaşı Azad Cəfərovun vasitəsi ilə tanımışdır. Azadı isə uzun illərdir ki tanıyır. X35 leytenant hərbi rütbəsi ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində komandir vəzifəsində işləyir. Böyük oğlu Nurlanı da Kürdəmir rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işə düzəltmək istəmişdir. 2023-cü ilin təxminən iyun aylarında Azad atasının evində Təqsirləndirilən şəxs2 ilə danışıb və işin həll olunması üçün 7.000 manat pul lazım olduğunu Zəfərin isə Müdafiə Nazirliyində polkovnik rütbəsində olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə 7.000 manat pulu hazır edib Azada zəng edib pulun hazır olduğunu demiş, Azad isə bir yerdə Bakı şəhərinə gedib işi həll edən adamla görüşüb pulu ona vermək lazım olduğunu demişdir. Özü, atası Nurlan və Azadla birlikdə Bakı şəhərinə yola çıxmışlar. Azadla Zəfər telefonla danışanda Xırdalan şəhərində İcra hakimiyyətinin inzibati binasının qarşısında gözlədiyini demişdir. Zəfərin dediyi yerə getmişlər. Zəfərlə ilk dəfə orada tanış olmuşdur. Cibində olan kağıza bükülü vəziyyətdə olan 7.000 manat Zəfərə vermişdir. Zəfər isə ona bacı narahat olmayın, ən gecə xx.xx.2023-cü il tarixdə Nurlan işə çıxacaq demişdir. Sonradan isə Azadla bir neçə dəfə telefonla danışmışlar. xx.xx.2024-cü il tarixdə Azad Nurlana zəng edərək axşam Zəfər rayona gələcək, təcili olaraq əlavə 3.000 manat lazım olduğunu, xx.xx.2024-cü il tarixdə iş həll olunacağını demişdir. Həmin gün saat 19 radələrində Nurlan işdən gələndən sonra 3.000 manatı borca tapmış, axşam saatlarında Azadın yaşadığı Kürdəmir şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Şöbəsinin yaxınlığında yerəşən evinə getmiş, Azad evindən küçəyə çıxıb maşına oturmuş, Azadla söhbət edib, pulu güclə tapdıqlarını demiş, Zəfər gələndən sonra Azad o, Nurlan və Zəfər Azadın həyətinə girmişlər. Təxminən 30 dəqiqə Zəfərlə söhbət etmişlər. Zəfər isə sizi aldatsam vicdansız olaram, mən sizə söz verirəm ki xx.xx.2024-cü il tarixdə iş həll olacaq, ən geci isə xx.xx.2024-cü il tarixdə iş olacaq demişdir. Bundan sonra 3000 manatı çıxarıb Zəfərə vermiş, Zəfər də pulu sayıb götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə vaxt gəlib çatdığına görə Azada zəng edib soruşanda, Azad Zəfərin nömrəsini vermişdir ki onun özü ilə danışsınlar. Bundan sonra Zəfərlə oğlunun telefonu ilə danışmışlar. Zəfər hər dəfəsində pulu qaytaracağını deyərək yalvarmışdır. 2024-cü ilin sentyabr ayında əri Zəfərlə danışanda ondan şikayət edəcəklərini dediyinə görə, Zəfər pulu göndərməsi üçün pul kartı istəmişdir. Oğlu Nurlanın plastik kartını göndərmişdir. Zəfərdə həmin karta 2000 manat pul göndərmişdir. Kürdəmir RPŞ-na ərizə ilə müraciət etdikdən sonra isə Zəfər onun pulunun qalan hissəsini də qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs2 vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şahid1 doğma oğludur. Təqsirləndirilən şəxs1 Bakıda Papanində yerləşən xəstəxanada iş düzüb qoşarkən tanımış, orada nömrəsini almışdır. Xəyal ali savadlı olduğu üçün əsgərlikdə olarkən hərbi hissədə qalıb zabit kimi işləyəcəyini demiş, buna görə də Vüqara zəng etmiş, Vüqar ona işin həlli üçün 4.000 manat lazım olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə Vüqarın verdiyi kart hesab nömrəsinə 2000 manat göndərmiş, xx.xx.2024-cü il tarixdə Xəyal əsgər getmiş, ürəyində qüsur olduğu üçün əsgərliyə yaramadığını bildirmişlər. Vüqara zəng edib vəziyyəti ona izah etmiş, sonra Vüqar zəng edərək məsələni həll etmək üçün 600 manat lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə kart hesab nömrəsinə 600 manatı da göndərmiş, lakin Vüqar işi həll edə bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid5 onun oğludur, 2016-cı ildən Müdafiə Nazirliyinin bir neçə hərbi hissələrində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi işləmişdir. 2022-ci ilin iyun ayında Loğman xidmətdə yol verdiyi nöqsanlara görə hərbi qulluqçu kimi xidmətdən xaric edilmişdir. 2023cü ilin dekabr ayının əvvəllərində Ağsu rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edərək oğlu Loğmanın işdən çıxarıldığını bildiyini, onun işə düzəlməsinə köməklik edə biləciyini demişdir. Bundan sonra Zəfəri yaşadığı evə dəvət etmiş, söhbət zamanı Zəfər hərbi qulluqçu kimi işlədiyini, hazırda polkovnik-leytenant rütbəsində olduğunu, Loğmanı yenidən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demişdir. Zəfər sənədləşmə işlərinin aparılmasından ötrü eləcə də rüsümların ödənilməsi üçün 3000 manat pul istəmiş, xx.xx.2023-cü il tarixdə arvadı Pərcahanla birlikdə "xxxx"ın Ağsu rayon filialına gedib 3000 manat kredit götürmüşlər. Zəfərlə danışanda ona kredit götürdüyünü və pulun hazır olduğunu demişdir. Zəfər qardaşı Tərlan Comərdova məxsus plastik karta göndərməsini istəmişdir. Bundan sonra Ağsu rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada olan “ Pashapay MMC” məxsus milliön ödəmə terminalı vasitəsi ilə X3 adına olan plastik karta 3000 manatı göndərmişdir. Lakin Zəfər vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs2 ona vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid3 onun oğludur, Kürdəmir rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır. Vüqarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təxminən 2024-cü ilin yanvar ayında Bakı şəhərində Vüqarla tanış olmuşdur. Onunla tanış olandan sonra Vüqara oğlu Osmanı Azərbaycan Respublikası FHN-nə işə düzəltmək istədiyini demişdir. Həmin vaxtı Vüqar ona oğlunu həmin yerə işə düzəldə bilcəyini, qabaqcadan ona 8000 manat pul verməsini demişdir. Həmin vaxtı ona“ sənə ilkin olaraq 5000 manat pul vercəm oğlum işə düzələndən sonra qalan 3000 manatı da verəcəm” demişdir. Vüqarda onunla razılaşmışdır. Onunla görüşüb söhbət edəndən bir neçə gün sonra arvadı Tünzalə öz adına Kürdəmir şəhərində yerləşən “Rabitə Bank”-dan kreditə 8000 manat pul götürüb vermişdir. 2024-cü ilin yanvar ayının axırında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “Körpü kafe” adlı yeməkxanada Vüqarla görüşüb oğlu Osmanı FHN-nə işə düzəltməsi üçün ilkin olaraq ona 5000 manat pul vermişdir. Ona pulu verəndən sonra Vüqar oğlunun sənədlərini ona göndərməsini demişdir. Oğlunun sənədlərini Vüqara göndərmişdir. 30 may 2024-cü il tarixdə Vüqar oğlunu həkim komisiyasından keçməsi adı ilə onu və oğlunu Bakı şəhərinə çağırtdırıb FHN-nin Tibb Mərkəzinə aparıb oğlunu həkim komisiyasından keçirib yenidən 200 manat pul almışdır. 12 iyun 2024-cü il tarixdə Vüqar zəng vurub oğlunun işi ilə bağlı ona 250 manat pul göndərməsini demişdir. Onunla razılaşıb həmin günü saat 12:15 radələrində Kürdəmir şəhəri M.Əzizbəyov küçəsində yerləşən “Al Market” adlı ərzaq mağazasına gedib ora quraşdırılan “eManat” aparatı vasitəsi ilə Vüqarın pul kartına 250 manat pul göndərmişdir. Lakin, Vüqar onu aldadıb oğlunu bu vaxtdacan işə düzəltməmiş və pulunu qaytarmamışdır. Buna görə bu gün Kürdəmir RPŞ-nə gəlib Vüqar barəsində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayır. 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli Hərbi Hissəsində, tağım komandirinin müavini, vəzəfisində işləyir, rütbəsi gizirdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla 2023-cü ildən etibarən tanış olmuşdur. Belə ki, Xidmət etdiyi Hərbi Hissə Xocəvənd rayonu ərazisində yerləşdiyindən yaşadığı evə gedib gəlməkdə çətinlik çəkmişdir. Həmçinin ailə üzvləri Kürdəmir rayonunda yaşadığına görə qərara gəlmişdir ki iş yerini Kürdəmir rayonuna dəyişsin, Şahid4 sinif yoldaşı həmçinində dostudur. Bu barədə Talehə də məlumat vermişdir. Talehdə danışanda “Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxs var, ona demişdir, sənin iş yerini dəyişdirəcək, sənində nömrəni vermişəm”demişdir. Bundan sonra Vüqar zəng etmiş, və danışanda “Taleh sənin haqqında məlumatları verib, lakin işin həlli üçün 7.000 manat pul lazımdır” Vüqara “ mənim o pula gücüm çatmır, lakin Vüqar mənə dedi ki birdə bu fürsət əlinə düşməyəcək, artıq sənində işini yuxarıdakılarla danışmışam” demişdir. Vüqarla danışanda 6.000 manat qabaqcadan, iş həl olunandan sonra isə 1000 manatını verəcəyi barədə razılaşmışdır. Bundan sonra Bankdan 6.000 manat kredit götürmüşdür. Pulu hazır edəndə Vüqara zəng edərək bildirmişdir. Vüqara həmçinin “mənim işimi həll edən adamın adı nədir?” demişdir. Vüqar isə “adını indi deyə bilmərəm, lakin özün gətirəcəm görüşüb söbət edərsən” demişdir. xx.xx.2023-cü il tarixdə Vüqarla danışanda Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən Aran kafesinin yanına Talehlə birlikdə getirmişdir. Vüqar ora Zəfərlə gəlmişdir. Vüqarla orada söhbət edəndə, Zəfəri göstərib “bu müəllim işi düzəldəcək adı Zəfərdir” demişdir. Zəfərdə həmin vaxt əynində polkovnik-leytenant rütbəsində Hərbi Hava qüvvələrinə məxsus hərbi geyim formasında olmuşdur. Zəfəri hərbi geyimdə görüb bunlara daha etibar etmişdir. 6.000 manat pulu sayıb Vüqara vermişdir. Vüqar 6.000 manat pulu Zəfərə vermişdir, Zəfər isə həmin pulu kitabçasının arasına qoymuşdur. 2024cü ilin yanvar, ən geci isə fevral ayına işi yerini dəyişmək məsələsi həll olunacaq. Lakin indiyənə kimi olan müddət ərzində iş yerini dəyişmək məsələsi həll olunmamışdır. Vüqar və Zəfər onu aldatdıqlarını, pulunu ələ keçirmişlər. Zəfər isə yalandan hərbi geyimi geyinibmiş. Bundan sonra şikayət etmişdir. Şikayət edəndən sonra isə öyrənmişdir ki, Zəfər və Vüqar başqa bir neçə şəxsi aldadıb pullarını alıblar. xx.xx.2023.-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən, Aran kafesinin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vermişdir ki, iş yerini Xocəvənd rayonundan Kürdəmir rayonuna dəyişsinlər. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun atasıdır. O ali savadlı olduğu üçün əsgərliyə gedəndə zabit rütbəsi alıb, zabit kimi qalıb işləmək istəmiş, buna görə də atası onun üçün adam axtaranda Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Vüqarla atası 4000 manata razılaşmışdır ki onu zabit etsin. Vüqara 2000 manatını qabaqcadan, qalan 2000 manatını isə zabit rütbəsi alandan sonra verəcəklərinə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə atası Azər 2000 manatı Vüqara məxsus bank hesabına göndərmişdir. O, 2024-cü ilin iyul ayında həqiqi hərbi xidmətə getmiş, 2025-ci ilin fevral ayında isə həqiqi hərbi xidməti qurtarıb qayıtmışdır. Əsgərlikdə olarkən, zabit rütbəsi almaq üçün həkim komisiyasından keçəndə ürəyində problem olduğuna görə, ona sənə nəyinki zabit rütbəsi hətta əsgərlik çəkmək olmaz demişlər. Bundan sonra o atası Azərə zəng edib deyəndə, Vüqarla danışmış, Vüqar təkrar atası Azərdən həkim komisiyasından keçmək üçün 600 manat da əlavə pul almışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayıram. Evliyəm bit oğlum var. X9 anamdır. Təqsirləndirilən şəxs2 təxminən 2 ildir ki tanıyıram. Zəfərlə Kürdəmir rayon sakini həmçinidə babamın sinif yoldaşı Azad Cəfərovun vasitəsi ilə tanımışam. Azadı isə uzun illərdir ki tanıyıram. Mənim qardaşım Cavid Mahmudov leytenant hərbi rütbəsi ilə Müdafiə Nazirliyinin N saylıh ərbi hissəsində komandir vəzifəsində işləyir. X37 zavodu MMC-də inzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsində işləyirəm. Maaşım az olduğu üçün mən Kürdəmir rayonunda yerləşən Müdatiə Nazirliyinin N saylı hərbi hissəsində işə düzəlmək istəyirəm. 2023-cü ilin təxminən iyun aylarında babam Ramizla Azad söhbət edərkən. Azad babama deyib ki onun tanışı var, o bu işi həll edə bilər, lakin işın həll olunması üçün pul lazım olacaq, soruşub axşam üstünə hə yox deyəcək. Bu barədə babam bizə deyəndə bizdə razılaşıb va babama" Azadla söhbət et görək neçiyə hall olunur dedik. 09.072023-cü il tarixdə mənimlə babam Azadın yaşadığı evə getdik ki, onunla işin həll olunması üçün lazım olan məbləğ barədə söhbət edək. Azadda bizə dedi ki X10 ilə danışıb və işin həll olunması üçün 7.000 manat pul lazım olduğunu Zəfərin isə Müdafiə Nazirliyində polkovnik rütbəsində olduğunu dedi. Bizdə Azadla razılaşdıq. 10.072023-cü il tarixdə 7.000 manat pulu hazır edib Azada zəng edib pulun hazır olduğunu dedik. Azad isə dediki bir yerdə Bakı şəhərinə gedək işi həll edən adama görüşək pulu ona verək. Mən, babam.anam və Azadla birlikdə Bakı şəhərinə yola çıxdıq. Azadla Zəfər telefonla danışanda Xırdalan şəhəridə lerashakimiyyətinin inzibati binasının qarşısında bizi gözlüyür. Bizdə Zəfərin dediyi yerə getdik. Azad Zəfərım maşınında qabaq sərnişin yerində, anamla babam isə maşının arxa sərnişin yerində oturdular mən isə öz maşınımızda oturub gözlədim. Zəfərlə ilk dəfə orada tanış olduq. Anam Kəmalə 7.000 manat Zəfərə verdi. Zəfər isə ona deyib ki "bacı narahat olmayın, ən gecə xx.xx.2023-cü il tarixdə Nurlan işə çıxacaq". Sonradan isə Azadla bir neçə dəfə telefonla danışdıq. xx.xx.2023-cü il tarixdə yəni Zəfər və Azadın bizə vəd etdiyi vaxtda iş həll olunmadığına görə ona zəng edib soruşanda hər dəfə deyirdi ki narahat olma qısa zamanda həll olacaqxx.xx.2024-cü il tarixdə Azad mənə zəng edərək axşam Zəfər rayona gələcək, təcili olaraq 3.000 manatda lazımdır ki, lahiyyə açılır. xx.xx.2024-cü il tarixdə isə iş həll olunacaq. Məndə bu barədə anama zəng edərək danışdım. Həmin gün saat 19 radələrində mən işdən gələndən sonra 3,000 manatı borca tapdıq. Həmin gün axşam saatlarıda Azadın yaşadığı Kürdəmir şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Şöbəsinin yaxınlığında yerəşən evinə gəldik. Azad evindən küçəyə çıxıb bizim maşına oturdu. Azadla söhbət edib, pulu güclə tapdığımızı dedik. Azad isə bizə dedi ki "mən əmin sənə söz verirəm ki bu iş düzələcək". Azadla təxminən 1 saata kimi söhbət etdik. Zəfərdə oraya Reno markalı avtomobillə gəldi. Zəfər gələndən sonra Azad anam. mən və Zəfər Azadın həyətinə girdik. Təxminən 30 dəqiqə kimi Zəfərlə söhbət etdik. Zəfər isə bizə dediki sizi aldatsam vicdansız olaram, mən sizə söz verirəm ki xx.xx.2024-cü il tarixdə iş həll olacaq, ən geei isə xx.xx.2024-cü il tarixdə iş olacaq. Bundan sonra anam 3000 manatı çıxarıb Zəfərə verdi, Zəfərdə pulu sayıb götürdü. Zəfərə orada xatırlatdıq ki 7000 manat bir vermişik buda 3000 manat, ümumilikdə sənə 10000 manat pul vermişik. Zəfərə anam dedi ki bu iş həll olunmasa mən bu 10000 manatı sizdən qəpiyinə kimi alacam. Bundan sonra xx.xx.2024-cü il tarixdə vaxt gəlib çatdığına görə Azada zəng edib soruşanda azad Zəfərin nömrəsini verdiki onun özü ilə danışaq. Bundan sonra Zəfərlə mənim telefonum ilə danışdıq. Zəfər hər dəfəsində yalvarıb yaxarırdı ki. pulu qaytaracam. 2024-cü ilin sentyabr ayında atam Dönməz Zəfərlə danışanda ondan şikayət edəcəyimizi dediyinə görə, Zəfər pul kartı istədiki pulu gödərsin. Mənim plastik kartımı göndərdik. Zələrdə həmin karta 2000 manat pul göndərdi. Yerdə qalan 8000 manatıda göndrəcəyini dedi biz onunla telefonla danışıb pulumuzu istədikdə Zəfər bizə dedi ki get kimə istəyirsən şikayət et, məndə sənə başqa cürə zərbə vuracam, oğlun Cavidi işdən çıxartdıracam. Anamla babam Azadın yaşadığı evə gedib söhbət edəndə Azadda onlara deyib ki Zəfərin ətrafı genişdi, çoxlu sayda zabit yoldaşlarıda var. Cavidə ziyan vura bilər. Zəfər bizim pulumuzu qaytarmadığına görə anamda məcbur olub şikayət etdi. xx.xx.2023-cü il tarixdə anası Kəmalə Xırdalan şəhərində İcra Hakimiyyətinin inzibati bınasının qarşısında 7000 manat, 3000 manatı isə Azadın yaşadığı evin həyətində Zəfərə vermişik. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 atamdır. Kürdəmir rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs1 tanıyıram. Təqsirləndirilən şəxs1 atam vasitəsi ilə tanımışam. Vüqar barəsində Kürdəmir RPŞ-nə ərizəni atam yazmışdır. Onunla heç bir düşmənçiliyim və ədavətim yoxdur. 2022-ci ildən 2024-ci ilədək müddətdə Müdafiə Nazirliyinin tabeliyində Xüsusi Təyinatlı hərbi hissədə həqiqi hərbi xidmətdə olub, əsgərlik etmişəm. Əsgərliyi bitirib qayıdandan sonra atam məni Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəyirdi. Buna görə də, təxminən 2024-cü ilin yanvar ayında atam Bakı şəhərində Vüqarla tanış olmuşdur. Onunla tanış olandan sonra Vüqara məni Azərbaycan Respublikası FHN-nə işə düzəltmək istədiyimi demişdir. Həmin vaxtı Vüqar atama məni həmin yerə işə düzəldə bilcəyini qabaqcadan ona 8000 manat pul verməsini demişdir. Vüqarla qabaqcadan 5000 manatı verib, iş düzələndən sonra isə 3000 manatı verəcəyi barədə razılaşmışlar. Vüqarla atam görüşüb söhbət edəndən bir neçə gün sonra anam Tünzalə öz adına Kürdəmir şəhərində yerləşən "Rabitə Bank"-dan kreditə 8000 manat pul götürüb atama verdi. 2024-cü ilin yanvar ayının axırında atam Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən "Körüpü kafe" adlı yeməkxanada Vüqarla görüşüb məni FHN-nə işə düzəltməsi üçün ilkin olaraq ona 5000 manat pul vermişdir. Atam ona pulu verəndən sonra Vüqar mənim sənədlərimi ona göndərməsini istəmişdir. Bundan sonra mən şəxsiyət vəsiqəmin sürətini, atestatımın sürətini, şəhadətnamənin, hərbi biletimin sürətini Vüqara göndərdik. 30 may 2024-cü il tarixdə Vüqar məni həkim komisiyasından keçməsi adı ilə atamı və məni Bakı şəhərinə çağırdıdı. Vüqarla Biləcəri qəsəbəsi ərazisində görüşdük, Vüqar atama dedi ki həkim komissiyasından keçmək üçün 200 manat lazımdır, atam Vüqara 200 manatıv erdi. Bundan sonra Vüqarla mən ikimiz FHN-nin Tibb Mərkəzinə gedib həkim komisiyasından keçdim. Birinci dəfə mən Vüqarı həmin vaxt canlı görmüşəm. 12 iyun 2024-cü il tarixdə Vüqar atama zəng vurub mənim işim ilə bağlı ona 250 manat pul göndərməyimizi dedi. Onunla razılaşıb həmin günü saat 12:15 radələrində mən Kürdəmir şəhəri M.Əzizbəyov küçəsində yerləşən "Al Market" adlı ərzaq mağazasına gedib ora quraşdırılan 3852 nömrəli "eManat" aparatı vasitəsi ilə Vüqara məxsus 416973****4385 nömrəli pul kartına 250 manat pul göndərdim. Vüqar bizi arxayın etmişdir ki təxminən 2 ay ərzində mən işlə təmin olunacam. Lakin buna baxmayaraq Vüqar bizi aldatdı və məni işlə təmin etmədi. Buna görə atam Kürdəmir RPŞ-nə gəlib Vüqar barəsində şikayət etdi. Vüqar nun barəsində şikayət etdiyimizi bilib, Vüqarın atası gətirib atama 2500 manatı qaytardı. Bundan sonra isə Vüqar təkrar atama məxsus plastik karta 200 manat göndərdi. Atam Təqsirləndirilən şəxs1 5000 manat pulu Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın həyətində əlbə əl vermişdir. 200 manatı atam mən Bakı şəhərində Vüqarla görüşüb tibb komissiyasından keçərkən mənim yanımda vermişdir. Sonuncu 250 manatı isə mən Kürdəmir şəhərində yerləşən Almarketdə olan Emanat vasitəsilə Vüqara məxsus plastik kartına göndərmişəm. Vüqarla 8.000 manata razılaşmışdıq. 5000 manatını əvvəlcə vermişik, 450 manatı sonradan vermişik. İş həll olunandan sonra isə 3000 manat verəcəkdik. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mənim sinif yoldaşımdı, həmçinində yaxın dostumdur. X30 Nazirliyinin Qarabağ zonasında yerləşən N saylı hərbi hisssində gizir kimi xidmət edir. Təqsirləndirilən şəxs1 2-3 ildir tanıyıram. Beləki Vüqar da Kürdəmir rayon sakinidir, eşitmişəm kiVüqarın yüksək rütbəli hərbi xidmətdə dostları var, və o adam işə götürməkdə bir neçə adama köməklik edib. İlhamın anası ağır xəstə olduğu üçün xidməti iş yerini Kürdəmir raynunda yerləşən hərbi hissələrin birinə iş yerini dəyişmək istəyirdi. İlahmlada mən dost olduğuma görə məndə marqlanırdım ki İlham üçün adam tapım. Hmin vaxt Təqsirləndirilən şəxs1lə tanış oldum. Vüqara zəng edib dostum İlham barəsində danışdım və ona dedim ki, İlham özü sənə zəng edəcək. İlhamla Vüqar öz arasında telefonla əlaqə saxlamağa başladılar. İlhamla Vüqar öz aralarında 7.000 manata razılaşdılar, lakin 6000 manatı qabaqcadan 1000 mantını isə işə düzəldəndən sonra veriləcəyi barədə razılaşdılar. Bunda sonra xx.xx.2023-cü il tarixdə Vüqar, yanında Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir rayonuna gəldi. Məndə İlhamla birlikdə Zəfər və Vüqarla görüşməyə getdik. Onlarla biz Aran qəsəbəsi ərazisində görüşdük. Maşında olanda İlham 6000 manatı çıxarıb Vüqara verdi. Vüqarda həmin pulu sayıb Zəfərə verdi. Onlarda İlhamı arxayın etdilər ki qısa zamanda işin həll olunacaq. Lakin buna baxmayaraq Vüqar və Zəfər İlhamın işini həll etmədilər. İlhamda məcbur olub onlar barəsində şikayət etsin. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 mənim atamdır. 2021-ci ilin əvvəllərindən başlayaraq Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi işləmişəm. Həmin vaxt mənim rütbəm əsgər olmuşdur. 2022-ci ilin iyun ayında mən xidmətdə yol verdiyi nöqsanlara görə hərbi qulluqçu kimi xidmətdən xaric edilmişəm. Bildirirəm ki, mən hərbi qulluqçu kimi işlədiyim vaxtlarda Ağsu rayon Kalva kənd sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdum. Xidmətdən xaric olunduqdan sonra man ailə üzvlərimlə birgə Ağsu rayonu Bozavand kəndində yaşayıram. Bildirirəm ki, mən 2023-cü ilin sentyabr ayında mən Zəfərin istifadəsində olan mobil nömrəyə zəng edərək ona hərbi qulluqçu kimi xidmətdən xaric olunmağımı, işə yenidən bərpa olunmaq istəməyimi, bu işdə mənə köməklik edib-edə bilməyəcəyini dedim. Bu vaxt Zəfər mənə köməklik edə biləcəyimi, lakin hələlik bir qədər gözləməyimi bildirdi. Bununla da biz danışığımızı bitirdik. 2023-cü ilin dekabr ayının əvvəllərində dəqiq xatırlamadığım gündə adını X11 qardaşı Tərlan Comərdov və sonuncunun adını bilmədiyim oğlu ilə birlikdə mənim yaşadığım Ağsu rayonu Bozavand kəndinə gəldi. Bildirirəm ki, həmin vaxt evdə məndən başqa atam Ələddin və anam Pərcahan Mirzəyeva var idilər. Bu vaxt biz Zəfər ilə söhbət etməyə başladıq. Bu vaxt Təqsirləndirilən şəxs2 hazırda hərbi qulluqçu kimi işləməsini, özünün hazırda polkovnikleytenant hərbi rütbəsinin olmasını bildirirək məni hərbi qulluqçu kimi yenidən işə düzəldə biləcəyini dedi. Bundan başqa Zəfər məni hərbi qulluqçu kimi işə düzəltəmək üçün sənədləşmə aparılmasından və rüsumların ödənilməsindən ötrü ona 3000 manat pul verməli olduğumuzu bildirdi. Bu vaxt atam ələddin Zəfər ilə razılaşaraq ona 3000 manat pul verəcəyini bildirdi. Bundan sonra Zəfər, onunla gələn qardaşı və qardaşı oğlu yaşadığımız evdən çıxaraq getdilər. Bildirirəm ki, 19 dekabr 2023-cü il tarixdə atam Ələddin və anam Pərcahan Ağsu şəhərinə getdilər və onlar evə qayıtdıqdan sonra Ağsu şəhəri ərazisində yerləşən "xxxx" ASC-in Ağsu filialından kredit götürmələrini və Zəfərin onlara dediyi kart hesabına 3000 manat pul göndərmələrini bildirdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərarla fakta görə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb, Kürdəmir rayonu Qağacılı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğlu Şahid3 işə düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs1 5450 manat pul verməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və bununla bağlı Kürdəmir RPŞ-nin İB-də toplanmış material olmuşdur. -xx.xx.2024-cü il tarixdə Ağsu PŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı X19 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddısi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə, saat 02:10-dan xx.xx.2025-ci il tarixdə saat 21:30-a qədər müddətdə şübhəli şəxs qismində tutulub, Kürdəmir RPŞ-nin MSY-də saxlanılmışdır. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(041)-11/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 01 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. - İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) xx.xx.1997-ci ildə Gəncə Qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası CM-nin 243:40 maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) xx.xx.2013-cü ildə Kürdəmir rayon Məhkəsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri, 15% (F6) 02 il müddətə dövlət və yerli özünü idarə orqanında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. 3) xx.xx.2022-ci il tarixdə Nizami rayon Məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. 4) xx.xx.2024-cü il tarixdə Şirvan ŞRPŞ-də barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi ilə xitam verilmişdir. -xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nizami rayon Məhkməsinin hakimi X20 qərarına əsasən, X12 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. -xx.xx.2025-ci il tarixdə ********* və ********* nömrəli cinayət işləri birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. -xx.xx.2025-ci il tarixdə ********* və ********* nömrəli cinayət işləri birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqı davam etdirilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-35/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. -xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham еlan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla ********* və ********* nömrəli cinayət işləri birləşdirilməklə ********* nömrə altında istintaqı davam etdirilmişdir. -xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - "TƏBİB" PHŞ-nin "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHS-18-1099/2-321/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X31 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs1 əlilliyə görə pensiya və ya sosial müavinət ödənilmir. - İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsidən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-ci maddələri ilə olan cinayət işinə CM-nin 73-1.2 maddəsinə əsasən cinayət məsuliyətindən azad edilərək xitam verilmişdir. - Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-83/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Reespublikası CM-nin 178.2.3,178.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilmişdir. - İş üzrə verilmiş əməliyyat-tapşırığının cavabında qeyd olunmuşdur ki, 1.Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 aldadıb 6000 manat pulunu dələduzluq yolu ilə almışlar. 2.Təqsirləndirilən şəxs2 tanışı X15 vasitəsi ilə Zərərçəkmiş şəxs1 aldadıb 10000 manat pulunu dələduzluq yolu ilə almışdır.
3. Təqsirləndirilən şəxs2 Şahid5 yalan vəd verib aldatmaqla xx.xx.2023-cü il tarixdə 3.000 manat pulunu dələduzluq yolu ilə almışdır.
4. X1 Osman Yaşar oğluna yalan vəd verib aldatmaqla 5450 manat pulunu dələduzluq yolu ilə almışdır.
5. X2 Azər Fəzail oğluna yalan vəd verib aldatmaqla 2600 manat pulunu dələduzluq yolu ilə almışdır.
6. X15 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbirliyinin olması, Azad Cəfərovun hər hansı bir mənfəət əldə etməsi müəyyən edilməmişdir.
7. Təqsirləndirilən şəxs2 X17 qabaqcadan əlbirliyinin olması, Tərlan Comərdovun hər hansı bir mənfəət əldə etməsi müəyyən edilməmişdir.
8. X5 və X15 Təqsirləndirilən şəxs2 vətəndaşlara qarşı dələduzluq etməsindən xəbəri olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon İdarəsi tərəfindən verilmiş məktuba əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.1991-cı ildən xx.xx.1991-ci il tarixədək müddətdə kursant, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ”zabit” qismində həqiqi hərbi xitam etmişdir. - Azərbaycan Respublikası Kürdəmir rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda Bakı şəhərində yaşayır. Nümayəndəliyin ərazisində yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2001-ci il təvəllüdlü qızı Aytac, 2006-cı il təvəllüdlü qızı Ayşən və 2009-cu il təvəllüdlü oğlu Təhmasib) Bakı şəhəri Hökməli qəsəbəsi Yeni yaşayış massivində qeydiyyatsız yaşayırlar. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən alınan məlumata görə Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına həmin xəstəxanada müalicədə olmayıb. - iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. - iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəndiyini, Z.Təhmasibova qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. - iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. - iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli özlərinin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahid ifadələri, habelə işdə olan sənədlərlə tamamilə sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs2la barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs2la barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1lə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1lə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışdığını, onlara qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
4. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs2 ali təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələb olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələb olmamasını və himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-cü il tarixdə saat 02:10-dan xx.xx.2025-cü il tarixdə saat 21:30-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmış, xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olmuş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza təyin edilərkən nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon icra şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə mülki iddia , maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən 28 saat hüquqi yardıma görə 308 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən 20 saat hüquqi yardıma görə 220 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlandığı, həbsdə və ev dustaqlığında olduğu 03 ay 16 gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək, üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon icra şöbəsinə həvalə edilsin. Cinayət nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 308 (üç yüz səkkiz) manat xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 220 (iki yüz) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV